TÜRKÜM – HAQQIM


Türkün ürəyi haqqın dərgahına gedən yola işıq saçan əbədi məşəldir

Damət Kərimli
Trkün bayrağını qaldıran əllər
Bir daha göylərdən enməyəcəkdir.
Türklük atəşiylə yanan ürəklər
Allah ocağıdır, sönməyəcəkdir.

Tanrı türkü qorusun bədnəzərdən,
Türk olacaq bu dünyanı düzəldən.
Haqq yoludur türkün yolu əzəldən,
Türk haqqın yolundan dönməyəcəkdir.TÜRKLÜYÜNƏ QAYIT
(Türklüyünü dananlara)
Ey millətim, kim tanıtsın səni sənə,
Yad olmusan öz kökünə, öz dilinə.
Unutdurub tarix boyu xain düşmən əcdadını,
Yasaq edib övladına öz doğmaca türk adını.
Gah gəlmədir, köçəridir, əsli yoxdur söyləyiblər,
Bir millət tək yer üzündən səni silmək istəyiblər.
Gah adını farsdandönmə, bəzən tatar çağırıblar,
Haqqı demək istəsən də “ sus “ deyərək bağırıblar.
Qoymayıblar ayılasan, ulularını tanıyasan,
Sən özünü dərk eyləyib türklüyünə qayıdasan.
Bax beləcə zaman keçib, manqurtlaşıb övladların,
Unudubdur doğma dilin, doğma dinin, Doğma adın.
Qınamıram mən onları, məkirlidir düşmanları,
Əsrlərlə işləmişdir əks-təbliğat maşınları.
Dəyişdirib genlərini, pozub milli mənliyini,
Odur ki, bu yazıq millət anlamayır kimliyini.
Yaxşı, deyək türk deyildir, adı nədir bu millətin,
Hansı adı yamaq edək bəs adına bu xilqətin?
Almanımdır, ingilisdir, yoxsa rusdur,
Bəlkə heçdən yaranmışdır, əzəli puç, sonu puçdur.
Yox, kökü var, hər bir cansız qara daşın.
Onda nə edək, təzədənmi arxivləri vərəqləyək?
Canlı tarixləri qoyub cansızlarla təsdiqlənək,
Ehtiyac yox dəlillərə, ehtiyac yox sübutlara,