AZƏRBAYCAN – TÜRKİYƏ


Şairə Zəminə Xınalı

İki dövlət, bir millətin övladı,
Azərbaycan və Türkiyə qoşadı,
Qardaş kimi bu dünyada yaşadı,
Yaşa var ol, Azərbaycan-Türkiyə.Əsrlərdən qoşa gəlir səsimiz,
Könüllərdə qoşa vurur qəlbimiz,
Dünya bilir türk əsridir əsrimiz,
Yaşa var ol, Azərbaycan-Türkiyə.

Yer üzünə sülh-barışı gətirən,
Xoş məramlı, xoş müjdələr yetirən,
Cənnət diyar, gül-çiçəklər bitirən
Yaşa var ol, Azərbaycan-Türkiyə.