AZƏRBAYCAN: GÖZ OXŞADAN GÖZƏL VƏ ÜRƏK AĞLADAN CƏHƏTLƏRİ İLƏ TANINDI.


SİMİN SABRİ

İyun ayının 30 yaxınlaşdıqca həyəcanımız və sevincimiz artırdı. Mən oradan 10 ildən çox idi çıxmışdım. Orada olan yeni və irəliləyişə doğru inkişaf etməsi haqqında çox eşitmişdim. Eyni zamanda uzun illər kecirdiyim ayrılıqdan sonra əzizlərimə, ailəmə yenidən qovuşmaq həycanını yaşayırdım. Amma iki Norveçli dostum Azərbaycan haqqında məndən eşitdikləri ölkənin gözəlliklərini yaxından görüb yaşamaq həyəcanlandırırdı…

Nəhayət biz Azərbaycana yetişdik. İlk günlərimi qoyub getdiyim əzizlərimi, birlikdə oxuduğumuz həkim dostlarım və oğlumun xalalarının söhbətinin məstliyində keçirdim. Sonralar şəhəri və ölkəni gəzməyə başladıq.

Tursitlərimizə hər şey maraqlı idi və heç bir şey gözlərindən yayınmırdı. Turistlərimiz diqqətlə şəhəri seyr etdyindən məndən soruşmağa ehtiyac duymurdular. Millətimizin qonaqpərvərliyi, istiqanlılığı dostlarımın bütün həyat zorluğu törədən məsələlərinə rəğmən, bütün enerjilərini səfərbərliyə almaqları, sərbəst seyr etməmiz və mənalı gəzintilər edib dincəlməymiz onları tamam təəccübləndirmişdi. Evdə ya eşikdə yeyilən xörəklərin dadından doymaq olmurdu. Eşitdiyimiz milli musiqilərmiz mənim qədər onların da ruhlarını ovşadığını söyləyirdilər. Havanın istisinə baxmayaraq onları gecə yarısına ancaq evə dartıb gətirə bilirdim ki, xəstələnməsinlər. Bir Azərbaycan vətəndaşı kimi getdiyimiz toylar, səmimi insanlar, açıq qucaqlar mənim üzümü olduqca ağartmışdı. Tarixi binalar və yerlər, hətta Tur Heyerdalın getdiyi və gəzdiyi yerlər, Qobustan və Alban məbədi, təbiətin göz oxşayan xarüqələri Azərbaycanın və insanlarımızın bir çox mənəvi gözəlliyinə gözəllik qatırdı. Qonaqlarımıza böyük və özləri demişkən – gözləmədikləri gözəl hissləri, yaşadırdı. Əziz qonaqlarımız belə qənaətə gəldilər ki, Azərbaycan onlara gizli bir toxunulmamış ada kimi kəşf olunub. Hər il azı bir dəfə ora gəlməyi və növbəti səfərlərini gedə bilmədikləri yerlərə getməyi özlərinə söz verirdilər. Amma onuda qeyd etməliyəm ki, ” Hər gözəlin bir eybi olar ” məsəli burada da özünü göstərirdi. Qonaqlar dil bilməsələrdə mən gördüyüm və milli mənaviyyatımıza xas olmayan cəhətləri görüb bəzilərinin şahidi olub və aci xatirələridə özləri ilə apardılar…
Çağdaş Azərbaycanımıza yaraşmayan və milli mintalitetimizə layiq olmayan hallardan bir neçəsini vacib olaraq xatırladıram : – İlk öncə təbəqələşmə arasında uçurum utanc verici dərəcədə dərinləşib. Bir halda ki, millətin çox kiçik bir qismi milyonlara sahib olub və hətta onları haraya xərcləyə biləcəklərini belə bilimirlər. Digərləri isə təqaüdçülər, əllilər, metro və avtobuslarda dilənərək gündəlik çörək pulu qazanırlar. Təəssüflər olsun ki, təbii sərvəti ilə bol olmasına baxmayaraq, onlara verilən təqaüd bir milyonçu qızının bir cüt corabının pulu belə etmir. Paytaxtın çox-çox müntəzəm şəkildə mərkəzləri gündə bir mərmər daşla turistlər və tacirlər üçün bəzənib düzənəndə və fəvvarələrin suları fantan vurması halda, özlüyundə gözəl bir haldir. Lakin şəhər mərkəzindən bir azacıq kənar yerlərə çıxdıqda sovet dövründən qalan dar betonlar içində yaşayan millət nə bina təmiri, nə daimi suyu, nə də ərdəmli yolu yuxuda belə görə bilmir.
-Həkim, artist, müəllimlərin və sairə dövlət işçilərinin maaşlarını da soruşmağa utandım. Soruşsalar bəs necə dolanırlar, deməliyəm ki, hər kəsin əlində və beynində nə varsa onu “satır “. O üzdən korrupsiya dünyanın bir çox ölkələrində olduğu kimi burada da inkişaf etməkdədir.

