“TÜRK”, “TÜRKİYƏ” NƏ DEMƏKDİR? AĞLASIĞMAZ HƏQİQƏTLƏR


Firudin Gilar Bəg

Oxuculara təqdim olunan bu məqalə türklər haqqındayazılmış ən kamil və ən dərin məqalədir. Çünki bu məqalə, mənbələrdə Misir və Xaldeya kahinləri, Midiya maqları və s. kimi adlandırılan qədim müdriklərin məntiqi ilə yazılmışdır və bu günə qədər sirr olan bir çox suallara cavab verir. Faktiki olaraq bu məqaləmüəllifi olduğum “Batini-Quran” kitabından çıxan nəticələrdir. Adətən mənbələrdən xəbəri olmayan, lakin özünü bilən adam kimi göstərmək istəyən bəzi insanlar: “bu ola bilməz”, “bu yalandır” və s. sözlər deyərək, ekspert rolunda çıxış etməyə cəhd edirlər. Beləinsanlara, mübahisəyə girməzdən əvvəl heç olmasa Əflatunun “Timey”, Mühiddin İbn Ərəbinin “Füsus ül Hikəm” və s. kimi kitabları vərəqləməyi məsləhət görərdim. Bu məqalə, riyazi məntiqli, mənbələrdən xəbəri olan və düşünmə qabiliyyətinə malik insanlar üçün yazılmışdır. Fəlsəfi mənbələrə müraciət etməmiş insanlar bu məqalədən heç nə anlamayacaqlar. Müəllifdən

Türk və Türkiyə kəlmələrinin nə məna kəsb etməsi ilə bağlı çoxlu araşdırmaların aparılmasına baxmayaraq, bu günə qədər bu sözlərin məntiqi izahı verilməmişdir. Tədqiqatçılar təəcüblə bildirirlər ki, yer üzündəki dövlətlərin rəsmi adları həmişə öz dillərində olduğu halda, yalnız türk dövlətinin adı, türkçədeyil. Bunun hansı dildə, nə mənada olduğu da bu günə kimi qaranlıqdır. Biz bu qaranlığa işıq salmaq məqsədilə türk və Türkiyəsözlərini dərindən tədqiq etmək qərarına gəldik və nəticəni sizlərə təqdim edirik. Hər şeydən əvvəl onu qeyd etmək istəyirik ki, bizim araşdırmamız, digər tədqiqatlardan onunla fərqlənir ki, biz qədim yazıları, onları tərtib edən müdriklərin öz məntiqi iləizah edəcəyik. Bu məntiq, sufi (yunan. sofi) müdriklərinin məntiqidir və öz mənbəyini qədim dilçilik qanunlarından götürmüşdür. Tədqiqatçıların gəldiyi qənaətə görə qədim misirli, finikiyalı, yəhudi, aramey və s. xalqların dilləri, xüsusi məna ifadə edən samitlər üzərində qurulmuşdur. Saitlər isəyalnız bağlayıcı rolunu oynayır («Культура древнего Египта», М., 1976, səh.301). Hər biri bir rəmz kimi qəbul edilən samitlərinin sola və ya sağa oxunuşu sözün mənasını dəyişmir.

Qədim müdriklərin məntiqinə görə, bu dünyada yazıya alınmağa layiq olanlar yalnız Allahla bağlı olanlar seçilmişlərdir. Adi insanları isə məşhur sufi Mühiddin İbn Ərəbi “təbiət və şəhvət idarə edən, zəif ağılda olan, məntiqsiz” sayır və “heyvani insan” adlandırır (İbn Ərəbi, “Füsus ül Hikəm”, böl.25). Onların həyat tərzi digər canlılardan fərqlənmədiyinə görə, yazılarda qeyd olunmağa layiq deyillər. Buna görə dəAssur-Babil ədəbiyyatında qədim yazılarla bağlı mətnlərdə tez-tez bu ifadə təkrarlanır: “Yalnız arifi (xəbərdarı) sən bununla tanış edə bilərsən, arif olmayanlar bunları bilməməlidir!” (Э. Церен, «Библейские холмы», M., 1966, səh.26). 

Digər tərəfdən, Əflatuna (Platon) görə, bütün yazılar yalnız bir hadisənin bəhrələridir. Lakin zaman keçdikcə bu hadisə yaddaşlardan silinmiş və onun haqqında ayrıca danışırlar. Bütün bunların kökündə isənə olduğu haqqında heç kim danışmır (Əflatun, «Politik», 269s). Bu isə o deməkdir ki, müdriklərə görəbütün mənbələrdə yazılanlar Allahla bağlı olan hansısa mistik bir hadisəyə həsr olunmuşdur.
