“HARAY HARAY MƏN TÜRKƏM” SLOQANI? ÜZƏRİNƏ; GÜNEY AZƏRBAYCAN MI TURANM MI


Əlirza Quluncu

“Haray haray mən Türkəm” sloqanı Güney Azərbaycanda ən çox eşidilən sloqanların biridir. Bu sloqan və onun içindəki məsaj və əsasən güney Azərbaycan gəncliyinin “Mən Türkəm” deyə kimliyinə sahib çıxması Güney Azərbaycan və İran coğrafiyasında rahatca anlaşılsa da, Arazın otayı və Türkiyə toplumu tərəfindən yanlış alğılanmaqda ya da tam olaraq doğru anlaşılmış deyildir.

Əslində, bu sloqan və onu səsləndirən siyası düşüncənin qapsamı alanı ihatə dairəsi daha çox Güney Azərbaycan və İranda Türklərin yaşadığı başqa bölgələrdir. Ancaq Türkiyə və quzey Azərbaycan insanı bu sloqanı daha geniş bir coğrafiyaya, Türk dünyasına bağlayır. Bu yanlış anlama sonucunda, əsasən inkar edilən kimlik və təməl insan haqlarını geri istəmək amacı ilə səslənən bir sloqan bütünlüklə milliyətçi ya hətta aşırı milliyətçi bir sloqan kimi dəyərləndirilir. Belə bir yanlış dəyərləndirmə bəzən, özləri Güney Azərbaycandan olan ancaq, güney Azərbaycan milli hərəkəti ilə ölkə dışında ilgilənməyə başlayan aydınlar və fəallarımız tərəfindən də ortaya qoyulur.

Bu yanlışlığın təməl qaynağı, “Türk” sözünün bu coğrafiyalarda fərqli anlamda işləndiyidir. Türkiyə və Q. Azərbaycan toplumları G. Azərbaycan və İranda “Türk” sözünün tam olaraq nə anlama gəldiyini bilməməkdədirlər. Bir çox G. Azərbaycanlı da “Türk” sözünün bütün ölkələrdə eyni anlama gəldiyini düşünməkdədir.

Türk sözü: Fərqli coğrafiyalar, fərqli anlamlar (1):

Türkistan (2):

Türkistanın bütün bölgələrində “Türk” sözü təqribən eyni anlamlarda işlənməkdədir. Türkistan xalqlarının çoxunluğu Türk dilli (Turkic) olsalar da gündəlik yaşamlarında özlərini Türk deyil, Qazax, Qırğız, Özbək, Türkmən vəya Uyğur olaraq tanımlarlar. Başqa sözlə Türkistan sakinləri özlərini daha böyük Türklər ailəsinə (Turkic) bağlı bilsələr də modern anlamında özlərinə Türk demirlər. Bu ölkələrdə Türk sözü sadəcə tarixi bir anlam daşıyır. Buna görə də, örnəyin, Qazaxstanda “Mən Türkəm” deyən bir Qazax sıradan bir Qazaxstan vətəndaşı deyil, bir milliyətçi və Türk Birliyi Turan ülküsünə inanan bir aydın olduğunun altını cızar.

Türkistanda “Türk” kimliyinə (modern anlamında deyil, tarixi anlamında) ən çox bağımsız dövlətləri olmayan Türkistan xalqlarında önəm verilir; Güney Türkistan (Afğanistan) və Doğu Türkistan.

Bəzi Türkistan xalqları arasında “Türk” sözü eyni zamanda “Türkiyə Cumhuriyəti vətəndaşı” deməkdir. Uyğurlarda ama Türkiyə Cumhuriyəti vətəndaşına “Türkiyelik” deyilir. Uyğurlarda Türk sözü sadəcə bütün Türk dilli xalqlar (Turkic) haqqında danışıldığında işlənər.

Bir Türkistanlıya görə Güney Azərbaycanda səslənən “Haray haray mən Türkəm” sloqanı Türk birliyini Turanı hədəfləyən bir sloqandır.