Bu cəmiyyətdə sadə ziyalılar rüşvətxor olmadıqları üçün maddi baxımdan çox ağır vəziyyətdə yaşayırlar.

-Bahalığın baş alıb getdiyi bir toplumda nə elmə, nə mədəni inkşafa vaxt və zaman qalar. Məsələn, kişi xeylağının qadına baxışı, siyasi və ictimai düşüncəsi, insanlarin bir böyük əksəriyyətində əlbəttə , – hamısında deyil – məqamından asılı olmayaraq, dövrümüzün tələbatına cavabdeh deyil. Təbii ki, dediyim kimi bunu bütün millət haqqında söyləmək böyük bir yalnışlığa yol vermək olar. Mən ümumiyyətlə bir turistlə qarşılaşmaq, yad bir qadınla münasibət qurma yollarını və baxışları, cəmiyyətin böyük bir qisminin geridə qalmasını, səfalət içində olamasını bir qadin kimi bütün varlığımla hiss edib və qonaqlarımla bərabər addım başı və HƏR GÜN yaşadım.
– 10 ildən sonra qayıtdığım Bakını tanıya bilmədim, o qədər ticarət mərkəzi, bank, tikilib ki, özü də necə deyərlər HARADA GƏLDI. Acınacaqlı budur ki, Bakı şəhərinin arxitekturasına ƏSLA yaraşmayan alış-veriş mərkəzləri, BETON, ŞÜŞƏ binalar hara gəldi salınıb. “İÇƏRİ ŞƏHƏR ” ya “QƏDİM BAKI” deyilən bir yeri tanımaq mümkün deyildir. Həqiqətən hər bir məmur və yüksək kreslo sahibləri İSTƏDİYİ YERDƏ istədiyi dükan və passajını inşa edə bilir. Mən ticarət və yeni binalara qarşı deyiləm, əksinə bunlar çağdaş dünyada gərəkli və ölkənin gəlir mənbələri ola bilər. Amma təəssüf ki, insanların yaşayış binalarının işıqlanmasına və keyfiyyətlərinin t oxunulmaz qalmasına ( tikinti standartları baxımından) kimsə nə əhəmiyyət verib, nə də etirazlar eşidilib. Bütün qədimi şəhərlərdə olduğu kimi doğrusu bu olardı ki, yeni bina və təsisatlar şəhərin gəlirli yerlərində yerləşərdi və bir çox şəhərlər kimi bizim “Qədim Bakı” adı ilə özünə məxsus arxitekturaya malik şəhərimiz olardı. Eyni zamanda ”Yeni Bakı” adında bir məkanda Bakı yeniləşmə və yeni binalar açıq qoyulardı. Bakılılar mənə zarafatla anlatsalarda sonda həqiqət dolu bir şəkildə deyirlər: pulun var gəl sənin üçün sabah günü sabahdan “ Qız Qalası ” nı sökdürüb sənə bir klinika tikdirim!! Hər bir zarafatın içində 90% həqiqət olduğunu düşünsək , deyilən söz ölkədə böyük bir faciədən danışır.
-Dediyim kimi turistləri valeh edən cəhətlərimizin yanında, belə halların şahidi olmamaq imkansız idi. Səfərə yekun vuran ən acı xatirəyə son dəqiqələrdə Heydər Əliyev adına hava limanında şahidi olduq:
Gömrük işçiləri hər kilodan əlavə yük üçün yevro tələb etdilər. Əslində “Air Balitic”in məlumatına görə 15 yevro ödənilməsi əvəzinə 30 yevro tələb edib, hələ üstəlik də çəkisindən asılı olmayaraq hər bir Kilo üçün 20 yevro əlavə !!! Qonaqlarımız mat-məhəttəl böyük bir üzüntü keçirdilər. Mən isə Bankomat axtardım ki, istədikləri məbləği (330 yevro altı kilo artıq yük üçün!!) verim, bankomat boş idi. Yanında bir polis yoldaş boş olmağının səbəbini bilmirdi, amma deyirdi: bank kartını və onun kodunu versən sənə başqa bir bankomatdan gedib pul çəkərəm !!!

Böyük çəkişmələrdən  sonra təyyarəyə yetişdik, kənardakı sərnişinləri danışdırdıq, hərəsi müxtəlif məbləğlər və yalan məlumat ilə aldadılmışdı. Aşağısı 20 yevrodan 420 yevroya qədər aldadılmışdılar. Riqada “Air Baltic” bir daha nettdə məlumat verdi ki, 20 kilo yük havayı və hər kilo üçün 15 yevro tələb olunmalıdır. Bütün bu acını yaşayan x