ŞÜUBİYƏNİN TƏBRİZİ İŞĞAL ETMƏSİ


Güntay Gəncalp (Cavanşir)

Şüubiyənin Təbrizi İşğal Etməsi
Uzun Həsən və Sultan Yaqub dönəmində dövlət katibliyi etmiş və daha sonra iqtidar savaşlarına qatılıb yenildiyi üçün Əlvənd bəy Bayındırdan intiqam almaq fürsətini axtaran Bayındır soylu Təbrizli Əmir Şəmsəddin Zəkəriyya Keçəci, İsmayıla təslim oldu. İsmayıl bu adamı hörmətlə qarşıladı. İsmayıl Gülüstana saldırmaq istəyirdi. Keçəci, Təbriz haqqında ona bilgi verib və Təbrizə saldıraraq Əlvənd bəyin işini bitirib Bayındırlıların səltənətinə son verməsini məsləhət gördü. Əlvənd Murad bəylə anlaşaraq Azərbaycanın və Diyarbəkirin şahı olmuşdu. Qızılbaşların Şirandakı qələbə xəbərini duyduğunda onlarla savaşmaq üçün Naxcıvana getdi. Qızılbaşlar Əlvənd bəyi qafil yaxalamaq üçün sürətlə Naxcıvana yola düşdülər. Şərur düzlüyündə 1501-ci ilin ortalarında İsmayılla Əlvənd arasında həlledici savaş baş verdi.9 Əlvənd bəy yenilib Ərzincana geri çəkildi. Bu zəfərdən sonra qızılbaşlar Təbrizə yola düşdülər.
Təbrizin qızılbaşlara təslim olmasında Zəkəriyya Keçəcinin böyük rolu oldu. O, Bayındırlılar dövlətində yüksək vəzifələrdə çalışdığı üçün Təbriz əhalisi tərəfindən tanınan sima idi. Şəhərin öndə gələn isimləri ilə söhbətləşib və İsmayılın önəmli bir soydan gəldiyini və Azərbaycanı bayındırlı xaosundan qurtamaq istədiyini söylədi. Yalnız İsmayılın Azərbaycana güvənlik gətirə biləcəyini təbrizlilələrə açıqlayıb onları inandırdı. Qızılbaşlar haqqında bilgiləri olmayan təbrizlilər bayındırlıların iç savaşlarından bezmişdilər. Bildikləri sadəcə onların başında Səfiyəddin soyundan birinin durması idi. Daha sonra başlarına gələcək bəlaları düşünməyərək heç bir şərt qoymadan könüllü olaraq şəhərlərini qızılbaşlara təslim etdilər. Artıq Şüubiyə öz amacına çatmışdı. Azərbaycanın baş kəndi şüubiyə zehniyətinin işğalına uğramışdı. Dilləri Türkçə olmayan şüubiyə rahat bir şəkildə Təbrizdə yerləşə bilər və daha sonrakı planlarını tətbiq edə billrdi. Bu üzdən də İsmayılı sırf bu amac üçün yetişdirmiş olan şüubiyənin nümayəndələri Təbrizə axın etməyə və dövlət vəzifələri tutmağa başladılar. Türk qızılbaşlar dövlətdə sadəcə savaşçı güc olaraq şüubiyənin hədəfləri yolunda savaşacaq və fars şüubiyə isə, əlinə qılıc almadan dövlətin yüksək vəzifələrində yerləşəcəkdi. Tarixin axışının fərqində olmayan Türk qızılbaşlar farsların tarixi hədəfləri yolunda canfişanlıq edəcəkdilər. Təbrizə yerləşən şüubiyənin ilk nümayəndəsi Gilanda bu iş üçün İsmayılı hazırlamış olan fars soylu Şəmsəddin Lahici idi. Şəmsəddin Lahici öz yandaşları və yardımçıları ilə bir yerdə 13 yaşlı İsmayıl adlı çocuğun bundan sonrakı yol xəritəsini ayrıntılı biçimdə yazacaq və Azərbaycanın necə şiələşdirilməsi planlarını çizərək Firdovsidən o zamana qədər haqqında əfsanələrdə danışılan İran adlı ölkəni təsis edəcək və Türk Azərbaycan ölkəsini İraniləşdirəcəkdilər.
