AXİRƏTDƏ AZƏRBAYCAN


Əhdi-Ətiqə görə, Axirətdə Allah Azərbaycanın yalançı din və elm adamlarını amansızcasına qıracaq.

Firudin Gilar Bəg 

Azərbaycan xalqının gələcəyi haqqında söz demək üçün, onun keçmişini öyrənmək və onun dəqiq xarakteristikasını bilmək lazımdır. Gələcəyi isə, Quran və digər qədim yazılara görə Rəhman Allah Lövhi Məhfuzda yazaraq, hər şeyi əvvəlcədən müəyyənləşdirmişdir. Məşhur sufi Əziz Əd-din Nəsəfinin “Zübdətül Həkaik” əsərinə görə, Allahın işi də, əvvəlcədən yazdığı yazını həyata keçirməkdən ibarətdir (Sayt: http://www.upelsinka.com/Russian/text_zubdat.htm). Deməli, əgər biz müəyyən xalq haqqında məlumatları bilsək, müqəddəs kitablara görə gələcəkdə onu nələr gözlədiyini də öyrənə bilərik.

Bu gün məlumdur ki, Azərbaycan xalqının əsasını Azəri türkləri təşkil edir ki, mənbələrdə bu türklər – Oğuz bəgləri (bəy), bəg ərənlər və s. adlanırdı. Müqəddəs kitabımız olan “Kitabi-Dədə Qorqud”da türk bəgləri – “ərənlərin əvrəni”, “Adəmilər əvrəni” də adlandırılır ki, bu da “ərənlərin yəhudisi”, “Adəmin yəhudisi” mənasındadır (“Kitabi – Dədə Qorqud”, B., 1988, səh. 49, 80). Bu kitaba görə, bəg ərənlər “Dünya mənim” deyirmişlər və bu da onların – dünyanın sahibləri olması anlamındadır. Belə çıxır ki, Azəri türk bəgləri, mənbələrdə yəhudi adlandırılan seçilmişlər nəslidir və onların acdadları da dünyanın sahibləri olmuşlar.

Son dövrün araşdırmalarından çıxan nəticəyə görə, ən qədim mənbələrdə seçilmişlər, yəni yəhudilər dedikdə Xəzər türk bəgləri nəzərdə tutulurdu (А. Кестлер, «Тринадцатое колено»). Erməni mənbələrində Xəzər sözü – Xazarapet (Xəzər-Yafət) kimi də yazılır və digər yerdə bu sözün əvəzinə Azarapet, yəni Azər-Yafət sözü istifadə olunur. Bu isə o deməkdir ki, Yafət nəsli olan Xəzər türk bəgləri elə Azəri türk bəgləridir.

Quranda yəhudilər – İsrail oğulları adlandırılır və burada açıq bildirilir ki, bu kitab, Allahın aləmlərdən üstün yaratdığı İsrail oğullarına göndərilmişdir. Allah onlara müdriklik, peyğəmbərlik və bərəkət vermişdir. Onlar elm və biliklərinə görə seçilmişlər və varislər olaraq ucaldılmışlar (Quran 27:76,77, 45:16, 2:47,122,40, 44:32, 45:16, 6:165). Belə çıxır ki, Quran kitabı Azəri türk bəglərinə göndərilmişdir və Allah bizim əcdadlarımızı aləmlərdən üstün tutmuşdur.

Mən, “Qurandakı İsrail oğulları – Azəri türk bəyləridir” adlı məqaləmdə, qədim yəhudi seçilmişlərinin bilavasitə Azəri türk bəgləri olmasını elmi cəhətdən sübut etmişəm (http://www.gilarbeg.com). Qədim yəhudilərin indiki İzrail xalqı olmamasını mənbələr də sübut edir. Deyilənə görə, Allah Musaya Tövratı verəndən sonra dedi: “İndi Tövratı İsrailə başa sal. Musa: “Dünyanın hökmdarı, – mən onu onlar üçün yazaram” dedi. Allah isə: “Mən onlara onu yazılı vermək istəmirəm, çünki bilirəm, gələcəkdə dünya xalqları yəhudilər üzərində ağalıq edəcək, onların Tövratını əlindən alacaq və onlara nifrət edəcəklər” (Е. Айзенберг, «Что такое Тора», Иерусалим, 1985, səh. 58). Bu gün dünyanın əsl sahibləri indiki yəhudilərdir. Bu o deməkdir ki, Musanın yəhudiləri, bu gün nifrət edilən, Tövrat kitabı əlindən alınan və hamının, üzərində ağalıq etdiyi Azəri türk bəgləridir.

