ABİD ŞƏRİFOVUN QARDAŞI OĞLU SECKİLƏRİ BAYKOT EDİR


BashDirektor“VH”
Bu sözləri 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 4 saylı məntəqə üzvü Teymur Məmmədzadə deyir
Məsələ ilə bağlı redaksiyamıza müraciət edən Teymur Məmmədzadə Vətəndaş Həmrəyliyi Partiyasından 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 4 saylı məntəqəsinə məntəqə üzvü kimi göndərildiyini bildirir. O, Seçki Məcəlləsinə uyğun olaraq sənədlərini məntəqəyə təqdim etməklə məntəqədə rəsmi fəaliyyətə başlayıb. Onun prezident seçkiləri ilə bağlı müvəqqəti olaraq işdən azad olması barədə məktub isə iş yerinə – Teleradio İstehsalat Birliyinin Bakı Radio-televiziya yayım filialının rəisi Namiq Şirinova, surəti isə avtomatika yanğınsöndürmə qrupunun rəisi Rasim Vahabova təqdim olunub. Ancaq məktub təqdim olunduqdan iki gün sonra İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifovun göstərişi ilə adıçəkilən dairəyə məktub gəlib və həmin məktubda T. Məmmədzadə haqqında mənfi fikirlər səsləndirilib. Bundan sonra adıkeçən dairənin sədri Ağababa Maşallah oğlu T. Məmmədzadəni yanına çağıraraq əvvəlcə müdriyyətin onu işdən azad etmək istəmədiyini və yerinə başqa bir adam tapmağının zəruri olduğunu bildirib. Sonra da əlavə edib ki, göndərdiyi məktubu geri götürmək fikrindədir. T. Məmmədzadə cavabında onun bu dairəyə üzv olduğu partiya tərəfindən göndərildiyini və Seçki Məcəlləsinə uyğun fəaliyyət göstərdiyini bildirib. Üstəlik onu da qeyd edib ki, seçki prosesi Seçki Məcəlləsi ilə tənzimlənir və hər hansı təşkilat rəhbərinin bu prosesə müdaxilə etmək, onu pozmaq, yaxud seçkini icra edən şəxsə təzyiq göstərmək hüququ yoxdur. T. Məmmədzadə çalışdığı təşkilatın rəhbərliyini bu məsələ ilə bağlı ona qarşı qərəzkar mövqe tutmaqda ittiham edib. O, bizimlə söhbətdə bildirdi ki, onun prezident seçkiləri ilə əlaqədar işdən müvəqqəti azad olması ilə bağlı 23 saylı Seçki Dairəsinin imzaladığı məktub avqustun 12-də İstehsalat Birliyinin Bakı radio televiziya yayım filialına göndərilib. “15 avqustda dairə sədri məni yanına çağıraraq İB-dən mənim haqqımda şikayət məktubu gəldiyini bildirdi. Dedim ki, mənim dairədəki fəaliyyətimin iş yerindəki fəaliyyətimə heç bir aidiuyyatı yoxdur. Sadəcə olaraq, işlədiyim təşkilatda öz hüquqlarımı müdafiə etdiyimdən təşkilat rəhbərliyi, konkret olaraq Əflatun Şərifov məni sıxışdırır. Bundan sonra Ağababa müəllim məni nə dəyişə biləcəyini, nə də geri qaytara biləcəyini dedi. Ancaq onu da bildirdi ki, iki yerdə işləməlisən: həm məntəqədə, həm də öz işində. Bu zaman mən sədrə mənim müvəqqəti olaraq işdən azad edilməyim barədə BRT Yayım filialına göndərdiyi məktubu xatırlatdım. O isə cavabında verdiyi məktubun etibarsız olduğunu bildirdi. Mən dairədən çıxıb dərhal partiyaya gəldim və məsələni partiya rəhbərliyinə bildirdim.”
T. Məmmədzadə dünən Ə.Şərifovun göstərişi ilə Vahabovun ona bir neçə dəfə zəng etdiyini xatırlatdı. Sonra onu da qeyd etdi ki, ona naməlum nömrələrdən də zəng gəlib.
Redaksiyadan: Biz redaksiya olaraq dairəyə müraciət edərək məsələnin aydınlaşdırılmasını istədikdə dairə rəhbərliyi Seçki Məcəlləsinə uyğun fəaliyyət göstərdiklərini və seçkilərin başlamasına 72 gün qalmış dairə və məntəqə üzvlərinin iş yerindən müvəqqəti azad olunmasının tam qanuauyğun olduğunu bildirdi. Dairə rəhbərliyi dedi: “T. Məmmədzadənin iş yerindəki fəaliyyəti müəssisə rəhbərliyi tərəfindən qiymətləndirilə bilər. Biz ancaq onun seçki fəaliyyətini dəyərləndirirk. T. Məmmədzadə 4 ildir ki, bu dairədə çalışır, qanunvericiliyə tam uyğun olaraq fəaliyyət göstərir. Onun çalışdığı digər təşkilatın rəhbərliyi ilə münadsibətləri bizə aid deyil. Həm də rəhbərlik onun seçkidə fəaliyyətinin qarşısını ala bilmnəz. Bu qanunsuzluqdur, seçkini baykot etmək deməkdir”.
Sonda onu da bildirək ki, digər bir çox dövlət qurumları da müxalifət nümayəndələrinin seçkilərdə iştirakının qarşısını almaq üçün işçilərinə təzyiq göstərməyə başlayıb. Bu isə seçki saxtakarlığına hazırlıqların indidən başladığının göstəricisi hesab oluna bilər.