İsmayıl Təbrizə girdikdən sonra birbaşa Cənnət Səltənət Sarayına getdi. Bu saray Qaraqoyunlular zamanında təsis edilmiş, Uzun Həsən və Sultan Yaqub zamanında da daha möhtəşəm artırmalar olmuşdu. Təqribən 14 yaşında olan İsmayıl burada başına şahlıq tacı qoydu. Başına tacqoyma mərasimində 12 cümlədən ibarət bir mətn oxudu. Bu mətni 14 yaşında çocuğun yaza bilməyəcəyi bəllidir. 14 yaşında çocuğun bu qədər tarix bilgisi ola bilməzdi. Gilanda ismayılın müəllimi olmuş, Təbriz işğal edilər-edilməz İsmayılın yanına qoşmuş olan Şəmsəddin Lahici bu mətni yaza bilərdi. Çünkü bu 12 cümlədən ibarət olan mətn şüubiyənin ideallarını əks etdirən manifestdir. 12 rəqəminin qızılbaşlar yanında önəmi olmuşdur. 12 imam, 12 zolaqlı qızıl papaqları kimi. Ancaq bu mətndəki 12 cümlənin bu rəqəmlərlə heç bir əlaqəsi yoxdur. Bu 12 cümlə şüubiyənin tarixi amacını gerçəkləşdirən sənəddir. Nə idi o tarixi amac? Zaman axışı içində Türksüz və Ərəbsiz İran ölkəsi oluşdurmaq və özəlliklə Türkləri Fars ülküləri yolunda qullanmaq və yox etmək. Bu 12 cümləyə baxalım:
1.Mən bu gün yerə endim. 2. Sərvər və şahənşah mənəm. 3. Əmin ol ki, Heydərin oğlu mənəm. 4. Mənəm Firidun. 5. Mənəm Xosrov. 6. Mənəm Cəmşid. 7. Mənəm Zəhhak. 8. Mənəm Zaloğlu Rüstəm 9. Mənəm İskəndər. 10. Ənəl-həq sirri mənim bağrımda gizlidir. 11. Çünkü mənəm mütləq həqiqət. 12. Həqiqət mənim sona çatdırdığım işlərdir.”10 Bu qaynağı Londan muzeyindən alaraq bu dərgilərdə verdiklərini iddia etmişlər. Bu dərgiləri çıxaran da modern şüubiyə cərəyanı. Qaynağın doğruluğuna şübhə edilə bilər. Ancaq daha sonrakı tarixi sürəc və indiki durum bu mətndəki düşüncələrin gerçəkləşməsindən başqa bir şey olmamışdır. Ayrıca, bu qaynaq yanlış isə, başına tac qoyduğunda nələr söyləmişdir. Tacqoyma mərasimində şahın söylədiyi sözlər nələr olmuşdur. Şəmsəddin lahicinin bu zaman Təbrizdə olması bu mətni onun hazırladığına dəlalət etməzmi? Səfəvilərin özünü imam soyuna mənsub bilmələri də bir şüubiyə düşüncəsidir.çünkü İslam irqçi bir din deyildir. İrqçiliyi şiə və şüubiyə İslam kültürünə gətirmişdir. Daha irəlidə bunu anladacağam. İmam soyuna mənsub olmanın İslamda heç bir önəmi yoxdur. Səfəviyətlə işğal edilən Azərbaycan sadəcə şiələşməklə qalmamış, həm də sürətli şəkildə öz dilində, kimliyindən uzaqlaşmışdır. Azərbaycan Cümhuriyətində İsmayılın Türk dilini dövlət dili élan etdiyi əfsanəsi uydurulmuş.
Ta əski çağlardan bir şəhər özü təslim olduğunda oraya girən fateh qətl törətməzdi. Təbrizin o zamankı əhalisini tarixçilər ümumən 200 min nəfərdən artıq yazmışlar. “Anonim tarixçinin yazdığına görə 16-ci əsrin əvvəllərində əhalisinin sayı 300 minə çatan Təbrizdə…”11 200-300 min arasında əhalisi olan Təbriz yeddiminlik qızılbaş ordusu qarşısında özünü savunacaq və hətta qarşı tərəfi yenə biləcək ən az 50 minlik ordu düzənləyə bilərdi. Təbriz əhalisi sadəcə güvənlik istəyirdi. Şəhər ticarət həyatı güvənlik tələb edər. Təbrizin Şah İsmayıla dirənməməsinin əsas səbəbi güclü bir dövlət adamının şəhərdə güvənlik yarada biləcəyi ehtiyac idi. Onlar bilirdilər və duymuşdular ki, könüllü təslim olan şəhərlərdə şəhərə girən fateh qətl törətməz. İsmayılın da bu şəkildə davranacağını sanmışdılar. İllər boyu iç savaşdan bıxmış olan Təbrizdə ticarət həyatını və iqtisadiyatı güvənsizlik sarmışdı. Təbrizlilər İsmayıla yardım edərək bu güvənliyi bərqərar etmək fikrindəydilər. Onların ağlına gəlməzdi ki, İsmayıl şəhərə girdikdən sonra onların məzhəblərinin dəyişməsinə əmr verəcək və məzhəblərini dəyişməyənlər dəstə-dəstə qətl ediləcəklər. Təbriz tarixində kütlələri inancından və məzhəbindən dolayı qətl edən bir dövlət yönətimi olmamışdı. Şah İsmayılın sünniləri qılıcdan keçirməsi tarixin ilk təcrübəsi idi. Təbriz, Bakı, Şamaxı, Zəngan, Xoy, Urmu, Marağa və Mərənd kimi Azərbaycan şəhərləri sünni məzhəbindəydilər. Qismən də zeydiyyə məzhəbində. Şah İsmayılın sünnilərə qarşı illər boyu içində daşıdığı nifrət Təbrizlilərin başında çatlayacaqdı. Təbrizin işğalında İsmayıla yardımçı olmuş Zəkəriyya Keçəci necə bir ihanət etdiyinin bilincinə varmışdı.
