BÜTÜN DİNLƏR BİRDİR


 gilarbegFirudin Gilar Bəg

IV hissə
Biz qeyd etdik ki, ibn Ərəbiyə görə ilk müsəlmanlar, İslamı övladlarına vəsiyyət etmiş yəhudi patriarxı İbrahim və Yaqub olmuşdur. İbn Ərəbi “Füsus ül-Hikəm” kitabında “din” rəmzini El rəmzi ilə əvəz edir və ölümlə əlaqələndirir. Bu o deməkdir ki, din – İslam qanunlarına riayət edən müsəlmanların ruhlarının ölümdən sonra düşəcəyi göydəki El mənasındadır.Belə çıxır ki, İslam rəmzi altında qədimdə, Ra-Amon Allahının yaratdığı Qeb (Qeyb) göy dünyası nəzərdə tutulurdu.
Xoşbəxtlik, cənnət evi mənasını verən Darussalam [DR-SS-LM] rəmzi də İslam rəmzindən əmələ gəlmişdir. Bu rəmzi – İslam vilayəti, İslam ərazisi mənasını daşıyan Dairə-İslam, Diyari-İslam kimi də oxumaq olar. Deməli, “İslam ərazisi”, “İslam vilayəti” – yəhudi olan İbrahim və Yaqubun oğullarına vəsiyyət edilmişdir.
Sufizmdə İslam rəmzi [SLM] Səlim/Siloam [SLM] rəmzləri ilə eyni mənalıdır. İslam kimi Səlim rəmzi də “İssi-Aləm”, yəni “Aləm ruhu” kimi yozulur və Ur-Səlim, yəni Yerusəlim rəmzinə uyğun gəlir. Mənbələrə görə Yerusəlim şəhərini Şelomo, yəni Süleyman peyğəmbər cinlərin köməyi ilə tikmişdir. Şelomo (Şu-Aləmi) [ŞLM] və Səlim [SLM] rəmzlərinin uyğunluğu onu göstərir ki, göydəki bu ruhlar dünyası, Süleyman rəmzində olan kosmik insanın bədənində yerləşir. Əhdi-Ətiqdə deyilir ki, yəhudi Allahı Səlimdə yaşayır. Bu da, İslam/Səlim rəmzlərinin, həqiqətən Allahın yaşadığı göy dünyası mənasında olduğunu təsdiq edir. Deməli, İslam aləmi, cinlərin vasitəsi ilə ilkin materiyadan yaradılmış İrəm və ya İmir dünyası mənasındadır.
Mesopotamiya ərazisində İslam/Səlim, yəni “İssi-Aləm” [SS-LM] rəmzi – Lamassu kimi məlumdur və bu rəmzi “Aləm-İssi” [LM-SS] kimi də oxumaq olar. Lamassu rəsmlərdə qanadlı insan-öküz kimi təsvir olunurdu. Lamassunun Şumer variantı isə Lama [LM] kimi yazılır ki, bu da “Aləm” [LM] mənasında göydəki el deməkdir. Mifologiyada bu rəmzlər eyni zamanda qoruyucu-ruh mənasını da daşıyırdı. Qədim Misirdə inək – göy dünyasını, öküz isə bu dünyanın sahibi olan Allah obrazını bildirirdi. Belə çıxır ki, İslam və Yerusəlim eyni zamanda göy öküzü (inək) rəmzində ruhlar dünyasıdır.
Bütün bu obrazlardan ona görə istifadə onubmuşdur ki, ilkin materiyanın qanunlarına görə, burada bir şey yaratmaq üçün mütləq nəyəsə bənzədilməlidir. Bu səbəbdən Ra-Amon Allahı heyvan obrazlarından istifadə etməklə hər şeyi ən kamil şəkildə yaratmışdır.
Lama [LM] rəmzinə uyğun olan Elam [LM] rəmzi də “yaradılmış dünya” kimi yozulur. Biz qeyd etdik ki, “L” samiti El mənasında göy dünyasının rəmzidir, “M” rəmzi isə “magiya vasitəsi ilə heyvanların ruhlarından yaradılmış” deməkdir.
Akkadlılar Elamı [LM] – Elamtu [LMT] kimi qeyd edirlər ki, bu da Ələmut [LMT] rəmzi ilə eynidir. Kitab və məqalələrimdə mən bildirmişəm ki, Ələmut qalasının sakinləri mənbələrdə məlahi, əl-mülhid, əl-məlahid adlandırılır və bu mələk/malik/Mələküt mənasında şahlar, mələklər diyarı Mələküt (yəhud. Malxut) deməkdir. Belə çıxır ki, həqiqi şahlar və mələklər nəsli Ələmut qalasının sakinləridir və İslam/Yerusəlim dünyası da Ələmut qalasından başlanır.
Elamtu/Ələmut [LMT] rəmzi sufizmdə El-Muta [L-MT], yəni Midiya ölkəsi mənasındadır. El-Muta [LMT] rəmzinin başqa variantı olan Mutali [MT-L] rəmzi – Allahın adlarından biri sayılır. İslamda Muta rəmzi sirli rəmzlərdən biri hesab olunur. Bu rəmz müvəqqəti nikah, Ümrü-nün həcclə birləşməsi, Ümrüdən sonra bütün qadağaların ləğvi və s. deməkdir. Lakin burada həccin ezoterik mənası, yəni insan ruhunun, qadın başlanğıcı hesab edilən ilkin materiya ilə birləşməsi başa düşülməlidir. Deməli, Muta [MT] rəmzi, eyni mənalı Atum [TM] rəmzi kimi, insan ruhunun ilkin materiya ilə birləşməsi deməkdir. Bu isə onu göstərir ki, Ələmut qalası, Atum (Adəm) kosmik Allahının bədənində yerləşən, Aləm/Elam göy dünyasının, yəni İslam aləminin giriş qapısıdır.
Mənbələrə görə, Elamda Quruşlar yaşayırdı ki, İslamda onlar Qureyş adlandırılırlar. Sufizmdə Quruş [QRŞ] rəmzi – Şərq [ŞRQ] kimi də oxunur. Biz qeyd etdik ki, Babil şəhər-qülləsini məhz Şərqdən gələnlər tikmişlər. Bu isə onu göstərir ki, Quruş/Qureyşlər, “başı göylərə çatan” qülləni tikmiş ilk insanlardır.
Qəbul olunmuşdur ki, Qureyş tayfası Mədinəyə köçənlərdir. Mədinə rəmzi mənbələrdə Mədinət əs-Salam kimi də yazılır. Salam [SLM] rəmzi isə İslam [SLM] və Yerusəlim [R-SLM] rəmzləri ilə eyni mənalıdır. Deməli, Mədinə elə İslam/Yerusəlim mənasında olan Midiyadır.
Xristianların apokrif mətnlərinə görə, Süleyman şah Yerusəlim şəhərini cinlərin köməyi ilə tikdikdən sonra, onları orada bağlayır. Mənbələr onları Yəcuc və Məcuc da adlandırırlar. Məcuc [MCC] rəmzi, mənbələrdə Mükərrəm kimi qeyd edilən Məkkə [MKK] rəmzi ilə eyni mənalıdır. Mükərrəm rəmzi isə Maq-İrəm kimi yozulur. Maq rəmzi – magiya, tilsim deməkdir. İrəm isə Quranda sirli sütunlar şəhəri hesab olunur və onun bütöv adı – İrəm zat əl İmaddır. Belə çıxır ki, Qureyş/Quruşlar elə məkkəlilərdir ki, mənbələr onları Məcuc, yaxud cinlər adlandırır. Bu ilk yaradılmış varlıqlar, işıq sütunları üstə İrəm şəhərini tikdikdən sonra, göy dünyası olan İslam/Yerusəlimə koçmüşlər.
Tarixçi M.Xorenskiyə görə, dünyada bütün yaxşılıqların mənbəyi olan ilk Allahlar nəhəng və qəzəbli olmuşlar. Babil qülləsini tikdikdən sonra onlar ora köçürlər. Deməli, ərəb tayfası olan Qureyşlər, ilkin materiya ilə vəhdət təşkil etdiklərinə görə, yəni qüdrətlərinə görə digər mənbələrdə ilk Allahlar nəsli kimi də qeyd edilir.
“Ərəb” rəmzi, ən qədim dünyanın vahid dili olan sufizmdə Ra-Ba kimi açılır ki, burada “R” samiti – ilkin materiyadan yaradılmış Ra günəş diski mənasındadır. “B” samiti isə, qədim Misirdə fironun ürəyini, ruhunu bildirirdi. Qədim şahlıq dövründə Ba – ölümdən sonra da yaşamaqda davam edən fironun ruhu mənasında idi və başı, əlləri insanınkı kimi olan quş kimi təsvir edilirdi. Deməli, “ərəb” rəmzi, “Rəbb” rəmzi kimi – “Ba firon ruhu ilə birləşmiş Ra günəş diskindən ibarət olan Allah” mənasındadır. Buradan isə belə nəticə çıxır ki, mənbələrdə ərəb [RB] və eyni mənalı ibri [BR] rəmzi altında, indiki ərəb və yəhudilər deyil, ruhların göy dünyasını, yəni Babil qülləsini tikən qədim Misir Allahlarının ilk nəsli nəzərdə tutulmuşdur.