Yazdıqlarımdan çıxan nəticə odur ki, Azərbaycan adlanan ölkə, qədim mənbələrdə İzrail (İsrail) kimi qeyd olunan Azər-Elidir. Bu elin qədim ərazisi isə Savalan dağı ilə Xəzər dənizi arasındakı ərazidir. Hər bir samitin bir rəmz olduğu sufizmdə İzrail [ZRL] rəmzi ilə Azər-Eli [ZRL] rəmzi eyni mənalı rəmzlərdir. Mənbələrdə Azər adı – Assur, Aşşur, Əsər və s. kimi də yazılırdı. Misir mətnlərində isə Azər rəmzi – Oziri/Usiri (Osiris) Allahı mənasında, ölümsüzlər nəslinə aid edilirdi.

Araşdırıcılar Xazarapet (“Hazarapati”) rəmzini də, sözlərin etimologiyasına görə  “minlərlə ölməz” kimi mənalandırırlar (Р. Фрай, «Наследие Ирана», М., 1972, səh. 139). Əgər nəzərə alsaq ki, mənbələrdə ölümsüz deyəndə, Xəzər [XZR] rəmzi ilə eyni formada yazılan Xızır [XZR] nəzərdə tutulur, razılaşarıq ki, Azəri türk bəgləri ölümsüz Xızır peyğəmbərin, yəni qədim Misirin Oziri (Azər/Osiris) Allahının törəmələridir. Çünki qədim Misir mənbələrinə görə, yalnız Oziri-Osiris Allahının nəsli ölümsüz hesab olunurdu.

Bu gün Azərbaycanda yaşayan türk bəyləri, seyidlər, şıxlar və s. müqəddəslər nəslinin nümayəndələri qeyd edirlər ki, onlar adi insan deyillər, çünki onlar “Allah nurundan” yaranmışlar. Bu müqəddəslər haqqındakı deyimlərin birində isə bildirilir: “Avam (yəni adi insan) doyunca yeyər, molla ölüncə yeyər, seyid öləndən sonra da yeyər”. Seyidin öləndən sonra da yeməsi, onun ruhunun, bədənin fiziki ölümündən sonra da yaşaması deməkdir. Belə çıxır ki, seyid, bəg, şıx və s. adlandırdığımız Azəri müqəddəsləri – qədim Misirin ölməz Oziri-Osiris Allahının törəmələridir. Mənbələrdə batinilər kimi də qeyd olunan bu insanların eyni zamanda məlahilər, mülhidlər adlandırılması, onların ölümsüz mələklər nəsli olması deməkdir.

Quranda, İbrahim peyğəmbərin atası Azər, büt düzəldib, onlara can verən Allah kimi qeyd olunur (Quran, 6:74). Yunan mifologiyasında bu obrazda göydən ilahi od gətirən Yafət oğlu Prometey (Pir-Midiya) göstərilir ki, o da insan düzəldib, Allahın ona ruh verməsini xahiş edir. Bu isə o deməkdir ki, Azərilər, adi insanları öz əlləri ilə yaratmış müqəddəslər nəslidir. Mən, “Allah – türkləri, оnlar isə insanı yaratdılar” adlı məqaləmdə göstərmişəm ki, Allah iki növ insan yaratmışdır və bunların da ilkini qədim Misirin Oziri, yəni Azər Allahının nəslidir.

Oziri (Osiris) haqqındakı qədim Misir rəvayətinə görə, ilk olaraq Oziri (Azər) dünyaya hakim kimi gəlir və insanları heyvan səviyyəsindən çıxarıb, onlara buğda əkməyi, şərab çəkməyi və s. mədəniyyət öyrədir. Lakin kiçik qardaşı Set ona həsəd apararaq, öz 72 yoldaşı ilə onu xaincəsinə öldürür. Ozirinin arvadı İsida isə, oğlu Qorla yenidən Oziri Allahını dirildir və o əvvəlki kimi dünyaya hakimlik etməyə başlayır. Mənbələrdə Ozirinin ölümü axirətlə əlaqələndirilir ki, onun yenidən dirilməyi də, axirətdən sonrakı həyata aid edilir.

