ABDULLA ŞAİQİN «ARAZDAN TURANA» ŞEİRİ:


Faiq Ələkbərov

…Gülümsərkən ağzından güllər saçan o gözəl
Şimdi ağlar, gözündən inci damlar. Xain əl
Girmiş məsum qoynuna, yaralayır köksünü,
İnlər: Yoxmu Turanda qurtaracaq ər bəni?
Nərdə o türk nişanlım, o qoç igit, qəhrəman?
Yolunu pək özlədim, yol ver ona, Yaradan?
Yel atına binsin də, gəlsin səni qurtarsın!
Yağı olan bu xain başları qoparsın…
«Quzğun dəniz» bu qara xəbərləri dinlədi,
Yara almış bir arslan kimi kimi inlədi.
Basdı Kürü, Arazı dalğaların selinə,
Birdən-birə köpürdü, daşdı Turan elinə.
O dağ kibi yüksələn dalğaları yürüdü,
Yüz milyonluq Turanı başdan-başa bürüdü.
Hər kiçicik dalğasında bir ildırım patladı,
Almas kipriklərində birər şimşək oynadı.
Hər bir öksüz bucaqda qopdu yeni bir tufan,
Coşqun sellər qaldırdı əngəlləri aradan.
Artıq sehrli divlər yediyini həp qusdu,
Sonra Turan da susdu, dəniz də, göy də susdu.