Qeyd etmək lazımdır ki, Ra – rəmzi mənasına görə, Qor rəmzi ilə eynilik təşkil edir. Ra günəş diski, H/K/X/Q və s. oxşar samitlərlə rəmzləndirilmiş ilkin materiyadan yaradıldığından, mənbələrdə bu rəmz Hor, Kor, Xor, Qor və s. kimi də yazılırdı. Bu isə o deməkdir ki, Qureyş rəmzi, “Qor/Xor Allahının ruhu” kimi yozulmalıdır. Bu rəmz, məna etibarilə, Xris/Xristos rəmzləri ilə eynidir. Buradan isə belə nəticə çıxarmaq olar ki, Quruş/Qureyşlər – Xristin, yəni İlahi insanların ilk nəslidir.
İnduizmdə Quruş/Qureyş/Xristos rəmzi, Krişna yaxud Şri Krişna kimi məlumdur. Krişnanın başqa adı, əfsanəyə görə qurbangahda, qurban mərasimi ilə yaradılmış Draupadidir. Draupadi [DR-PD] rəmzi Atropat [TR-PT] rəmzi ilə eyni mənalıdır və sonuncunu Azərbaz da adlandırırlar. Mənbələrə görə, Atropat, Atropatenanın, yəni Midiiyanın şahı olmuşdur. Şri rəmzi isə mənasına görə, Aşşur/Asar/Azər, yəni Osiris rəmzləri ilə eynilik təşkil edir. Belə çıxır ki, qədim Misirin Osiris Allahı, Şri Krişna, Qureyş, Quruş, Xristos və s. ilk yaradılmış müqəddəslər nəsli – qurbangahdakı mərasimlə, yəni magik yolla yaradılmışlar.
Mənbələrdə deyilir ki, Krişnanın bədəni başdan ayağadək tilsimləndiyindən heş bir silah onu qorxutmur. Onun ən zəif yeri dabanıdır. Bu isə o deməkdir ki, Krişnanın obrazı – Axillesin obrazıdır. Çünki məhz Axillin anası, oğlunun bədənini silahlara qarşı davamlı etmək üçün, onu dabanından tutaraq müqəddəs çaya salır və onun dabanı suya toxunmadığından bu nahiyə onun ən zəif yeri olaraq qalır. Axill [XLL] rəmzi sufizmdə Xulul [XLL] kimi məlumdur və insanın ilkin materiya ilə, yəni Allahla vəhdət (ittihad) mənasındadır. Deməli, Axill, Krişna obrazları, Qor Allahının obrazı kimi, ilkin materiya ilə vəhdət təşkil edən Amon Allahının obrazıdır və buna görə də hesab edilir ki, o başdan ayağadək tilsimlənmişdir.
İslamda Qor/Xor rəmzi, Quran mənasını daşıyan Qaraa [QR] kimi məlumdur. Mənbələrdə Quranın həyat verməsi, onun axirətə əmr etməsi, kosmosa bənzədilməsi və s. yazılar onu göstərir ki, Quran rəmzi məhz Allahla bağlı rəmzdir. Məhəmməd peyğəmbərin imam Əlini “danışan Quran” adlandırması isə o deməkdir ki, imam Əli – Allahın xüsusiyyətlərini daşıyan Varlıqdır. Şumer dilində, Əli rəmzinə uyğun olan El/Alu rəmzi – Uru [R], yəni şəhər kimi tərcümə olunur. Bu rəmz isə günəş Allahı Ra-nın [R] və Qorun [QR]rəmzləridir. Deməli, Əli rəmzi, qədim Misirin Qor/Xor Allahının rəmzidir və Xristos rəmzi də buradan əmələ gəlmişdir. Belə çıxır ki, Əli – İisus Xristosun, yəni “qədim Misirin Qor Allahının ruhunun” obrazıdır.
Qədim yazılara görə, Osiris Allahın ölümündən sonra, oğlu Qor Onu dirildir. Qeyd etdiyimiz kimi, xristianlıqda Qor rəmzi – “Xor ruhu”, yəni qədim Misirin Qor Allahının ruhunu bildirən Xris/Xristos kimi məlumdur. Bu isə onu göstərir ki, İsa obrazı, qədim Misirin Ra Allahının, yəni Amon-Ranın ruhunun obrazıdır. Deməli, İsa elə “Ölüb-dirilən Osiris” (Asar/Azər) Allahının ruhudur.
Şiə ezoterikasında Əli – Allah hesab edilir. Çünki, Allah [LLH] rəmzini Əli-İlahi [LLH] kimi də oxumaq olar. İlahi [LH] rəmzi, ilkin materiyanı bildirən “H” və göy aləmini bildirən “L” samitlərindən ibarətdir. Sufizmdə “H” rəmzi “Hu” kimi səslənir və Allah, yəni bəşəriyyətə həyat vermiş ilkin materiyanı bildirir. Deməli, Hel/Xel/Gel və buna uyğun rəmzlər kimi, İlahi [LH] rəmzi də “İlkin materiya Elı” (Hu-El) deməkdir. Allah rəmzi kimi, Qaliley/Qall/Xəlil/Xell rəmzlərinin də “L” və “X” [H/K/Ğ/G] samitlərindən ibarət olması, bütün mənbələrdə söhbətin ilkin materiyadan El (dünya) yaratmış firon Amondan getdiyini göstərir.
Qədim Misir mətnlərində İlahi rəmzi Asar, yəni Osiri Allahına aid edilir və Asar-Luxi, yəni Osiri-İlahi (Azər-İlahi) kimi yazılır. Quranda (6:74) Azərin bütləri Allahlara çevirməsi nəzərə çatdırılır. Deməli, qədim Misirin Asar/Osiri Allahını İslam Allahı hesab etmək olar.
Allah/El-İlahi [L-LH] rəmzi, qədim mənbələrdə Luqal [L-QL] kimi qeyd olunur. Bu rəmzi “Böyük İnsan” deməkdir və “şah”, “sahib” kimi də tərcümə edilir. Kitablarımda qeyd etdiyim kimi, ibn Ərəbi “Böyük İnsan” rəmzi altında kosmik Adəmi, yəni bədəni bütün dünyanı əhatə edən qədim Misirin Atum Allahını nəzərdə tuturdu. İslamda bu Əkbər [KBR] mənasındadır və Kəbir [KBR], yəni böyük rəmzindən yaranmışdır. Qəzaliyə görə də, Məhəmməd peyğəmbər Göy insanı olmaqla, Kosmik qüvvə hesab olunur və kainatın qayda-qanununun təmin edilməsi də ondan asılıdır. Peyğəmbərin müqəddəslər nəsli isə bu Kamil İnsanın kütləvi tipidir. Buradan belə nəticə çıxarmaq olar ki, Məhəmməd peyğəmbər luqal, yəni, qədim mənbələrdə Allah mənasında olan kosmik insandır.
Yazılanlardan çıxan ümumi nəticə isə bundan ibarətdir ki, bütün dinlər bir kosmik hadisə ilə bağlıdır. Bu hadisə – firon Amonun, bədəni ruhların göy şahlığı olan Atum Allahını yaratmasıdır. Amon, Atumun bənzəri olaraq, dinlərdə Qureyş/Xristos/Krişna və s. kimi adlandırılan İlahi insanları yaradır. Bu ilk varlıqlar isə indiki adi insanları və “başı göylərə çatan” sirli Babil qülləsini yaradaraq oraya köçürlər.
V hissə
Araşdırmalarımdan çıxan nəticəyə görə, İslam və müsəlmanlıq, digər dinlər kimi Misir fironlarının qədim dininin hissəsidir. Bunlar haqqında əsasən Misir, Şumer, Mesopotamiya mətnlərində məlumat verilir. Bu mətnləri araşdıran Devid Pol qərara gəlib ki, qədim Misirin məşhur Qor Allahlarının nəsli, öz kökünü Mesopotamiyanın böyük qəhrəmanlarından götürür. Bu qəhrəmanlardan biri də İslamın Müslüm [MSLM] rəmzi ilə eyni olan Mesilim [MSLM] rəmzidir.
Mesilim, Kişin süqutundan sonra İki çayın şimalına gələn elamlıların başçısı sayılır. Elam rəmzi, qeyd etdiyimiz kimi, mənasına görə İslam/Yerusəlim rəmzləri ilə eynidir. Müslüm [MSLM] rəmzi sufizmdə Musa-Elam [MS-LM] kimi yozulur. Lakin bu rəmzi Sim/Səma-Aləm [SM-LM], yəni “göy dünyası” kimi də oxumaq olar. Tövratda Sim – Yafətin (Apet), yəni qədim Misirin Pta Allahının köçdüyü çadır adlanır. Belə çıxır ki, Musa rəmzi – Skiniya, yəni “Sakin” mənasında olan göy çadırının rəmzidir. Burada çadır adı altında – “Allahın sakinliyinin çadırı”, yəni ilkin materiyanın mövcud olduğu göy çadırı başa düşülməlidir.
Bildiyimiz kimi, Musa doğulduqda, anası onu qamışdan düzəldilmiş səbətə qoymuşdur və Musa bu səbətdə bir müddət suda qalmışdır. Bu rəmz sufizmdə, Məsihin, yəni Mehdinin rəmzidir ki, o uzaq keçmişdə “doğulmuş”, lakin axirətdə taxta çıxacaqdır.
