BAKININ QURTULUŞU – TÜRKLÜYÜN QURTULUŞU IDI


Ürəyinizdə Günəş olsun!

Sovetlər Birliyi dağılandan üzü bəri demək olar ki, hər il Bakının Daşnak-Bolşevik silahlı birləşmələrinin qırğınlarından azad olunması haqqında söhbətlər aparılır, tarixi faktlar üzrə yazılar dərc olunur və s. bu gün biz həmin faktın növbəti ildönümü qarşısındayıq. O vaxtdan bu vaxta qədər həmin hadisələr bu və ya başqa biçimdə davam edir, erməni-türk münasibətləri sağalmır. Axı bu, hardan qaynaqlanır?! Bu və başqa suallara cavab tapmaq üçün Müxalif düşərgənin tanınmış siması Xaliq Bahadırın və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının münasibətlərini öyrənib təqdim edirik. Burada biz tarixi faktları sadalamırıq, bu faktlar zaman-zaman hərtərəfli deyilib. İndi isə məsələnin mahiyyəti üzrə danışacağıq.
İlk sualım Xaliq bəyədir.
– Xaliq bəy, erməni-türk münasibətlərinin hara dayanır, sizcə, bu məsələ nə vaxtacan davam edəcək?
Xaliq Bahadır: Hələ çox illər öncə Strabon demişdir: -Erməni elə millətdir ki, öz qonşusunun ayağını tapdalamağa öyrəşmişdir. O, bunu ermənilərin xarakterik cəhətləri kimi göstərmişdir. Bu hal qonşuluqda ən pis münasibət kimi dəyərləndirildiyi halda, ermənilər buna çox normal baxıblar. Ermənilərlə türklərin münasibətinə gəlincə, deyə bilərəm ki, onlar arasında uzun illər hansısa konflikt olmayıb. Bunun sadəcə bir nədəni olub – türklər çox güclü olub, onların güclü imperiyaları olub. Ermənilə də türkün ürək genişliyinə görə bu imperiyaların içərisində çox yaxşı yaşayıblar. Ancaq XIX yüzildə türklük gücdən düşməyə başlayanda ermənilər baş qaldırdı. Bu da ilk növbədə özünü Türkiyədə göstərdi. 1861-ildə Türkiyənin Zeytunluq deyilən bir bölgəsində ermənilər 600 türk əsgərini qətlə yetirdilər. Bu çoxdan hazırlanan bir plan idi. Bir sıra Avropa dövlətləri Türkiyəni parçalamaq planı hazırlamışdı. Bunun üçün avropalılar regiondakı xüsusiyyətlərini öyrənib, qərara gəlmişdilər ki, bu məsələdə ermənidən istifadə eləmək olar. Osmanlı Sultanı ermənilərin qarışdırıcı əməllərinə uzun müddət göz yummuşdur. O, erməniyə özünün vətəndaşı kimi yanaşırdı. Ermənilərin xeyli sayda deputatları, nazirləri və s. var idi. Sultan Türkiyəsinin ekonomikası ən çox ermənilərin əlində idi, – bu ölkənin vətəndaşları olduqları üçün. Elə ki, ermənilər getdikcə azğınlaşmağa başladılar, bundan sonra Sultan Türkiyəsi hansısa addımları atmaq məcburiyyətində qaldı. Bu addımlardan biri də o idi ki, erməniləri konflikt yaratdıqları bölgələrdən Türkiyənin başqa yerlərinə köçürsünlər. Durum gəlib çıxdı 1915-ci ilə, bəlli qırğınlar baş verdi. Buna qədər ermənilər Qarsı boşaltmışdılar. Bu işdə ermənilərə Antanta qüvvələri kömək etmişdilər…
Bu gün Azərbaycanda 15 sentyabr hadisələri ilə bağlı danışanda çoxları deyir ki, Osmanlı ordusu Azərbaycanı işğal eləməyə gəlmişdi. Bilmək lazımdır ki, Türkiyə qoşunlarını Azərbaycan hökuməti çağırmışdı. Onlar gəlib bizə arxa durdular. Onlar bizi ölümdən, yox olmaqdan qurtardılar. Türkiyənin özü çox çətin durumda idi. I Dünya savaşı əslində Türkiyənin üzərində başlamışdı. Birbaşa Türkiyənin özü bu məsələdə yox idi, ancaq planlarda var idi. Plan bu idi ki, Rusiyanın əlilə əvvəl Almaniyanı (Prussiyanı) çökdürsünlər, sonra Türkiyəni parçalasınlar. O vaxt Alamaniya