Qəbul olunmuşdur ki, türk adı tarix səhnəsinə eranın VI əsrində Göy-Türk Dövlət adı ilə çıxmışdır. Orxon yazılarında “türk” sözü “daha çox “türük” şəklində qeyd olunur. Mənbələrdə “türük” rəmzi, IX əsrdən başlayaraq Xorasanda «müəllim (şeyx, mürşid) – tələbə» (mürid) institutu yaratmış və Allahın dərkinin mistik yoluna, yəni tərikə yoluna qədəm qoyan sufi qardaşlığına aid edilir. Məhz tərikə (təriqət) yolunu tutanlar mənbələrdə türüklər, yəni türklər adlanır («Ислам», Энциклопедический словарь, M., 1991, səh.224). Türük, türk [TRK] rəmzləri ilə eyni mənalı olan tərikə [TRK] sözü – «dini kamilləşmə», Allahın dərkində «həqiqətə aparan yol» fikrini ifadə edir. Quranda (46:30) yol mənasında işlənən «tərikə» rəmzini, sufi dahilərindən olan Əbu Həmid Əl Qəzali də – həqiqi biliyə çatma, Allaha mistik yaxınlaşma mənasında qeyd edir (Абу Хамид Ал-Газали, «Воскрешение наук о вере», М., 1980, səh.292).
Sufizmdə ilkin materiyadan informasiya alma yolu – tərikə yolu adlanır və sufinin Allaha, yəni “Hu” adlandırdığı ilkin materiyaya qovuşması üçün keçdiyi silsiləni bildirir. Sufilər bunu Allaha (ilkin materiyaya) və ya Allahda “səyahət” (“suluq” rəmzi) adlandırırlar. Silsilənin “bəqa”, yəni bəglik fazasında türük Allaha qovuşur və artıq onunla Allah arasında heç bir maneə olmur. O, mənbələrdə dirilik suyu, ilahi od və s. adlandırılan ilkin materiyanı idarə etmək, onu istədiyi varlığa vermək, varlıqlardan onun daxili strukturu haqqında informasiya almaq, istədiyi şeyi yaratmaq üçün vacib olan üsulu tam dərk etmək və s. ilahi qüdrətə sahib olur. Deməli, türük, türk dedikdə, Allaha qovuşan, yəni əvvəli və sonu olmayan ilkin materiya ilə vəhdət təşkil edən (“Vəhdət əl Vücud” rəmzi) müdriklər nəzərdə tutulmalıdır.
Xalkidli Yamvlix Allahla vəhdət təşkil edən və onun qüdrətindən yararlanan bu türkləri – teurq kimi qeyd edir. Yamvlix, özünün əsas kitabı olan “Misir sirləri haqqında” kitabında teurqları Misir maqları kimi göstərir və bildirir ki, onların son məqsədləri – ruhlarının yaradıcı Allahla vəhdətidir (А. Ф. Лосев “История античной эстетики», sayt: http://psylib.ukrweb.net/books/lose007/txt40.htm). O, teurqun, Allahla vəhdəti üçün keçirdiyi ayinləri “teurqiya” adlandırır. Qəbul olunmuşdur ki, “teurqiya” (“teos” – Allah, “orqiya” – ayin, qurban mərasimi və s.) sözü – Allahla vəhdətə nail olmaq üçün kahinlərin keçirdiyi qurban mərasimi, ayin deməkdir və onu “Allah yaratma” kimi də tərcümə edirlər. Belə çıxır ki, türk sözü ən qədim mənbələrdə – “göydə Allah yaradan müdrik” mənasında olmuşdur. Teurqların göydə Allah yaratma prosesinin texnologiyası hind mənbələri olan Upanişadalarda qeyd olunur. Burada brahman və kahinlər – himn, qurbanlıq formulu və magik hərəkətlərlə, qurbanlıq heyvanların ruhlarının göydə toplanmasına vəonların iradələrini həyata keçirən varlığa çevrilməsinə nail olurlar.
Orxon Yenisey abidələrindəki Mogilyan və Gültəkin mətnlərinin ilk sətirlərində, türk xanı iddia edir ki, məhz O, Tanrıtək Tanrı yaratmış və Tanrıtək Göydə yaranmış bilici türk xanıdır (Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104). Bu isə o deməkdir ki, türk sözü həqiqətən ən qədim mənbələrdə cadugər mənasında olan teurq sözüdür. Mətnlərdə teurqlar – xristian kahinləri kimi göstərilir ki, mənbələrdə xristianların monax ordenlərinə oxşar çoxlu sufi qardaşlıqları yaranması vəonlara sufi monastırında rast gəlinməsi qeyd olunur.
Əgər Türkiyə sözünün kökü olan türk [TRK] sözü – teurq [TRQ] sözündən yaranmışdırsa, Türkiyə [TRKY] sözü də elə Teurqiya [TRQY] deməkdir. Elm adamları və tədqiqatçılar Türkiyə sözünün İtalyan və Yunan dilindəki “Turkiya” sözündən gəldiyini qəbul edirlər. XIV əsrin İspan səyyahı bu sözü “Turquia” şəklindəqeyd etmişdi ki, bu da “teurqiya” sözü ilə eynidir (“Türkiye” Kelimesi – İsmâil Hâmî, sayt:https://www.facebook.com/note.php?note_id=344510938907295). Deməli, Türkiyə ölkəsi dedikdəgöydə Allah yaradan teurqlar ölkəsi nəzərdə tutulmalıdır.