Tövrata görə, Yer və Göyün yaradılışının dördüncü günü, Allah – iki Nursaçan: Böyük Nursaçan – gündüz, Kiçik Nursaçan isə gecə idarə etmək üçün yaradır. Burada Böyük Nursaçan dedikdə, qədim Misirin Amon Allahı ilə birləşərək Ra-Amona çevrilən və axirətədək dünyanı idarə edən Ra günəş diski başa düşülməlidir. Kiçik Nursaçan isə Ayın, yəni, axirətdə Ra-Amonun yerinə keçən Mehdinin obrazıdır.Yaranışdan sonra Kiçik Nursaçan, yəni Ay Allahının obrazı axirətədək göy aləmində qalaraq öz zamanını gözləyir.Bu o deməkdir ki, Müslüm/Mesilim obrazı, birinci göy dünyasının sonunda gəlməli olan Mehdinin obrazıdır.
Digər tərəfdən, Mesilim, yəni Musa-Aləmi [MS-LM] rəmzi məna etibarilə Musa-Eli [MS-L] kimi də açıqlanan İsmail [SM-L] rəmzi ilə eyni mənalıdır. Mənbələrə görə, İbrahim Kəəbəni tikəndə İsmail bütün bunları görürdü və buna görə də o ilahi sirləri bilirdi. İbrahim onu anası ilə Faran səhrasına göndərir və o burada yaşayır. Deməli, İsmail da Musa kimi müəyyən zaman axınınından keçmişdir və axirətdə, yaranışın bütün sirlərini bilən Mehdi kimi gəlməlidir. Bu isə o deməkdir ki, İsmail rəmzi də axirət günü bərqərar olmalıdır.
Sufizmdə İsmail [SM-L] rəmzi – “Sim/Səma-Əli” [SM-L], yəni göy Eli kimi də oxunur. Bu isə onu göstərir ki, şiələrin imamı Əli də Məsihin, yəni Mehdinin obrazıdır. Müasir ismaililərdə Əlinin, Allahın təcəssümü olması haqqında xüsusi qəsidələr mövcuddur və onların birində deyilir: «Əli bu görünən dəniz mövcud olmamışdan mövcud idi: O (Özünün) qüdrəti ilə ərşi və onun altında olanların hamısını ucaltdı. Əli – əbədi var olan və hər yerdə mövcud olandır… O (hər şeydə) açıq və gizlidə meydana çıxandır. Əlini qüdrətli və öz qüdrətini üzə çıxaran hesab et: Onun oxşarı yoxdur və vahid kimi yaşayır. Əli insanların bütün hərəkətlərini örtür və bağışlayır: Əli qocaların və cavanların günahları bağışlayndır…» (L.İ.Klimoviç “İslam” M, 1965, səh.141). Aydındır ki, bu keyfiyyətləri adi insana aid etmək mümkün deyil. Burada Əli [L] rəmzi altında təbii ki, ən qədim dünyanın El [L] Allahını formalaşdırmış ilkin materiya nəzərdə tutulur.
Mənbələrdə Əli digər müqəddəslərlə də eyniləşdirilir: «Adəmin dövründə Əli Sif olmuşdur… Əli eyni zamanda Simonun obrazında gəlmişdir…». Və yaxud «Qəbul et ki, o Şimun əs-Safa olmuşdur, yəni o Simon-Petrdə, başqa cür desək, əfsanəvi həvari (əshabə) Petrdə təcəssüm etmişdir” (L.İ.Klimoviç “İslam” M, 1965, səh.144).
Hədislərə görə, Mühəmməd peyğəmbər bildirmişdir ki, “Mən və Əli, Adəmin yaradılmasından 14000 il əvvəl eyni Nurdan ibarət idik”, yaxud “Mən və Əli, Adəmin yaradılışından 40000 il əvvəl, Allah qarşısımda Nur olmuşuq”. Buradan isə belə nəticə çıxır ki, Məhəmməd peyğəmbər və imam Əlinin obrazları, qeyd etdiyim “dünya”nın formalaşmasından əvvəl yaradılan Günəş və Ay Allahlarının rəmzləridir.
Mətnlərdə bildirilir ki, Mesilim qədim Şumer şəhəri Kişin luqalı, yəni şahıdır. Luqal rəmzi, qədim Misirin Atum Allahı mənasında olan “Böyük İnsan” deməkdir. Mesilimin, Elamın Avana [VN] şəhərindən olması isə o deməkdir ki, O, Ba [B] quşu obrazında olan ölməz Aban/Benu [BN] ruhudur.
Mənbələrə görə, Mesilim, Laqaş və Umma nomları arasında sərhəddi müəyyən etdi və onun toxunulmazlığının təcəssümü kimi orada xatirə yazısı olan daş sütunu qoydu. Umma rəmzi, İslamda “ümmət əl-möminin” mənasında “möminlər birliyi” deməkdir. Möminin [MMN] rəmzi isə sufizmdə Ammon [MMN] (Amon Allah) və Ümman [MMN], yəni göy okeanı kimi də oxunur. Kitabi-Dədə Qorqudda, Əmman kimi yazılmış Ümman dənizində kafərlər şəhər tikilmişlər və su altında üzgüçülər «Allah mənəm» deyə qışqırışırlar. Ən qədim mənbələr onları Ümman-Manda, yəni dəniz xalqı da adlandırırdılar. Deməli, Umma möminləri rəmzi altında, Ümman dənizində yaşayan Allahların ilk nəsli, yəni haqqında yazdığımız Mu (Aamu) xalqı başa düşülməlidir. Mistik yolla doğulduqdan sonra, onlar göydə İrəm/İslam aləmi yaradaraq ora köçmüşlər. Başqa sözlə, Ümma – Ra-Amon Allahının ilkin materiyadan yaratdığı və indiyədək göy okeanında mövcudluğunu davam etdirən Allah qüdrətli varlıqlardır.
Kiş rəmzi Luqaş rəmzi ilə eynilik təşkil edir ki, bu rəmz də El-Qaş, yəni Kiş-Eli fikrini ifadə edir. Sufizmdə Kiş [KŞ] rəmzi, mənasına görə Quz/Kuz/Xaos [QZ/KZ/XS] rəmzləri ilə eynidir. Qədim Misir mənbələrində eyni mənalı “KZ” rəmzi – “Ka-Uzzi” kimi açıqlanır və həyat enerjisi mənasında olan “ilkin materiyanın ruhu” deməkdir. Deməli, Laqaş/Kiş rəmzləri də Xaos aləmi, yəni ilkin materiyadan yaradılmış aləm mənasındadır.
İslam və digər mənbələrdə Kiş/Xaos [KŞ/XS] rəmzi, Yerusəlim ərazisindəki Aqsa [QS] məscidi kimi də yazılır. Quranda bu məscid – “uzaq məscid” adlanır ki, Məhəmməd peyğəmbər əl-Haram toxunulmaz məscidindən göydəki bu məscidə (merac) qalxmışdı.
Xristian mənbələrində Aqsa [QS] rəmzi, ilk kilsə hesab edilən və Albaniyanın Kiş kəndində yerləşən Qis [QS] kimi də yazılır. Kalankatuasiyə görə, ilk Xaç burada yaradılmışdır və müqəddəs əşyalar yerləşən əhd sandığı da məhz buradadır. Bu o deməkdir ki, ərazisində ilk Xaçın yaradıldığı Kiş kəndi, elə Məhəmməd peyğəmbərin göy dünyasına qalxdığı müqəddəs əl-Aqsa məscididir.
“Batini-Quran” kitabımda mən qeyd etmişəm ki, Xaç dedikdə dünya ağacı şəklində yaradılmış göy dünyası başa düşülməlidir. Ona görə də xristian rəsmlərində İsa Məsih xaç ağacı şəklində göstərilir. Deməli, xaç şəklindəki göy dünyası, əl-Aqsa məscidi mənasındadır.
Bütün bunlar onu göstərir ki, Laqaş və Umma nomları arasında sərhəddi müəyyən edən Mesilim, qədim Misirin Ra-Amon Allahının obrazıdır. Çünki, məhz O göy dünyasını yaratma prosesini başa vuraraq iki dünya (Mülk-Mələküt) arasında Betel daşını qoymuşdur.
I Kiş sülaləsinin şahı, Şumerin ilk hökmdarı Etan – “Çarlar siyahısında”, “göyə uçmuş və bütün ölkələri bərqərar etmiş keşiş” adlandırılır. O, öz hakimiyyətinə nəinki Şumeri, hətta ətraf əraziləri də daxil etmişdi və dünya hakimliyinə iddialı idi. Sonralar “Kiş şahı” titulu, bütün digər şah və hökmdarlardan yüksəkdə duran şah-hegemon kimi qəbul edildi. Deməli, Etan – vahid şah-hegemonun obrazıdır. Hegemon şah isə, bildiyimiz kimi, yeri və göyü yaratmış Ra-Amon Allahıdır.
Qədim Misir yazılarında “göyə uçmuş Allah” haqda deyilir: “Allah gözəl tabutda yatdı ” ki, sonradan “yuxudan ayılaraq Feniks (Simurq) quşutək göyə uçsun”. Sinuxetin hekayəsində bu haqda bildirilənlərə görə, Yuxarı və Aşağı Misirin şahı göyə qalxaraq günəş diski ilə birləşir və bunula da “ilahi bədən, onu yaradana qovuşur”. Belə çıxır ki, Etan, bədənin fiziki ölümündən sonra, ruhunun göyə qalxaraq Ra günəş diski ilə birləşib Ra-Amon Allahına çevrilmiş firon Amonun obrazıdır.
