M.Ə. RƏSULZADƏ VƏ ONUN ANTİTÜRK, ANTİŞƏRQ, ANTİMÜSƏLMAN SİYASƏTİ…


Üc rəngli bayraq nəyi ifadə edir?…yəqin ki, hər biriniz məktəb dərsliklərindən oxuduğunuz şablom sözləri təkrar edəcəksiniz: – göy rəng türklüyün, yaşıl rəng islamiyyətin, qırmızı zolaq müasirliyin sinvoludur.Lakin biz 1918-20-ci illəri təhlil etdikdə əmin oluruq ki, uydurma cumhuriyyətin bu dəyərlərlə hec bir əlaqəsi yoxdur və onun fəaliyyəti bu idealların tamamən əksinə yönəlmişdirMəsələn müsavatcılar və özlərini onların varisi hesab edənlər özlərini türkcü hesab edərlər, ancaq 1918-20-ci illərdə Türkiyə cumhuriyyətinin işğal və blokadada saxlanmasında inglislərlə eyni mövqedən cıxış edirdilər. Onlar özlərini müasirlikci hesab edirdilər, ancaq yeni doğulan Türkiyə cumhuriyyətini yox, artıq ölüb getməkdə və faktiki olaraq Antantanın işğalı altında olan Osmanlı sultanlığının təslimci siyasətiylə oturub dururdular.Özlərini islamcı hesab edirdilər, amma sözügedən dövürdə yeganə müstəqil müsəlman dövləti olan Türkiyənin parcalanaraq Avropa dövlətləri arasında bölüşdürülməsi siyasətinin tərəfdarı qismində cıxış edir, daha dəqiq desək ingilis ağalarının anti türk, anti islam və antişərq siyasətinin sadiq nökərləri idilər.Mandatlı tarixcilər iddia edirlər ki, cumhuriyət guya bolşevik işğalının qurbanı olub, əslində isə müsavat yeritmiş olduğu antitürk və antişərq siyasətinin qurbanı oldu.Atatürk müsavat daxil olmaqla oyuncaq Qafqaz hökumətlərinin əslində kimlərə və nə ücün lazım olduqlarını belə ifadə edirdi:” …acıq qapıları üzümüzə bağlamaq ücün ..Antanta dövlətləri Bolşeviklərlə Türklərin arasını Qafqaz millətləri vasitəsiylə kəsmək planınını cızırlar.Azərbaycan, Gürcüstan, Ermənistan bəlkədə Şimali Qafqaz hökumətlərinin istiqlalını tanımaqla onları cəlb etdilər…onları hər yolnan qızışdırmaqda və möhkəmlətməkdədirlər.

Bundan başqa birbaşa olaraq qüvvə yollamağada başlamışlar ki, bu qüvvələrin hesabına ..Türklərlə Bolşeviklərin hərhansı bir təmasını önləmək və nəzarət etmək fikrindədirlər.PLAN böyük bir ciddiyət və tələskənliklə həyata kecirilməkdədir.Əgər bu PLAN baş tutarsa və Qafqaz millətlərinin bizə qarşı kəskin SƏDD vəziyyyəti almasıyla məmləkətimiz mühasirədə qalarsa artıq Türkiyə ücün ayaqda qalma imkanları kökündən yıxılmış olacaqdır, ondan sonra siyasi varlığını tamamı ilə itirmiş Anadolu türkləri İşğalcı dövlətlərin əsgərlərinin tapdağı altında müstəmləkə …” olacaqdır.