Türkiyə adı XIX əsrə qədər; Dövləti Aliyyə, Dövləti Osmaniyə, Məmaliki Şahanə, Diyari Rum və s. adlar ilətanınırdı. Türkiyənin Dövləti Osmaniyə adlandırılması, onun Osmanlı xanədanının atası, Oğuzların Qayı boyundan olan Osman Qazi ilə bağlıdır. Diodor Siciliyalı Misir fironu II Ramzesi – Osimon-Dias, yəni Osman-Allah adlandırır (Г.В.Носовский, А.Т.Фоменко, «Империя», M., 2000, səh.537). Əgər nəzərə alsaq ki, Misirdəki məmlüklərin Türk Köləmən dövlətinə də Türkiyə deyilirdi, qəbul edə bilərik ki, Osman Qazi eləmagiya ilə göydə Allah yaratmış türk xanının obrazıdır.
Məlumdur ki, qədim Misir ölkəsi digər mənbələrdə Kem ölkəsi kimi də qeyd olunurdu. Kitabi-DədəQorqudda “qom qomlamam Qoma yurdum” ifadəsi var ki, bu da qamlama vasitəsi ilə yaradılmış Qam [QM] ölkəsi deməkdir və bu ad Misirin Kem [KM] adı ilə eyni mənalıdır (“Kitabi-Dədə Qorqud”, B., 1988, səh. 44). Qomlama isə, şamanın qamlıq, yəni ekstaz vəziyyəti mənasındadır və bu da sufinin tərikə yolunun Allahla vəhdət məqamıdır.
Moyun Çor abidəsində türk xanı Tolis (Töliş) iddia edir ki, o Tanrıda olmuş və orada El yaratmışdır (Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104,134). Gül Təkin abidəsində isəbildirilir ki, türk xaqanları El və onun Törəsini, yəni qanunlarını yaradaraq uçub getmişlər (Köl Tigin Yazıtı, Sayt: http://www.dilimiz.com/dil/kultiginyaziti.htm). Əgər nəzərə alsaq ki, mənbələrdə yəhudi adlandırılan Xəzər türk bəglərinin dilində El sözü Allah, Törə (Tövrat) isə qanunlar toplusu mənasındadır, razılaşarıq ki, türk xanın göydə yaratdığı El, elə Göy-Türk xaqanlığıdır. El [L] rəmzinin Ali [L], Aliyyə [L-YY] rəmzi ilə eyni məna ifadə etməsi onu deməyə əsas verir ki, Türkiyəyə aid edilən “Dövləti Aliyyə” ifadəsi də Göydəki “El Dövləti” mənasındadır.
Kitabi-Dədə Qorqud abidəsinin Vatikan variantında qeyd olunur ki, “Oğuzun içində Təmam vilayəti zahir olmuşdu”. Bu cümlə – “bir elin içində ikinci el yaranmışdı” mənasındadır. Deməli, abidədə qeyd olunan Taş el – Oğuz eli (Taş Oğuz), onun içində yaranmış el isə İç eldir (İç Oğuz). Burada «vilayət» sözünün işlənməsi isə onu göstərir ki, “Təmam vilayəti” anlayışı bilavasitə sufizmlə bağlıdır. Sufizmdə “vilayə”, “vilayət” sözləri (övliya, vəli sözləri ilə eynidir), sufi müqəddəslərinin keyfiyyəti, onların Allaha yaxınlığı mənasındadır. Təmam rəmzi isə mənbələrdə “Əl Kamil ət Tamm” kimi yazılır və sufilərin “Kamil İnsan” adlandırdıqları varlığa aid edilir.
Mühiddin İbn Ərəbi, özünün “Füsus ül Hikəm” kitabında Kamil İnsanı Adəm kimi təqdim edir və Allah adlandırır. Ərəbiyə görə, bu Böyük İnsan göydəki dünyanın formasıdır (İbn Ərəbi, “Füsus ül Hikəm”, böl. 1). Tövrata görə, Adəm yaradılanda kosmik ölçülü, yəni dünyanın o başından bu başına qədər olmuşdu (Библия, Втор. 4:32). Fəzlullah Astarabadinin “Cavidannamə” kitabına görə, Beytül-Muqəddəs, Darüs-Səlam və Kəbə – Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə, Tövratda altı günə yaradılan ”Dünya”, “El” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Xristian yazılarına görə də Məhəmməd peyğəmbər – Osiris, Adonis, Attis, İsa və s. Allahlar kimi axirətdə diriləcək Allahın obrazıdır (“Записки янычара», böl. 2, Sayt:http://www.vostlit.info/Texts/rus/Janicar/frametext1.htm).
İbn Ərəbi Məhəmməd peyğəmbərin, təbiətin ilahi gücünü oyadaraq, onu hərəkətə gətirdiyini bildirir. O, Məhəmməd peyğəmbərin biliyini də, qədimliyini də bilavasitə Allahla eyniləşdirir və bildirir ki, “dünya tərtibi onunla başlamış və onunla da qurtarmışdır: Adəm – gil və torpaq olanda o artıq peyğəmbər idi, sonra isə elementar quruluşuna görə, peyğəmbərlərin möhürü oldu” (İbn Ərəbi, “Füsus ül Hikəm”, böl. 27). Əl-Qəzali irsinin araşdırıcısı Nikolsona görə də Məhəmməd peyğəmbər, Allahın obrazı ilə yaradılmış və kosmik güc hesab edilən Göy insanıdır. Kainatın qayda-qanunu və qorunması ondan asılıdır. Nikolson bildirir ki, Qəzaliyə görə, peyğəmbərin müqəddəslər nəsli, Kamil İnsanın obrazı ilə xüsusi yaradılmışdır(Абу Хамид Ал-Газали, «Воскрешение наук о вере», М., 1980, səh.276,284). Bu isə o deməkdir ki, qədim türklər teurqiya vasitəsi ilə göydə insan simasında El yaratmışlar və türk müqəddəslərinin nəsli də bu göy insanının obrazı ilə xüsusi yaradılmışdır.