Firdovsidə bu obraz, ilk dəfə göyə ayaq açaraq, orada Kəyan taxtı qurmuş və göydə günəştək qərar tutmuş Cəmşidin timsalında verilmişdir. C. Frezerə görə isə, silviya şahı ölümündən sonra Allaha çevrilmiş və Alban dağlarındakı şəhər üzərində qərar tutmuşdur. Quranda bu obraz, yeri və göyü yaratdıqdan sonra öz taxtında qərar tutmuş Rəhman Allahın obrazıdır. Bu isə o deməkdir ki, ərşə ucalan Rəhman Allah elə göyə uçmuş qədim Misirin Ra-Amon Allahıdır. Məhəmməd peyğəmbərin də göyə meracını nəzərə alsaq başa düşərik ki, peyğəmbərimiz elə ərşə hakim olan Rəhmanın, yəni qədim Misirin Ra-Amon Allahının obrazıdır.
Digər tərəfdən, mənbələrin araşdırılmasından çıxan nəticəyə görə, Alban dağlarında göylərə yüksəlmiş İdris və İliya peyğəmbərləri, Kus (Kiş/Aqsa) kəndindən olan Əli ibn Əbu Talibin obrazlarıdır. Bu isə onu göstərir ki, imam Əli də axirətdə göylərə yüksələrək Ra-Amon Allahın yolunu təkrarlayacaq Mehdinin obrazı mənasındadır.
Qeyd etmək yerinə düşər ki, “peyğəmbər” rəmzi ən qədim mənbələrdə “firon ruhu” mənasında olmuşdur. Qədim Misirin “Ölülər kitabında”, peyğəmbər mənasını daşıyan nəbi [NB] rəmzi, Allahın Beytdə, yəni Evdə keçirdiyi qurbanlıq mərasimi ilə əlaqələndirilir. Burada deyilir ki, Allah öz taxtı üçün su yaradır və torpaq əmələ gəldikdə O artıq Abidosda peyğəmbər olmuşdur. Sufizmdə nəbi [NB] rəmzi, qədim Misir yazılarında Benu [BN] kimi qeyd olunan “fironun ruhu” kimi yozulur. Benu – mətnlərdə fironun ruhu, ürəyi olan Ba quşu mənasındadır. Bədənin ölümündən sonra, Ba (Ab) ruhu göyə qalxaraq Benu [BN] qiyafəsi alır və bu rəmz də Nəbi [NB] rəmzi ilə eyni mənalıdır. Bu isə Məhəmməd peyğəmbərin – qədim Misirin Ra-Amon Allahınin ruhu mənasında olması deməkdir.
Bütün bunlar onu göstərir ki, “peyğəmbər” rəmzi altında adi ölümlü insan deyil, “göylərdə ölümsüzlük qazanmış müqəddəsin ruhu” başa düşülməlidir. Əflatuna görə də, peyğəmbərlik edən, yəni göydə olaraq fikrən informasiya göndərənlər peyğəmbər adlandırılmalıdır. Bu informasiyanı qəbul edənlər isə rəmz oxuyanlar, yozanlar tayfasıdır. Deməli, peyğəmbər rəmzi, bu gün qəbul edildiyi kimi, rəmzlərin açmasını verənlərə, yozanlara deyil, peyğəmbərlik edənə, yəni göydəki müqəddəs ruha aiddir. Bu ruh isə, baş verəcəkləri əvvəlcədən müəyyən edib “Lövhi Məhfuz”da rəmzləndirmiş qədim Misirin Ra-Amon Allahının ruhudur.
“Peyğəmbər” rəmzinin özü, sufizmdə “Ra günəş Allahının hər şeyi əhatə edən və hər şeyi bilən ruhu” mənasını verir. Məhəmməd rəmzinin Midiya maqı kimi yozulmasını nəzərə alsaq, razılaşarıq ki, bu rəmz altında Ra-Amon Allahı başa düşülməlidir. Midiya [MD] dedikdə isə – luqal, yəni kosmik insan şəklində olan Atum [TM] Allahı nəzərdə tutulmalıdır. Ra-Amon Allahının və Mehdinin Atum Allahı rəmzində olmaları və ilkin materiyanın qanunlarını bilmələri o deməkdir ki, onların hər ikisi Midiya maqlarıdır. Buradan isə belə nəticə çıxır ki, Məhəmməd peyğəmbərin və Mehdinin obrazları – Mesilimin, yəni Müslümün obrazıdır.
Qeyd etdik ki, Mesilim/Müslüm [MS-LM] rəmzi eyni zamanda Sim-Aləm [SM-LM], yəni “göy dünyası” kimi də yozulur. Tövratda, Sim, Yafətin/Apetin [FT/PT], yəni qədim Misirin Pta [PT] Allahının köçdüyü çadır adlanır. Memfis kosmoqoniyasına görə Pta Allah demiurq olmuşdur və O, dünyanı və Allahları öz ilahi sözü ilə yaradır. Burada açıq yazılır ki, Atumun (Adəm) “Allahlar doqquzluğu”, məhz Pta Allahın sözü ilə yaradılmışdır. O, nə deyirdisə, dərhal reallığa çevrilirdi. Şiə ezoterizmində bu ani yaranış “İbda”, yaradan ilkin materiya isə “aləm əl-İbda”, “aləm əl-Əmr” adlanır. Deməli, ilkin materiyanın adından çıxış edən Allah, sözlə sanki özü-özünü, lakin kosmik ölçüdə yaradan Yafət/Pta Allahıdır. Buna görə də İslam ezoterizmində Adəm – Ali Kəlam adlanır. Bu isə o deməkdir ki, Pta Allahın ilahi sözü – Allahın, yəni ilkin materiyanın və onun adından çıxış edən firon Amonun Kəlamıdır.
Ən qədim mənbələrdə Kəlam (Kalam) rəmzi altında Şumer dövləti nəzərdə tutulurdu. Deməli, Şumer – Allahın sözündən yaranmış Atumun göy dünyasıdır. Bu göy dünyası, qədim Misirin Amon Allahının ruhunda yarandığı üçün onu, Allahın ruhu mənasında olan Şu saxlayır. Şumer [ŞMR] rəmzinin Şu-əmr [Ş-MR] və Şiə-əmir [Ş-MR] kimi də “oxunuşu” onu deməyə əsas verir ki, Şu Allahının əmrindən yaranmış bu şiə əmirlərinin göydəki eli elə İslam aləmidir. Mənbələrdə İslam aləmi, yazdığımız kimi Səlim (Şalom-Şu-Aləm) şahlığı kimi də qeyd olunur ki, Əhdi-Ətiqə görə yəhudi Allahı burada yaşayır. Şumerin Allah Kəlamı ilə yaradılması isə onu göstərir ki, o qədim Misirdə Atum, yəni Adəm adlandırılan kosmik insan formasında yaradılmışdır. Mesilimin də Şumerin luqalı, yəni Böyük İnsanı olmasını nəzərə alsaq, bu obrazın Adəm Həqiqi (Haqq Adəm), yəni Allahın obrazı olduğu qənaətinə gələrik.
İslam ezoterizminin məşhur tədqiqatçısı Anri Korben bu nəticəyə gəlmişdir ki, çoxlu İran mənşəli texniki terminlərin mövcudluğu, şiə ezoterizminin İranda, müsəlmanlığın bura gəlişindən əvvəl olması deməkdir. Deməli, İslam və müsəlmanlıq Ərəbistandan deyil, qəbul edilmiş dövrdən minilliklər əvvəl İran ərazisindən başlanır. İslam, Müslüm, şiə və s. rəmzlər də bilavasitə qədim Azərbaycan ərazisində yaşayan türk əmirləri nəslinin göydə yaratdığı ruhlar dünyasına aiddir.
VI hissə
Bu gün qəbul edilmişdir ki, xaçpərəstlik, yəni xristianlıq nazaretli (nasira) İsa Məsihdən başlanır. Lakin mövzunu dərindən araşdırdıqda məlum olur ki, nazaretli rəmzi – qədim Misirdə Nu şəhərində yaşayan Oziri (Usiri/Osiris) Allahının nəslinə aid edilmişdir. Nazer [NZR], yəni Nazaret sözü də məhz Nu-Oziri rəmzindən yaranmışdır. İslamda nazer rəmzi, ənsar rəmzi ilə eyni mənalıdır və mənbələrdə ənsarilər [NSR] Məhəmməd peyğəmbərin davamçıları hesab olunur. Şiəlikdə Nazer rəmzi Nizar [NZR] kimi məlumdur və ismaililərə aid edilir. Bu rəmzdən yaranmış Nəsrullah adı Nəsir-Allah kimi izah olunur və “Allahın köməyi” mənasındadır. Sufizmdə isə bu, Nasir rəmzinin – Allahın adlarından biri olması deməkdir. Belə çıxır ki, xaçpərəstlik və İslamın kökü qədim Misir dini ilə bağlıdır.
Gilqameş haqqında eposda eyni mənalı Nisir [NSR] rəmzi – Nuhun obrazı olan Ut-Napiştimin gəmidən düşdüyü yerin adıdır. Talmuda görə, Nuh gəmidən düşdüyü yerdə qurbangah tikmişdir. Bu yerdə Süleyman peyğəmbər də qurbangah qurmuş və Habillə Qabil də burada qurban gətirmişlər. Adəm də buranın torpağından yaradılmışdır və yaradıldıqdan sonra burada qurban kəsmişdir.
