BÜTÖV AZƏRBAYCAN TÜRK CUMHURİYƏTİ MƏFKURƏSİ VƏ QARŞISINDAKI DÜŞMANLAR


Əli Zəncanlı

Tarix boyu siyasal və toplumsal hərəkətlərin başlanqıc nöqtəsi , quşqusuz ki ülkülər və ideallar olmuşdur. məhz bu açıdan Azərbaycan milli hərəkatını incələməyəqalxarsaq əgər , milli Türk kimliyi üzərində qurulacaq olan Bütöv Azərbaycan devləti , Güney və Quzey Azərbaycan millətçiləri tərəfindən mənimsənəmiş olan siyasi bir idealdır. bu ülkü və ideal , tariximizin qaranlıq dərinliklərinə dönüb baxmamızın və acı dənəyim (təcrübə) lərdən dərs alıb gəlcəyə baxış açımızın doğal bir ürünüdür (məhsuludur). Çağdaş dönəmdən buyana Rus və Fars sömürgəsi altında inim inim inləyən məzlum millətimiz , çeşidli siyasal , toplumsal , tarixsəl və kültürəl hucumlara məruz qalaraq , nə yazıq ki onun bunun güdümündə olan və başqalarına hizmətçi kimi görünən bir millət olaraq qəbul görünməkədədir. Təbi ki bu durumun gerçəkləşəməsində , Rus və Fars sömürgəsinin yanısıra , yerəl manqurd işbirlikiçilərin də önəmli payı olmuşdur. sözsüz ki Rus’lar və onların yol arxadaşları olan Fars’lar , türk millətinin varlığını hər zaman öz milli mənfəətləri önündə bir əngəl kimi görmüş və bu əngəli aşmaq üçün hər türlü kirli (bizim açımızdan) siyasətə əl atmışlardır. qutsal vətənimiz olan Azərbaycan’ı ikiyəbölüb hərəsi bir tayını quşatmaqla sömürmək , onların ən çılpaq və göz önündə bulunan siyasətləridir. bu iki əzəli və əbədi düşmanlarımız təkcə bu çılpaq siyasətlə yetinməyib , millətimizi arazın hər iki tayında milli kimlik , dil və kültürdən boşaldıb saxta və uyduruq kimliyi millətimizə qalib etməkdən də çəkinməyiblər. tam işin bu boyut və aşamasında öz millətimizdən olan yerəl manqurd işbirlikçi xayinlərin rolu , Rus vəFars tərəfindən qiymətləndirilmiş, onlara dəyər verilmiş və millətimizə aydın düşüncəli və mütərəqqqi şəxsiyətlər kimi sunulmuşlardır. güneydə və quzeydə , Əhməd Kəsrəvi , Təqi Ərrani , Ramiz Mehdiyev vəHeydər Əliyev kimi anti-türk insanların oluşmasını , sadəcə bu proses içində dəyərləndirmək olar. bu insanlar Fars’ın və Rus’un qurduğu tuzaqlara düşərək , güneydə Azəriçilik , quzeydə isə klasik Azərbaycançılıqla məşğul olaraq , öz millətlərinə təhlükəli xəyanətlərdə bulunmuş və Fars və Rusərbablarını sevindirmişlərdir.
Azərbaycan milli hərəkatı isə , tam tərsinə bu tarixi xətalardan dərs alıb , Məhəmmədamin Rəsulzadə , Məhəmmədtəqi Zehtabi və Əbülfəzl Elçibəy kimi ulu öndərlərimizin cızdığı yolu rəhbər tutaraq , Azərbaycan mərkəzli Türkçü düşüncəni , öz yol xəritəsi kimi dəyərləndirmişdir. Millətimiz də bu ortamda haray haray mən Türkəm və yaşasın Azərbaycan kimi sloqanlarıyla bu yolun qırmızı cızqılarını bəlirləmiş , hərəkatımızın ana təməllərini onaylamışlardır. doğal olaraq da sadəcə və sadəcə milli Türk kimliyimizdir ki millətimizə qurur və onur qaynağı olmuşdur. dünyanın başqa uyqar millətləri kimi bizim millətimiz də Bozqurd simbolunda tarixi bir totemi mənimsəyərək , öz Türklüyünə sahib çıxıb savaş ruhunu gənc insanlarımıza ilətməkdədir. uyduruq Azəriçilik və içi boş klasik Azərbaycançılıq bu millətə qurur və onur mənbəyi kimi olabilmədi və zatən olamazdı da. Millətimiz bunu da bilir ki Türklük bilincinə sahib olmayan bir Azərbaycan’lı , öz toprağına da , vətəninə də sahib çıxabilməz. necəkim , Əliyev səltənətinin Qarabağ qonusunda olan tutumu və eyləmləri bu gerçəyin somut bir örnəyidir. hərkəs bunu bilməlidir ki Azərbaycan topraqları yalnız ulu Türk millətinə ayid olan topraqlardır və Azərbaycanlılığı Türklükdən arındırma peşində olanlar da bilməsələr böyük bir yanılqı içində , bilsələr də tarixi və təhlükəli bir xəyanətə imza atmaqdadırlar. ayrıca Türklükdən arınmış olan Azərbaycanlılıq , Azərbaycan topraqları içində yaşayan Rus , Erməni , Kürd və Talış kimi azınlıqlarla eşid duruma düşmək deməkdir. çox ilgincdir ki onlar özlərini zaman zaman Azərbaycan’lı yox , milli kimlikləri ilə tanımlamaqdadırlar. sanki bu topraqlarda satqınlıq və onun bunun uydurduqlarına uymaq sadəcə bizim üçünmüş kimi görünməkədədir.