Türkiyə:

Türk sözü Türkiyədə daha çeşidli anlamlarda işlənir. Türkiyə Cumhuriyəti anayasasında Türk sözü Türkiyə vətəndaşı olaraq tanımlanır. (3)

Bu tanım əsasında bugün huquqsal olaraq hər Türkiyə vətəndaşına Türk deyilməkdədir. Ancaq, xalq arasında “Türk” deyildiyində ən çox Türkiyədə yaşayan və etnikcə Türk olanlar qəsd edilir. Türkiyə Türkü modern anlamda sadəcə özünü Türk adlandırar və Türkiyə dışında yaşayan Türklərə “Türk xalqları”, “Dış Türkler”, “Türki”, “Azeri”, “Türkmen” (Iraq), “Azerbaycan Türkü”, “Bulgar Türkü” kimi adlar verər.

Türkiyə toplumunda, Türkiyəli olmayan ancaq özünü Türk bilənləri milliyətçi olaraq görən yanlış bir düşüncə vardır.

Bir Türkiyəliyə görə Güney Azərbaycanda səslənən “Haray haray mən Türkəm” sloqanı Türk birliyini Turanı hədəfləyən bir sloqandır.

Quzey Azərbaycan:

Quzey Azərbaycan Türkləri də Türkistanlılar kimi gündəlik danışıqlarında özlərini “Türk” sözü ilə deyil, Azəri ya Azərbaycanlı (4) sözü ilə tanımlarlar. Quzey Azərbaycanda Türk sözü genəlliklə Türkiyəli anlamında işlənir.

Ancaq Türkistan xalqının tərsinə quzey Azərbaycan toplumunda milli-tarixi anlamda olan Türk sözü sıx sıx işlənməkdədir. Əlbəttə bəzi quzey Azərbaycan aydınları özlərini etnik anlamda Azəri ya Azərbaycanlı deyil, “Azərbaycan Türkü” olaraq təqdim edirlər. Bu arada quzey Azərbaycan toplumunda, özlərini Türk kimi tanıtdıran şəxslərə Türk milliyətçisi və bəzən Türkiyə yönümlüsü kimi baxılır.

Quzey Azərbaycanda rəsmi sənədlər, medya və dərs kitablarında “Azərbaycanlı” sözü o ölkədə yaşayan Türk etnikinin adı olaraq işlənməkdədir. Bu isə milli və coğrafi bağlılığı anlamında olan “Azərbaycanlı” sözünü kölgəyə salmaqdadır. Quzey Azərbaycanda “Azərbaycanlı” sözünün etnik anlamda təqdim edilməsi bir yandan orada yaşayan Türkləri öz tarixi köklərindən uzaqlaşdırıb, ötə yandansa, özlərini ən az Türklər qədər Azərbaycanlı tanımağa haqları olan Ləzgilər, Talışlar və başqa xalqlarda Azərbaycanlılıq hissini azalda bilər.

Bir quzey Azərbaycanlıya görə Güney Azərbaycanda səslənən “Haray haray mən Türkəm” sloqanı  Türk birliyini Turanı hədəfləyən ya Türkiyə yönümlü bir sloqandır.

Güney Azərbaycan:

Güney Azərbaycan və bütünlüklə İranda Türk kimliyinin hər hansı huqusal və legal statüsü yoxdur. Dövlət medyası və pan-İranistlərin yayınlarında Türklük aşağılanır və Türk sözü yerinə çoxu zaman Azəri sözü işlənir. Ancaq güney Azərbaycan Türkləri özlərini sadəcə və sadəcə Türk olaraq tanımlarlar. Siyası amaclar güdməyən Fars xalqı və İranda yaşayan başqa xalqlarda da Türk sözü G. Azərbaycan Türklərini təmsil edər.

Güney Azərbaycan Türkü, eynən Türkiyə Türkləri kimi, Türk sözünü sadəcə özü üçün işlədər. O quzey Azərbaycanlıları “o taylı”, Naxcıvanlı, Bakılı və Türkiyə Türklərini, “Türkiyəli”, “İstanbullu” ya “Ankaralı” kimi terimlərlə tanımlar. Güney Azərbaycanlı, Azərbaycanda danışılan dilə Azəri və ya “Azərbaycan Türkcəsi” deyil, Türkcə  Türkicə  Türki deyər. Türkiyə Türkcəsi güney Azərbaycanda genəlliklə İstanbul Türkcəsi Türküsü və bəzən də Türkiyə Türkcəsi ya Anadolu Türkcəsi şəklində adlanar.

