TARİXDƏKİ RUS – OSMANLI SAVAŞMALARI…


Rmil Cəbrayıl

Rus-Osmanlı savaşları I Dünya müharibəsi dönəminədək olan dünya düzəninin formalaşmasında əsas amillərdən olub. Doğrudur, rusların türklərlə ilk mütəşəkkil təmasları IX əsrdən etibarən Azərbaycan ərazisinə əvvəl ticarət, sonra isə talançılıq məqsədilə gəlmələri ilə başlasa da, onların tarix səhnəsindədaha qüdrətli olduğu dönəmlər bir neçə əsr sonraya təsadüf edir. 1380-ci ildəKulikovo döyüşündə Türk xaqanlığı olan Qızlı Ordu xanı Mamay xanın ruslara məğlub olması, 1395-ci ildə Əmir Teymurun Qızıl Ordu xanı Toxtamışı Terek savaşında darmadağın etməsi və nəhayət 1480-ci ildə Qızıl Ordu xanı Əhməd xan ilə Moskva knyazı III İvan arasında baş verən “Uqra görüşü” adlı tarixi hadisədən sonra ruslar vassal asılılığından xilas olurlar.Qızıl Ordu dövləti dağıldıqdan sonra ruslar bu dəfə yeni yaranmış türk xanlıqları olan Kazan, Krım və Sibir xanlıqları ilə mübarizəyə başlayır vəbununla da dövrün qüdrətli imperatorluğu olan Osmanlı ilə qarşı-qarşıya gəlirlər.
Moskva knyazlığı 1552-ci ildə Kazan, 1556-cı ildə Həştərxan xanlıqlarının varlıqlarına son qoyduqdan sonra Don və Volqa çayları ətrafında güclənmiş vəbunun nəticəsində Orta Asiya, Krım və Anadolu arasındakı ticarət yolu Osmanlının nəzarətindən çıxmışdı. Buna görə də, 1568-70-ci illərdə Sultan II Səlim ilə çar IV İvan arasında ilk savaş başlanır və bu döyüşün nəticəsində ruslar qələbə çalırlar və tərəflər arasında bir-birilərinə hücum etməmək barədə müqaviləimzalanır.
1676-cı ildə başlanan ikinci Rus-Osmanlı savaşına səbəb Rusiyanın Osmanlının himayəsində olan Krım xanlığına məxsus Çehrin qalasını ələ keçirməsi oldu. Buna cavab olaraq sədrəzəm Qara Mustafa Paşanın komandanlığında yürüşə çıxan türk ordusu 1678-ci ildə rusları məğlub edərək qalanı geri alır. Ruslar ikinci dəfə qalanı ələ keçirmək istəsələr də, buna müvəffəq olmurlar və nəticədə tərəflər arasında 31 yanvar 1681-ci ildə Bağçasaray müqaviləsi imzalanır. Müqaviləyə görə, Dnepr çayının sağ sahili və Çehrin qalası Osmanlının himayəsinə, Dneprin sol sahili isə Rusiyanın tabeçiliyinə keçir.
1686-1700-cü illəri əhatə edən III Rus-Osmanlı savaşı 1683-99-cu illəri əhatə edən Osmanlıya qarşı Avropa ölkələrinin birləşdiyi “Müqəddəs İttifaq”ın apardığı döyüşlərin tərkib hissəsinə daxildir. 1686-cı ildəRusiyanın bu “müqəddəs ittifaq”a qoşulmasından sonra ruslar 1687-89-cu illərdə Krıma, 1695-96-cı illərdəisə Osmanlıya bağlı olan Azov şəhərinə hücum edirlər. Krıma yürüşdə məğlub olan ruslar, Azov şəhərini ələkeçirməyə müvəffəq olurlar. 1700-cü ildə tərəflər arasında bağlanan İstanbul müqaviləsinə əsasən Azov qalası ruslara, rusların Taqanroqda inşa etdikləri qala isə Osmanlıya verilir.
IV Rus-Osmanlı savaşına səbəb Rus çarı I Pyotrun Poltava savaşında İsveç krallığını məğlub etdikdən sonra Osmanlıya sığınan İsveç kralını təqib edərək türklərin torpaqlarına daxil olmasıdır. Buna görə də sultan IIIƏhməd Rusiyaya qarşı müharibə elan edir. Baltacı Mehmet paşa 1711-ci ildə 200 minlik ordu ilə Krım xanlığının dəstəyi ilə Dunay çayını keçərək Rusiyaya yürüş edir. 1711-ci ildə baş verən Prut savaşında ruslar darmadağın edilir. Savaşdan sonra bağlanan Prut anlaşmasına görə Azov qalası Osmanlılara geri verilir, Rusiya Osmanlıda daimi elçi saxlamaq hüququndan məhrum edilir. 1724-cü ildə Osmanlı ilə Rusiya arasında bağlanmış İstanbul müqaviləsinə əsasən rusların işğal etdiyi Xəzəryanı ərazilər (Dərbənd, Bakı, Salyan, Lənkəran, Rəşt və Ənzəli) Osmanlı tərəfindən təsdiqlənir, qalan bütün Azərbaycan torpaqları isəOsmanlıya verilir.