Əgər Ut-Napiştimin, yəni Nuhun gəmisi Nisir dağlarında lövbər salmışdırsa, Tövrata görə Allah və insanlar arasındakı müqavilə də məhz burada bağlanmışdır (Быт. 9:13). Bu isə o deməkdir ki, Nisir/Nazer rəmzləri ilk insanın yaranışı və demək olar ki, qədim dünyanın bütün sirləri ilə də bağlıdır.
Qədim Misir mənbələrində Nisir/Nazir [NSR/NZR] rəmzi, Nu-Usiri(s) yaxud Nu-Oziri [NSR/NZR] kimi yazılır. Burada Nu rəmzi[N] İunu şəhərinin adı mənasındadır və o digər mətnlərdə Ane/On/No [N] kimi də qeyd olunur. Lakin onun başqa adı İliopol və ya Geliopoldur. Geliopol və Memfis kosmoqoniyasına görə Atum Allahının “Allahlar doqquzluğu” buradakı günəş şəhərindədir. Əhdi-Ətiqə görə bu şəhər – “dəniz divarı ilə əhatə olunmuş çaylar arasında yerləşir” və Ammon, yəni qədim Misirin Amon Allahı ilə əlaqəlidir. Xristian mətnlərində bu şəhər Ani [N] adlanır və Şahənşaha, yəni şahlar şahına məxsus hesab olunur.
Qədim Misirin “Ölülər kitabında” qeyd edilir ki, Ev, yəni Allahların göydəki Evi – İunuda adı ilə də tanınan Gelıopolda tikilmişdir. Bu kitaba görə, qoca Ra-nın da evi İunuda yerləşirdi və Geliopoldan çıxmış Ptah Allahı bu günədək orada yaşayır. Usiri (Osiris) Allahının bədəni də İunu, yəni Geliopol şəhərində uyuyur. Dünyanın sonunda isə Usiri Allahı məhz burada diriləcəkdir. Yazılanlardan belə nəticə çıxır ki, Nu-Usiri, yəni Nisir/Nazaret, Allahın göydəki Evinin “tikildiyi” yerdir və Usiri, yəni Osiris Allahının dirilməsi də məhz burada baş verməlidir.
Qədim Misir mənbələrində dirilən, çoxsimalı Sebek Allahı Nu-Usiri rəmzi ilə əlaqələndirilir. Mətnlərdə Sebek – Ra günəş Allahı kimi təsvir edilir və torpağı bərəkətlə təmin edən, bütün dünyanı və su şahlığını idarə edən Ali Allah adlandırılır. O eyni zamanda hər iki torpağın taxtının şahı, əbədi həyat verilmiş Enneada “Allahlar doqquzluğu”nun sahibi sayılır. Onu həmçinin “Ra-nın bədənindən doğulmuş oğul” kimi də qeyd edirlər. Bu isə o deməkdir ki, Sebek obrazı, Mehdinin, yəni axirət zamanı Usiri Allahını diriltməli olan Qor Allahının obrazıdır.
Bildirmək istərdim ki, Usiri [SR] (Osiris) rəmzi induizmdə, yaxşı keyfiyyətlərə malik nurlu cinlər, yarımallahlar olan – Asurlar [SR]kimi qeyd olunur. Asurların qüdrətli şahı isə Xiranyakşadır və bu rəmzi “Kiş şəhərinin Xoru” kimi oxumaq olar.
Sebek və Nu-Usiri (Nu-Oziri) Allahlarının “dirilən” obrazı İslamda Həsən ibn Sabbah kimi məlumdur və onu Nizar da adlandırırlar. Nizar – irqin fəxridir və o sağdır, lakin gözə görünmür. O əbədi yaşayır və şahlıq edir. Deməli, Nizar, ölümsüz hesab edilən qədim Misirin Ra-Amon Allahının obrazıdır. Misir mənbələrində Sebek rəmzi timsah başlı ölüm Allahı kimi də qeyd olunur ki, mətnlərə görə o insanların ruhlarını mühakimə edərək, günahkarların ruhlarını parçalayıb öldürür. Nizari məlahiləri, yəni mələkləri də mənbələrdə insanları öldürən assasinlər kimi məlumdir ki, bu da eyni fikri bildirir.
Nizar [NZR] rəmzi ilə eyni mənalı olan Nazorey [NZR] rəmzi, Tövrata görə həyatını Allaha həsr etmiş insanlara aid edilir. İslam ezoterizmində bu xüsusiyyəti nizarilərin şiə icması daşıyır və mənbələrə görə onları Allah özü idarə edir. Qeyd etdiyimiz kimi, onların İşıq haqqında ali təlimi, Əflatun və ona qədərki alimlərin təlimi ilə eynidir. Mənbələrdə bu nizari-ismaililəri həmçinin batinilər, yəni Quranın gizli mənasını bilən müdriklər də adlandırırdılar. Quranın “Mağara” surəsində deyilir ki, ezoterik elmləri bilən insanlar Şərqdə – “iki dənizin birləşdiyi” yerdə yaşayırdılar və Allah onlarla özü arasında pərdə yaratmamışdı. İki dənizin birləşməsi dedikdə, göy dünyasına giriş qapısının olduğu yer nəzərdə tutulur. Bu isə o deməkdir ki, nizarilərin Ələmut qalası, Mələküt (yəhud. Malxut) göy şahlığına, yəni mələklərin göy dünyasına keçid yeridir. Burada yaşayan nizarilər isə, Allahın seçilmişləri, Onun sirlərinin mühafizəçiləridir.
Buxariyə görə, sirlərin mühafizəçiləri peyğəmbərin yaxın adamları olan ənsarilər olmuşlar. Peyğəmbər onlara qayğı göstərməyi, yaxşı işlərini qəbul etməyi, pis işlərini isə bağışlamağı tapşırmışdır. Deməli, ənsarilər elə ilahi sirlərin mühafizəçiləri olan nizari-batinilərdir. Nizar [NZR] və ənsar [NSR] rəmzlərinin eyniliyi yazılanların doğruluğunun təsdiqi deməkdir.
Ərəb mənbələrinə görə ənsarilər, Məhəmməd peyğəmbərin Mədinədə qalmış davamçıları, mühacirlər isə köç edən Qureyşlərdir. Qureyşlər, qeyd etdiyimiz kimi, Beyt adlanan göy Evinin tikilməsindən sonra oraya köçmüşdülər. Buxari yazır ki, Qureyşlər və ənsarilər Anas bin Malikin evində ittifaq bağlamışdılar.
Malik [MLK] rəmzi, ona uyğun mülk/mələk [MLK] rəmzləri kimi, Ələmut mülhidlərinə, yəni ismaili-nizarilərə aiddir. Dahi sufi ezoteriki əl Qəzaliyə görə, dünya – görünən “aləm əl-mülk”ə, görünməyən – “aləm əl-qeyb vəl-mələküt”ə və mənəvi dünya olan “aləm əl-cəbərüt”a bölünür. Bu o deməkdir ki, Allahın göy və yer mülkiyyəti olan Mələküt və Mülk, nizarilərin Ələmut qalasında birləşir və “iki dənizin birləşdiyi” yer də buradadır.
Məlum olduğu kimi, peyğəmbərin varisi seçilərkən, mühacirlər ənsarilərə müraciət edərək – “əmir bizdən, vəzir sizdən” demişdilər. Biz qeyd etdik ki, əmir/amoreylər Allahın bənzəri kimi yaradılmış hökmdarlardır. Deməli, mühacir-əmirlər, Babil qülləsini tikərək ora köç etmiş Qureyşlərdir. Yurdda isə bu hökmdarların vəzirləri olan ənsari-nizarilər qalmışdılar.
Mənbələrə görə, Əbu Bəkr ənsarilərə: “Biz məkkəlilər – hökmdarlarıq, siz isə yalnız bizim müavinlərimizsiniz” deyə müraciət etmişdi. Burada məkkəlilər [MKK] rəmzi altında məcuclar [MCC], yəni Babil qülləsini tikmiş cinlər, maqlar nəzərdə tutulmalıdır. Belə çıxır ki, məkkəli-hökmdarlar elə göy dünyası Mələkütə köçmüş mühacir-əmirlər, Allahın yerdəki mülkündə, yəni Ələmut qalasında qalan ənsarilər isə müavin-vəzirlərdir.
Firdovsi ənsariləri [NSR] nisar [NSR] adlandırır və qeyd edir ki, onlar şahın dayağı, onun ətrafı, silah daşıyanlarıdır. Silah daşıyan dedikdə Firdovsi, ənsar/nisarilərə verilmiş ilahi qüvvəni nəzərdə tutur. Bu qüvvə ilə onlar – sözlə təbiətə və canlılara təsir edə bilirdilər. Qədim Misir mətni olan “Merikarın nəsihəti”də deyilir: “Allah magiyanı onlara silah kimi verdi ki, hadisələrin zərbələrindən qorunsunlar…”. Yəhudi mənbələrində isə bildirilir ki, sevimli israillilərə dünyanı yaratmış silah verilmişdir.
Biz əvvəldə qeyd etdik ki, israillilər rəmzi altında İzra eli [ZR-L], yəni Oziri Allahının törəmələri başa düşülməlidir. Deməli, israillilər elə ilkin materiyanın qüvvəsindən istifadə edə bilən ənsari/nisarilərdir. Bizə bu Azəri müqəddəsləri – seyid, şıx, bəy və s. adları ilə məlumdur.