O, Şah İsmayıla şiələşdirmə siyasətindən vaz keçməsini təklif etdi. Təbriz əhalisi şiə padşah istəməz dedi.12Ancaq sünniləri təhlükəli yaradılış sayan Şah İsmayıl həm atalarının intiqamını almaq, həm də şüubiyənin ona verdiyi görəvi yerinə yetirmək fikrində idi. Xalqı “haq dini”nə gətirmək istəyirdi. Özünü mütləq haq sandığından Təbriz əhlini də bu haqla tanış etmək istəyirdi. Ayrıca, Kərbəla şəhidlərinin də intiqamını sünnilərdən almaq fikrində idi. Tıbriz əhli sünni olduğundan onları Hz. Hüseynin qatili kimi görürdü. Üzərinə Tanrı tərəfindən bir mission qoyulduğunu düşünürdü. O mission da sünniləri yer üzündən silmək idi. O, qeybə çəklidiyi söylənən 12-ci imam haqqında bolca əfsanələr eşitmişdi. Eşitmişdi ki, 12-ci imam zühur etdiyində ilk üç müsəlman xəlifəsinin və daha sonrakı xəlifələrin məzarını açıb onları diriltdikdən sonra cəzalandıracaq. Bütün sünnilərin məzarını söküb yenidən atəşdə yaxacaq. İslam tarixində ən liberal məzhəbin banisi olan Əbuhənifənin məzarını söküb və məzarının üstündə tualet yapdırması da bu inancına görə olacaqdı. 12-ci imamın zühuru zamanı baş verəcəklərə bütün varlığı ilə inanan İsmayıl onun kimi davranmaq istəyir, sünniləri onun kimi qətl etmək istəyirdi. Əski mədəniyət mərkəzi olan Təbriz bir dəlinin əlində giriftar olmuşdu. Bu üzdən Təbriz əhalisinin dinlərinə qaraışmamasını təklif edən adama Şah İsmayıl bu cavabı verir:
Məni bu iş üçün göndərmişlər. Böyük Tanrı və məsum imamlar mənimlədir. Mən kimsədən qorxmuram. Rəiyyət söylədiklərimi qəbul etməzsə, Tanrının yardımı ilə hamısını qılıcdan keçirərəm.13 O, çocuqluq xəyallarına qatılmış nifrət və kinlə öyləsinə iç-içə girmişdi ki, tarixi və sosial gerçəkləri anlamaq istəmirdi, anlaya bilməzdi. Bir əmri üçün canını fəda edəcək Anadolu bozqırlarından gəlmiş qızılbaşların qeydsiz-şərtsiz itaətləri onun cəsur davranmasına səbəb olurdu. Onun baxışında dünya xeyir-şər, aydınlıq-qaranlıqdan ibarət idi. Xeyir və aydınlıq tərəfi şiə və şərlə qaranlıq tərəfi sünni idi. Xeyir və aydınlıq şər və qaranlığın kökünü qazmalı idi. Bütün bu cəzaları da Təbrizin sünni Türkləri ödəməli idi. Sanki Kərbəla olayında sünni Təbrizlilər də iştirak etmişdilər. Oysa ki, Kərbəla olayında sünni-şiə ayrımı hələ yox idi. Nə Əlioğlu Hüseyn şiə idi, nə də Yəzid sünni idi. Bu məzhəblər çox sonralar ortaya çıxdı. Ərəbistanın tarixi və sosial gerçəkliyində baş vermiş bir savaşın cəzasını indi Təbriz əhalisi ödəməli idi. İsmayıl bu dönəmdə öylə bir yaşdadır ki, onun ağlını iki amil yönləndirməkdədir: 1- Çocuq fantaziyaları 2- Şüubiyə bilgələri və bilgiləri. Bədrəddindən başlayıb İsmayılda iqtidara yüksələn hilulçuluq, yəni ruhun bədəndən bədənə keçmə görüşü şüubiyənin əlinə bir fürsət kimi düşmüşdü. İsmayılda 12 imamım ruhu mərkəzləşmişdi.
Qızılbaşların Təbrizi işğal etdiyi günün ertəsi cümə günü idi. Cümə günü Şah İsmayıl Cami məscidinə gəldi. Camidə bulunan hər iki sünni arasında bir əli qılıclı sünninin hazır durmasını istədi. Şah İsmayıl sünni məzhəbinin mənsux (batil) olduğunu duyurdu. Camidəki qalabalığın şaşqınlıqdan nəfəsləri tutulmuşdu. Sonra Əbubəkirə, Ömərə və Osmana lənət söyləməyib səssiz qalanların başlarının həmən vurulmasına əmr verdi. Minbərə çıxıb orada bulunan qalabalığa dedi: “Sünnilərdən təbərra edin (uzaqlaşın).”, “Əbubəkirə, Ömərə və Osmana lənət söyləyin!” Orada əllərində qılıc duran qızılbaşlar “Çox lənət, çox lənət” deyə bağırdılar. Xalq etiraz etdi və çaxnaşma qopdu. Şah yenidən yüksək səslə “Kim bu sözləri söyləməsə öldürüləcəkdir” dedi.14 Təbriz əhalisi şaşqın qalmışdı. Bir müsəlman necə ola bilər peyqəmbərin ən yaxın əshabələrinə lənət etsin, deyə düşünürdülər. İsmayıl isə, nə səhabilərin kimliyini, nə də İslam tarixini bilirdi, nə də peyqəmbəri doğru-dürüst tanıyırdı. Onların inancına görə imamlıq görəvi peyqəmbərlik məqamından üstün idi. Sadəcə 12-ci imam kimi davranmaq ona öyrədilmişdi. Əbubəkirin, Ömərin, Osmanın və Ayişənin müsəlman olmadıqları və Əli düşmənləri olduqları çocuğun ruhuna və şüuruna doldurulmuşdu. Peyqəmbər düşməni olan onlar Əlinin iqtidar haqqını yemiş vəözləri iqtidara gələrək Əbusüfyan dini olan sünniliyi yaymışlar. Ömər Əlinin evinə saldırmış və peyqəmbərin qızı Fatiməni yaralayaq qarnındakı Möhsün adlı çocuğun düşməsinə səbəb olmuşdur. Möhsün böyləcə Ömər tərəfindən şəhid edilmişdir. Bu olaydan bir neçə gün sonra da Fatimə özü şəhid olmuşdur.* Şah İsmayılın İslamla ilgili bütün bildikləri bu əfsanələrdən ötəyə keçmirdi. Bu bildiklərini əzbər bilirdi. Bu əzbər bildiklərinin dışında onun üçün İslam anlayışı yox idi. İndi Hz. Əli və Fatimənin, Hz. Möhsünün (!) və Kərbəlada şəhid olanların intiqamını Azərbaycan türklərindən almanın zamanı gəlmişdi və Təbriz əhalisi qətl edilməli idi. Təbriz əhalisi etdikləri “suçlardan” dolayı ya tövbə etməli, ya da qətl edilməli idi.