Mən, “Allah türkləri, onlar isə insanı yaratdılar” adlı məqaləmdə göstərmişəm ki, Aleksandriyalı Filona görəAllah iki növ insan: Göy və yer insanını yaratmışdır. Göy insanını Allah özü yaratmışdır və ona görə dəonlar ölümsüzlər nəsli hesab olunur. Allahın ilk yaratdığı bu Göy insanları isə adi insanları yaratmışlar (А. Л. Хосроев, «Александрийское христианство», М., 1991, səh.110). Belə çıxır ki, Göy-Türk dedikdə, Allahın xüsusi yaratdığı Göy insanı, yəni teurqlar nəzərdə tutulmalıdır.
Məşhur tədqiqatçı Devid Rola görə, Adəm [DM] adı, qədim Misirin Atum [TM] Allahının adının digər yazılış formasıdır (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh. 441). Digər tərəfdən, mənbələrdə Osman rəmzi də Adəm rəmzi ilə eyni mənalı olan “Dami Osman” [DM-SMN] kimi göstərilir ki, bu da “Adəm Osman” [DM-SMN], yəni Osmanın – qədim Misirin Atum Allahının obrazında olması mənasındadır.
Qədim Misir mənbələrinə görə, özünü Ptah (türklərdə Fateh rəmzi) adlandıran Misir piri Amon (fironƏman), ilkin materiyadan – bədəni ilə bütün dünyanı əhatə etmiş Atum Allahını yaradır. Doqquz Allahın ürəyi və sözləri mənasında olan Ptah – teurqiya vasitəsilə Atum obrazında zühur edir (Г.Франкфорт, Г.А.Франкфорт, Дж. А.Уилсон, Т.Якобсен, «В преддверии философии», М., 1984, səh. 67-68). Beləliklə, ümumilikdə Atum Allahı adlandırılan “Doqquz Allah” (Enneada) yaranır və bu zamandan sonra bütün dünyanı məhz bu Atum vasitəsi ilə Amon Allah idarə edir. Türklərdə bu “Doqquz Allah” – “Doqquz Oğuz” kimi qalmışdır.
Sufizmdə Oğuz [ĞZ] rəmzi Xaos [XS] rəmzi ilə eynidir və bəşəriyyətə həyat vermiş ilkin materiyanı bildirir. Oğuzun içində Təmam vilayətinin zahir olması da, göyləri təşkil edən ilkin materiyada ruhlar üçün vilayət yaradılması mənasındadır. Bu vilayət Misir mənbələrində Qeb (İslamda Qeyb) adlandırılır. Bu isə o deməkdir ki, Göy-Türk xaqanlığı – göydəki Qeb aləmində ölümsüzlük qazanmış teurqların xaqanlığıdır.
Mənbələrin birində İşbara Xaqanın Çin imperatoruna verdiyi cavab məktubunda, Türk Dövlətinin Tanrı tərəfindən qurulması qeyd olunur ki, bu da Göy-Türk xaqanlığının ilkin materiyadan yaradılması deməkdir.
Göy-Türk yazılarında türk sözü daha çox “türk budun” (bodun) şəklində qeyd olunur. Budun rəmzi Herodotun əsərlərində Budin tayfa adı kimi qeyd olunur və Gelon rəmzi ilə əlaqələndirilir (Herodot, IV/108,109). Digər mənbələrdə Budun rəmzi Bidin kimi də yazılır və “sorxsər Bidin mülhidləri” formasındaŞah İsmail Xətainin döyüşçüləri olan qızılbaşlara (qazilər) aid edilir («Azərbaycan tarixi üzrəqaynaqlar», B., 1989, səh.187). Sufizmdə “mülhid” [MLHD] rəmzi, Mələküt [MLKT] rəmzi (Kabbalada Malxut) ilə eyni mənalıdır və göydəki ruhlar dünyasını bildirir. Məşhur sufi alimi Şihabəddin Yəhya Sühravərdinin və Əl Qəzalinin əsərlərində Mələküt rəmzi, mələk rəmzi kimi göydəki ruhlar dünyasına vəyerdə bu dünyanın qapısı olan əraziyə aid edilir.
Qeyd etmək yerinə düşər ki, sufizmdə mələk (mülk, malik) [MLK] rəmzi ilə məmlük [MMLK], Mələküt [MLKT] rəmzi ilə məmləkət [MMLKT] rəmzi eyni mənalı rəmzlərdir. Mənbələrdə Türkiyə – “Məmaliki Şahanə” də adlandırılır ki, bu da, mülk mənasında olan Məmalik rəmzinin, Şahanə kimi qeyd olunan Şakan/Sakan/Skin, yəni Allahın Sakin (Tövratda Skiniya) olduğu çadıra aid edilməsi deməkdir. Deməli, “Məmaliki Şahanə” rəmzi – “Allahın sakin olduğu mülk” mənasındadır.