Qeyd etmək istərdim ki, Məhəmməd peyğəmbər seyidlər haqqında: “seyidin yaxşısına özünə görə, pisinə isə mənə görə hörmət edin”, indiki ərəblər haqqında isə: “Mən ərəbəm, ərəblər məndən deyil” demişdi. Bu isə seyidlərin, peyğəmbərin evində qalmış ənsari/nizari nəsli olması deməkdir. Belə çıxır ki, Məhəmməd peyğəmbər ərəbləri deyil, qədim Midiya ərazisində yaşayan ənsari/nizariləri öz “soydaşı” hesab edirdi.
Firdovsi mühacirləri, xalqdan ayrılaraq yalnız Allaha ibadətlə məşğul olan katuzilər adlandırır. Mühacirlərin göy şahlığında ayrıca yaşadığını nəzərə alsaq, aydın olar ki, ayrılmış katuzilər, yəni kaduslar rəmzi altında, Mələküt dünyasına köçmüş, Allahı əhatə edən və mələklər hesab olunan müqəddəslər nəzərdə tutulur. Devid Rol bu ilkin Allahları – “ibtidai dövrün böyük ruhları”, “inşaatçı Allahlar”, “müdriklər qardaşlığı”, “Yaradıcının törəmələri” və s. adlandırır.
Quranda nisar/ənsari [NSR] rəmzi nasara [NSR] kimi yazılır və xristianları bildirir. Belə çıxır ki, müsəlman-ənsarilər eyni zamanda xristian-nasarlardır.
Bildiyimiz kimi, Xristos rəmzi Məsih kimi tərcümə olunur və yəhudilərdə bu rəmz Maşiax kimi məlumdur. Əgər Xristos rəmzinin, “Qor issi” [QR-SS] kimi tərcümə olunan Xris [XR-S] rəmzindən əmələ gəlməsini nəzərə alsaq, xristian və müsəlman nasarlarının Qor Allahının törəmələri olduğu qənaətinə gələrik.
Tədqiqatçı D. Rol xüsusilə qeyd edir ki, Misirin əfsanəvi “Qor davamçıları”nın soykökü Mesopotamiyanın böyük qəhrəmanlarından başlanır və bu nəslin hər növbəti hökmdarı öz adının qarşısına “Qor” ləqəbini əlavə etmişdi. Bu qaydaya uyğun olaraq sonralar Roma imperatorları da Roma imperiyasının əsasını qoymuş insanın şərəfinə “Sezar” titulunu daşıyırdılar. Buradan isə belə nəticə çıxır ki, Xristos rəmzi, Qureyş rəmzi kimi Böyük Mesopotamiya Allahlarının nəslinə aiddir.
D. Rol qeyd edir ki, tutduğu mövqeyə görə firon və onun ailə üzvlərindən sonra İri-Paut, yəni ilk Qor-fironların birbaşa törəmələri olan Paut [PT] tayfasına aid olanlar gəlir. İri-Paut [R-PT] rəmzi – Ra-Pta [R-PT], yəni Ra günəşi və Pta Allahı deməkdir ki, bu da Amon və Atum Allahlarının birləşmiş obrazıdır. Leydenin “Amon Allahına aid himn”ində açıq deyilir: “Üç Allah – Amon, Ra və Pta – bütün Allahların mahiyyətidir. Və onların bənzəri yoxdur. Öz adını gizlədən Amon, üzü ilə Ra, bədəni ilə Ptadır”. Deməli, bütün yer kürəsini əhatə edən Atum Allahı – Amon Allahının bədəni mənasındadır. Ra günəş diski isə Amonun öz ruhudur.
Qədim Misir fəlsəfəsinə görə, Ra günəş diski – “Hu” ilkin materiyasından yaradılmışdır və “H” [Q/X/K və s.] samiti ilə işarə edildiyindən, mənbələrdə “Hor”, Qor/Xor/Kor və s. kimi də yazılır. Bu o deməkdir ki, Ra və Qor/Xor Allahları eyni Varlığın adının müxtəlif adlarıdır. Belə çıxır ki, Xris/Xristos, qədim Misirin Pta [PT] Allahının birbaşa törəməsidir. Sonuncunu daha sonralar Paut/Apet [PT], yəni Yafət [PT] adlandırmışlar. Mesopotamiyada Yafət evinin, başqa adı İunu/Nu olan Gel olduğunu nəzərə alsaq, İsus Xristosun da Nu-Usiri, yəni nasar/ənsar nəslindən olması qənaətinə gələrik.
Ənsar/nasar rəmzi, qeyd etdiyimiz kimi ismaili-şiələrin nizar rəmzi ilə eyni mənalıdır. “Şiə” rəmzi isə, yəhudilərdə İsanın adı olan Yeşua ilə eynilik təşkil edir. Bu o deməkdir ki, şiələr, qədim Misir mətnlərində Şu Allahı adlandırılan Yeşuanın (İsa) davamçılarıdır.
Qədim mənbələrdə Şu Allahı, Misirin Ra-Amon Allahının ruhunu, ürəyini bildirirdi. Belə çıxır ki, İsa/Yeşua, qədim Misirin Ra-Amon Allahının axirət günü qayıtmalı olan ruhudur. Bütün bunlar onu göstərir ki, xristianlıq qədim şiəliyin təhrif olunmuş variantıdır. Çünki, Ra-Amon Allahının ezoterik elmi öz dolğunluğu ilə məhz şiəlikdə qalmışdır. İslamın bütün rəmzləri yalnız batini-şiə ezoterikası ilə açılır. Xristianlıq isə, Allahın dünyanı yaratması ilə bağlı elm kimi məlum deyil. Bu isə o deməkdir ki, bütün dinlərin kökü batini-şiə ezoterikası ilə bağlıdır.
Zaman keçdikcə qədim şiə ezoterizmi – xürrəmi, hürufi və s. təriqətlər kimi adlanmağa başladı. Xris/Xristos rəmzləri mənasında olan xürrəmi və hürufi rəmzləri də Xor, yəni Qor rəmzi ilə bağlıdır. Deməli, İslam və xristianlığın təmas nöqtəsi İslamın şiə təriqətidir.
Tədqiqatçı Anri Korben qeyd edir ki, hürufi təriqəti zaman keçdikcə İrandan Türkiyəyə köçür və burada bu hərəkatın davamçıları bektaşi dərvişləri olur. Bektaşilər – iudaizm, xristianlıq və İslamın vahid din olduğunu təlim edirdilər. Zahiri görünüşünə görə onlar ikidəstəkli taxta xəncər, başlarında isə dua və Cihad şüarları yazılmış sarğı daşımaları ilə seçilirdilər. Onlar, dua üzərində İncildən kəlamlar yazılmış lent gəzdirir, dini ayinlərdə şamanizm elementlərindən, rəmz kimi isə xaçdan istifadə edirdilər. Bektaşilər –Müqəddəs üçlüyü “Allah, Məhəmməd və Əli” kimi qəbul edərək ona səcdə edirdilər. Onlarda ənənəvi İslam üçün qəbuledilməz olan nikahsızlıq əhdi, mənəvi müəllimə itaət, şərab və pendirdən (bektaşilərdə spirtli içkiyə qadağa yoxdur) istifadə etməklə müşayət olunan ayinlər geniş yayılmışdı. Faktiki olaraq bektaşilik – xristianlığın, İslamın və ənənəvi İslamın həm sünnü, həm də şiə qollarından uzaq qədim təriqətlərin elementləri olan hərəkatdır (Анри Карбен, http://farhang.al-shia.ru/karbin/karbin.html).
Bütün bunlar, xristianlıq və İslamın, qədim Misirin Nu-Usiri nəslinə aid, yəni nizari-şiələrin gizli elmi bazasında olan ən qədim dinin hissələri olduğunu təsdiq edir. Bütün dinlərin bir olmasının daha geniş sübutu isə müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir.
VII hissə
Tədqiqatlar göstərir ki, xristianların İisus Xristos adlandırdıqları İsa Allahı mənbələrdə imam Əli ilə əvəz edilir. Şiələrin Əli-Allahi təriqətində də Əlini Allah kimi qəbul edirlər. Quranda imam Əlinin adı çəkilmir, əvəzində isə Məryəm oğlu İsanın adına bir neçə dəfə rast gəlinir. Sufi dahilərindən olan Mühiddin ibn Ərəbi, imam Əlinin əvəzinə İsanı – “mütləq vilayətin möhürü” adlandırır və bununla da, imamlığın və xristianlığın funksiyalarının üst-üstə düşdüyünü bildirir. Ərəbi, varis rəmzi altında, Allahın “Ol!” əmri ilə yaranmış İsanı və onun obrazlarını nəzərdə tutur. Qurana görə, Allah Adəmdən sonra yalnız İsa peyğəmbəri “Ol!” əmri ilə yaratmışdır. Hədislərə görə də Məhəmməd peyğəmbər yalnız Məryəm oğlu İsanı özünə yaxın hesab edir. Belə çıxır ki, Məhəmməd peyğəmbər İsanı – imam Əli kimi qəbul edir. Deməli, axirətdə imam Əli ilə eyni obrazda çıxış edən İsa, yəni İisus Xristos gəlməlidir.
Sebeos, İisus Xristos haqda danışarkən, onun yarıinsan, yarıallah olmasını xüsusi nəzərə çatdırır: “İlahi mahiyyət insan obrazında təzahür etmişdir və bütün insanları öz ölümsüzlüyünün iştirakçısına çevirmək üçün, bəşəriyyəti öz ilahiliyi ilə birləşdirmiş, ölümsüzlüyü ölümlülüklə qarışdırmışdır”. İslamda bu birləşmə, yəni insani və ilahi mahiyyətin birləşməsi – “ittihad əl-ləhut bin nəsut” adlanır.
