GÜNƏŞ DOĞACAQ TURANA


Damət Kərimli
Yenə günəş doğacaq
Böyük Turan elinə!
Ulu Türkün bayrağı
Ucalacaq göylərə!

Yenə xaqanlarımız
Dünyaya səs salacaq!
Haqqa düşmən olanı
Haqqa tapındıracaq!

Bəşər də sevinəcək
Türkün qələbəsinə.
Tanrım alqış deyəcək
Haqqın təntənəsinə!