ƏFLATUN ŞƏRİFOV YOXA ÇIXIB


large Teymur 

(Mövzunu nəzarətdə saxlayacağıq)

Teleradi İstehsalat Birliyinin rəhbərliyi şikayətçi T. Məmmədzadəni anonim zənglərlə hədələyir

Qəzetimizin ötən saylarında Teleradio İstehsalat Birliyində baş verən qanunsuzluqlar, birliyin baş direktoru Əflatun Şərifovun ölkə qanunlarına sayğısızlığı barədə ətraflı bəhs etmişdik. Onu da qeyd etmişdik ki, Ə. Şərifov tənqidə görə işçiləri təqib edir, əlində olan bütün imkanlardan istifadə edərək onları hədələyir, əmək haqlarını kəsir. Növbəti materialı hazırlayarkən redaksiyamıza Ə. Şərifovun rəhbərlik etdiyi müəssisədən bir anonim məktub da daxil oldu. Məktubda, ötən sayımızda qeyd etdiyimiz kimi, bir neçə cümləlik bir şərh var idi: “Sizin müdafiəsində durduğunuz şəxsin iş vaxtı etdiyi öz başınalığı əks etdirən video çarxları baxıb nəticə çıxartmağınız üçün sizə göndəririk”. Məktubun ardını yazmırıq. Ümumiyyətlə, bu məktubdan tərbiyəsizlik tökülür. Məktubun yazılış qaydası var: Müraciət olunan ünvan, məktubu yazan şəxsin adı və soyadı göstərilməlidir. Burada isə bir dənə məlumat sözü və redaksiyamızın yerləşdiyi binanın şəkli çəkilib özümüzə göndərilmişdir. Cümlələrin isə Azərbaycan dilinə qətiyyən dəxli yoxdur. Nəisə, məktubu geniş təsvir etməyə lüzum yoxdur, sadəcə olaraq “Azərbaycan dili haqqında Qanuna” bu qədər biganə münasibət bizdə təəssüf hissi doğurur.
İndi qayıdaq Teleqüllədə baş verənlərə. Əldə etdiyimiz məlumata görə, Ə. Şərifov bura aəsasən öz həmyerlilərini, qohum – əqrəbasını yığıb tökmüşdür. Teleradio kimi dövlət üçün strateji əhəmiyyət daşıyan obyektə bu sahədə normal təhsili olmayan, sadəcə olaraq Ə. Şərifova müxtəlif xətlərlə yaxın olan insanlar işə götürülür. Onlardan biri Ə. Şəriofovun qardaşı oğludur. Birliyin direktoru onu hərgün işə öz xidməti maşını ilə gətirib aparır. Bu gənc oğlanın 4-cü mərtəbədəki kabinetində nə işlə məşğul olduğunu bilən yoxdur. Amma mühəndis dərəcəsinə yiyələnib, yüksək əmək haqqı alanlar sırasındadır. Digəri təsərrüfat və təchizat şöbəsinin rəsi Qarayev Mustafa Yunus oğludur. Yeri gəlmişkən, M. Qarayevin qızı da burada texniki şöbənin mühəndisi vəzifəsində çalışır.
Ümumiyyətlə, Ə. Şərifovun ətrafında olanlar, daha doğrusu onun yaxınları 13 dərəcə alsalar da, onların gördükləri iş müasir radioteleviziya mərkəzinin tələblərinə cavab vermir. Halbuki Teleqüllədə ən ağır işləri görən insanların əksəriyyəti onlardan aşağı dərəcəyə malik olmaqla ən az əmək haqqı alırlar. Üstəlik, həmin insanlara qul kimi baxılır. Avtomatika qrupunun işçiləri outran otaq bərbad vəziyyətdə olduğu üçün ciddi təmirə ehtiyacı olub. Birlik rəhbəri isə bu məsələdə öz qazancını güdüb. Onun tapşırığı ilə işçilər (üçnəfər) bir gecə səhərə qədər işləyib, döşəməni sökmüş, birmaşın betonu qarışdıraraq onun yerinə tökmüş, üstündə “ laminant ” vurmuşlar. Bu ağır əməyin müqabilində onlara heçnə veriməmişdir. Halbuki bu işin həcmi mühasibatlıqda bir neçə min manat məbləğində dəyərlənmişdir.Ümumiyyətlə, bu birlikdə atıb-aldatmaq faktına kifayət qədər tez-tez rast gəlinir. Şamil İsi oğlu adlı bir nəfər Birlikdə xeyli müddət metlax – kafel işləri ilə məşğul olduğu halda, bir manat belə almadan oradan qovulmuşdur. Həmin şəxs bir neçə instansiyaya müraciət etsədə, öz halal əmək haqqını sona qədər ala bilməmişdir. Bir daha “Avtomatika” qrupunda çalışan insanların əmək haqqı məsələsinə qayıdıram. Həmin qrupun işçiləri digər işçilər kimi daim şüalanma altında olduqları halda onlara heç bir təzminat verilmir. Bundan əlavə, çoxillik əmək fəaliyyətinə görə artımlar, 13-cü əmək haqqı Ə. Şərifovun göstərişi ilə kəsilmişdir. Teleqüllədə çalışanlar əvvəlki illərdə 10 faiz maaşa əlavə edilən mükafatların kəsildiyinidə bildirirlər. Həmin 10 faiz sadəcə olaraq əmək haqqına əlavə edilmiş və bununla da Ə. Şərifov yuxarı dairələr qarşısında əmək haqqlarını 10 faiz artırmaq barədə hesabat vermişdir. Halbuki bu artım, şalvardan kəsib pencəyə yamaq eləməkdən başqa bir şey deyil.
Ə. Şərifovun qayçılama əməliyyatı bununla bitməmiş, əvvəlki illərdə məzuniyyətə gedənlərə bir əmək haqqı məbləğində verilən məzuniyyət pulları da kəsilmişdir. Daha bir məsələni xatırladaq, birliyin idarə orqanlarında, rahat kabinetlərdə çalışanların mükafatları teleqüllədə çalışanların mükafatından həmişə yüksək olur. Halbuki, iş şəraitinin ağırlığı, şüalanma baxımından teleqüllədə əmək şəraiti qat-qat çətin və mürəkkəbdir. Bu cür fərqləndirmənin əsas səbəbi idarədə çalışanların əksəriyyətinin Ə. Şərifova yaxın adamlar olmasıdır.
Maxinasiyalar təkcə sadaladıqlarımızla bitmir. Birliyin idarələri üçün “Orvika” televizorları alınarkən ciddi yeyintilərə yol verilmişdir. Həmin televizorlar birinci partiya alınarkən 150 manatdan ödəniş edildiyi halda, ikinci partiyada heç bir səbəb göstərilmədən qiymət 200 manata qaldırılmışdır. Halbuki birinci partiya ilə ikinci partiya arasında elə böyük bir zaman məsafəsidə olmamışdır.
İşçilərin əmək haqları, mükafatları kəsildiyi halda, birlikdə çalışan yüksək vəzifəli şəxslərin hamısı üçün bahalı maşınlar alınır. Hətta bu günlərdə Ə. Şərifovun tikinti üzrə müavinidə “ceep” tipli maşına sahib olmuşdur.
Müəssisədə işçilərin attestasiyası Ə. Şərifovun istəyinə uyğun keçirilir. Əgər birliyin baş direkoru işçinin dərəcəsinin artırılmasının əleyhinə olarsa, burada heç bir bilik və təcrübənin əhəmiyyəti olmayacaq. Bundan əlavə, işçilər ildə bir dəfə təhlükəsizlik qaydaları barədə təlimat almalı olduqları halda, onlara fərqli suallar verməklə təhlükəsizlik kitabına qol çəkdirirlər. Bakı Radioteleviziya Yayım Filalının eloktromexaniki T. Məmmədzadə belə gedərsə, istənilən anda teleqüllədə müxtəlif gözlənilməz hadisələrin baş verə biləcəyini istisna etmir. O, deyir: “ Bir daha xatırladıram, teleqüllə dövlətin strateji obyektidir. Bura xüsusi nəzarət olmalı, qanunlar tam qətiyyəti ilə işləməlidir Ə. Şərifov kimi insanların laqeydliyi, qohum bazlığı ucbatından ölkə istənilən anda tam informasıyasız qala bilər. Azərbaycan əgər dünyaya inteqrasiya yolunu tutubsa, teleqüllədəki fəaliyyətdə beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Daha Ə. Şərifovun standartlarına yox”.
T. Məmmədzadə sonda bir daha üzünü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tutaraq tezliklə ciddi tədbirlərin görülməsinin vacibliyini bildirir.
Redaksiyadan: Material çapa hazırlanarkən T. Məmmədzadə redaksiyamıza gəlib bir nəfərin ona gün ərzində zəng edərək onu hədələdiyini bildirdi: “O, yazıları dayandırmayacağım təqdirdə məni məhkəməyə verəcəyini, sonra digər vasitələrlə ağzımı bağlayacağını dedi. Mən həmin şəxsin kimiliyini xəbər aldıqda o, vəkil olduğunu bildirdi. Amma vəkilə yaraşmayan ifadələrlə danışırdı. Gah sənin arxanda kim dayanır, gah mən sənin səsini tezliklə kəsəcəyəm deyirdi”. T. Məmmədzadə həmin şəxsin zəng etdiyi telefonun nömrəsinidə gətirmişdi: (012) 498-72-98. Tezliklə telefon nömrəsi əsasında həmin şəxsin təsərrüfat və texniki təchizat şöbəsinin rəisi M.Qarayev olduğunu öyrəndik. Yaxın günlərdə həmin hədələyici məktubla bağlı Respublika Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edəcəyik.