Qurana görə (46:63) İsa açıq işarətlərlə, yəni müdrikliklə gəlmişdir ki, insanların mübahisələrinə səbəb olanları izah etsin. Deməli, İsa qədim sirləri açaraq insanlara həqiqəti başa salacaqdır. Xristian mənbələrində deyilir: “Xristos həqiqi işıq və həyat günəşidir. Günəş bədənin gözlərinə işıq vermək üçün gəldiyi kimi, Xristos da ağıl və ürəkləri maarifləndirir”. Xilaskar “dünya işığı” olmaqla bədənləri yox, bədənsiz ağılları maarifləndirir ki, bizlərdən hər birimiz günəşin işıqlandırdığı kimi hər şeyi görüb, dərk edək”. Deməli, İsa, insanlar üçün qaranlıq olan anlaşılmazlıqları ağlının nuru ilə işıqlandıracaqdır.
Qədim Misir himnlərinin birinə görə Allah yalnız öz oğluna öz sirlərini açmışdır: «Sənin oğlundan başqa özünü dərk etmiş başqası yoxdur… Sən öz oğluna, öz qabaqcadan verilmiş göstərişini və öz qüdrətini verirsən». Bu o deməkdir ki, İsa obrazı, axirətdə gəlməli olan və bütün sirləri insanlara açacaq qədim Misir Allahının obrazıdır.
Şiəlikdə qədim sirləri bilən Allah obrazı imam Əlidir. Şiə imamı Allahın yerdəki nümayəndəsi, Onun qapısı, ilahi sirlərin varisidir və yalnız onun vasitəsi ilə Allaha yaxınlaşmaq mümkündür. Dördüncü imamın sözlərinə görə – “Allahın dərki – İmamın dərkidir”, “Öz İmamını tanımadan ölən, cahil olaraq ölmüşdür”. Mənbələrə görə ilahi sirləri bilən Məhəmməd peyğəmbər, onları yalnız Əliyə açmışdır. Peyğəmbər demişdir: “Mən elm şəhəri, Əli isə onun qapısıdır. Hər kim bu elmə sahib olmaq istəyirsə, bu qapıdan keçməlidir”.
Müasir ismaililərdə Allah-Əlinin təcəssümü haqqında xüsusi qəsidələrin birində deyilir: “Əli – Sultan Məhəmməd şahdır, onun əmri ilə iki dünya ucalmışdır. Onun biliyi iki dünyanı əhatə edir: bu vahid hökmdarın varlığı qədimdir. Onun bənzəri və oxşarı yoxdur: O – hər şeyi görən, hər şeyi bilən və əbədi mövcud olandır. O – öz qüdrəti ilə bu dünyanı üzə çıxaran və Yerin, Göyün yaradıcısıdır…». Belə çıxır ki, İsa kimi Əli də adi insan yox, “hər şeyi görən, bilən və əbədi mövcud olan” ilkin materiyanın obrazıdır. Deməli, imam Əli ilkin materiyanın təcəssümüdür. Buna görə də ən qədim müəlliflər onu, mövcudiyyətin İlkin Ağıldan emanasiyası prosesi kimi təsvir edirdilər. Bu isə, Əli rəmzi altında ilkin materiyadan yaradılmış göy Elinin nəzərədə tutulması deməkdir. Qədim Misir yazılarına görə bu göy vilayəti Atum Allahının, yəni Adəmin bədənində yerləşirdi.
Şiə ezoterizminin məşhur tədqiqatçısı Anri Korben yazır: “Qeyd etdiyimiz kimi, əsas ideya ondan ibarətdir ki, gözlənən İmam yeni Qanun, yeni Kitab gətirməyəcək, lakin bütün vəhylərin mənasını izah edəcək. Çünki, o özü Kamil İnsan (Antropos Teleyos) formasında olan “əbədi peyğəmbər həqiqəti”nin ezoterikası mənasında bütün vəhylərin vəhyidir. Gözlənən İmamın gəlişinin mənası tam antropoloji vəhy, Ruhun insan daxilində çiçəklənməsidir. İnsanın üzərinə götürdüyü ilahi sirrin vəhyi, Quran ayəsinə (33.72) görə Göyün, Yerin və dağların üzərinə götürməkdən imtina etdiyi yükdür. Əvvəllər, ilk imamların təliminə görə, imamlıq bu ayəni, vilayətin sirrinin daxil olduğu ayə kimi qəbul edirdi. Beləliklə, ilahi sirr və insan sirri, Antropos və Həqiqə Mühəmmədiyyə sirləri üst-üstə düşür”. Bu o deməkdir ki, Əli obrazı, bədəninin ölümündən sonra ruhunun göyə qalxaraq, orada kosmik insanın ruhuna çevrilməli olan insan ruhunun obrazıdır. Qədim elmdə “ruh” rəmzinin “İssi” (“S” samiti) rəmzi ilə qeyd olunduğunu və İsa/İisus rəmzlərinin də buradan əmələ gəldiyini nəzərə alsaq, razılaşarıq ki, İsa obrazı İmam Əlinin ruhunun obrazıdır. Buradan isə belə nəticə çıxır ki, axirətdə, bədənində ilkin materiyanın “ruhu” olan insan gələcək. Bu ruh qədim Misirdə Şu Allahı (Yeşua/Şiə), yəni Ra-Amon Allahının ruhu kimi qeyd olunur. Deməli, İsa Məsih – “İssi Ra” [SSR], yəni “Ra günəşinin Ruhu” anlamında diriləcək Usiri [SR] Allahı mənasındadır. Tövratda Usiri/Oziri rəmzi İzraEl (Oziri-Eli) kimi yazılır və onu Oziri-Əli kimi də oxumaq olar. Bu isə, dirilən Usiri/Oziri Allahının elə qeyb olmuş 12-ci imam mənasında Əlinin zühuru deməkdir.
Quranda açıq yazılır ki, bu kitab, Allahın aləmlərdən üstün etdiyi İsrail oğullarına göndərilmişdir. Allah onlara müdriklik, peyğəmbərlik və bərəkət vermişdir. Onlar elm və biliklərinə görə seçilmişlər və varislər olaraq ucaldılmışlar (Quran 27:76,77, 45:16, 2:47,122,40, 44:32, 45:16, 6:165). Deməli, hər şeyi bilən Əli və İsa obrazları elə İsrail/İzrail obrazıdır.
İsa adının İisus variantı [SS] Əhdi-Cədid mənbələrində “osios” [SS] kimi də yazılır və müqəddəs kimi tərcümə olunur. Əhdi-Ətiq iqtibaslarında “o osios” rəmzi – “Kedoş İsrael” (Kedosh Yisrael), yəni “Müqəddəs İsrail” ifadəsinin ekvivalentidir və Əhdi-Cədid müəllifləri onu Xristə, yaxud Allaha aid edirlər. Kedeş rəmzi, kodeş/kadiş rəmzləri kimi müqəddəs deməkdir və İslamda kuddus/əqdəs kimi yazılır. Müsəlmanların “müqəddəs” sözü də məhz kuddus rəmzindən yaranmışdır.
Kuddus [KDS] rəmzi qədim mətnlərdə Midiyanın kadus [KDS] tayfa adı ilə eynidir. Midiya isə mənbələrdə El-Muta [L-MT] kimi də yazılaraq ismaili məlahi/mülhidlərinin, yəni mələklərinin yaşadığı Ələmut [LMT] qala adı ilə eyni mənalıdır. Ələmut rəmzinin [L-MT] sufizmdə Atum Eli [TM-L], yəni Atum/Adəm [TM/DM] aləmi kimi də oxunmasını nəzərə alsaq, belə qənaətə gələrik ki, mələklər, Adəm-Əli [DM-L] mənasında olan göydəki Atum-Elində [TM-L] yaşayırlar.
Mələk [MLK] rəmzi, Allahın mülkiyyəti mənasını verən Mülk [MLK] rəmzi ilə eynidir. Bu isə, Allah mülkündə yaşayan ismaili məlahilərinin, qədim kadusların törəmələri olması deməkdir.
Xristianlıqda mülk [MLK] və kadus [KDS] rəmzləri, Tövratda Səlim şahı adlandırılan Melkisedek [MLK-SDK] (Melxisedek) rəmzində birləşir. Səlim [SLM] rəmzinin məna etibarilə İslam [SLM] rəmzi ilə eyniliyini mən əvvəldə qeyd etmişəm. Deməli, Melxisedek eyni zamanda İslam şahıdır. Melxisedek obrazını başa düşmək üçün mənbələrə müraciət edək.
Mənbələrə görə, Nuhun qardaşı Niranın qoca və sonsuz arvadı, Mariya kimi öz əri ilə əlaqədə olmadan sirli şəkildə hamilə qalır. Fahişəlikdə ittiham olunan qadın, ölüm ayağında, sinəsində müqəddəslik möhürü olan oğlan doğur. Ona keşiş libası geydirərək Melxisedek adı verirlər. Qırx gündən sonra Cəbrail Melxisedeki Edem cənnətinə aparır. Burada o daşqının bitməsini gözləməli və ondan sonra öz vəzifəsinin icra edərək əbədi keşiş olmalı idi.
