TÜRK DİLİ AZƏRBAYCAN DİLİNƏ NECƏ CEVRİLDİ? III YAZI


80098_n

Faiq Ələkbərov

1937-ci ildən etibarən «Azərbaycan dili» adlanın türk dilinin hüquqi, yəni dövlət dili kimi rəsmi statusuna gəlincə, burada da qaranlıq və mürəkkəb məsələlər kifayət qədərdir. Belə ki, əvvəlcə «gözlənilmədən» Sovet Azərbaycanının rəsmi dövlət dili-Türk dili ləğv edilmiş, 1937-ci ilin əvvəllərində hazırlanmış konstitusiya layihəsinə isə dil ilə bağlı heç bir maddə salınmamışdır. Doğrudur, bu layihədə «Azərbaycan dili»ndən bəhs olunur, ancaq onun Sovet Azərbaycanında hansı statusa malik olması göstərilmir.Ancaq sonra məlum olur ki, ÜmumAzərbaycan 9-cu Sovetlər qurultayı həmin konstitusiyaya belə bir maddə (151-ci madə) əlavə etmişdir. Bunu, 1948-ci ildə həbs olunan antisovet, millətçi «İldırım» təşkilatının üzvlərindən İsmixan Rəhimov da istintaqa ifadəsi zamanı qeyd etmişdi: «Baxmayaraq ki, bizim indiki Azərbaycan Sovet Respublikasının Konstitutsiyasında azəri dilinin dövlət dili olduğu qeyd olunmuşdur, əsl həqiqətdə bütün idarələrdə rəsmi dil rus dilidir». Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, 1937-ci ildə qəbul edilmiş konstitusiyada «Azərbaycan dili» rəsmi dövlət dili kimi öz təsbitini tapmışdır.
Maraqlıdır ki, hazırkı çoxcildli «Azərbaycan tarixi»nin 7-ci cildində, tarixçi alim Cəmil Həsənli və başqa müəlliflərin əsərlərində isə milli dilin hüquqi statusu ilə bağlı məsələ fərqli şəkildə təqdim olunur. Bu kitablarda qeyd edilir ki, yalnız Stalinin ölümündən (1953) və M.C.Bağırovun Sovet Azərbaycanının rəhbərliyindən uzaqlaşdırılma¬sın¬dan (1954) sonra Azərbaycan rəhbərləri və ziyalıları tərəfindən «Azərbaycan dili»nin dövlət dili kimi hüquqi statusu məsələsi gündəmə gətirilmiş, bu vaxta qədər isə SSRİ-nin tərkibinə daxil olan respublikalardan yalnız Ermənistan və Gürcüstanın konstitusiyalarında dövlət dili ilə bağlı xüsusi maddə olmuşdur. «Azərbaycan tarixi»nin 7-ci cildində yazılır: «1956-cı ildə Azərbaycan SSR Ali Soveti 1937-ci ildə qəbul edilmiş Konstitusiyaya respublikada dövlət dilinin Azərbaycan dili olması barədə maddə əlavə etdi». Cəmil Həsənli də yazır ki, həmin dövrdə milli dilə qarşı yönəlmiş assimilyasiyaya etiraz olaraq AKP MK-nin birinci katibi İ.Mustafayev və Ali Sovetin sədri M.İbra¬him¬ovun təşəbbüsü ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusunun təmin olunması ilə bağlı mətbuatda açıq müzakirə keçirilmişdi. Bu müzakirələrdən sonra Azərbaycan SSR Konstitusiyasına Azərbaycanın dövlət dilinin «Azərbaycan dili» olması ilə bağlı 151-ci maddə əlavə olunmuşdu: «Dövlət dili haqqında qanunun qəbul edilməsindən sonra respublikada güclənən milli ideya mədəni irsə və mədəniyyət xadimlərinə münasibətdə milli təssübkeşlik meyillərini doğurdu».