Camidəki əhali Türkçəni farsca ləhcəsi ilə danışan və əlində qılıc tutan bu çocuğun “Əbubəkirə, Ömərə və Osmana lənət söyləyin!” bağırtısını yenidən duydular. Xalq iki qorxu arasında sıxışıb qalmışdı. Bir tərəfdən İslam böyüklərinə lənət söyləsələr Allahdan qorxurdular, digər tərəfdən də əllərində qılıc dayanmış qatil qızılbaşlardan. Çoxları bu sözləri duymamaq üçün barmaqları illə qulaqlarını tıxadılar. Şəhərin İslam alimlərindən bir neçəsi camidən çıxmaq istədilər. Ancaq minbərdə əlində qılıc oturmuş Şah bu dəfə daha yüksək səslə “Təbərra edin!” dedi.15 Kimsə təbərra etmədiyi üçün Şah camidə olanların hamısının başlarının kəsilməsinə əmr verdi. Təbriz camisi böyük bir qətlgaha dönüşdü. Kimsə qızılbaşların əlindən sağ qurtulmadı.
Bunun üzərinə qızılbaşlar Təbrizlilərin mallarına və namuslarına təcavüz etmək üçün sərbəst buraxıldılar. Şəhərin bütün din adamları, müəzzinləri, müəllimləri və pişnamazlıları tutuqlandılar. Onlardan xəlifələrə lənət söyləmələri istəndi. Axirətdən qorxan Təbriz türkləri bunu etmədikləri üçün öldürüldülər. Evləri yaxıldı, qadınlarına, qızlarına təcavüz edildi. “Azərbaycan sünnilərin murdar və iyrənc varlıqlarından təmizləndi.”16 Bu murdar və iyrənc varlıqlar Azərbaycanın din alimləri və sünni inanclı insanları idi. Qızılbaşlar Təbrizin küçələrində əllərində balta dolaşır xəlifələrə lənət göndərirdilər. Evdən dışıarı çıxıb “daha çox lənət” söyləməyənlərin evlərinə girib ailəni tamam qətl edib qızlara təcavüz edirdilər. Anadolunun bozqır aqressivliyi mədəniyət və ticarət mərkəzi olan Təbrizi məhv edirdi. Sünnilərin dəyəri sadəcə köpək qədər olduğu üçün onların köpəklərini də öldürürdülər. Təbriz heç bir zaman belə bir dəhşətlə qarşılaşmamışdı. Şəhərin öndə gələn adları başqa ölkələrə qaçmaq üçün yol axtarırdılar.17 Təbriz sünni alimlərindən çoxu ailələrini də götürüb şəhərdən qaçdılar.18 Bu arada şəhərin lotuları və avaraları da qızılbaşlara qatılıb qılıcla quşanaraq qadınlara təcavüz etməyə, sünniləri yağmalamağa başladılar. Qızılbaşlarla bir yerdə “təbərrayan” adında bir təşkilat qurdular. “Təbərra” ərəb dilində uzaqlaşmaq və “təvəlla” yaxınlaşmaq, sevmək deməkdir. Şiənin iki təməl qavramı “təvəlla” və “təbərra”dır. Təvəlla, yəni əhli-beyti sevmək və təbərra, yəni əhli-beyti sevməyənlərdən uzaqlaşmaq. Şiəyə görə sünnilər əhli-beyti sevmədikləri üçün onlardan uzaqlaşmaq və fürsət olursa, onları qətl etmək lazımdır. Ancaq sünnilərin əhli-beyti sevmədikləri ilə bağlı heç bir bəlgə yoxdur. Kərbəla olayından dolayı sünnilər məmnun olmamışlar. O bir iqtidar savaşı olmuş və daha sonrakı dönəmlərdə sünniləri ilgiləndirməyən İslam tarixindəki acı hadisədir. Fars dilində bir də “təbər” sözü var. Fars dilindəki “təbər” balta anlamındadır. Təbər sözü “təbərra” sözünə yaxın sözdür. Təbrizdə qurulan “təbərrayan” təşkilatının iki anlamı var idi. Sünni inancı olanları qətl etmək və bir də təbər qullanaraq qətl etmək. Bu üzdən də “təbərrayan” təşkilatının qatilləri əllərində “təbər” (balta) şəhərdə dolaşır və xəlifələrə lənət göndərilməsini istəyirdilər. Səsi çıxmayan, ya da yavaş söyləyənin başı təbərrayanın təbərləri (baltaları) tərəfindən vurulurdu. Təbərrayan təşkilatını yaxşı anlaya bilməmiz üçün İranda Xumeynidən sonra qurulmuş olan “Sipah Silahlı Örgütü” göz önündə bulunmalıdır. Xumeyni Şah İsmayılın kopisi olduğu kimi “sipah” təşkilatı da “təbərrayan” təşkilatının kopisi olmuşdur. Təbərrayan təşkilatının Təbrizdə qətl etdikləri insanlar haqqında tarixdə bilgilər var: Bir neçə gün içində Təbrizdə 20 min əhali öldürüldü. Şah İsmayılın Təbrizdə törətdiyi cinayətə bəşər tarixi tanıq olmamışdır. Bəlkə şah İsmayılı Neronla qiyaslamaq olar.19 Şah İsmayılın törətdiyi qətllərin xəbəri Avropaya da gedib çatmışdı.