getdikcə güclənirdi, Amerika, İngiltərə bundan qorxurdu. II Nikolayla danışmışdılar ki, İstanbulu boğazları ilə birlikdə sənə veririk, sən Almaniya ilə savaşa başla. Stolıpinin reformaları əsasında Rusiya özü xeyli güclənmişdi. Ona görə həmin qüvvələr Rusiyanın güclənməsindən də çəkinirdilər. Bu planla Rusiyanı Prussiya ilə savaşa cəlb edib, hər ikisini gücdən salmış olurdular. Ancaq məlum gedişlərlə Almaniya hardasa planları pozdu, istanbul xilas oldu. Bununla belə Türkiyə Almaniya ilə bir yerdə olduğu üçün yenilmiş dövlət sayılırdı. Türkiyəyə qarşı plan belə idi ki, onun 6 vilayəti ermənilərə verilir, Diyarbəkir başda olmaqla Türkiyənin doğu bölgəsində Kürdüstan yaradılır və s. Beləliklə, Türkiyə bir neçə yerə parçalanmış olur. Əslində o planların içində bütövlükdə Türk Dünyasını parçalamaq qəsdi var idi. Bax, Türkiyə belə bir ağır durumda ola-ola Azərbaycana qoşun göndərib qırğınların qarşısını aldı. Biz, bir dövlət olaraq bu məsələnin dəyərini hələ də bilməmişik. Azərbaycan şəhidləri içərisində 1130 Türkiyəli şəhid yatır. O ki, qaldı nə vaxtacan bu davam edəcək, o vaxta qədər ki, Türk Dünyasının güclü birliyi yaranacaq. Onda erməni-türk konflikti (savaşı demirəm, çünki erməni türklə savaş apara biləcək gücdə deyil) yoluna qoyulacaq.
Yasin Türksoy: Soylu bəy, erməni-türk konflikti türk birliyinin qarşısını ala bilirmi?
Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu məsələni deməzdən öncə, bir neçə kəlmə münasibətlərin anatomiyası ilə bağlı demək istəyərdim. Burada biz sırf milli kontekstdən çıxış eləməyimizə baxmayaraq, yürütdüyümüz fikirlər antibəşəri xarakter daşımır, daşıya bilməz. Biz milli məsələnin həllini bəşəri humanizm prinsipləri əsasında çözürük. Hələ Avropa erasından əvvəl ermənilərin milli qəhrəmanı sayılan II Tiqran onun-bunun torpaqları hesabına Ermənistan dövləti yaratmışdı. O, bu dövləti 15 il əldə saxladı, ancaq Roma imperatoru Marsel Tiqranı Vizantiyadan Romaya qədər atının quyruğunda sürüdükdən sonra Erməni dövləti qurtardı. Məsələyə mahiyyəti yönündən yanaşanda ortaya sual çıxır – ermənilər bu dövləti hansı ənənələr əsasında, hansı dəyərlərə söykənərək yaratmışdılar?! Burada bəşəri humanizmə zidd gedişlər nədən ibarət idi?! Erməni dövlətinin yaranmasına dirəniş göstərilməli idi, göstərilməməli idi?! Humanizm baxımından yanaşanda soruşula bilər, yaxşı bu millət nə etməlidir, dövlət qurub yaşamağa haqqı yoxdurmu? Biz bundan öncə də yazılarımızda vurğulamışıq ki, dövlət yaratmaq sadə bir proses deyil. Təsəvvür edin, II Tiqrandan yüzillər sonra Azərbaycanla Türkiyənin ortasında Azərbaycan torpaqları hesabına Ermənistan dövləti yaratdılar. Kim yaratdı bu dövləti – antitürk qüvvələr. Guya onlar humanistdirlər və bəşərin bir yoplumunun qeydinə qalıblar. ABŞ, Rusiya, qeyriləri bu qədər humanist, qayğıkeşdirlərsə qoy ABŞ-ın bir ştatında, yaxud geniş rusiya çöllərinin bir hissəsində erməni dövləti yaratsınlar… Qeyd etmək lazımdır ki, erməni toplumu dövlət yaratmaq və onu yaşatmaq iqtidarında deyillər. Bu dövləti onlar üçün bəlli qüvvələr yaradıb və onlar da qoruyur. Bunu biz tarixi bilgilərdən də, gerçək müşahidələrimizdən də əsaslandıra bilirik. Baxın, ermənilərin tarixi mövcudluğu uzaq keçmişə dayansa da, onlar bəşəriyyətə