1730-cu ildə Osmanlıda Patron Xəlil üsyanının baş verməsi, digər tərəfdən Səfəvilərlə aparılan müharibələr Osmanlını zəiflətmişdi və buna görə də ruslar bu fürsətdən istifadə edərək yenidən müharibə hazırlığına başlayır. Bu məqsədlə ruslar 1736-cı ildə Krıma yürüş edirlər. Az sonra Avstriya dövləti də Rusiya ilə eyni cəbhədə yer alaraq birlikdə Osmanlıya qarşı savaşmağa başlayır. Bu ittifaqa baxmayaraq Osmanlı qələbəçalır və Avstriya ilə Osmanlı arasında 1739-da Belqrad müqaviləsi imzalanır. Anlaşmaya görə Serbiya, Belqrad Osmanlıya verilir, Azov qalası Rusiyada qalır. Rus gəmilərinin Azov və Qara dənizdə üzməsi qadağan edilir, lakin Rusiyanın İstanbulda səfirlik açmaq hüququ bərpa edilir.
Növbəti Rus-Osmanlı savaşının başlamasına səbəb 1768-ci ildə rus əsgərlərinin Osmanlı sərhədini keçərək Balta şəhərində qətliam törətmələri olur. 1770-ci ildə ruslar Larqa və Kaqul çayları sahilindəki döyüşdəOsmanlı yeniçərlərini və Krım tatarlarını məğlub edir, 1770-ci ilin 5-7 iyulunda Saqqız adası ilə Çeşməburnu arasındakı dəniz savaşında Osmanlı donanmasını məhv edir və ruslar İsmail, Akkerman, Bender qalalarını ələ keçirirlər. 1774-cü ildə rus sərkərdəsi Rumyantsevin ardıcıl qələbələrindən sonra Osmanlı müqavilə bağlamağa məcbur olur. 21 iyul 1774-cü ildə bağlanmış Kiçik Qaynarça anlaşmasına görə Buq vəDnepr çayları arasındakı ərazilər, Krımdakı Kerç, Yeniqala, Kubana qədər olan torpaqlar Rusiyanın nəzarətinə keçir. Krım müstəqil elan olunur, rus gəmiləri ilk dəfə olaraq Qara dənizdə üzmək hüququ əldəedir. Valaxiya və Moldova Rusiyanın himayəsinə verilir. 1783-cü ildə isə Rusiya Krımı işğal edir.
Növbəti Rus-Osmanlı savaşı 1787-1791-ci illəri əhatə edir. Sultan I Əbdülhəmid Kiçik Qaynarça müqaviləsi nəticəsində itirdiyi torpaqları ələ keçirmək məqsədilə yeni savaş başladır. Lakin elə ilk döyüşlərdə rusların qələbə çaldığını eşidən I Əbdülhəmid vəfat edir və hakimiyyətə III Səlim gəlir. Lakin onun dönəmində dəruslar Fokşan və Rımnik savaşlarında (1789) qalib gəlirlər, Akkerman qalası və Bessarabiya rusların əlinəkeçir. 1790-cı ildə Suvorovun komandanlığı altında olan rus ordusu İsmayıl qalasını ələ keçirir. Məşhur sərkərdə Kutuzov bu döyüşdə bir gözünü ititrir. Ardıcıl şəkildə məğlub olan Osmanlı 1791-ci ildə Yassı müqaviləsini imzalayır. Müqavilənin şərtlərinə görə Osmanlı Krımın Rusiyanın tabeçiliyində qalmasını təsdiqləyir, Dnestr çayı hər ikisi arasında sərhəd elan olunur. Qara dəniz sahilində yerləşən Anapa qalası Osmanlıya verilir.
1806-cı ildə rusların Valaxiya və Moldovanı tutmasından sonra yeni savaş başlayır və Osmanlı yenidən məğlub edilir. 16 May 1812-ci ildə tərəflər arasında bağlanan Buxarest anlaşmasına əsasən Prut və Dunay çaylarının sol sahili sərhəd elan olunur, Bessarabiya, Suxumi Rusiyanın əlinə keçir, Rusiya Qara dənizəqədər bütün cənubi Qafqazda möhkəmlənir, Valaxiya, Moldova, Anapa, Axalkalaki Osmanlıya qaytarılır.