Qızılbaşlar çox qısa zaman içində Təbrizin bütün tarixi memarlıqlarını sünni ürünü olduğundan söküb yox etdilər. Səfəvi öncəsi Təbriz memarlığından Ərk qalasından və Göyməsciddən başqa heç bir şey qalmadı. Dörd xəlifənin adları yazılı olan camiləri və başqa yerləri sökdülər. Sünni bayındırlılardan qalan bütün memarlıq miraslarını sökdülər. Sünnilərin qutsal yerlərində at-eşşək bağlayıb tövləyə dönüşdürdülər. Qəbristanlıqlarda daşlar üzərinə xəlifə adları yazılan məzarları sökdülər. Bayındırlıların və Qaraqoyunluların məzarlarını tamam sökdülər. Təbrizdən sonra sıra başqa şəhərlərə gəlirdi. Bütün əhalisi sünni olan Ərdbil əhalisi ilə də Təbrizdəki kimi davrandılar. Ərdəbilin fəqihlərini, din müəllimlərini, müəzzinlərini yaxalayıb öldürdülər, qadınlarına və qızlarına təcavüz etdilər. Şah İsmayıl əhaliyə əmr verdi ki, evlərinin içinə kərmə-təzək doldursunlar. Təbərrayan Ərdəbilin küçələrində dolaşır və “Əbubəkirə, Ömərə, Osmana lənət” deyə bağırırdılar. Hansı evdən səs çıxmırdısa, evə qalanmış olan odun yaxılırdı, ev yanıb külə dönürdü. Evlərin içində çocuqlar da yanıb yaxılırdılar.20 Bir il içində Azərbaycan Xandəmirin dediyi kimi “murdar və iyrənc” adamlardan təmizləndi. Öldürülməyənlər də qaçıb başqa ölkələrə yerləşdilər.21 Təbrizin qızılbaşlar tərəfindən işğal edilmə xəbəri Anadoluda ıldırım sürəti ilə yayılmış və Türkmən qızılbaşlarda ruh yüksəkliyi yaratmışdı. Anadoludan Azərbaycana qızılbaş axınları başlamışdı. Öz yurdlarını tərk edib Azərbaycana axışan qızılbaş Türkmənlər mal-davarlarını dəyərəin-dəyməzə satır, ya da qızılbaş ordusuna bağışlayırdılar. Osmanlı tarixçisi Kamal Paşazadə Anadolu qızılbaş Türklərinin Azərbaycana axışını bu misralarla anladar:
Türklər tərk etdilər diyarlarını
Yox bahaya satdılar davarlarını22
Yenə Səadətdin Hoca deyə bir başqa Osmanlı yazarı İsmayılın taxta çıxmasını və ağılsız Türkləri özünə mürid etməsini bu şəkildə anladar:
Başına tac aldı çıxdı o mürid
Etdi biidrak ətrakı mürid.23
Bu zaman qızılbaşların yağmaladığı qəniymətləri almaq üçün Təbrizdə bulunan Venizli bir tacir xatirələrində yazır:
Təbrizdə olduğumda Anadoluda könüllü olaraq Şah İsmayılın buyuruğu altına və onun bayrağının altına keçən axınları gördüm. Özəlliklə Anadoludan, Qaramandan axınlar gəlirdi. İsmayıl da onlara inayətdə bulunur, vəzifə və məqam verirdi.24 Qızılbaşların sayı artdıqca Azərbaycan Türklərinin qara günü də artırdı. Azərbaycana çatan hər qızılbaş sünni öldürüb şeyxlərinin intiqamını alırdı. Əslində isə, intiqam adı altında xalqın mallarına sahiblənirdilər. Venizlilərin anlatdıqlarına görə Təbriz, Ərdəbil və Zəngan kimi Azərbaycanın böyük şəhərləri qanlı günlər keçirir xalq qətl edilir, aclıq və səfalətdən yox olurdu. Yerli əhalinin qızları və qadınları fahişəliyə zorlanırdı. Yaraşıqlıl sünni cavan oğlanlarla seks yapar onlara cinsi təcavüz edirdilər. Günümüzdə İran İslam zindanlarında oğlanlara edilən cinsi təcavüz Səfəvi kültürünün mirası olsa gərək. “Şah əmr etdi ki, Təbrizin ən yaraşıqlı və gözəl gənc oğlanlarından 12 oğlan gətirsinlər. Şah sarayında şah onlarla seks yapdı. Sonra onlara təcavüz edilməsi üçün qızılbaşlara buraxdı.”25 Bütün bu yöntəmlər sünniliyi aşağılamaq üçün idi. Bu yolla Azərbaycan əhalisi aşağılanmış məzhəblərindən asanca qopa bilərdilər. Bir tərəfdən qətl, digər tərəfdən aşağılama. Bunların hesabına Azərbaycan Qaraqoyunlu və Bayındırlı Türk kültürü və kimliyindən tamamən qoparaq İrani şüubiyə kimliyin bir parçası olacaqdı.
