QƏDİM TÜRKLƏR VƏ İSLAM


Qədim türklərin sosial-siyasi həyatı 

Dünya tarixinə nəzər salsanız, dərhal anlayarsınız ki, türklər heç vaxt dövlətsiz qalmayıblar, hər dövrdə bir və ya bir neçə dövlətə malik olublar. Dövlətin hökmdarı yabqu, xan, xaqan, iltəbər adlandırılmışdır. Hökmdarlar nəzəri və praktiki təhsillərini təcrübəli dövlət adamlarının nəzarəti altında tamamlamış, dövlət idarəçiliyində müdrik insanlardan təşkil edilmiş məclislə məsləhətləşmiş, onların tövsiyələrini nəzərə almışlar. Aqil vəzirlər lazım gəldikdə hökmdarlara yol göstərmiş, hətta açıq şəkildə onları tənqid etmşlər. Bu sistem xalqın sülh vəəmin-amanlıq, ədalət və zənginlik içində yaşamasına səbəb olmuşdur.Türklərin hərbçiliyi,  intizamlı orduları və döyüş texnikaları dillərə dastan olmuşdur. Avropa və Asiya qitələrinin böyük dövlətləri ordularını təşkil edərkən türklərdən nümunə götürmüşlər.
Qədim türklərin ən əsas xüsusiyyətlərindən biri adət-ənənələrinə bağlılıqları idi. Türk adət-ənənələri yazılı deyildi, dildən-dilə, nəsildən-nəsilə ötürülürdü. Hökmdarlar da daxil olmaqla, hər kəs adət-ənənələrə tabe olmaqla məsul idi. Türk adət-ənənələrində ağır cəzalar da vardı, ancaq doğruluq vəədalətdən ayrılmazdılar. Bu adət-ənənəəsrlərin təcrübəsinin məhsulu idi. Adət-ənənə bir növ ölkənin əsas qanunu idi.
Dövrümüzdə azadlıq və bərabərliyin təşəbbüskarı olduqlarını iddia edənlər bilməlidirlər ki, insan haqları və azadlıqlarının ilk təşəbbüskarı türklər olmuşdur. Türklərin qurduğu dövlətlərdə din, dil və irqi ayrı-seçkilik edilmədən hər kəsə bərabər münasibət göstərilmişdir. Professor Hakkı Dursun Yıldız bu faktı: “Tarix boyu türklərdə din, dil və irqi ayrı-seçkiliyə görə Amerika və Avropada həmişə rast gəlinən qırğına, işgəncəyə və haqların tapdanılmasına əsla rast gəlinmir”, – deyə ifadə etmişdir.
Qədim türk tayfalarında qadınlarla kişilərin, demək olar ki, bərabər hüquqlu olması diqqətçəkən cəhətdir. Türk qadınları cəmiyyətin hər sahəsində yer almış, hətta lazım gəldikdə döyüşlərdə də iştirak etmişlər.
Qədim türklərin İslamı qəbul etməsi
Türklər İslamı könüllü qəbul ediblər. Bu, bütün tarixçilərin yekdilliklə qəbul etdiyi məsələdir. Türklərin Göy Tanrı inancları ilə İslam arasında bəzi bənzərliklərin olması bunda mühüm rol oynamışdır.
Qədim türklər sitayiş etdikləri yaradanı “Tenqri” adlandırırdılar. Tanrının bir olduğuna və hər şeyi yaratdığına inanırdılar. Öldükdən sonra yaxşı insanların “uçmağ” adlandırılan cənnətə, pislərin isə “tamu” adlandırılan cəhənnəmə gedəcəklərini düşünürdülər. Qədərə inanırdılar. İbn-Fadlanın yazdığına görə, türklərdə zina və homoseksuallıq qadağan idi, oğurluq edənlərə ağır cəza verilir, yaxşılığa riayət edilirdi. Bütün bunlar türklərin müsəlman olmasına təkan verən amillər idi.

Türklər tarix boyu müxtəlif dinləri qəbul ediblər. Buna baxmayaraq, İslamdan başqa dinləri qəbul edənlər türklüklərini qoruya bilməmiş, digər sivilizasiya və dinlər içində assimilyasiyaya məruz qalmışlar. İslam dini milli quruluşa uyğun olduğu üçün türklər kütləvi şəkildə bu dini qəbul etmiş və milli varlıqlarını qorumuşlar. Başqa sözlə, İslam bütün türkləri birləşdirən din olmuşdur. Bu faktlar “Türk tarixindən yarpaqlar” adlı əsərdə belə ifadə edilmişdir:

“Türklər İslam dinini səmimi, könüllü şəkildə, heç bir məcburiyyət və xarici təzyiq olmadan kütləvi qəbul edərək tarixlərinin yeni dövrünə  qədəm qoydular. Bu yeni dövr X əsrdən əvvəlki 1200 ildən daha şanlı idi. İslam türk milli quruluşuna uyğun din idi. Türklər müsəlman kimi türklüklərini tamamlamışdılar”.
Türklər arasında İslam daha çox təriqətlər və həyatını dinə həsr etmiş insanlar vasitəsilə yayılmışdır. Başqa dinlərin də yayıldığı Mavərünnəhr bölgəsində müsəlman hüquqşünas və elm adamlarının yetişməsi və çoxalması İslamın yayılmasını sürətləndirmişdir. Bu zaman mədrəsələr qurulmuş, “Ali İslam” adlandırılan yazılı adət-ənənəyə bağlı İslam anlayışı tətbiq edilmişdir.
İlk Quran tərcümələri X əsrdə Quranın farsca tərcüməsi ilə müqayisə edilərək sətirlərin arasına yazılmışdır. İslamın qəbulundan sonra Quranın yazılı tərcümələri türk yazılı dilinin inkişafına və yayılmasına kömək etmişdir.
Türklərin İslam dinini qəbul etməsi mühüm irəliləyişə səbəb olmuşdur. İslam türklərin bayraqdarlığı ilə dünyaya yayılmış, bu vəziyyət dünya tarixini formalaşdıran bir çox hadisəyə zəmin hazırlamışdır. Professor Erol Güngör bu həqiqəti belə vurğulayır:
“Türklər İslam dinini özlərinin milli dininə çevirdilər, bütün mənlik və səmimilikləri ilə bu dinə bağlanaraq XI əsrdən etibarən İslam dünyasının bütün düşmən qüvvələrə qarşı qorunmasını təkbaşına boyunlarına götürdülər. İslama qədər türklər hər cür yüksək xüsusiyyətə malik, ancaq hələ dünyada öz yerini tam tapmamış bir millət idi. İslam onun yolunu aydınlandıran işıq oldu və türk milləti bu işığı təqib etdikcə daima yüksəldi”.