PKK VƏ PJAK GƏNCƏDƏ NƏ EDİR?


Ruslan Kərimov

Trans-regional qüvvələr tərəfindən dəstəklənən və rəhbərik edilən PKK və PJAK ünsürləri Azərbaycan Respublikasının məzhəbi şəhərlərindən olan Gəncədə məskunlaşıblar. Türkiyə, İran, İraq və s. ölkələrdə əlləri yüzlərlə günahsız insanların qanına bulaşmış, hətta Avropa ölkələri tərəfindən terrorçu dəstələr kimi tanınmış PKK və PJAK terrorçu dəstələrinin bəzi üzvləri bir müddətdir ki, Gəncə şəhərindədirlər.Ermənistan tərəfindən də təşkilatlanan və rəhbərlik edilən bu dəstə, son zamanlar Gəncə şəhərində Bakı dövləti tərəfindən maddi dəstək alır və işləri planlaşdırılır. Belə ki, Gəncənin tanınmış məhəllələrində onlara məskunlaşmaq üçün yer verilir.

Belə bir sual qarşıya çıxır:
– PKK və PJAK ünsürlərinin Azərbaycan hökuməti ilə hansı mədəni və siyasi əlaqələri vardır?
– Tanınmış terrorçular, İran və Türkiyədə uşaq qatilləri nə üçün Azərbaycan hökuməti tərəfindən himayə olunur?
– Din düşməni olan Gəncə icra başçısı nə üçün bu terrorçulara maddi yardım edir və onları Gəncədə yerləşdirir.
Çox güman ki, hətta bəzi hökumət dairələrinin narahatlığına səbəb olmuş Gəncə camaatını həddən artıq sıxışdırdmaq, din düşməni olan Gəncə icra başçısını məcbur edib ki, Səddam münafiqlərdən İraq şiələrinin əleyhinə istifadə etdiyi kimi, o da bu terrorçulardan Gəncənin müsəlman camaatı əleyhinə istifadə etsin.
Ekspertlərin nəzəri budur ki, Məhərrəm ayının yaxınlaşması və dindarların bu ayda öz dini fəaliyyətlərini daha da artıracaqlarını hiss edən Bakı dövləti Gəncə camaatının dini fəaliyyətlərinin qarşısını almaq üçün lazım olan surətdə PKK və PJAK terrorçularından istifadə etməyi qərarlaşdırmışdır.
Qeyd edək ki, bu prosses davam edəcəyi surətdə məskunlaşmış terrorçuların sakinləşdiyi mərkəz, məhəllə və mənzillərinin yeri barədə məlumat veriləcəkdir.