böyük mədəniyyət, böyük dəyər verməyiblər. Dövlət isə böyük mədəniyyət və böyük dəyərlər üzərində qurulur. Tarix boyu ermənilərin dağıdıcılıqdan başqa ciddi əməlləri olmayıb. Onlarda xalqlararası münasibətlərə gərək olan hansısa bir keyfiyyət aşkarlamaq mümkün deyil. Heç kim elə bir tarixi fakt ortaya qoya bilməz ki, hansısa bir xalq ermənilərdən bəşəri yöndə bəhrələnə bilib. Sanki bu millətin xarakteri dağıdıcılıq tələblərindən yoğrulub. Ona görə də bu millətin dövlət yaratması özünü doğrultmur. O nə dövlətdir ki, əvvəldən axıra qədər bəşəri humanizmə qarşı dayanır… Bu baxımdan hesab edirik ki, bir sıra kiçik toplumlar ayrı-ayrı dövlətlərin tərkibində yaşamaları ilə barışmalıdırlar. Böyük, tarixi xalqlar oturuşublar. Hər kəsin bəlli vətəni var. Planetimiz tarixi qədim xalqların vətəni kimi artıq bölünüb. Süni şəkildə xırda-xırda dövlətlər yaratmaq ümumi bəşəri nizama ancaq zərər verir. Başqa bir tərəfdən, axı yaradılan xırda dövlətlər dağıdıcı, pozucu əməllər üçün yaradılır, dinc məqsədlərlə öz müqəddəratını həll eləmək üçün yaradılmır. Dediyimiz kimi, erməni tipli toplumların öz yerini tapması yönündə dəyər gücü, mədəniyyət gücü mövcud deyil. Həm də, axı mən öz evimi necə başqasına verə bilərəm?! Heç bir bəşəri dəyəri olmayan balaca toplumları qızışdıranlardan soruşmaq gərəkdir: necə sən humanistsən ki, tarixi xalqları məhv eləmək, böyük mədəniyyətləri sıradan çıxartmaq hesabına balaca toplumlara haqq-hüquq quraşdırırsan?! Bəşər mədəniyyətinin inkişafında aparıcı rola malik bir xalqıq. Sivilizasiyaların başlanğıcı olan Şumer mədəniyyəti bizə aiddir. Bax, məsələyə bu nöqtədən yanaşmaq gərəkdir. Türk nə erməninin yağısıdır, nə kürdün, nə də qeyrisinin. Elə görüntü yaradırlar ki, guya avropalılar humanistdirlər, türklər isə vəhşi. Ancaq məsələnin mahiyyətinə dərindən yanaşanda kimin vəhşi, kimin humanist olması üzə çıxır. Biz yeganə millətik ki, heç vaxt şovinist olmamışıq. Siyasi basqılara uğramışıq, özümlüyümüzdən ayrılmışıq, döyülmüşük, söyülmüşük, ancaq heç bir topluma qarşı şovinist addımlar atmamışıq. Hər bir etnik topluma özümüzə yanaşan kimi yanaşmışıq. Başqa xalqlar içərisində olan etnik toplumlara qarşı assimilyasiya əməlləri həyata keçirib, mədəniyyətini sıxışdırıb, özünü sıxışdırıb və s. Tarixin heç bir dönəmində bizdə belə əməllər tapmaq mümkün deyil. Bəlkə də Azərbaycan olaraq onlarla yerə parçalanmağımızın başlıca səbəbini elə burada axtarmaq lazımdır –humanist xarakterimizdə. Siyasi dünya özümüzün humanistliyimizlə başımıza oyunlar açır. Nadir milli keyfiyyətlərimizi dünya dəyərləndirmək əvəzinə, bizi sıradan çıxarmağa çalışır. Bu cəhətdən yanaşanda bəlli olur ki, Türk Birliyinin yaranması məsələsi erməni-türk münasibətlərinə dayanmır, öz içinə bəslədiyi münasibətə dayanır. Bir epizod deyim (əvvəl bu məsələlərə vurğu eləmişik), Sovetlər birliyi dağılandan sonra türk birliyinin zərurəti ortaya çıxdı. Bunun gələcəyini hesablayan antitürk qüvvələr başqa oyunlar işə saldılar. Türkiyə kimi oturuşmuş bir dövlətimizin başına islamçı Ərdoğanı gətirdilər ki, türk birliyinin inkişafının qarşısını alsınlar. Ərdoğan üzünü türklüyə deyil, müsalmanlığa tutub. Ona göstərişi Amerika verir. Tamamilə yönü dəyişdilər. Bu xəyanətdir. Baxın, demokratiya