Bu o deməkdir ki, Melxisedek, əvvəldə yaranmış, lakin daşqın hadisəsindən sonra gəlməli olan obrazdır. Aydındır ki, burada Göy və Yerin yaradılmasının dördüncü günü yaradılmış, lakin axirətdə gəlməli olan Ay Allahının obrazı nəzərdə tutulur. Başqa sözlə, Melxisedek, axirət günü taxta çıxacaq Mehdinin obrazıdır.
Həvariyun Pavel, Melxisedeki “dünyanın şahı” adlandırır və qeyd edir ki, hətta patriarx İbrahim müharibədə əldə etdiyi qənimətin onda birini ona verir. O həqiqət şahıdır, atasız, anasız, şəcərəsiz, günlərinin başlanğıcı və sonu olmayan, Allah övladına bənzəyərək əbədi keşiş kimi mövcuddur. Melxisedekin günlərinin başlanğıcının olmaması onu göstərir ki, o da İsa və Əli kimi, əvvəli və sonu olmayan ilkin materiyanın təcəssümüdür.
Aleksandriyalı Filon Melxisedeki – Loqosun təcəssümü kimi qəbul edir. Bu isə o deməkdir ki, Melxisedek – Pta Allahının qədimdə verdiyi əmri ilə, yəni Allah kəlamı ilə yaranmışdır, onun zühuru isə axirətdə olmalıdır.
İbn Ərəbiyə görə yaradılmış ruh uzun müddət qalaraq, minillər sonra insanda təzahür edə bilməz. Lakin baş verənləri “yadda saxlayan” Mehdi obrazı isə əbədi “mövcud” ola bilər. Çünki ilkin materiya, kosmik sistemin yaranmasından indiyədək hər şeyi yadda saxlayır. Buna görə də Allah, baş verənləri “görən” Mehdinin obrazını yaratmışdır və o doğulduqdan sonra qədim sirləri yada salacaqdır. Filon Melxisedeki – “Allah sirlərini özü dərk edən” (müəllimsiz), “müdrikliyin başlanğıcı və mənbəyi”, “Allahın həqiqi ilk keşişi” və s. adlandırır.
Memfis kosmoqoniyasına görə Pta Allahı dünyanı və Allahları öz ilahi sözünün qüdrəti ilə yaratmışdır. Atum (Adəm) da, Tövrata görə Nuh oğlu Simin çadırına köçən Yafətin, yəni Pta Allahının sözü ilə yaranmışdır. Mənbələrdə Melxisedek Simlə eyniləşdirilir və göydə yaşayan, “əbədi mələklərin” başçısı, esxatoloji qisasın icraçısı kimi çıxış edir. Sim (Səma) obrazı, qeyd edildiyi kimi, göy çadırının, yəni ilkin materiyanın mövcud olduğu çadırın (skiniya) rəmzidir. Bu isə o deməkdir ki, Melxisedek də göydəki El-in, yəni İmam Əlinin obrazıdır.
Məlumdur ki, Melxisedek, qədim Xanaan mədəniyyətində göylərin sahibi olan Böyük El Allahının xidmətçisi sayılırdı. Rene Qenon bu haqda yazır ki, “El Elion” (“Böyük”) sözünün rəqəmsal mənası, İisus Xristos mənasında olan “Emmanuel” (“Allah bizimlədir”) sözünün rəqəmsal mənası ilə üst-üstə düşür. “Emmanuel” rəmzi sufizmdə Emman-El, yəni “Ammon Allahının göy dünyası” kimi yozulur. Bu rəmzi Ümman-El, yəni “göy okeanında yaradılmış dünya” kimi də oxumaq olar.
Sufizmdə Ümman [MMN] rəmzi, Ammon [MMN] (Amon Allah) rəmzi kimi, mömin [MMN] rəmzi ilə eynidir. Bu rəmz “ümmət əl-möminin”, yəni “iman gətirənlər icma”sına aiddir ki, bu ifadə altında Ümma rəmzi nəzərdə tutulur. Ümma [MM] və İmam [MM] rəmzlərinin eyniliyini nəzərə alsaq razılaşarıq ki, “Emmanuel” rəmzi altında “İmam Əli” rəmzi gizlənir.
Bütün bunlar onu göstərir ki, Melxisedek obrazı, Əli və İsa obrazları kimi, ilkin materiyadan yaradılmış göydəki Qeyb aləminin obrazıdır.
Tədqiqatçı Devid Rol qeyd edir ki, mənbələrdə “İl-Amurru” kimi də yazılan Əhdi-Ətiqdəki El rəmzi, patriarxal dövrdə təbii olaraq Xarrandan olan Ay Allahı Sin ilə eyniləşdirilirdi. İl-Amurru, yəni amoreylərin (midiyalıların) El Allahı da bəzən, Ay kultu emblemi fonunda dayanmış və ya onu əlində tutmuş vəziyyətdə təsvir edilirdi. Tapılmış əşyalarda “Amurru torpağının Sin Allahı” kimi tərcümə edilən yazılara da rast gəlinir.
Müsəlmanlığın rəmzi sayılan Ay rəmzi, əvvəldə qeyd etdiyim kimi, Göy və Yerin yaranışının dördüncü günü formalaşmışdır və axirətdə gəlməli olan Mehdinin obrazıdır. Məşhur sufi Cabir ibn Xəyanın “Kitab əl-Məcid” traktatında, “Sin” rəmzi də gözlənən İmama aid edilir. Anri Korbenə görə “Sin – qərib, səyyah, yetim mənasındadır və öz zəhməti ilə İmama gedən yolu tapanın, özü kimi səyyahlara İmamın təmiz nurunu göstərənin obrazıdır…”. Burada İmam özü ilahi Ruhdan axaraq dünyamızdakı vəziyyəti dəyişəcək olan Eliksir (əl-İksir) kimi göstərilir. Deməli, amoreylərin Xarrandan olan Sin Ay Allahı, ilkin materiyanın təcəssümü olaraq insan obrazında zühur edən İmam Əlinin obrazıdır.
Amorey [MR] rəmzi İslamda hökmdar, rəhbər, müsəlmanların başçısı mənasını daşıyan əmir [MR] kimi məlumdur. Bu rəmz şiəlikdə İmam Əliyə aid edilir və “Əli – əmir əl-möminin” kimi yazılır. Bu isə o deməkdir ki, “İl-Amurru” rəmzi altında “Əli – Əmir”, yəni şiələrin “Əli – əmir əl-möminin” rəmzi nəzərdə tutulur.
Suza şəhərindən tapılmış fraqmentlərdəki aypara formalı Mesopotamiya ştandartı, Misir və Mesopotamiya motivləri ilə bağlı olmasına baxmayaraq İran mənşəlidir. Bu onu göstərir ki, amoreylərin Ay Allahı El, İranla, yəni onun Xarran, yaxud Arran adlanan bölgəsi ilə bağlıdır.
Xristian tədqiqatçıları da belə nəticəyə gəlmişlər ki, İisus Xristosun obrazına aid olan “Melxisedek səviyyəli ruhanilik”, hansısa bir yolla İran ənənəsi ilə əlaqəlidir. İncildə, maqların biət süjetini ilə bağlı pravoslav əfsanələri bildirir ki, burada söhbət, Xilaskarın gəlişini xəbər verən ulduzun peyda olması haqda vəhyləri, xəbərdarlar zənciri ilə ötürən və qədim bilikləri qoruyan üç İran kahinindən gedir. Deməli, Məsih – İran ərazisində yerləşən Xarran və ya Arranla bağlıdır.
Çoxsaylı şiə müəllifləri, o cümlədən Xaydar Amoli və Kamal Kaşani, İoannın İncilinə əsaslanaraq 12-ci İmamın gəlişini Parakletin gözlənilən gəlişi kimi qəbul edirlər. Pravoslav kilsəsinin yozumuna görə Paraklet – Üçlüyün üçüncü tərkib hissəsi olan Müqəddəs Ruhdur.
Sufizmdə “Paraklet” rəmzi Pir-Kelat mənasında – “Qalaadlı müqəddəs” (pir – firon) kimi yozulur. Kitab və məqalələrimdə mən qeyd etmişəm ki, Kelat/Qelad və s. rəmzləri, Əlini Allah kimi qəbul edən, Qulat [QLT] adlanan ifrat ismaili şiələrinin rəmzidir. Rus mənbələrində Qulat [QLT] rəmzi Kolyada [KLD] kimi yazılır və bildirilir ki, İsa Məsih məhz Kolyadadan çıxacaqdır. Qelat/Kolyada rəmzləri altında, qədim dünyanın bütün sirlərinin mənbəyi olan Misirin Gel şəhəri, yəni Geliopol nəzərdə tutulur və s.
Son olaraq qeyd etmək istərdim ki, istənilən qədim mənbənin dərindən tədqiqi, bütün dinlərinin bir olması qənaəti ilə nəticələnir. Dillərin dəyişdirilməsi, onların müxtəlif formada rəmzlərdirilməsinə gətirib çıxarmışdır. “Batini-Quran” kitabında mən izahedilməz hesab edilən bir çox faktlara izah vermişəm və sübut etmişəm ki, bütün mənbələrdə söhbət eyni hadisədən gedir. Bu hadisə, düşünən insanın və onunla bağlı formalaşdırılmış, bütün bəşəriyyətin inkişafının səbəbkarı olan qədim Misirin Ra-Amon Allahı ilə əlaqədardır.