TÜRK TARİXİ


51_nKür-Araz arxeoloji kültürü ilə ortaya çıxan basırıq türkləri içində kurqan basırıqları türklərin Atayurdu olan Azərbaycandan ərtaf bölgələrə yayılmışdır. İlkin miqrasiyaların m.ö.4-cü minilin ortalarında quzey və doğu yönləri araba gələnəyi kimi, kurqan kulturunu da orta Aasiyanın bölgələrinə və Quzey Qafqaz üzərindən Avropanın güney-doğusuna daşınmışdır. Kurqan kulturunun yayıldığı alanlarda daşbaba və daşnənə türk basırıq kulturu ilə bağlılığı artıq elmi dairlələrdə quşğu doğrumur.Qazma torpaq basırıqda ölünün ətrafına daşlarla və ya ağacla tirlərlə bağlayıb üstünə torpaq, daş və ya daşla torpaq birlikdə yığılır, belə qabarma basırıqlar kiçik təpəcikdən böyük təpələrə qədər müxtəlif hündürlükdə olur. Belə basırıq təpələrə kurqan deyilir və kurqan gələnəyi m. ö 4-cü minildən başlayaraq islamaqədər, bəzi bölgələrdəsə 15-ci əsrəcən davam etmişdir. Əvvəllər bəsit forması və basırığa qoyulan əşyaların qıtlığı ilə seçilən kurqanlar nəsnə çeşidləri artmışdır. Daha möhtəşəm görünüşü və zəngin bəzək nəsnələri heyranlıq doğuran kurqanlar isə m.ö 1-ci minilin əvvəlindən başlayaraq ən çox saqa boylarının yaşadığı bölgələrdə ortaya çıxış Krımda, Qara dənizin quzey çölləri və Azaq dənizi yaxaları boyunca qədim qəmər (kimmer) və saq boylarından qalma çoxlu kurqan vardır. Zaparojye-Dneprepetrovsk bölgələrində bu kurqanlara kazak, Xrsonda tatar, Krımda türk qəbri deyilir. Xerson vilayətinin Aşağı Serqoz qəsəbəsində hündürlüyü 20 metr olan bir möhtəşəm saqa kurqanı Oğuz Kurqanı adlanır.
Almata yaxınlığında m.ö 5-7 əsrlərə aid edilən Issık kurqanından çıxan Altun Geyimli qızın şahanə geyimi-keçimi görkəmi, mifik simvolika ilə bol olan çeişidli bəzək nəsnələri, basırığa qpyulan qab-qacaq üzərində türk runik yazısı olan gümüş qab türk kurqan gələnəyinin bariz örnəyi kimi arxealogiyanın türkologiya elminə verə biləcəyi 20-ci əsrin ən dəyərli ərmağanıdır. Kurqanlar ölçüsünə və basırıqdaki nəsnələrin çeşidinə görə fərqlənir. Bəzi kurqanların diametri 100, hündürlüyü isə 15 metrdən çox olur. Arxeoloq A. İyessen Azərbaycanda hündürlüyü 13,17 və 21 metr olan Üçtəpə kurqanlarınıtədqiq etmiş və Mil-Muğan bölgəsindəki kurqanların m.ö 3 minilliyə aid olduğunu yazmışdır.
M. Qimbutsa görə m.ö 4-cü minildən başlayaraq Azərbaycanda kurqanaltı basırıqlar ortaya çıxır.
Kür-Araz mədəniyyəti ilə başlanıb 3-4 minil davam edən bu gələnəyi orta asya güney sibir və quzey qafqaz itil-tuna bozqırlarında və ovalıqlarına ön asyadan köçən uruqların apardığı heç kimdən şüphə yaratmır. Elmi ədəbiyyatda Kür-Araz kulturuna qədər də mövcud əlaqənin yönü güneydən quzeyə verilir. Belə basırıq kulturu bütöv Avrasiyaya yayıldığı kimi qədim türklərin kurqan sözü də bir çox xalqların dilinə keçmişdir. Hətta kurqan kulturu ön asyadan etrukslar italyaya da aparmışlar. Türk toplumunda basırıq yerlərində önəmli şəxslərin qəbri sonra pir-ocaq sayılırdı, ora parça-yaylıq bağlanırdı. Bu gələnək indi də davam ediR.Kurqan gələnəyi isə Azərbaycanda islamaqədər yaşamışdır.Kurqan təsviri bir Azərbaycan bayatısında belə verilir. ” Bir ev tikdim dəyirmi, Pəncərəsi iyirmi. Ölüb hara gedirsən, Bu yurd sənind eyilmi ? “
“Oğuznamə” eposu kurqan gələnəyinin yaranmasını Azərbaycanla bağlayır. Rəşidəddin Azərbaycan adının tərkibindəki azər sözünü “yüksək” anlamı ilə izah edir və yazır ki Oğuzxan burada olarkən təpə yaratmaq üçün hər əsgərin bir tək torpaq gətirib bura tökməsini göstəriş verir, əsgərlərin tökdüyü torpaqlardan böyük bir təpə (kurqan) yaranır, Oğuzxan buranın adını Azərbaycan qoyur” Q. Hümbətov kurqan gələnəyinin Azərbaycan türklərinin soykökü məsələsinə işıq tutan bəlgələr sırasına vermişdir. Kurqan gələnəyi Kür-Araz arxealoji mədəniyyətinin ayrılmaz tərkibi kimi kurqan sözü ilə birlikdə bu kulturu daşıyanların miqrasiyasıilə yayılmışdır. Çox güman ki kurqan sözü qədim türkcədəki qoruq yeri, qorunaq anlamında işlənən koruqan sözü ilə ortaya çıxmışdır.
Mənbə:Firdudin Ağasıoğlu(Cəlilov) Daşbaba kitabı Kurqan Kulturu.səhifə 13,14,15,16,17,18,19.