bağıran dünya necə olur ki, Mərkəzi Asiya türklərini “demokratikləşdirir”, Türkiyə kimi dünyəvi dövləti təzədən islamlaşdırır.?! Bəs deyirlər dünyada müsəlman-xristiyan qovğası gedir. Bu oyunların xarakterini dərk eləmək lazımdır. Oyunlar türk birliyini dağıtmağa hesablanıb. Üzdə türk birliyi adına atılan addımlar təəssüf ki, şüar səviyyəsindən qabağa getmir. Daxili intibah yox, ciddi maarifçilik əməlləri yox, strateji siyasi planlar üzərində iş getmir. Yalançı konfranslar, türk mədəniyyəti adına binaların açılışı…ay qardaş, bunlar siyasi quruculuğun tələblərindən çox aşağıdır axı!.. Ona görə bilmək gərəkdir ki, bizim davamız erməni adlanan toxmaqla deyil, onun arxasında duran qüvvələrlədir.
Yasin Türksoy: Xaliq bəy, çağdaş Azərbaycan və Türkiyə hökumətləri bu məsələni çözmək istiqamətində hansı işlər görürlər?
Xaliq Bahadır: Heç bir iş görmürlər. Ortada ritorik danışıqlar var, iş yoxdur. Bizim danışdığımız türk birliyi Turan deyil. Türk birliyindən danışanda çoxlarının canına qorxu düşür ki, Turan birliyindən danışırıq. Əslində isə biz çağdaş bir birlikdən danışırıq – “Avropa Birliyi” kimi bir birlikdən. Sovetlər birliyi dağılandan sonra bir-birimizə yaxınlaşmaq əvəzinə daha da uzaqlaşdıq. Yalnız əlifbada yaxınlaşdıq. Bundan başqa bizi birləşdirəcək bir dənə də fakt ortada yoxdur. Hələ 30-cu illərdə böyük Atatürk demişdir ki, Türkiyə dövləti Sovetlər birliyi dağılandan sonra bütün türklərə sahib çıxmağa hazır olmalıdır. İş ondadır ki, bu gün Türkiyə bu missiyanı daşımağa hazır deyil. Ərdoğan hakimiyyəti Türkiyəni tamamilə başqa səmtə döndərdi. Baxmayaraq ki, o da türk qardaşlığından, dostluğundan danışır. Türk dövlətləri üzrə məsələlərə baxan Əbdülxaliq Çay var idi. On il bu işlə məşğul oldu. On ildən sonra bu işdən getdi. Gedəndə dedi ki, təəəssüf ki, bu yöndə biz bircə addım da ata bilmədik. Çox acınacaqlı durumdur. Bunu o adam deyir ki, ona on il müddətində türk dövlətlərini yaxınlaşdırmaq missiyası tapşırılmışdı. Təbii ki, bu məsələ təkcə Çaylıq deyil, yəni bir adamın görə biləcəyi iş deyil. Bu məsələ bütöv bir dövlətin – Türkiyə dövlətinin siyasətinə bağlı bir məsələdir. Təəssüf ki, son illər Türkiyə dövləti nala-mıxa vuran bir dövlətə çevrilib. Ərdoğan Liviya ilə bağlı, Misirlə, Suriya ilə bağlı çıxışlar edib deyir ki, xalqla bir olmayan hakimiyyət yaşaya bilməz, diktatorlar getməlidir. Ancaq bunu Azərbaycanla bağlı demir. Azərbaycan diktaturası ilə qardaşlıq münasibətindədir bu adam. Çünki Amerika belə tapşırıq verir. ABŞ deyir ki, Türkiyə regional dövlətə çevrilib. Axı regional dövlət belə olmur. Türkiyə kimi bir dövlət buyruqçuya çevrilirsə, türk birliyi necə yarana bilər?! Əgər Türkiyə Atatürkün dediklərinə əməl etsəydi, bundan təkcə Türkiyə deyil, bütün dünya qazanacaqdı. Yəni Avropa Birliyinə uyğun bir türk birliyi olsaydı, mədəni, hüquqi, iqtisadi və s. baxımdan böyük irəliləyişlər olardı. O birlik yaransaydı, Ermənistan Qarabağı əsarətdə saxlaya bilməzdi. Arxasında Rusiya, yaxud başqa dövlətlər dursaydı belə, yenə ona cəsarət eləməzdi…
Soylu Atalı: Sözünüzü kəsdiyimiz üçün bağışlayın. Bu məsələnin içində olduğuna və aktuallıq kəsb elədiyinə görə bir neçə kəlmə son günlər Ərdoğanın CHP-ni ittiham edən çıxışı ilə bağlı qısa açıqlama verin.