Sufizmdə Budun, Bidin [BDN] rəmzlərinin Batin [BTN] rəmzi ilə də eyni məna kəsb etməsi o deməkdir ki, Türk Budunu dedikdə, eyni zamanda Quranın gizli mənalarını bilən Gel (Gelat/Qulat) şiələri olan nizari türklər nəzərdə tutulur. Mətnlərdə məlahi [MLH], yəni mələklər [MLK] adlandırılan nizarilərin Ələmut qalasında cənnət yaratmaları mənbələrdən məlumdur.
Bidin mülhidlərinin “sorxsər” adlandırılması isə, bu türklərin – qədim Misirin ölümsüz Usiri/Oziri, yəni Osiris Allahının nəsli olması deməkdir. Çünki sufizmdə sorxsər (SR-XSR) rəmzi “Usiri-Xısır” kimi dəoxunur ki, bu də “ölümsüz Osiris” anlamındadır.
Budun [BDN] rəmzi ərəb mənbələrində İranın Beduin [BDN] tayfası kimi də qeyd olunur. Beduin, yəni bədəvə rəmzi ərəb terminləri lüğətinə görə “köçəri vəziyyəti” (İbn Xalduna görə) mənasındadır. Sufizmdəbu mistik yol sayılır ki, Qədiriyə və Rifaiyə qardaşlığına yaxındır. Mənbələrə görə bu ad – “əl bədəviyə” sufi qardaşlığı olan türklərlə bağlıdır. İnama görə, 12 ana qardaşlıqdan ibarət olan bu silsilə Əli ibn Əbu Talibdən başlanır. “Köçəri vəziyyəti” mənasını verən bədəvi rəmzinin bilavasitə sufi qardaşlığı ilə əlaqəsi o deməkdir ki, buradakı “köçərilik”, sufi müridlərinin tərikə yolu ilə ilkin materiyaya etdiyi “köç” – səyahət mənasındadır. Buradakı “bədəvi” rəmzi, sufizmdə “bodi”, yəni tam kamilliyə çatmış, dərk olunmayan şeyləri dərk edən, ekstaz vəziyyətində “görən” deməkdir.
Beduin hökmdarı yazılarda Buid [BD] kimi qeyd olunur və bu rəmzin kökündə duran bodi [BD] rəmzi, islamda (şiəlikdə) “əl-bədə” – “görünmə”, “yaranma”, “qabaqcadan xəbərvermə” və s. mənalarındadır. Allahın 99 şərəfli adlarından olan Bədi (yaradan) və Vədud (sevən) adları da məhz “bodi” və “budda” fikrini ifadə edir. Bu kökdən olan “bidə” (bədəə) rəmzi isə yenilik, kahinlik, bidət kimi də mənalandırılır. Yazdıqlarımızdan belə çıxır ki, bədəvi rəmzi elə sufilərin “bodi” rəmzidir və bu da tam kamilliyə çatmış, dərk olunmayan şeyləri dərk edən, ekstaz vəziyyətində görən sufi pirlərinə aiddir.
Herodot 6 Midiya tayfalarından birini “Budi” adlandırır və bu rəmz Bubun rəmzinin qısa variantıdır (Herodot, I/101). Türk Budununun Tolis (Töliş) adlandırılması isə, göydəki Mələküt dünyasının bilavasitəTalış dağlarında olması mənasındadır və bu ərazi Azərbaycanın Ərdəbil şəhərinin yaxınlığında mövcud olmuş qədim Midiya ərazisinə düşür.
Qədim Şumer ədəbiyyatında Tolis [TLS] rəmzi ilə eyni mənalı olan Tilos [TLS] rəmzi mənbələrdəTilmun/Dilmun kimi də qeyd olunaraq, “ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yer” adlandırılır. Məşhur araşdırıcı Kramer hesab edir ki, Dilmun – Allahlar monastırı mənasındadır və o Zaqros dağ təpələrinin arxasında, İran ərazisində yerləşir. Çünki, epik rəvayətlərdə o, dağlar arxasındakı uzaq ölkədə – “Günəşin çıxdığı yerdə” yerləşir. Kramer Dilmunu – “təmiz”, “nurlu” və “şəfəq saçan” torpaq kimi təsvir edir. Bu, “Ölməzlər ölkəsi” olmuşdur, oranın sakinləri nə xəstəlik, nə ölüm bilməzdilər (Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, səh. 267, 271). Dilmun [DLM-N] rəmzinin Deyləm [DLM] rəmzi ilə eyni kökdən olması isə onu deməyə əsas verir ki, mənbələrdəki “zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış” Deyləm türkləri elə Tolis Budunudur (Ф.М.Асадов, «Арабские источники о тюрках в ранее средневекове», Б., 1993, səh.104-107).