Necə bir tuzağa düşdüklərinin bilincində olmayan qızlbaşlar Şah uğrunda fədakarlıqlarına davam edirdi. Şah İsmayıl Təbrizi işğal edər-etməz ölkədə farslaşama başladı və farsların dövlətin həssas vəzifələrinə yerləşdirilmə sürəci davam etdi. Şah İsmayılı iqtidara daşıyan əsasən yeddi kişidən ibarət olan “İxtisas qurulu” idi. Buna Türk dilində “Lalalıq” deyilirdi. Lalalıq Türk bəylərinin yönətim qurulu idi. Şah İsmayıl başına tac qoyduqdan sonra Lalalıq qurulunu qaldırdı. Yerinə “Vəkili-nəfsi-hümayun” gətirdi. Bu ifadə istər-istəməz bizə 20-ci əsrdə Oəhləvilərin siyasi qavramlarını xatırladır. Şah İsmayıl dövlətin quruluşundan altı il sonra 1508-ci ildə Hüseyn bəy Şamlunu bu görəvdən aldı və yerinə bir fars oturtdu.26 Bu görəv Şah İsmayılın həm “padşah” olaraq siyasal iqtidarının, həm “mürşidi-kamil” olaraq inancsal iqtidarının vəkillik qurumu idi. Bu qurum bir sürəliyinə həm də başbaxanlıq görəvini yapdı. Vəkil, Şah İsmayılın “alter ego”su, yəni ikinci kişiliyi idi. Bu qurumun yaradılması, Şah İsmayıl nəzdində, teokratik yönətim biçimi ilə siyasal brokrasi arasındakı boşluğu qapatan körpü idi.27 Bu tarixdən etibarən Fars ünsürü ortaya girmiş, quruluşunda heç bir qatqıları olmayan aristokratik ailələr, ortodoks şiə aracılığı ilə gələnəksəl rollarını oynamağa başlamışlar. Yönətimə qatılacaqlar və sonra kəndi inanc, dil, kültür və denəyimləri ilə dövləti ələ keçirəcəkdilər.28 Qızılbaş bəylərin etkisini azaltmağa yönəlik Şah İsmayılın bu davranışı bir İran dövləti yaratmaya yönələn ilk bəlirti idi. 29 İqtidardan uzaqlaşmalarını görən qızılbaşlar buna etirazlarını Şahın təyin etdiyi elbayları (valiləri) teror edərək ortaya qoyarlar. 1508-1524 illəri arasında beş Fars, Şah vəkili bir-birini izlədi. Şah İsmayıl, Şah vəkilini qızılbaş ordusunun baş komutanı əmir-ul üməranın (əmirlərin əmiri) səlahiyətinə eşit qılmışdı. Şah İsmayılın bu davranışına etiraz olaraq beş vəkildən üçünü öldürdülər.30 1508-ci ildən sonra qızılbaşlar necə bir tuzağa düşdüklərini hiss etməyə başlamışdılar. Başlarına dillərini bilmədiklərin farsların keçəcəyini ağıllarından keçirməmişdilər. Bu üzdən də 1508-ci ildən sonra Anadolu qızılbaşları artıq şah İsmayıla əsgər verməz. Şah İsmayıl 1509-cu il Yııldızdağı toplantısından sonra kəndisinə əsgər verməyən Anadolu qızılbaşlarını üzüüstə buraxmışdı. 1511-ci ildə bozquna uğrayan Şahqulu tərəfdarlarını Səfəvilərə sığınarkən, karvanlara basqın yapmışlar bəhanəsi ilə öldürtmüşdü.31
Şüubiyənin qızılbaş Türkləri Şah İsmayıl vasitəsi ilə necə qullandığı açıqca görülməkdədir. Araşdırmalarımızın davamında Şah İsmayılın bir şüubiyə casusu görəvini yapdığını görəcəyik. Burada bir az daha şüubiyənin kimliyi üzərinə düşünmək mövzunun anlaşılmasına yardımçı ola bilər. Özü də modern bir şüubiyəci olan və İran İslam Devriminin gerçək ideolğu Əli Şəriəti Şüubiyəni bu şəkildə anladar:
1- Sasani dövlətini devirən Ömər şüubiyə əfsanəsində Əli ilə qarşı-qarşıya gətirilir. Əli gerçək İslamın təmsilcisi, Ömər isə İblis İslamının təmsilcisidir. Əli övülür, Ömər məhkum edilir.
