HOLLANDİYADA “AZƏRBAYCANLAŞAN” ERMƏNİLƏR


elnur_elturk_249702270Elnur Eltürk
Keçən həftə ölkə mediasında belə bir xəbər yayıldı ki, Hollandiya çempionatının I divizionunda çıxış edən “Emmen” klubunun futbolçusu Norayr Məmmədov Ermənistan milli komandasında çıxış etməkdən ötrü soyadını dəyişib. Bu xəbər ölkədə şok effekti yaratmaqla yanaşı, insanların təəssüfünə səbəb oldu.Daha sonra 22 yaşlı yarımmüdafiəçi bu barədə “news.am”a açıqlama verib. N.Məmmədov açıqlamasında Ermənistan millisinə dəvət aldıqdan sonra, bütün sənədləşmə işlərini yoluna qoyub. Atası azərbaycanlı olan Norayr Məmmədov soyadından imtina edərək, Aslanyana çevrilib. Futbolçu Avropada yaşayan erməni həyat yoldaşının soyadını götürüb. Gənc yarımmüdafiəçi bildirib ki, bu addımı məhz Ermənistan millisində oynamaq istədiyi üçün atıb. O, fevralın 3-də Fransaya yollanacaq və bundan 2 gün sonra Valansyen şəhərində Lüksemburqla yoldaşlıq görüşündə iştirak edəcək.
Qeyd edək ki, Norayr Məmmədov 25 mart 1991-ci ildə Ermənistanda tarixi Azərbaycan torpağı olan Sünik vilayətinin Qaraunc kəndində doğulub. Onun atası azərbaycanlı, anası ermənidir. Məmmədov peşəkar karyerasına Hollandiyanın “Vendam” klubunda başlayıb. “Emmen”ə keçənədək Məmmədov bu ölkənin “Kambur”, “Qroningen” və “Zvolle” komandalarının formasını geyinib.
Bu xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Müxtəlif fikir ortaya qoyuldu. Əslində, məsələnin arxasında tamam başqa məsələ dayanır. Bu məsələ ilə bağlı kiçik araşdırma apararkən, ortaya çox maraqlı mənzərə çıxdı; Belə ki hollandiyadan bizə məlumat verən mənbə bu insaınn oturum almaq üçün özünü azərbaycanlı kimi təqdim edən erməni ola biləcəyini dedi: “Hollandiyada belə oturum alan ermənilər çoxdur və onlar soyadlarını dəyişib azərbaycanlı kimi qeydiyyata saldırıb, yaşamaq izni alıblar. Bunlar əsasən Qarabağ müharibəsi zaman ölkəyə gəlmiş ailələrdir. Valideynlərdən birini adını azərbaycanlı, birini isə erməni kimi qeydiyyata saldırırlar ki, oturum alsınlar. Amma indiki zamanda bu variantın keçərli olmadığını və təxminən 90-ci illərin sonuna kimi bu cur adla gələnlər çoxdur”.
Benilüks ölkələri üzrə Azərbaycan səfirliyinin sabiq diplomatı Fuad Hümbətov da söhbətimizdə əminliklə söylədi ki, bunun şəxsən Azərbaycana aidiyyəti yoxdur: “Sadəcə o, ermənidir. Hollandiyada vətəndaşlıq almaq üçün guya atasının azərbaycanlı olduğunu saxta sənədlərlə bəyan edib (o zaman qarışıq nigahlara dərhal vətəndaşlıq verirdilər). İndi də əsl soyadına keçmək istəyir”.
Mövzudan kənara çıxaraq bir məsələni vurğulamaq istərdim: Diqqətimizi çəkən məqamlardan biri də, yayılan xəbərdə yarımmüdafiəçinin 1991-ci ildə Ermənistanda anadan olduğu bildirilir. Hamımıza aydındır ki, 1988-ci ildə Ermənistan yaşayan soydaşlarımız hamısı məcburən öz dədə-baba torpaqlarından didərgin salındılar. 1991-ci ildə Ermənistanda bir nəfərdə olsun azərbaycanlı yox idi.
Hal-hazırda ölkəmizdə də 30 mindən çox erməni yaşayır. Bu faktlar onu göstərir ki, bu gün Ermənistan dünyada monoetnik dövlətdir. Deməli, gələcəkdə yuxarıda qeyd etdiyimiz xəbərləri çox eşitsəniz, təəccüblənməyə dəyməz və məsələnin arxasında yenə də erməni barmağı görünəcək.