Sufizmdə Tolis [TLS] rəmzi Atlas [TLS] rəmzi ilə də eyni məna ifadə edır. Herodota (IV,184) görə, Atlas[TLS] dağında atlantlar (atlantidalılar) yaşamışlar və məhz bu dağ göyün sütunu sayılmışdır. Quranda “sütunlar şəhəri” – İrəm adlanır (Quran, 89:7). Yəmənin Sana şəhərindən olan məcnun şair Əbdül Həzrətin “Nekronomikonun sirri” (“Əl-Əzif”) kitabına görə sütunlar şəhəri olan İrəm Zat əl-İmad şəhəri Böyük boşluqda, yəni göydə tikilmişdir. Rəvayətə görə, bu şəhəri Ad oğlu Şəddadın əmri ilə qızıl və gümüş kərpicdən cinlər tikmişlər. Digər mənbələrə görə isə, cinlərin bu dünyada tikdiyi yeganə şəhər, Süleyman peyğəmbərin Allah üçün inşa etdirdiyi Yerusəlim (Qüds) şəhəridir. Sufizmdə İrəm [RM]rəmzinin Rum [RM] rəmzi ilə eyni mənalı olmasını nəzərə alsaq, razılaşarıq ki, Türkiyə mənasında olan “Diyari Rum” – Talış dağlarının göylərində yaradılmış cənnət mənasındadır və atlantidalılar da Göy-TürkBudunudur.
Tarixçi İ. Dyakonovun yazdığına görə, hələ e. ə. VIII əsrə aid Assur yazılarında Midiya ərazisində “ŞərqinƏrəbləri” ölkəsi mövcud olmuşdur (И.Дьяконов, «История Мидии», M.1956, səh.219, 220). “Şərq” rəmzi dahi filosof Şihabəddin Yəhya Sühravərdinin “Şərq” fəlsəfəsində, göyləri və göydəki Mələküt dünyasını bildirir. “Ərəb” (Ereb) rəmzi də Yunan mifologiyasında Xaos mənasında, göydə yaradılmış El fikrini ifadəedir. Sufizmdə “Ərəb” deyəndə milliyət yox, bir formada olmuş insanın, dəyişərək digər forma almasından (metamorfoza), yəni ölümündən sonra (mələk nəslinin) bədən formasını dəyişib, göylərdə yeni forması başa düşülür (Ф.М.Асадов, «Арабские источники о тюрках в ранее средневекове», Б.,1993, səh.71,72). Ərəb dili də cənnətdə danışılan dil, yəni ilkin materiyanın vahid dilidir. Buradakı ərəblər isə – cənnətdəölümsüzlük qazanmış Rəbblər (peyğəmbərlər) mənasındadır. Quranda açıq yazılır ki, bu kitab Aləmlərin Rəbbinin endirməsidir və aydın Ərəb (Vəhy) dilində Ruh-ül-Əmin tərəfindən endirilmişdir (Quran, 26:192-196). Burada Ruh-ül-Əminin endirdiyi Ərəb dili – göydə ölümsüzlük qazanmış Misir Allahı Amonun Ruhunun göndərdiyi vəhy mənasındadır.
Bütün bunlar o deməkdir ki, Midiya ərazisindəki “Şərqin Ərəbləri” ölkəsi bilavasitə göylərlə bağlıdır vəbura yalnız insan öldükdən sonra onun ruhu düşə bilər. Mənbələrdə Midiya əhalisi “dağ və səhralarda dolaşan qüdrətli midiyalılar” adlandırılır ki, bu da Midiya dağları və bu dağların üstündə, ilkin materiya səhralarında ekstatik vəziyyətdə (“suluq”) dolaşanlar (türüklər) mənasındadır.
Erməni mənbələrində, Midiya ərazisində böyük səhra tikilməsi haqqında geniş məlumat verilir. Tarixçi Arakel Təbrizli yazır ki, paronterlər (fironlar) Sünikdə səhra tikib bərqərar etdilər. Paronterlər, yəni pirlər öldükdə, adlarını və qiyafələrini dəyişərək, buraya – insan səsi eşidilməyən məkana köçürlər. Bu cənnətin yerini dəqiqiləşdirərkən, Arakel onu – “mələklərin yaşadığı məskən və müqəddəs səhra” adlandırır. Burada, böyük səhradakı “Atalar monastrı”nda ölmüşlərin ruhları yaşayış üçün bərqərar olurlar. Arakelə görə, ölmüşlərin ruhları bu səhradan çıxanda, can verən balığa bənzəyir və geriyə qayıtdıqdan sonra yenidən canlanır(А.Даврижеци, «Книга историй», М.,1973, böl. 24,51). Bu o deməkdir ki, ölmüş insanların ruhları məhz burada, yəni göy Ərəbistanında yaradılmış xüsusi “səhra”da yaşamağa uyğunlaşmışlar. Buradan kənarda isə ruhlar üçün yaşayış yoxdur.
Budun rəmzinin kökü olan Bodi [BD] rəmzi mənbələrdə Beyt [BT] kimi də yazılaraq göydəki Ev mənasında işlədilir. Qədim Misirin “Ölülər kitabın”da deyilir ki, Allah qurbankəsmə mərasimi keçirərək, öz qurbanlarını Abidosda yerləşdirir və taxtı üçün sular yaradır. “Torpaq əmələ gəldikdə” isə, O artıq Abidosda peyğəmbər olmuşdur. Qədim Misir mənbələrində Abidos rəmzi Abtu [BT] kimi də yazılır vəBeyt [BT], yəni Ev mənasını daşıyır. Bu isə o deməkdir ki, pir Amonun teurqiya vasitəsi ilə göydə yaratdığı Ev və torpaq, bilavasitə Türk Budununa aid edilməlidir.