2- Sasanilərin devrilməsində iç etkənləri göz önündə bulundurmazlar, bir impratorluğun yüksəlişi və çöküşü yasalarına diqqət etməzlər. Sasanilərin devrilişində bütün suçları Ömərə yüklərlər.
3- Sasani səltənəti ilə müxalif olan imamət deyil, xilafətdir. Bu üzdən də səltənət və imamət arasında uyqunluq var.
4- Ömər sünniliyi sasanliyin düşməni və Əli şiəliyi sasaniliyin dostudur.
5- Ömərin Sasaniləri məğlub etməsi ilə İslam Sasani ölkəsinə girməmişdir. İslam Hz. Fatimənin Sasani qızı Şəhrbanunun yuxusuna girməsi ilə Sasani ölkəsinə girmişdir. Hələ Sasanilər devrilmədən öncə Hz.Fatimə Mədain sarayında Yəzdgərdin qızı Şəhrbanunun yuxusuna girmiş, onu İslama dəvət etmiş və İslamın qurallarını yuxuda ona öyrətmişdir.
6- Ömər tərəfindən yenilib tarixdən dışlanan Sasanilərin son padşahı Yəzdgərd əfsanəvi şəkildə peyqəmbər tərəfindən tarixə geri gətirilir və peyqəmbərin əhli-beytinə daxil edilir.
7- Şüubiyənin Əbubəkirdən daha çox Ömərə nifrət etməsinin də səbəbi budur. Sasaniləri devirən Əbubəkir deyil, Ömərdir. Şüubiyənin Əbubəkiri sevməməsi, sadəcə Fədəklə bağlıdır.* Əbubəkir Fədəki qəsb etmiş, Ömər Sasaniləri. Ancaq Fədək olayı ərəb tarixinə aid olduğundan şüubiyəni bir o qədər də ilgiləndirməmişdir.
8- Sasanilərin tək yadigarı olan Yzdigərdin qızı yuxuda Hz. Fatimənin dəvəti və yardımı ilə müsəlman olur. Müsəlman olduqdan sonra yenə də yuxuda Fatimə onu oğlu Hüseyinlə evləndirmək istəyir. Əsir olaraq Şəhrbanu Mədinəyə aparıldığında Mədinənin bütün cavanları içindən Hz. Hüseyni seçir, hətta Hüseyndən daha yaraşıqlı olduğu söylənən Hz. Həsənə də könül vermir. Çünkü yuxuda Fatimə onu oğlu Hüseynə istəyibmiş. Çünkü imamlıq Həsən soyundan deyil, Hüseyn soyundan davam etmişdir. Böyləcə imamlıq Sasani və peyqəmbər soyu arasında paylaşılır. İmamlıq bir tərəfdən peyqəmbər soyuna dayanır, bir başqa tərəfdən də Fars soyuna.
9- İmamlığın imam Səccad (4-cü imam) tərəfindən 12-ci imama qədər davam etməsi Sasani səltənətinin əbədiyətə qədər, ya da “Mehdi” gələnə qədər davam etməsi anlamındadır. Çünkü “Mehdi”nin qanında Sasni qanı var. Onun da gəlib gəlməyəcəyi, ya da nə zaman gələcəyi bəlli olmadığı üçün Sasani səltənəti qeyb dünyasında davam edəcək. Bu dünyada yaşayan şiə əhli o səltənətin gerçəkləşməsi yolunda çalışmalı, çünkü bu, “Mehdi”nin də diləyidir.
10-Əhli-beytin bütün əxlaqi və üstün özəllikləri peyqəbər və Sasani soyundan qaynaqlanır.
11-Allah qatından qaynaqlanan peyqəmbər ışığı bu yolla əhuraməzda-Sasani ışığı ilə birləşmiş olur. İmamların əbədiyətə qədər davam edəcək iqtidarında Sasaniliyin iqtidarı da bu inancda əbədiləşdirilir.