Güney Azərbaycanlı ancaq Azərbaycanın eşiyində özünü dilini Azərbaycan Türkü Azərbaycan Türkcəsi ya bənzər terimlərlə tanımlar.

Güney Azərbaycanda “Mən Türkəm” deyən lüzumən bir milliyətçi yaxud Türk birliyini Turanı hədəfləyən bir şəxs deyil. O milliyətçi, dindar, dinsiz, sağçı, solçu, Azərbaycanın bağımsızlığını istəyən və ya ona qarşı olan və hətta Fars dilinə Türk dilindən artıq dəyər verən bir şəxs belə ola bilər. O öyrənci, öyrətmən, baqqal, taksi sürücüsü, İran gizli servisi məmuru, molla, vəkil və ya hər hansı başqa məsləyin şuğlun sahibi ola bilər.

Güney Azərbaycanda “Mən Türkəm” deyən lüzumən bir milliyətçi yaxud Türk birliyini Turanı hədəfləyən bir şəxs deyil. O milliyətçi, dindar, dinsiz, sağçı, solçu, Azərbaycanın bağımsızlığını istəyən və ya ona qarşı olan və hətta Fars dilinə Türk dilindən artıq dəyər verən bir şəxs belə ola bilər. O öyrənci, öyrətmən, baqqal, taksi sürücüsü, İran gizli servisi məmuru, molla, vəkil və ya hər hansı başqa məsləyin şuğlun sahibi ola bilər.

G. Azərbaycanda “Haray haray mən Türkəm” sloqanı əsasən kimliyi inkar edilən və təməl haqlarından yoxsun buraxılan bir kütlənin səsidir. Bu şuarını verənlərin düşüncə dairəsi İrana federal bir sistem arzılayan insanlardan, G. Azərbaycana bağımsızlıq istəyənlərə, ana dilində təhsil haqqını tələb edənlərdən, Türk birliyini hədəfləyənlərə qədər genişdir. Zatən “Yaşasın Azərbaycan” və “Türk Dilində Mədrəsə” kimi sloqanları atanlar da eyni insanlardırlar.

Pan-İranistlər ya İran dövləti höküməti “Haray Haray Mən Türkəm” şuarını yanlış anlamırlar. Çünkü Fars dili və Kültüründə də Türk Türkcə (Tork Torki) deyəndə Güney Azərbaycan Türkü və onun dili qəsd edilər. Farscada Türkiyə Türkcəsi üçün yayğın olan terim İstanbul Türkcəsi Tork-ye Istanbuli’dir.

Güney Azərbaycan Türkü “Mən Türkəm” dediyində özünü qəsd etdiyi kimi, “Haray Haray Mən Türkəm” şuarı verəndə də öz kimiliyini savınır və öz haqlarını istəyir.  

G. Azərbaycanda Kimlik Sorunu və Anadili Etgəni: 

Basqın  hakim kültürə bənzədilməyə zorlanan millətlər, öz kimliklərini qorumaq üçün basqın kültürlə fərqli olan özəlliklər və dəyərlərini ön plana gətirməyə çalışarlar. Asimilasyon və bənzədilməyə məruz qalan millətləri basqın millətdən ayıran etgənlər faktorlar toplumdan topluma dəyişir.

Örnəyin, güney Azərbaycan Türkünü Farslardan ayıran ən önəmli etgən olan Türkcə, quzey Azərbaycan Türkünü Rusdan fərqləndirən ən önəmli etgən deyil, bəlkə etgənlərin biri idi. Görünüş qiyafə, din, yemək, gələnəklər və milli bayramlar kimi unsurlar da əski Sovetlərdəki Azərbaycan Türkünü Ruslardan ayırırdı. Güneydə belə deyil; Görünüşdə bizim Farslarla çox bəlirgin bir fərqimiz yoxdur. Dinimiz və çoxunluğumuzun məzhəbi onlarla eynidir. Hardasa, eyni şəkildə geyinir, eyni şeyləri yeyir vəi içirik. Son Çərşəmbə, İl Bayramı Novruz, Doğa Bayramı (13 Bedər) və Çillə gecəsi kimi şənliklər bayramlarımız Farslarda da qutlanır. Buna görə dil G. Azərbaycanda  kimlik simgələrinin biri kimi deyil, kimliyin təməli kimi vardır. Farslarla paylaşılmayan, və güney Azərbaycan Türklərini təmsil edən modern varlıq sadəcə və sadəcə Türkcədir. Dil Güney Azərbaycan hərəkətinin motorudur.