Qeyd edək ki, milli dilin hüququ statusu ilə bağlı, məsələnin bu cür fərqli izahı təsadüfi deyildir. Belə ki, həmin dövrdə bu məsələ ilə uğraşan İ.Mustafayev, M.İbrahimov, R.Rza, R.Yüzbaşov və başqaları da bildirirdilər ki, 1937-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasında dövlət dili ilə bağlı ayrıca bir maddə salınmamışdır və bu, Azərbaycan xalqı arasında narazlığa gətirib çıxarmışdır. Bu baxımdan 1950-ci illərdə Ali Sovetin sədri olmuş, yazıçı-mütəfəkkir Mirzə İbrahimov AKP MK-ya göndərdiyi məktubunda «Azərbaycan dili»nin dövlət dili olmasını əsaslandırmaq üçün yazırdı: «Yalnız sovet hakimiyyəti illərində Lenin milli siyasəti sayəsində xalqımız əbədi olaraq dövləti istiqlaliyyət almış, milli mədəniyyətini və dilini maneəsiz tərəqqi etdirmək imkanlarını əldə etmişdir. Hazırda Azərbaycan dili hər cəhətdən çox inkişaf etmişdir, elmin və şüurun büğün sahələrində işlənir. Yazıçı və alimlərimiz bu dildə ümumittifaq və dünya şöhrəti olan əsərlər yaratmış və yaradırlar (Şekspir, Puşkin, Mopasaan, Qorki və başqalarının əsərlərini). «Kapital», «Anti-Dyurinq», «Materializm və Empiriokritisizm» kimi fəlsəfi fikrin ən yüksək əsərləri də Azərbaycan dilində çap olunmuşdur. Sovet dövründə əldə etdiyimiz böyük qələbələrdən biri Azərbaycan dilinin dövlət dili səviyyəsinə qalxmasıdır. İstər kənd, rayon, şəhər partyia və sovet təşkilatlarında, istərsə respublika təşkilatlarında Azərbaycan dili dövlət dili kimi tşlənir. Söz yox ki, getdikcə bu vəziyyət genişlənəcək və möhkəmlənəcəkdir. Bu vəziyyət respublikanın Konstitusiyasında (Qanun əsasında) əks olunmalıdır».
1956-cı ildə Ali Sovetin 3-cü sessiyası «Azərbaycan dili»nin dövlət dili olması haqqında qanun qəbul etdikdən az sonra M.İbrahimovun «Kommunist» qəzetində «Azərbaycan dili dövlət idarələrində» məqaləsi dərc olundu ki, burada C.Həsənlinin də qeyd etdiyi kimi, çar Rusiyasının simasında Sovet Rusiyasının müstəmləkəçilik siyasəti, xüsusilə milli məsələyə baxışda «böyük millət» və «kiçik millət» anlayışları kəskin şəkildə tənqid olunmışdı. M.İbrahimov yazırdı: «Hakim millətin, «böyük» millətin məzlum millətə, «kiçik» millətə göstərdiyi hər hansı təzyiq yalnız nifrət və nifaq duyğuları oyadır, əzilən milləti tarixi intiqam saatını gözlətməyə məcbur edir… Çarizm qeyri-rus xalqları ən kobud və vəhşi jandarm üsulu ilə əzir, həyasızcasına «ruslaşdırmaq» siyasəti apaprırdı, milli mədəniyyətlərə və milli dillərə qarşı təcavüzkar hərəkət edirdi, hətta milli qırğınlar törətməkdən belə çəkinmirdi. Başqa xalqları əzib məhv etmək və imperiyannı daxilində «əritmək» məqsədilə çarizm ucqarlara zorla rusları köçürürdü. Çarizm bu vəhşi siyasəti ilə böyük rus xalqını bədnam edir, təbii olaraq imperiyanın əzilən xalqlarını ürəyində ona qarşı etimadsızlıq oyadırdı».