Xaliq Bahadır: Çox ağrılı bir faktdır ki, Ərdoğan öz maraqlarından irəli gələn cılız münasibət sərgiləyir. Bildirir ki, 40-cı illərdə CHP, Azərbaycanlıları Stalin rejiminin əlinə verərək güllələdib. Bayaq dediyim kimi, Türkiyə I və II Dünya savaşlarında Almaniyaya yoldaş olaraq uduzub çıxmışdı. Hər iki savaşda Türkiyənin dağılması real idi. Mudrost və Sever bağlaşmalarına görə Türkiyə bölünürdü. Meydanda türk xalqlarının qatı düşməni olan Stalin rejimi var idi. Stalin Türkiyəyə girmək istəyirdi. Türkiyə məcbur qalıb Stalin şıltaqlarını yerinə yetirməli idi. Əks halda bugünkü Türkiyə Cümhuriyyəti olmayacaqdı. Bu səbəbdən də Ərdoğanın o çıxışı cılız siyasətçi çıxışıdır. Azərbaycan xalqı ilə CHP-ni üz-üzə qoymaq istəyir…
Bəli, Azərbaycan xalqı ilə Türkiyəni üz-üzə qoymaq düşmən təbliğatı üçün fürsət verir. Saydığımız bütün çatışmazlıqlara baxmayaraq, yenə də Türkiyə bizim arxamızdır, dayağımızdır, bunu unutmamalıyıq. Ərdoğan tarixçilərin işinə qarışmamalıdır. Çünki o, siyasətçidir. Tarixçilər də məsələni çox ehtiyatla təhlil eləməlidir. Siyasətçinin bu işə qarışması milli maraqıları tapdalamaqdır. Bunu mən əxlaqsızlıq sayıram.
Yasin Türksoy: Soylu bəy, 1918-ci il 15 sentyabrda Osmanlı qoşunları Bakıya gəlməsəydi, nə baş verərdi?
Soylu Atalı: Tarixdən bəllidir ki, istər Azərbaycanda, istər Türkiyədə çox güclü türk imperiyaları olub. Dünyanın siyasi nizamı imperiyalar tərəfindən yönəldilirdi. Zaman-zaman o nizamı dəyişmək və onun başına keçmək üçün bir sıra Qərbi Avropa dövlətlərinin yürütdükləri siyasət sonuc verdi. Biz bir millət olaraq hər mənada çökdürülürük. Bunun içində özümüzün də əməllərimiz var. Çökdürməyə dirəniş göstərmək əvəzinə, sanki stimul verib, proseslərə qatılırıq. Ona görə də bizə qarşı bəlli soyqırımlar baş verib, dağıntılar həyata keçirilib və s. Vurğuladığımız kimi, sonuncu Osmanlı imperiyasının da çökdürüldüyü bir ərəfədə Azərbaycana qarşı planlar həyata keçirilməyə başladı. O başqa məsələ ki, Osmanlı nə qədər güclü olsaydı da orada türklük inkişaf eləməmişdi. Bəlkə də onun çökməsinin əsas səbəbi o idi ki, milli zəmin üzərində dayanmamışdı, türklüyə arxa çevrilmişdi. Dediyimiz kimi, türk etnosunu dövlətsizləşdirmək, gücsüzləşdirib sıradan çıxarmaq planları həyata keçirilib. İndiki Ortadoğu projesinin əsas hədəflərindən biri türkü dövlətsizləşdirmək, yaxud əldəqayırma bir dövlət halına gətirməkdir… Bu səbəbdən də Azərbaycanda erməninin ayaqlaşması labüd şəkildə yönəldilirdi. Həmin istəklərin məntiqi tələbi kimi gerçəkləşirdi.