Bu gün Azəri müqəddəsləri öz əvvəlki qüdrətlərini itirmişlər və əvvəlki kimi sözlə təbiətə və canlılara təsir edə bilmirlər. Müqəddəslərin Cəddlərinin gücünün itməsi ilə eyni zamanda Azəri xalqı da bir xalq kimi məhvə doğru getməkdədir. 

Axirət haqqında ən dəqiq məlumatlar verən peyğəmbərlərdən olan İsay (Yeşay), Azər-Eli, yəni İzrail haqqında yazır: “Yer-göy qulaq as, çünki Allah deyir: Mən oğul böyüdüb ucaltmışam, onlar isə mənim üzümə ağ olublar. Camış da, uzunqulaq da öz yiyəsini tanıyır. İzrail (Azər-Eli) məni tanımır, mənim xalqım ağıllanmır… Əfsus, haqsızlığa düçar olmuş günahkar xalqım Allahdan dönüb geri qayıdıbdır. Sizin tərsliyinizə görə, daha nədən ötrü sizi döyüm. Sizin başınızdan tutmuş bütün bədəninizdə salamat yer yoxdur. Torpaqlarınız boşaldılıb, şəhərləriniz odla yandırılıb, sahələrinizi gözünüz qarşısında özgələri yeyir və s.” (Библия, Исая.1:2-7). Aydın məsələdir ki, burada söhbət Azəri türk bəglərinin torpaqlarından gedir. İndiki İzrail özü fələstinlilərin torpaqlarını alıb və bu yazıları onlara şamil etmək qeyri mümkündür.

İsay yazır: “O zaman yeniyetmə, uşaqlar hökmranlıq edəcək. Xalq içində biri digərinə, hərə öz yaxınına zalımlıq edəcək, cavan həyasızcasına qocadan, adi adam kübardan üstünlüyünü göstərəcək… Qaranlıqda gəzən xalq, böyük işıq görəcək, ölüm kölgəsində yaşayanlar üçün işıq parlayacaq. Xalqı ölümə apardığı üçün, kasıb, yetim və dullara rəhm etmədiklərinə, yalan danışdıqlarına görə, Allahın qəzəbi və əli ilə, Allah İzrailin (indiki Azər-Elinin) baş və quyruğunu kəsdiyi kimi, günahkarları və yalançı elm, din xadimlərini məhv edəcək…  Budur, Allah torpaqları boşaldır, onu bərəkətsiz edir, onun görkəmini dəyişir və onun üzərində yaşayanları dağıdır. Xalqın başına nə gələcəksə din adamının da, qulun da, ağanın da, satanların, alanların da və s. hamısının başına o gələcəkdir. Axırda torpaq boşaldılacaq, talan ediləcək. Çünki Allah bu sözü demişdir. Torpaq məyus olub şikayətlənir, kainat məyus olmuşdur. Torpağın xalqlarının yüksəlmişləri əyilmişlər. Torpaq, üzərində yaşayanlar tərəfindən murdarlanmışdır, çünki onlar qanunu aşmışlar, nizamnaməni dəyişmiş, əbədi vəsiyyəti pozmuşlar. Ona görə də qarğış torpağı yeyir, üzərində yaşayanlar cəzalandırılır: torpağın əhalisi yandırılmış və az adam qalmışdır. Şənlənənlərin səs-küyü yox olmuş, hər şey sakitləşmişdir. İçki acılaşmışdır, artıq mahnı ilə içki içilmir. Boşalmış şəhər dağılmışdır, bütün evlər bağlıdır. Küçədə günahkarlar üçün ağlayırlar, hər bir şənlik qəmlidir, torpağın bütün şənliyi qovulmuşdur. Şəhər boş qalmış, darvazalar aşmışdır. Torpağın ortasında xalqlar içində isə, üzümlüyü budayandan sonra nə qalırsa elə olacaqdır. Onlar öz səslərini qaldıracaq və Allahın böyüklüyünə sevinəcəklər. O vaxt günahkarlar üçün dəhşət, quyu və kəndir olacaq. Qorxudan qaçanlar quyuya düşəcəklər, quyudan çıxanlar isə kəndirdən asılacaqlar, çünki Göyün pəncərəsi açılacaq və yerin özəyi titrəyəcək. Yer devriləcək, yer dağılacaq, yer dəhşətə gələcək. O gün olacaq ki, təntənəli hərb Allahı yuxarıda, yerdə yer şahlarına baş çəkəcək. Onlar məhbuslar kimi, bir yerə yığılıb zirzəmiyə salınacaq və bir çox günlər sonra cəzalandırılacaqlar” (Библия, Исая.3:4-25, 24).