M.İbrahimov onu da haqlı olaraq qeyd edirdi ki, Azərbaycanda sovet hakimiyyətinin ilk on ilində Azərbaycan-türk dilinin işlənməsinə xüsusi diqqət yetirilsə də, ondan sonrakı dövrlərdə təhriflərə yol verilmiş və bu dilə qarşı münasibət tamamilə dəyişilmişdir. Bunun da nəticəsində bir millətin öz anna dilində təhsil alması, danışması, dövlət məmurlarına yazılı və şifahi şəkildə müraxiət etməsi və s. sahələrdə problemlər meydana çıxmışdır. Halbuki «hər bir xalqın öz idarələrində ana dilindədana çıxmışdır. sı, dövlət məmurlarına yazılı və şifahi şəkildə müraxiət etməsi və s. idarə etmək arzusundan təbii bir şey ola bilməz». Bir sözlə, M.İbrahimovun milli dillə bağlı mövqeyi ondan ibarət idi ki, «Azərbaycan dilini bilməyən, ya bilib bu dildə danışmayan ziyalı əclafdır».
Maraqlıdır ki, «Azərbaycan dili»nin konstitusion hüquqları bərpa edildikdən sonra da 956ı çıxmışdır:ə edərək, smopolitləşhdirilməsinə də (1956), Sovet Rusiyası rəhbərliyi milli dilə qarşı təzyiqləri bundan sonra da bu və ya digər şəkildə davam etdirmişdir. Lakin SSRİ rəhbərliynin və onun əlaltılarının ciddi təziyqlərinə baxmayaraq, 1978-ci ildə qəbul edilən 3-cü Sovet Azərbaycanı Konstitusiyasında da, «H.Əliyevin siyasi iradəsi nə¬¬ti¬cə¬sində Azərbaycan dili respublikada dövlət dili statusunu saxlamışdı».
Qeyd edək ki, Sovet Azərbaycanının rəhbərləri Azərbaycan dilinin dövlət dili kimi hüququ statusunu qorumağa çalışdıqları bir dövrdə, bir sıra Azərbaycan türk ziyalıları, o cümlədən B.Vahabzadə, R.Rza, Z.Bünyadov, Ə.M.Dəmirçi¬zadə, T.Hacıyev, Q.Qeybullayev və başqaları bu məsələdə onlara dəstək verməklə yanaşı, hətta Azərbaycan xalqının türk mənşəli, onun dilinin də türk dili olması ideyasını müdafiə etmişlər.
Bunu, Bəxtiyar Vahabzadənin 1950-ci illərdə yazdığı «Latın dili» poeması, «Ana dili» şeiri və başqa əsərləri də, məhz milli dilin qorunması yolunda atılmış çox mühüm bir addım idi. O, «Ana dili» şeirində yazırdı:
Bu dil, – bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil, – bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi .
Bu dil, – əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mrasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə edək.
Maraqlıdır ki, Vahabzadə bu şeirində «Azərbaycan dili» sözündən istifadə etməmişdir. Fikrimizcə, bununla da şair-mütəfəkir «Ana dili» dedikdə, dolayısıyla türk dilinin nəzərdə tutmuşdur. Bunu, onun aşağıdakı sətirləri də ifadə edir:
Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
Tarixi varaqlanır
Səndə neçə minillik mənim mədəniyyətim,
Şan-şöhrətim saxlanır.
Ancaq bu dövrdə M.İbrahimov, B.Vahabzadə və başqalarından fərqli olaraq Məmməd Arif Dadaşzadə əvvəlcə XX əsrin əvvəllərində ədəbi dilin formalaşması ilə bağlı osmanlı şivəsini təqdir edənləri xalqa zidd yol tutmaqda ittiham edib, C.Məmmədquluzadə başda olmaqla, dili xəlqiləşdirmək istəyən «mollanəsrəddinçilər»i müdafiə etdiyi halda, sovet dövründə türk dilini ruslaşdıranlara və avropalaşdıranlara (kosmopolitlərə) qarşı eyni mövqeyi ortaya qoymamışdır. Axı kosmopolitlər də dildə xəlqlikdən kənara çıxıb, türk dilinə tamamilə yad olan bir dili müdafiə edirdilər. M.Arif yazır: «Ədəbi dil öz inkişafında başqa dillərlə təmasda olduğu üçün o dillərin bəzi xüsusiyyətləri dilə təsir edir və onun zənginləşməsinə səbəb olur. Xüsusilə rus dili ilə yaxından əlaqədar olan Azərbaycan dilinə bir sıra sözlər, ifadələr daxil olur ki, bunların bir qismi dildə qalır, onun lüğət fondunu və tərkibini zənginləşdirir. Bu çox təbii və qanunauyğun prosesdir».
Akademik Kamal Talıbzadə də M.Arifin yolunu davam etdirərək Ə.Hüseynzadəni Azərbaycan türkcəsini osmanlılaşdırmaqda ittiham etdiyi halda, o dövrdə Azərbaycan xalqı arasında rus dilinin yayılmasını isə müsbət hadisə kimi qiymətləndirmişdir. Halbuki Talıbzadə ədəbi dil problemindən bəhs edərkən əvvəlcə etiraf edirdi ki, həmin dövrdə Azərbaycan türkcəsini yalnız osmanlılaşdırmaq deyil, farslaşdırmaq və ruslaşdırmaq meyilləri də olmuşdur. Ancaq Talıbzadə məlum səbəblərə görə, Azərbaycan türkcəsinin osmanlılaşdırmaq məsələsinə geniş yer verdiyi halda, ana dilin ruslaşdırılması və farslaşdırılmasına gəlincə, nəinki bu məsələdə tənqidi mövqe tutmuş, üstəlik müyyən mənada rus dilinin Azərbaycan xalqının həyatına daxil olmasını mütərəqqi hadisə kimi təqdir etmişdir.
Sovet dövründə dilçi alimlərdən Nizami Xudiyev də ədəbi dil məsələsində, «mollanəsrəddinçilər»in demokratik, füyuzatçıların isə qeyri-demokratik dildən istifadə etməsini vurğulamaqla yanaşı, Azərbaycan-türk dilinin ruslaşdırılması və avropalaşdırması məsələsində obyektiv mövqe tutmamışdır. Hətta o bu dövrdə Şərq mənbəyinin elmi üslubun inkişafına təsirini bütünlüklə dayandırmasını, Avropa (rus) mənbəyinin isə getdikcə aparıcı mövqe tutmasını müsbət hal kimi göstərmişdi.
Bütün hallarda, etiraf etməliyik ki, SSRİ imperiyası Azərbaycan, Türkmənistan, Qazaxıstan və başqa türk ölklərində digər ideoloji sahələrdə olduğu kimi, «milli dil və yeni əlifba» siyasətini də, əsasən öz mənafeyinə uyğun şəkildə həll etməyi bacarmışdır. Bununla da, 20 il ərzində bir neçə qrafikadan istifadə edən, sonda rus əlifbasına və ruslaşdırılmış «Azərbaycan dili»nə keçməyə məcbur olan Azərbaycan türk millətinin şüurunda istər-istəməz müəyyən dəyişikliklər yaranmış, keçmişlə varislik xeyli dərəcədə itirilmişdir. Sözün açığı, bu günümüzdən baxdıqda da xeyli ölçüdə sovet ideoloqlarının və onların Bakıdakı təmsilçilərinin qısa deyil, uzun bir zaman üçün, müəyyən dərəcədə istəklərinə nail olması göz qabağındadır. Başqa sözlə, həmin dövrdə SSRİ rəhbərliyinin və onun ideoloqlarının millətimizin dilinin, əlifbasının, ümumilikdə milli mənəvi dəyərlərinin başına açdıqları faciəli oyunlar, müstəqilliyimizin bərpası ilə qismən aradan qalxsa da, ancaq imperiyanın izləri həyatımızda bu gün də qalmaqdadır.