QƏDİM MƏNBƏLƏRDƏ “BALIQ” RƏMZİ.


971180_588469301184154_1748904862_nFirudin Gilar Bəg
Balıq rəmzi qədim dünyanın ən dərin mənalı rəmzlərindən biridir. Qədim müdriklər göyləri təşkil edən ilkin materiyanı suya da, yəni dirilik suyuna da bənzədiblər. Sufi müdrikləri, tərikənin (teurqiya) ən ali səviyyəsi olan Bəqa səviyyəsinə yüksələndə, onların ruhları ilkin materiyaya daxil olur və onların bəsirət gözü aşılır. Eyni zamanda ali idrak olan ilkin materiya, insanı maraqlandıran istədiyi suala cavab verir. Qəzali, biliyin ilahi nurla (ilkin materiya) əlaqəsindən yazanda bildirir ki, insanın daxili gözü açılanda o elm və incəsənəti qavrayır, bir saniyəyə yerdən Göyə qalxır, geri qayıdır, Göyün planını çəkir və ulduzlar arasındakı məsafəni ölçür (Abu Xamid Al-Qazali, «Kimiya-i-saadat» (Eliksir sçastya), sayt:http://www.sufizm.ru/lib/gasali/selected/). Sufilər, dirilik suyunda insan ruhunun səyahətini “suluq” adlandırırlar və balıq rəmzi ilə qeyd edirlər.
308431_588469364517481_1823328341_nBalıq rəmzi ilə bağlı Beros (Beross) Şumerlərin rəvayətlərindən belə bir sitat gətirir: «Birinci ildə, Fars körfəzinin Babillə sərhəddə olan hissəsindən dərrakəsi olan heyvan peyda oldu. Onun bədəni balıq kimi idi, balıq başından aşağıda digəri var idi, aşağıda isə balıq quyruğunun yanında insanda olduğu kimi ayaqları var idi və o Oann adlandırılırdı. Onun səsi və danışığı insanınkı kimi və aydın idi. Bu varlıq gündüzlər insanlarla ünsiyyətdə olur, lakin onların qidasını qəbul etmirdi, o onlara yazını, elmləri və hər bir sənəti öyrətdi. O onlara ev tikməyi, məbədlər ucaltmağı, qanunların yazılmasını öyrətdi və həndəsənin başlanğıcını izah etdi. O onlara yerdəki toxumları ayırd etməyi, meyvələrin necə yığılmasını göstərdi. Məlumdur ki, yüz il sonra oxşar varlıqlar şumerlərə verilən biliklərin necə mənimsənildiyinə baxmaq üçün yenidən orada peyda olurdular».
Deməli, qədim mənbələrdə balıq rəmzi, ekstatik vəziyyətdə ilkin materiyaya daxil olan insan ruhu mənasındadır ki, mənbələrə görə, ilk dəfə məhz qədim Misirin ilk piri (fironu) olan Amon bu səviyyəyə yüksəlmiş və “teurqiya” vasitəsi ilə göydə ruhlar üçün “dünya” və s. varlıqların yaradılmasının yollarını öyrənmişdir. Tam kamilliyə çatmış pir Amon məhz Bəqa səviyyəsində Ra-Amon Allahına çevrilmişdir.
Qədim Misir yazılarında balıq rəmzi – ruhlar dünyası və Allah mənasında olmuşdur. Qədim Misirdəki sarkofaqlara və digər yerlərdəki rəsmlərə görə, Abtu – Günəş Allahının qayığının qarşısında üzən mifik balıqdır (Уоллес Бадж. “Египетская книга мертвых”, М-СПб, Eksmo, 2005, səh. 317).
İslama görə də, balıq – Allahın rəmzidir və Allahın Göyləri yaratmazdan əvvəl harada olub sualına Tasusdan olan Manusa cavab vermişdi ki, «işıqda üzən, nursaçan balıqda idi» (Л.И. Климович, «Ислам» М., 1965, səh. 64).
M-SPb). Müsəlmanların təsəvvürlərinə görə, göydəki ruhlar dünyası – qayaya söykənmiş mələyin çiyinlərində durur, qayanı isə üzən balığın üzərində duran öküz daşıyır (А. Массе, «Ислам», М., 1962, səh. 100). Belə çıxır ki Göydəki ruhlar dünyasını, Göy öküzü rəmzində olan balıq, yəni Allah daşıyır. Əs-Suyuti bu haqda yazır: «Nəm olan möhkəm isə qayanın üstündə [yerləşir] və Allah onu qaya [kimi] qeyd edir (Quran, 31:15) (burada Göy və Yerə qarşı qoyulur). [Bu] qaya isə – sıxılmışdır, mavidir. Qaya öküzün üstündə [hüzurdadır], öküzün isə iki buynuzu və üç ayağı vardır, [o] dəhşətli Məhkəmə günü torpağın bütün suyunu içəcəkdir. Öküz, quyruğunun, ən aşağı torpaqları dövr edib öz başının altında [yerləşən] balina üzərində [dayanır]. Quruğunun hər iki [ucu Allahın] taxtında birləşir (Д. А. Ас-Суйути, «Kaşf as-Salsala an vasf az-zalzala», Б., 1983, səh.10). Hədislərin birində isə bu mənada deyilir: «Torpaq öküzün buynuzunda, öküz balıqda, balıq suda, su havada, hava isə nəmlikdə dayanır və nəmlikdə bilənlərin biliyi hüdudlanır». Nəmlikdə bilənlərin biliyinin hüdudlanması, yəni qurtarması o deməkdir ki, ilkin materiyanın özünün necə yaranmasını dəqiq bilmək qeyri mümkündür və s.
Göydə yaradılmış ruhlar dünyası, Kitabi-Dədə Qorqud abidəsində – qanla, yəni qurbanla yaradılmış Oğuz eli kimi qeyd olunur. Erməni mənbələrində bu göy sahələri – “səhra” kimi rəmzləndirilir və mənbələrə görə bu “səhra” Sünikdə, yəni Albaniyada tikilmişdir. A. Təbrizli yazır ki, Taron qavarında katolikos Movses «Böyük səhraya («Atalar monastırı») çəkildi və orada, səhrada yaşamaq üçün bərqərar oldu və yalnız müvəqqəti çıxır, dolaşır və səhraya qayıdırdı, «çünki o, [o zaman], sudan çölə atılmış balıq kimi idi, ölümə yaxın idi, lakin [yalnız] oradan suya düşəndə yaşayırdı: səhradan çıxanda [vardapet Movses boğulurdu], və ora qayıdanda [dirilirdi]» [30; 24]. Burada “səhrada yaşamaq üçün bərqərar olmaq” deyəndə, insan ruhunun bədəndən çıxıb yeni forma alması nəzərdə tutulur. Ölümsüzlük qazanmış müqəddəslərin ruhlarının suda balıq kimi yaşaması rəmzi, «Kitabi – Dədə Qorqud»da da qeyd olunur və burada bildirilir ki, sərt yüksəklikdəki Ümman dənizində kafər şəhəri tikilmişdir. Su dibində, sağa, sola ordu göndərib, vuran üzgüçüləri: «Tanrı mənəm, deyə qışqırışırlar» («Kitabi – Dədə Qorqud», B., 1988,səh.118). Bu isə o deməkdir ki, Böyük səhrada, yəni «Atalar monastırı» adlanan göydəki ruhlar dünyasında balıq kimi üzən müqəddəslər, elə ruhlar dünyasınada mələk kimi yaşayan Misir tanrılaırdır ki, insanların canların almaq, xəbər gətirmək və s. üçün bu dünyaya gəlirlər və s.