AZƏRBAYCANLI, YOXSA TÜRK?


Güntay Gəncalp

Azərbaycan adı tarixdə ilk gəz siyasi məkan kimi ortaya çıxdığında “Azərbaycançı”, “Azərbaycanlı” kimlik deyə bir olqunun üzərində durulmamışdır. Bütün Müsavatçılar kimlik qonusunu dartışdıqlarında “Türk” sözü, Türk kimliyi üzərində durmuşlar. Hətta bayrağa da yansımışdır. İndiki Azərbaycan bayrağında Azərbaycanlı kimliyin yansıyışını görmürük. 1940-lardan sonra “Azərbaycancı” kimlik ortaya çıxdı. Bunu da Stalincilik doğurmuşdur. Pişəvəri də fikrən Sovetizmə bağlı olduğu üçün Sovetlərə qarşı olmayan bu ideolojini özümsədi. Çünkü Pişəvəri 1920-ci ildə Bakıda olduğu zaman Müsavatçılara və onların görüşlərinə qarşı yazılar yazmışdı.

Pişəvəri öz keçmişi ilə tam anlamda qopmaqla gələcəyə daşınmayacaq olan əski xətalarını fikir planında silə bilərdi. 40-ci illərdən sonra bu ideoloji gücləndi. Bizlər də özümüzə hər zaman türk demişik. Sadə xalq kütləsi ki, Türkiyədə türklərin yaşadığını bilməz, özünə türk deyər. “Türkün məsəli”, “türkə çarə”. Akademik çalışmalar yeni kimlik inşa edə bilməz. Yapay uğraşıdır bu. Tarixi kökləri olan kimlik üzərinə sosiolojik incələmər yapar. “Azərbaycanlı” və “Azəbaycançı” ideoloji (kimlik demirəm, çünkü bu bir ideolojidir, kimlik deyil) bəlli dar çevrələrin dartışma qonusu. Toplum kəndisi belə, küçə yürüşlərində “tüklük”dən danışır. “Türk dilində mədrəsə”, “Haray-haray mən türkəm” deyir. Bu söyləmlər toplumun kollektiv sağduyusundan, tarixi hafizəsindən qaynaqlanır. Hanısa ideoloqların, təşkilatların təbliği və təlqini sonucunda ortaya çıxmamışdır. 1992-ci ildə “Azərbaycanlı” kimliyi Elçibəy rəsmən və Hüquqən də ortadan qaldırdı. Ana yasada kimlik “türk” və dil isə, “türkçə” olaraq onaylandı. Universitələrdə “Azərbaycan ədəbiyatı” yerinə “türk ədəbiyatı” anlayışı yerləşdirildi. 1992-ci ildən 1995-ci ilə qədər 3 il bu biçim davam etdi. Elçibəyin görüşü bu idi ki, biz nə bayrağımızı dəyişirik, nə milli marşımızı, nə də gerbimizi. Çünkü bunlar Müsavatçıların qalıtımı (mirası) və biz də MÜSAVATın varisləriyik. 1995-ci ildə Əliyev yeni anayasa yazılımında “türk” sözünü dışlayıb yerinə Azərbaycan dili və Azərbaycanlı kimliyi yerləşdirdi. Bu gün də Güney Azərbaycandakı “Azərbaycanlı” kimlik dartışması Quzeydən gəlmişdir. Bu ideolojininin qurucusu rus politikası olmuşdur. Bəzi aydınlar, örnəyin Əlirza bəy Əsğərzadə belə hesab edirlər ki, ruslar bu ideolojini inşa etsələr də bizim yararımıza dönüşmüş olan bir ideolojidir. Məncə bu artıq başqa bir qonudur. Bunun üzərində dartışmaq lazımdır ki, gerçəkdən bizim yararımızadır, yoxsa ziyanımıza? Ən önəmlisi də budur ki, Azərbaycancı və Azərbaycanlı kimliyin mədəni dayanağı yoxdur. Quzey Azərbaycanda nə qədər böyük əsərlər yazılmışsa, hamısı türk dilində və türk kimliyi çatısı altında ortaya çıxmışdır. Örnəyin Rəsulzadə, Cabbarlı, H. Cavid, Çəmənzəminli, ALmas İldırım kimi yazar və şairlər Türk kimliyi çatısı altında yazmışlar. Azərbaycanlı kimlik Quzey Azərbaycanda yüzlərcə türkçü aydını boğub öldürərək ortaya çıxmışdır. Azərbaycanın türk aydınlarının qafası qoparılaraq. Bu kimlik ortaya çıxdıqdan sonra da heç bir ciddi ədəbi əsər yaranmadı. Bir ada ideolojisi böyük əsərlər ortaya qoyamazdı. Bu üzdən də nə bir Cavid, nə Cabbarlı, nə Üzeyir, nə Cabbarlı yetişdi sonrakı illərdə. 1936-cı ildə Quzey Azərbaycanda Yazarlar Birliyinin başqanı Şamilovdur. Moskovadan gələn əmr üzərinə “Dildə sovetizm” başlıqlı bir məruzə ilə Yazıçılar Birliyinin Toplantısında çıxış edir. Bu məruzə o zamana qədər Quzey Azərbaycan aydınları tərəfindən yürüdülən “Dildə türkizm” tezinə qarşı idi. Dildə sovetizm ideolojisi məzmunda sovetizm və biçimdə milliliyi savunurdu. Dildə türkizmdən yana olanlar isə, həm məzmunda, həm də biçimdə millilikdən yana idilər. Dildə türkizmdən yana olanlar “millət inşa etməyi”, dildə sovetizmdən yana olanlar isə “ideoloji inşa etməyi” dəstəkləyirdilər. Şamilovun məruzəsini dəstəkləyənlərin başında Səməd Vurğun gəlir. Mikayıl Müşfiq və digərləri isə dildə türkizmin davamından yana olurlar. 1937-ci ildən başlayaraq dildə türkizmdən yana olanların hamısını qətl etdilər. Azərbaycanlı kimlik bu şəkildə doğmuşdur.