12-Həm Hz. Əlinin ömər tərəfindən haqqı yeyilmiş və xilafət iqtidarından uzaqlaşdırılımışdır, həm də Sasani dövləti Ömər tərəfindən devrilmişdir. Ömər həm Əliyə zülm etmişdir, həm də Sasanilərə. Ömərə qarşı və dolayısıyla Ömərciliyə qarşı Əlilik və Sasanilik birləşmiş olur. Bu birləşmə duyqusu Hz. Mehdinin varlığında davam edir. Mehdi zühur etdiyində həm dədəsi Hz.Əlinin, həm də Sasanilərin intiqamını Ömərdən və Ömərcilərdən alacaqdır. Öməri dirildib mühakimə edərək yenidən yaxacaq, Ömərciləri də, yəni sünniləri də qılıcdan keçirəcək.32
Anlaşıldığı kimi Sasaniləri devirən Ömər deyil, Əli olsaydı şüubiyənin tarixdə icad etdiyi nifrət Ömərə deyil, Əliyə yönələcəkdi. Əliyə qarşı yönəltilmiş olan sevgi də Ömərə, ya da bir başqasına yönələcəkdi. Şüubiyənin 16-cı əsrdə bəlirgin şəxsiyəti Şah İsmayıldır. Azərbaycandakı soyqırımı şüubiyənin ilkələri doğrultusunda, hədəfi və tarixi bilinci olmayan Türk-qızılbaşları qullanaraq gerçəkləşdirmişdi. Siyasi səfəviyət birinci türk dil birliyini, tarix birliyini və sonra da İslam birliyini parçalamışdı. Səfəvi öncəsi heç bir Türk-İslam dövləti insanların və kütlələrin dinini, məzhəbini sorqulamamışdı. Türksitan və Anadolu arasında müsəlman Türklərin gəl-getləri üçün heç bir əngəl yox idi. Səfəvilər buna əngəl törətdilər. Şiə olanlardan 12 imam adına 12 il vergi almayacaqlarını bir qural olaraq duyurdular. 600 illik doğal türk birliyi ortadan qaldırıldı. Türkçə pozulmağa və farslaşmağa başladı. Islamda bütün insanlar başda peyqəmbər olmaqla Allahın qulu ikən şüubiyə Səfəviyəsi birdə 12 imam qulu deyə İslam inancına şirk qatdı. İnsanları insanların qulu halına gətirən inancı yayqınlaşdırdılar. Əlinin, Həsənin, Hüseynin qulları olaraq əliqulu, həsənqulu, hüseynqulu kimi insan ləyaqətini və şəxsiyətini aşağılayan adlar yayqınlaşdı. Köləlik çocuğun doğduğu ilk gündən qulağına oxundu. Kimliklərini bilmədiyi adamların qulu olacaqdı. İslam təlimlərində isə, bu, açıqca şirk sayılmaqdadır. Məhəmmədin bilə, qulu deyə İslamda bir ilkə yoxdur. Çünkü Hz. Məhəmməd özü də Tanrının quludur və qula qul olunmaz.

9 Eyni qaynaq s. 53.
10 Ettelaate Eqtesadi-siyasi, 1378-ci il, sayı 147-148, s. 23 və Ettelaate Eqtesadi-siyasi 1385-ci il 225-226 sayı . اطلاعات اقتصادی-سیاسی سال 1378 شماره 148-147 ص 23 و سال 1385 شماره 226-225
1. من امروز به زمین فرود آمدم 2- منم سرور و شاهنشاه 3- بدان به راستی که منم فرزند حیر 4- منم فریدون. 5- منم خسرو 6- منم جمشید 7- و منم ضحاک 8- منم رستم پسر زال 9- منم اسکندر 10- سر انلحق خفته است در سینه من 11- چون منم حقیقت مطلق 12- و حقیقت آن باشد که من به سرانجام رسانم.
11 Oqtay Əfəndiyev “Azərbaycan Səfəilər Dövləti” Şərq-Qərb Bakı- 2007 s.59.
12 Aləm Arayi Səfəvi 64. عالم آرای صفوی 64
13 Eyni qaynaq.
14 Eyni qaynaq.
* Ömər bu saldırıları edərkən Əli harda imiş və ailəsini niyə savunmurmuş bəlli deyil. Ömərin Hz. Əli və Hz. Fatimənin qızı olan Ümkülsümlə evli olduğunu da unutmuşlar. Sadəcə bir nifrət ideolojisi oluşdurmaq gərəkirmiş tarixi gerçəklərə uymayan. G.G.
15 Eyni qaynaq 15.
16 Əmir Mahmud Xandəmir “Tarixi-Şah İsmayıl və Şah Təhmasib” 66.
17 Venizlilərin səfərnaməsi, təırcümə Mənuçehr Əmiri Xarəzmi nəşriyatı Tehran 1349) سفرنامه ونیزیان در ایران، ترجمه منوچهر امیری انتشارات خوارزمی تهران 1349
18 Həbib- ül Seyr Qiyasəddin Xandəmir 468.
19 سفرنامه ونیزیان 409-310 Venizlilər səfərnaməsi 310-409.
20 Aləm Arayi Səfəvi 54.
21 حبیب السیر 468. Həbib- ul Seyr 468.
22 Faruk Sümer “Safevi devletinin kuruluşu ve gelşmesinde Anadolu Türklerinin rolü”
23 Eyni qaynaq.
24 سفرنامه ونیزیان 423. Venizlilərin səfərnaməsi 413.
25 Eyni qaynaq.
26 YOL dergisi sayı 19 İsmail Kaygusuz “Aleviliğin Kızılbaş Siyasi Hareketi ve şah İsmail” Ankara.
27 Eyni qaynaq.
28 Eyni qaynaq.
29 Eyni qaynaq.
30 Eyni qaynaq.
31 Eyni qaynaq.
* Fədək peyqəmbərin qızı Fatiməyə verdiyi bir bağ olmuş. Peyqəmbərin vəfatından sonra Əbubəkir “peyqəmbbir mirası olmaz” söyləyib bu bağı Fatimədən almışdır. İslam alimləri də “peyqəmbərin mirası olmaz” fikri üzərində anlaşmışlar. Hz. Əlinin özü də bu duruma etiraz etməmişdir. G.G.

32 Əli Şəriəti “Ələvi şiəsi və Səfəvi şiəsi”