İnqilabdan sonra Rusiyada yenidənqurma işləri gedirdi. Yəni Rusiyanın başı öz içində siyasi, hərbi strukturların yenidən qurulmasına daha çox qarışmışdı. Belə bir zamanda Azərbaycanda da milliləşmə, dövlətləşmə prosesi başlamışdı. Bunun qarşısı alınmalı idi. Ona görə də bolşeviklərin təhriki ilə ermənilər Azərbaycanın hər yerində, özəllikcə Bakıda bəlli qırğınları törətməyə başladı. Dünyaya ağalıq eləmək istəyən Qərb dövlətləri Rusiyanın güclənməsini istəməsələr də, bu məsələdə susqunluq nümayiş etdirdilər. Sanki Türkə qarşı danışılmamış birlik mövcud idi. Burada hədəf ondan ibarət idi ki, Bakıda türk strukturlarını, idarəetməsini məhv eləsinlər və yerində erməni idarəetməsi formalaşdırsınlar. Beləliklə, erməni hakimiyyəti yaratmaqla bütövlükdə Azərbaycanın yerində Ermənistan dövləti yaratmağa nail olsunlar. Osmanlı qoşunlarının gəlişi ilə bu hədəf özünü doğrultmadı, bizə bəlli olan bir səviyyədə – yalnız Azərbaycanın müəyyən bölgələrində Ermənistan dövləti quruldu. Bu səbəbdən də Osmanlı qoşunlarının Bakıya gəlişi türkün həyatında böyük bir addım oldu. Təkcə Azərbaycan üçün deyil, bütövlükdə türklük üçün xilas rolu oynadı. İndi biz nə günə qalmışıq ki, bu addıma görə Osmanlıya minnətdar oluruq. Bununla da özümüzü başqa bir hissəmizdən ayırırıq. Biz bir xalqıq, burada da özümüz- özümüzü xilas eləmişik. Osmanlı türklərinə kənar qüvvə kimi baxmamalıyıq. Osmanlı qoşunlarının gəlişi həm də Türkiyəni xilas elədi. Məgər Azərbaycanın yerində Ermənistan dövləti yaratsaydılar, indiki Türkiyə Cümhuriyyətini qurmaq mümkün olacaqdımı?! Biz bir millətik, sadəcə dövlətlərimizlə ayrılırıq. Bu, bir atanın iki oğlunun ayrı-ayrı ev tikməsi kimi bir şeydir. Təəssüf ki, hər il mətbuatda 15 sentyabrla bağlı təhlillər aparılanda altdan yuxarı minnətdarlıq hissi sərgilənir, çağdaş türkiyəlilərimiz də bizə üstdən aşağı baxır. Bu gediş daxilində türk birliyi qurula bilməz axı. Azərbaycandakı qırğınlar antitürk qüvvələr üçün istənilən nəticəni versəydi, hətta Mərkəzi Asiya türkləri Böyük Türküstanın parçalanmasından sonra dövlətsiz qoyulacaqdılar. Odur ki, Osmanlı qoşunlarının Bakıya gəlişi ilə türklüyün böyük bir fəlakətinin qarşısı alındı. Psixologiyamız bu yöndən tamam dəyişməlidir…
Xaliq Bahadır: Sizin sözünüzə qüvvət, Nərimanov Türkiyəyə neftlə kömək eləyəndə Atatürk demişdi ki, biz varlananda bunun əvəzini çıxacağıq. Nərimanov cavab vermişdir ki, paşam, qardaş qardaşa mal satmır, əl tutur… Bax, görürsünüzmü, hər birimiz məsələni bu cür dərk eləsək, türk birliyi düzgün istiqamət götürər.
Yasin Türksoy: Dəyərli müsahibənizə görə təşəkkür edirəm.