“MƏN BİR ƏCƏB ELƏ GƏLDİM”


Yunus Əmrə

Mən bir əcəb elə gəldim,kimsə halım bilməz mənim ,
Mən söylərəm mən dinlərəm,kimsə dilim bilməz mənim.

Mənim dilim quş dilidir,mənim elim dost elidir,
Mən bülbüləm dost gülümdür,bilin gülüm solmaz mənim.

Ol dost mənə gəlsin demiş,sundum qədəh alsın demiş,
Aldım qədəh, içdim şərab, ayruq könlüm solmaz mənim

Nə turum var, nə turğum ,heç yerdə tutmur qərarım,
Haqqa minacat etməyə bəlli yerim yoxdur mənim.

Sor tutduğum yeri mənə, gələrsən göstərərəm sənə,
Bir zərrəcə haqdan ayrı gözüm nəsnə görməz mənim.

Tur dağında bir təcəlli gör Musaya nələr qıldı
Yunus aydır:haqq qatında sözüm geri qalmaz mənim .