ARZU MEMMEDNEBI


Duysun bütün dünya, dinləsin bütün aləm.
Azəri deyiləm, Türk oğlu Türkəm.
Keçmişim şərəfli, şanlı möhtəşəm,
Azəri deyiləm, Türk oğlu Türkəm.

Kökənim Oğuzdur, adım sanım var,
Dədə Qorqud kimi bir dastanım var
Molla Pənah Vaqif, Cavad xanım var,
Azəri deyiləm, Türk oğlu Türkəm.

Mən Əhməd Cavadam sevda başımda,
Mən Rəsulzadəyəm Vətən peşində,
Müşfiqin ruhuyam cavan yaşımda,
Azəri deyiləm, Türk Oğlu Türkəm.

Mən şərqin özüyəm, güneyin səsi,
Şimalın və qərbin isti nəfəsi
Mən Şuşa, Kəlbəcər,Laçın naləsi.
Azəri deyiləm, Türk oğlu Türkəm.

Gör odlar yurdunda kim oynadır at,
Satqını qəhrəman, dini mövhumat,
Məndədir yurd eşqi, sənət, şeriyyat
Azəri deyiləm, Türk oğlu Türkəm.

Bizim sevdamızı çoxları bilməz,
Vətənim bölünməz, şəhidlər ölməz,
Bir yüksələn bayraq bir daha enməz,
Azəri deyiləm, Türk oğlu Türkəm.

Nəbiyəm, Bozqurdam, Qoç Koroğluyam,
Nə fərqi var haralı, hansı dağlıyam,
Mən Türkəm, mən Azərbaycan oğluyam,
Azəri deyiləm, Türk oğlu Türkəm.
Azəri deyiləm, Türk oğlu Türkəm!!!.