Buna görə də Güney Azərbaycan insanı dilinin Fars dili ilə rəqabət edəcək gücdə olduğuna inanmalıdır. Quzey Azərbaycanlı heç zaman buna inanmadı, yəni dilinin Rus dilinə meydan oxuya biləcəyini ağlına belə gətirmədi. Güney Azərbaycan Türkü dilini devingən, dinamik və hərəkətli bir dil kimi ayaqda tutmağa ehtiyacı vardır. Nə yazıq ki Quzey Azərbaycanın bu bağlamda bizə verəcək çox şeyi yoxdur.

Qan bağımı, kültür bağımı?

Irq ya kimilərincə qan bağı deyilən etgən bənzədilmə və asimilasyona məruz qalan bir çox xalqlarda kimliyin təməli ya təmllərindən biri sayılır. Örnəyin Rusyanın bir çox bölgələrində yaşayan bir çox Azərbaycan Türkü, Qazax, Qırğız və Tatarlar öz dillərində tək kəlimə danışa bilmədikləri halda görünüşdə Ruslardan fərqləndikləri üçün yenə də Rus toplumunun birəyi olmurlar. Eyni şey Doğu Türkistanda yaşayan Uyğurlar üçün də geçərlidir.

Ancaq, Güney Azərbaycan və İranda, ata-babaları Türk olan ancaq Türkcə bilmədikləri üçün özlərini Fars tanıyan və başqaları tərəfindən də Fars olaraq qəbul edilən yüz minlər bəlkə milyonlarca insan vardır. Güney Azərbaycandakı Türklüyün təməl unsuru ırq ya qan deyil, dil və kültürdür. Güney Azərbaycan və İranın başqa bölgələrində aşağılanan və inkar edilən Türk kimliyini savınmaq qan bağı ya bir ırqı savınmaq deyil, bir xalqın kültürü və mədəniyətini savınmaqdır.

1- Bəzi Türk (Turkic) xalqlarının çağdaş adı:

Etniyin adı

Yaşadığı Bölgələr

Çağdaş və Modern Adı

Ana Qrup

Qazax

Qazaxtan, Rusya, Doğu Türkistan və …

Qazax

Türk

Qırğız

Qırğızstan, Taciskistan, Doğu Türkistan  və …

Qırğız

Türk

Özbək

Özbəkistan, Qırğızstan, Afğanistan

Özbək

Türk

Türkmən

Türkmənistan, Türkmən-Sahra (İran), Afğanistan

Türkmən

Türk

Uyğur

Doğu Türkistan, Qazaxtan

Uyğur

Türk

Tatar

Rusya, Tatarstan, Başqurdistan, Ukrayna

Tatar

Türk

Tuva

Tuva Cumhuriyəti

Tuva

Türk

Qaqavuz

Moldova, Ukrayna

Qaqavuz

Türk

Türk

Azərbaycan*, İran, Iraq, Türkiyə, Qıbrıs, Suriyə və …

Türk

Türk

1- Azərbaycanda yaşayan Türklərin təqribən yüzdə otuzu (%30), yəni Quzey Azərbaycan Türkləri, 1937-ci ildən bəri, hökümətlərin basqısı sonucunda özlərini Azəri ya Azərbaycanlı (etnik anlamda) adlandırmağa başlayıblar.

2-Bu yazıda, Türkistan sözü Qazaxstan, Özbəkistan, Qırğızstan, Tacikistan və Türkmənistan ölkələri, ayrıca Afğanistanın bəzi bölgələri (Güney Türkistan) və Çinin quzey-batısında yerləşən özərk Sincan əyalətini (Doğu Türkistan) içərən coğrafiya anlamında işlənmişdir.

3-Son zamanlarda, iqtidar partisi AKP və ana muxalifət partisi CHP’nin bəzi liderləri daxil, bir çox siyası güc Türk sözünün bu şəkildə tanımlanmasına qarşı çıxmağa başlayıblar.

4- Burada Azərbaycan sözünün milli və coğrafi bağlılığı anlamı deyil, etnik anlamı qəsd edilir. Etnik anlamda işlənən Azərbaycanlı sözü sadəcə quzeydə vardır və güney Azərbaycanda mövcüd deyildir.