1828-1829-cu illərdə aparılan savaşlar rusların sultandan Yunanıstana muxtariyyat verilməsi tələbini irəli sürməsi nəticəsində baş verir. Bu döyüşdə rusların İstanbulun 68 km yaxınlığına qədər irəliləməsi nəticəsində Osmanlı 14 sentyabr 1829-cu ildə ağır şərtləri olan Ədirnə müqaviləsini imzalamağa məcbur olur. Bu müqavilə nəticəsində Prut çayı sərhəd elan olunur, Kuban çayının mənsəbindən Potiyə qədər Qara dəniz sahili Rusiyaya verilir. Yunanıstan və Serbiya muxtariyyət əldə edir. Osmanlı Rusiyanın Cənubi Qafqazdakı işğalını təsdiqləyir.
Növbəti Rus-Osmanlı savaşının başlanmasına səbəb dini amillər olur. 1853-cü ilin fevralın 1-də Rusiya Osmanlı hökumətindən onun ərazisində olan bütün pravoslavların onun himayəsinə keçməsini tələb edir. Ingiltərə və Fransaya arxalanan Osmanlının bu tələbi rədd etməsindən sonra tərəflər arasında tarixdə Krım müharibəsi adlanan savaş başlanır. İngiltərə və Fransanın da Rusiyaya müharibə elan etməsindən sonra ruslar məğlub edilir və 1856-cı il martın 30-da Parisdə sülh müqaviləsi imzalanır. Müqaviləyə əsasən Qars Osmanlıya verilir, müttəfiqlər tərəfindən işğal edilmiş Sevastopol və Rusiyanın digər şəhərləri geri qaytarılır, Rusiya pravoslavları himayə etmək tələbindən əl çəkərək Osmanlının bütövlüyünü vətoxunulmazlığını təsdiqləyir. Dardanel boğazı və Qara dəniz bütün ölkələrin ticarət gəmiləri üçün açıq elan olunur. Bu müharibə nəticəsində Osmanlı İngiltərə və Fransa kapitalından asılı vəziyyətə düşür.
Krım müharibəsindən sonra Yaxın Şərqdə itirilmiş mövqeyini geri qaytarmaq üçün Rusiya 1877-ci ildəmüharibə elan edərək İstanbuldan 12 km aralıda yerləşən San-Stefano şəhərini ələ keçirirlər. Buna görə dəOsmanlı 1878-ci il martın 9-da San-Stefano müqaviləsini bağlamağa məcbur olur. Anlaşmaya əsasən Çernoqoriya, Serbiya, Rumıniya və Bolqarıstan Osmanlının tabeçiliyindən çıxır, Qars vilayəti vəBessarabiya Rusiyaya verilir.
Sonuncu Rus-Osmanlı savaşları I Dünya müharibəsinin tərkib hissəsinə daxildir. 1914-cü ilin oktyabrında Osmanlının “Üçlər ittifaqı” (Almaniya, Avstriya və İtaliya) tərəfindən I dünya müharibəsinəqoşulmasından sonra Rusiya, İngiltərə və Fransa Osmanlıya müharibə elan edirlər. Bu müharibədəOsmanlı bir neçə cəbhədə savaşır və ruslarla aparılan savaş Qafqaz cəbhəsi adlanırdı. Ənvər paşanın rəhbərlik etdiyi Sarıqamış əməliyyatı (04.12 1914-18.01.1915) ermənilərin xəyanəti nəticəsində uğursuzluğa düçar olur və ruslar qələbə qazanır. 1916-cı ilin əvvəllərində ruslar Ərzurumu və Trabzonu işğal edirlər, lakin Rusiyada baş verən burjua-demokratik inqilabı nəticəsində monarxiya devrildiyindən 1918-ci il martın 3-də Brest-Litovskda Almaniya və onun müttəfiqləri ilə sülh müqaviləsi imzalanır. Müqaviləyə görə, Qars, Ərdəhan və Batum Osmanlıya qaytarılır. Lakin az sonra Osmanlının daxil olduğu müttəfiqlərin məğlubiyyətindən sonra 1918-ci il oktyabrın 30-da Lemnos adasının Mudros limanında İngiltərəninn “Aqamemnon” gəmisində baş verən Mudros sazişi Osmanlı imperatorluğunun varlığına son qoyur.