Son zamanlarda da özəlliklə sayber dünyasında , milli hərəkatımıza yenicə və sondan girmə imajında qatılan bir sıra insanlar , özlərini gündəmə çıxarmaq üçün , Rus və Fars’ın uydurduqlarını yenidən diriltmək istəyirlər. aydındır ki bu insanlar sadəcə dış ölkələrdə milli hərəkatımızla tanış olmuş və yaşı keçmiş uduzmuş Rus sevdalısı solçular tərəfindən milli hərəkatımız içinə itələnəmiş adamlardırlar. şübhəsiz ki bu adamlar öz amaclarına ulaşmayıblar və ulaşmayacaqlar da. məncə bunların gündəmə çıxması hərəkatımıza xeyir qaynağı kimi də oldu və bu qonularda teorik dartışmalar hərəkatımızın aydınlıq səviyyəsinin daha da zəngin olmasına nədən olub , aydınlarımız içində Türklüyümüzün önəmi daha da vurğulanmışdır.
Tüm bu təsbitlərdən yola çıxaraq , bunu da əkləmək gərəkir: Azərbaycan milli hərəkatı xızla gəlişib güclənməkədədir. bu güclənmə sadəcə Bütöv Azərbaycan Türk Cumhuriyəti məfkürəsi və bağımsızlığı hədəf tutub ona könül verən gənəclərimiz sayəsində gerçəkləşəmişdir. bizim gəlişib güclənməmiz sözsüz ki birilərinin əzbərini pozub onların rahat uyxularına kabus kimi olacaqdır. bunların ən başında yenə də Rus və Fars sömürgəçiliyi durur. onlar yenə də öz içimizdən olan manqurd işbirlikçilər aramaqda və əskilər kimi bu yolla yenə də bizə zərbə vurmaq niyyətindədirlər. bunun qarşısında sadəcə bizim oyanıq olmamız və olayları diqqətlə izləməmiz gərəkir. duyğusallığa yol vermədən və provakativ eyləmlərə yenik düşmədən , olaylar qarşısında hazır bulunmamız son dərcə önəmli bir faktordur.
Bu qapsamda bəllidir ki hərəkatımız içində və aktivistlər arasında fərqli düşüncələr hakimdir. çoxunluqda olan istiqlalçı aktivistlərimizlə birlikdə , solçu Rus’çu federalçılar dışında , federal yapıdan yana olan və milli Türk kimliyimizə könül verən , sayğın insanlarımız da bulunmaqdadır. bu arada çox hörmət duyduğumuz sayın Mehran Baharlı kimi çalışqan və Türklüyümüzə könül verən yazarımızın İran adlanan ölkənin başqa yerlərində bulunan Türk topluluqları üzərinə araşdırmalarını bəhanə tutaraq , onu İran’çı deyə xitab etmək , Azəriçi düşmanlarımız tərəfindən yeni bir hərbə kimi istifadə olunur. onlar bu çirkin ittihamları ilə başqa milli aktivistlərimizi də Türklük bilincinə önəm verdikləri üçün böyük və komik bir saxtakarlıqla İrançılığa müttəhəm edirlər. oysa işin ilginc tərəfi budur ki İran və Fars faşizmi hər zaman bizi bu Azəriçi qardaş bacılarımız kimi Azəri və Azərbaycani kimi adlarla muxatəb tutmaqda israrlıdırlar. bu Azəriçi qardaş bacılarımızın millət və vətən adda bir dərdləri yoxmuş zatən və Fars faşizmi kimi Azəriçilik yapmaqları ilə millətçilərimiz gözündə düşman cəbhəsində yer almaqdadırlar. ayrıca Rus və Fars sömürgəsi və onun yerli İran və Rusiya sevdalıları da bilməlidirlər ki bizim vətənimiz Azərbaycan , milltimiz Türk , dilimiz isə Türkcə’dir. bu yolda hər nə bahasına olursa olsun , heç bir taviz vermədən və tüm qərarlılıqla Bütöv Azərbaycan Türk Cumhuriyəti uğrunda yürüməkədəyik , savaşmaqdayıq.