Teurqların qurban mərasimi haqda şumer-akkad möhürlərində də məlumat verilir. Möhürlərdə, çılpaq qəhrəmanın insan-öküzlə güləşməsi və ya kahinin iştirakı ilə qurbankəsmə səhnələri təsvir edilir. Burada qəhrəman Enkidunun adı “Yeri tikmiş (düzəltmiş) kahin, hökmdar” kimi də yozulur. Buradaca “bit i-li” yazısına rast gəlinir ki, bu da (Beyt-El) – “Allahın Evi” mənasındadır (В.К.Афанасьева, «Гильгамеш и Энкиду», M., 1979, səh.120,137). Belə çıxır ki, hökmdar tərəfindən yaradılmış Allah Evi türklərin teurqiya mərasimi ilə yaradılmışdır.
İslamda Əl-Beyt dedikdə, Məhəmməd peyğəmbər, Əli və ailəsi nəzərdə tutulur. Batinilikdə Əl-Beyt rəmzi, ailə qohumluğu yox, “gizli elmə, biliyə və hikmətə malik ailə” (“Beyt əl-elm vəl-marifət vəl-hikmət”) deməkdir və bu da Quranın batini mənasını bilən türk bəglərinə aiddir. Mənbələrdə yəhudi kimi qeyd olunan Xəzər türk bəglərinin Levit [L-VT] Evi də Əl-Beyt [L-BT] rəmzi ilə eyni mənalıdır. Mən, “Qurandakı İsrail oğulları – Azəri türk bəgləridir” adlı məqaləmdə, qədim yəhudi seçilmişlərinin bilavasitə Azəri türk bəgləri olmasını elmi cəhətdən sübut etmişəm. Bütün bunlar isə o deməkdir ki, Əl-Beyt müqəddəsləri, Quranın və bütün qədim yazıların gizli mənalarını dərk edən türk bəgləridir. Kitabi-Dədə Qorqudda – “bu dünyayı ərənlər əqllə bulmuşlardır” deyəndə də, söhbət türk ərənlərinin göydəki “dünyanı” ağılla “tapması”ndan gedir (“Kitabi-Dədə Qorqud”, B., 1988, səh.88).
Mühiddin ibn Ərəbiyə görə, İslam dini də Göydə yaradılmış dünya mənasındadır və onu qəbul edən insanın ruhu o dünyada ömrünü davam etdirəcəkdir. Ərəbi bildirir ki, Allah, İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada Din rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi qeyd olunur ki, bu da Dinin göydəki El mənasında olmasını bildirir (İbn Ərəbi, “Füsus ül Hikəm”, böl. 8). Deməli,Ərəbiyə görə Din rəmzi göydəki El anlamındadır və bu Eli Allah, İsrailin yəhudi peyğəmbərləri olan İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir.
Qeyd etmək istərdim ki, mənbələrdə “Aldan” [L-DN] kimi qeyd olunan rəmz “El-Din” [L-DN], yəni “Din-Eli” mənasındadır. Kartirin (III əsr) yazılarında Aldan rəmzi Albaniya adlanır və bu da Azərbaycanərazisində mövcud olmuş ölkədir. Tövratda Albaniya [LBN] rəmzi Lbnun [LBNN] kimi məlumdur vəburada bildirilir ki, Allah and içərək Knun (Xanaan) və Lbnun torpaqlarını İbrahimə, İsaqa, Yaquba vəonların törəmələrinə miras kimi vermişdir (Библия, Втор.1:6-8). Alban [LBN] və Lbnun [LBNN] rəmzlərinin sufizmdə Nəbi-Eli [NBL] kimi də oxunuşunu nəzərə alsaq razılaşarıq ki, Albaniya rəmzi altında peyğəmbərlərin göydəki Eli başa düşünülməlidir.
Knun [K-NN] rəmzi isə İslamda Kün [K-N] kimi məlumdur və Allahın “Ol!” əmrini bildirir. Knun [K-NN] rəmzinin Nun-Ki [NN-K] variantı Şumer və Akkadlarda “Qüdrət yeri” adlandırılaraq Babil qülləsi iləəlaqələndirilir. Digər mənbələrdə, Marduk Allahının sərdabəsi kimi qeyd edilən Babil qülləsi – “Göy vəYerin təməl Evi” hesab olunur və məlumdur ki, ilk insanlar burada “Etemenanki” adlı zikkurat tikmişdilər.
Mifologiyaya görə, Marduk Allahı Tiamata, yəni Göy okeanı mənasında olan ilkin materiyaya qalib gələndən sonra, onun bir hissəsini Allahlar vilayətindən ayırır. Bu okean, ondan su axmasın deyə, siyirtmə iləbağlanmışdır. Dərya sularında Marduk, Etemenanki adlı “Göy və Yerin təməl Evi”ni cəhənnəmin sinəsindəelə tikir ki, onun başı Göylərə çatır (Б.А.Тураев, «История Древнего Востока», II cild, Л., 1935, səh.91). Etemenanki [TM-NNK] rəmzi “Atum” [TM] və “Nun-Ki” [NNK] rəmzlərindən yaranmışdır və “ilkin materiyadan yaranmış Atum” deməkdir. Deməli, Knun rəmzi altında Allahın yerdə yaratdığı məbəd vəonun göydəki obrazı olan Albaniya başa düşülməlidir. Bu isə onu göstərir ki, Allah, İbrahim və Yaqub nəslinə, yerdəki və göydəki Evi olan cənnəti vəsiyyət etmişdir.