Göründüyü kimi İsayın kitabında Azərbaycanda baş verənlər və axirətdə olacaq hadisələr çox dəqiqliklə və geniş şərh olunur. Lakin söhbət bundadır ki, məşhur sufi Mühiddin İbn Ərəbinin dediyi kimi, müasir insanlar o dərəcədə inamsız və məntiqsizdirlər ki, oxuduqları kitablardan düzgün nəticə çıxara bilmirlər. Bu insanlar ata-babalarımızı avam və savadsız hesab edir, izahı verilməmiş milyonlarla ədəbiyyatı da cəfəngiyyat sayırlar.

Maraqlı təzad əmələ gəlir. Bir tərəfdə, adi insanları məntiqsiz və avam sayan  bütün qədim müdriklər, digər tərəfdə isə özlərini ağıllı, qədim insanları isə axmaq hesab edən müasir alimlər durur. Kimin haqlı olduğunu təbii ki zaman göstərəcək.

Ağıllı insan bütün faktorları, o cümlədən, müqəddəs kitablarda yazılanları da nəzərə alaraq, Allahın qanunlarını pozmaqdan çəkinər, günah az işlədər və tez də onun əvəzini vermək üçün tədbirlər görərdi. Əfsus ki, günahı mənasız şey sayan bizim elm və din adamlarımız Allah faktorunu qətiyyən nəzərə almadılar. Qurana görə Allah insanları, Ona xidmət etmək üçün yaratmışdır (Quran, 51:56). Bu elm adamları isə elə hesab etdilər ki, Allah və onunla bağlı yazılar, bu insanların varlanmaları üçündür. Atalar sözlərinin birində deyilir: “Sən saydığını say, gör Fələk nə sayır”. Fələk isə əvvəlcədən baş verəcək hadisələri Lövhi Məhfuzda yazmışdır və onu heç kim dəyişə bilməz.  

Mən qədim müdriklərin bu qorxulu proqnozlarını yazmaya da bilərdim. Lakin bilə-bilə ki, Allahın qəzəbi çox yaxın zamanlarda yalançı elm adamlarını məhv edəcək, seyrçi qalmaq istəmədim. Qədim yazıların gizli mənalarını, yəni Batin (Ledun) elmini bilən tədqiqatçı kimi bu insanlara əvvəlcədən xəbərdarlıq etməyi özümə borc bildim. Bu – zarafat, onları qorxutmaq üçün deyilən yalan sözlər deyil. Bunlar əvvəlcədən yazılmış və həyata keçəcəyinə heç şübhə olmayan acı həqiqətlərdir. Mən, Allahın göydə yaratdığı “Dünya”nın yaranış prosesinin texnologiyasını və axirətdə bu Osiris dünyasının sonunun necə olacağını, onun yerinə yeni Qeyb aləminin necə əmələ gələcəyini bilən sufi kimi yazdıqlarımı tam məsuliyyətimlə təsdiqləyirəm. Nə qədər ki vaxt var, günahkarlar günahlarını yusunlar. Göyün qapıları açıldığı gün hər şey gec olacaq və 120000 Əzrail Löhvi Məhfuzda yazılanları qısa müddətdə həyata keçirəcək.

Quran bu haqda yazır: “Aralarında səni dinləyənlər də vardır. Lakin bizi anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq. Onlar istənilən ayəni görsələr belə, yenə də ona inanmazlar. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edirlər və “Bu, keçmiş insanların əfsanələrindən başqa bir şey deyildir”– deyərlər”…  (De:) “Rəbbinizdən sizə göz qabağında olan dəlillər gəlmişdir. Kim onları görsə, xeyri onun özünə olacaq. Kim korluq etsə, zərəri də onun özünə olacaq. Mən sizin üstünüzdə gözətçi deyiləm” (Quran, 6:25,104).

Bütün bunlar haqqında daha geniş məlumat və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir.