TARİXİN MÜƏMMALARI:


0F129CBA-75CE-4AC8-BF77-CD5B43AA7DC5_mw800Firudin Gilar Bəg

Rus mütəfəkkiri N. M. Karamzinə görə, çar İvan Qroznı Böyük imperator olmuşdur [3; 566]. Yalançı çar hesab edilən Dimitri İvanoviç isə özü haqqında deyir: «Mən təkcə knyaz, hökmdar və çar deyiləm, mən ölçülməz torpaqlarımla Böyük imperatoram. Bu ad mənə Allah tərəfindən verilmişdir və digər titullarım kimi, boş söz deyildir: nə Assuriya, nə Midiya, Roma şahlarının belə adlanmağa haqları yox idi… Bütün Avropa monarxları məgər məni imperator adlandırmır?» [3; 567]. Bu məntiqlə rus çarı əslində, qədim dünyanın bütün şahlarından və şah nəsillərindən də üstün hökmdardır. Eyni mənalı fikri rus çarı III Vasili də bildirir: «Mən çaram və ata qanımın haqqı ilə ağayam, hakimiyyət titulunu heç kimdən xahiş etməmişəm, satın almamışam; elə bir qanun yoxdur ki, mən kiminsə səlahiyyətində olum. Mən yalnız Xristə (Isaya) inanıram və (hakimiyyəti) başqasından alma hüququnu rədd edirəm» [2; 593]. III Vasili isə Moskvanın Blaqoveşensk baş kilsəsindəki rəsmlərə görə, rus knyazları Dmitri Donskoy, Vasili Dmitrieviç, III Ivanla birlikdə, antik filosof və şairləri – Əflatun, Plutarx, Aristotel, Verqili, Zenon və Fukidid kimi, İsa peyğəmbərin nəslindəndir [3; 429]. Buradan çıxan nəticə isə odur ki, III Vasili, İvan Qroznı və s. rus imperatorları, yunan alimləri kimi, yəhudi olan İsa peyğəmbərin nəslindəndir. İmperatorların qeyd edilən deyimləri isə onların qədim Misir fironlarının deyimləri ilə eynilik təşkil edir ki, rus araşdırıcıları bunu görməyə bilməzdilər. Misir mənbələrinin birində deyilir: «Mən Harakhty-yə möhkəm qanunlar verəcəm. Mən doğumumda şaham, heç kimsənin təyin etmədiyi hökmdaram. Mən fatehlik üçün böyüdülmüşəm, Mənim torpağım var və mən onun hökmdarıyam» [2; 593]. Burada Harakhty kimi oxunan rəmz qədim Misirin Ra-Xarakti [R-XRKT] Allahıdır ki, bu ad Xorxut, yəni Qorqut kimi də oxunur. Türk xalqlarının müqəddəs atası olan Qorqud atanın adı bəzi mənbələrdə Qurqut kimi də yazılır və monqol-tatar şahı kimi də qəbul edilmişdir. Belə ki, macar missioneri Yulianın məktubuna görə, monqollar Qottadan çıxmış tatarlardır və onların başçıları da Qurqut olmuşdur [3; 163]. Yulian bu məktubda monqolların Çingiz xanını Qurqut, yəni Qorqud adlandırır. Orta əsrə aid olan «Berton monastırının salnaməsi»nin təfsirində isə deyilir: «Çirkam adı altında Çingizxan gizlənir ki, rus salnaməsində Çanoqiz və Çiqizakon, Avropa mənbələrində isə Gurqatan, Cecarcarius, Zingiton, İngischam, Tharsus, David, Presbyter İoannes və s. adlanır» [3; 806]. Burada Çingiz xanı – Qurqatan və Sezar, Pars Davud və s. adlandırırlar ki, Qurqatan adı elə Qorqud adının digər yazılış variantlarından biridir. Əgər nəzərə alsaq, Danimarka səfiri Ulfeldt (XVII əsr) rus çarını – «qəddar firon» adlandırır, razılaşarıq ki, rus imperatorları elə Misir fironlarının obrazlarıdır [3; 584]. (“Batini-Quran” kitabından)