Lakin tarixçi M. Xorenatsinin “Ermənistan tarixi” (I Kitab,böl.12) kitabına görə Albaniya ölkəsi vərəsəlikləGelarKüni nəslindən kiməsə əbədi olaraq verilmişdir. Belə çıxır ki, İbrahim və Yaqub oğulları dedikdə, Gelar türk bəgləri nəzərdə tutulmalıdır və İslam dini də İbn Ərəbiyə görə məhz bu batini türklərinəverilmişdir.
Albaniyanın Allahla əlaqəsini məşhur tədqiqatçı C. Frezer də xüsusi vurğulayır. Onun yazdığına görə, Silvi şahlarının banisi öləndən sonra Allaha çevrilmiş və Alban dağlarındakı şəhərin üstündə qərar tutmuşdur (Дж. Фрезер, «Золотая ветвь», M.1986, səh.147). Bu hadisə qədim Misir yazılarında Misir piri (fironu) Amona aid edilir. Mətnlərə görə Amon, göydə Ra günəş diski yaratmış, özü fiziki öldükdə, ruhu göyə qalxaraq bu Ra disklə birləşmiş və Ra-Amon Allahına çevrilmişdir. Firdovsi “Şahnamə”sində bu hadisəni Cəmşidlə bağlayır və qeyd edir ki, o göyə ilk ayaq açaraq, Göydə Kəyan taxtı qurmuşdur. Divin çiynində taxta çıxan Cəmşid, fəzada günəş tək qərar tutur (Firdovsi, “Şahnamə”, B.1987, səh.33). Quranda bu hadisə Rəhman Allaha aid edilir və bildirilir ki, Allah göyləri dirəksiz ucaltdıqdan sonra öz taxtında qərar tutur və günəşi, ayı özünə tabe edərək ərşə hakim olur (Quran, 2:29, 13:2, 20:5). Bu isə o deməkdir ki, İslamın Rəhman adlandırdığı Allah, elə qədim Misirin Ra-Amon Allahıdır. Əgər nəzərə alsaq ki, məhz türk xanı Göydə Allah yaratmasını iddia edir, razılaşarıq ki, Ra-Amon elə Osman şahdır.
Təbrizli Arakel “ilandan doğulmuş” (“əjdahadan doğulmuş”) Midiya maqlarını – “Osman şahlarının nəsli” adlandırır (А.Даврижеци «Книга историй», М., 1973, böl. 51). Osman rəmzi sufizmdə “İssi-Amon” kimi izah olunur ki, bu da “Amon Ruhu” (Əman Ruhu) mənasındadır. Deməli, Osman rəmzi altında bütün mənbələrdə, Göydə bu günə qədər sağ qalmış pir Amonunun Ruhu nəzərdə tutulmalıdır. Bu Ruh qədim Misir mənbələrində Qor Allahı kimi də qeyd olunur və qızılquş simasında təsəvvür edilir.
Göy-Türk abidəsində Türk Bodununun “Qara-Bodun” adlandırılması da bu tayfanın Qor Allahının törəmələri olması deməkdir. Məşhur tədqiqatçı Devid Rol bildirir ki, qədim Misirin əfsanəvi “Qor ardıcılları” nəslinin soykökü, Mesopotamiyanın böyük qəhrəmanlarından başlanır. Mən, “Batini-Quran” kitabında və məqalələrimdə çoxlu sayda təkzibolunmaz faktlarla, bütün dünya ədəbiyyatının bilavasitə türk bəglərindən başlamasını sübut etmişəm. Buna görə də burada əlavə sübutlara ehtiyac görmürəm.
Sonda onu qeyd etmək istəyirəm ki, bu gün türk adlandırdığımız millət, ən qədim mənbələrdə teurqlar,Əflatunun isə Allahlar adlandırdığı Midiya maqlarının nəslidir. Qədim mənbələrdəki Türkiyə adı da Xəzərətrafında yaşayan türk bəglərinin Elinə aid edilməlidir. Dünyanın bütün peyğəmbərləri və şahları məhz türk bəglərindən olmuşdur. “Rəhman Allahın ağlasığmaz sirləri”, “Ledun elminin əsasları”, “Bütün dunlər birdir” və s. adlı məqalələrimdə də mən bütün dinlərin batini mənalarının bir olmasını və bilavasitətürklərin Göydə yaratdığı El ilə bağlı olmasını nəzəri cəhətdən sübut etmişəm. Yazdıqlarımın tam sübutu isə, mənbələrdə Babil qülləsi, Etemenanki məbədi, Midiya və Ələmut qalaları, Süleyman peyğəmbərin Allah üçün tikdiyi Ev kimi qeyd olunan dünyanın ilk məbədinin açılışı zamanı olacaqdır. Orada saxlanılan Əhd sandığı, Lövhi-Məhfuz və Allahın digər əşyalarının üzə çıxması, bəg-ərənlərin qədim dünyanın sahibləri olmasını tam sübut edəcəkdir. Bu abidənin açılışı isə ay məsələsidir.