Deməli hər şey aydındır.” Istiqlal”, “ müstəqil cumhuriyyət” filan bütün bunlar hamısı İngilisin sadəcə oyunu idi, Bolşeviklərlə Türklərin güclərini birləşdirmək cəhdlərinin qarşısını alaraq bu inqilabi cəbhələrin hər birini təkləyib ayrı-ayrılıqda məhv etmək ücün.Dünən bu cirkin planın peşkaları olmuşların siyasi varisləri bu gün türklükdən, islamiyyətcilikdən, millilikdən dəm vurub bu sözləri az qala patentləşdiriblər.
 Atatürk ingilisin bu planını olduqca təhlükəli hesab edir və onun həyata kecirilməsini önləmək ücün hərəkətə kecir.O, sözlərini davam edərək yazırdı: “…Qafqaz səddinin yaradılmasını Türkiyənin tamamı ilə məhvi planı hesab edir və …Şərq cəbhəsində rəsmi və qeyri-rəsmi olaraq səfərbərlik həyata kecirərək Qafqaz səddini arxadan yıxacaq qüvvə toplamaq…” lazımdır.
Atatürk müsavata və bu qəbildən oyuncaq hökumətlərə son bir şans verir və onlara secim etməyi təklif edir.Ya ingilisin kuklası olaraq qalacaq və bizə qarşı cıxacaqsınız, ya da bolşeviklərlə müttəfiq olub bizimlə bir cəbhədə cıxış edəcəksiniz.Atatürk bu barədə yazırdı: “  Qafqaz hökumətləri, xüsusi ilədə Azərbaycan və Dağıstan İslam hökumətləriylə təcili olaraq əlaqə yaratmaq və İşğalcı dövlətlərin planına qarşı qərarlarını və mövqelərini öyrənmək, Qafqaz millətləri bizə qarşı sədd olmağa qərar verdikləri halda hücum hərəkatımızı birləşdirmək ücün Bolşeviklərlə anlaşmaq…”
Atatürkün göstərişi ilə Kazım Qarabəkir paşa müsavat hökumətinə aşağıdakı məzmunda teleqram göndərir:
“ Azərbaycan hökumətinin ən təhlükəli zamanlarında bir cox qan bahasına qurtaran və ona mövcudiyyət verən Osmanlı hökuməti və Anadolu türk ağabəyləri ( böyük qardaş, abe mənasında-red) hər tərəfdə düşmənlə pəncələşərkən,düşmənlərimiz əlehinə əzim bir hərbə girən bolşevik ordularının önünə Azərbaycanın bir sədd olması və ya bitərəf qalıb laqeyid dayanması bütün islam aləmini məhvinə səbəb olacaq və azərbaycanlılar əbədiyyən ləkələnəcək və özünədə bu dünyada yaşamaq həyatı onsuzda qalmayacaqdır.Bu gün Anadolunun xilası ücün bolşevik ordularıyla əl-ələ verərək hərəkət etməkdən başqa bir carəmiz qalmamışdır.Türkü və islamı əbədiyyən yaşatmaq bu fürsətdən istifadə etməklə mümkün olacaqdır.Azərbaycanın şərəfli bir iş görəcəyi və yaxud üc yüz əlli milyon islam dünyasının həyat və namusunu boynuna alacağı dəqiqələri yaşayırıq.Bolşeviklərlə müttəfiq hərəkət edəcəyinizi və bununlada Anadolu türkləriylə birləşməyə calışacağınızı ümüd edir və səbirsizliklə gözləyirik.”
 Amma müsavat ingilisin kuklası olmaq yolunu secir və bununlada öz ölüm fərmanını imzalamış olur.Bundan sonra Atatürk Azərbaycanda olan və əhali arasında nüfuz sahibi olan türklərə bolşeviklərlə birləşməyi və müsavat ingilis qaraguruhunun devrilməsində azəri inqilabcılara hər cür yardım göstərmək təlimatını verir və ingilisin əlində daş olub türkün, islamın başına cırpılmaq istəyən oyuncaq müsavat hökuməti devrilərək tarixin zibilliyinə atılır.Bu gün bu zibilliyi qurdalayan mandatlı tarixcilər bu tullantı materialdan millətə “ istiqlal” tarixi barədə nağıllar düzüb qoşurlar…
QEYD: Atatürk və Kazım Qarabəkir Paşadan gətirilən sitatlar Rasih Nuri İlerinin ” Atatürk və kommunizm” kitabındandır, sözügedən kitab tamamı ilə ARXİV materiallarından ibarətdir və dövrü ücün son dərəcə qiymətli mənbədir.