ASİF ATANIN KÜRDLƏRLƏ BAĞLI ŞOK AÇIQLAMALARI – 18 İLDƏN SONRA


asif-ata-300x201Kürd aqibəti
Asif Atayla kürd konusunda bu söhbət 1995-ci ilin aprelində yazılıb, başlığını da Ata özü qoyub. Onda da kürd məsələsi indiki kimi gündəmin başlıca mövzusuydu. Avrasiya.net uzun illərdən sonra yazını ilk dəfə oxuculara təqdim edir.– Mütləqimiz, Müqəddəsimiz, Peyğəmbərimiz İnam Ataya Səcdəylə!
– Səcdəniz ucadır!
– Mütləqimizlə bu təmasımız kürd halıyla, kürd aqibətilə bağlıdır. Kürdlərin kökü, mənşəyi haqqında Ata fikri necədir?
– Kürdlər İran mənşəli xalqdır. Dəqiq bilinmir, amma belə bir fikir var ki, guya kürdlərin Midiya ilə əlaqəsi olub. Hətta bəzən “midiyalılar” deyəndə farslar, azərbaycanlılar, kürdləri nəzərdə tuturlar. Mənə elə gəlir ki, kürdlər sonradan, ya da əvvəldən semitlərlə qarışıblar. Bu, həm də onların dillərində hiss olunur, həm də xüsusilə antropoloji cizgilərində. Sayları çoxdur. Etnos nöqteyi-nəzərindən budur kürdlər mahiyyətcə. Hind-Avropa irqinə aiddirlər. Nə qədər qəribə olsa da, Qərb elə Şərqdir, Şərqin bir hissəsidir. Burada bir dolaşıqlıq da var. Hər halda türklə kürd arasında heç bir etnos birliyi yoxdur.
Midiyada təkcə azərbaycanlılar yox, farslar da yaşayırdı. Eləcə də kürdlər. Fars Midiyanın bir hissəsi olub, onun bir əyaləti idi. Onun başında Kir dururdu ki, sonradan o, qayınatası Astiaqa qarşı üsyan qaldırdı.
– Müqəddəs Ata, kürdlərin dövlətçiliyi olubmu?
– Kürdlər heç zaman dövlət yarada bilməyiblər. O Kürdüstan ki deyirlər, o, İraqın şimalında olub. Bunu dövlət adlandırmaq olmaz. İndi İraqda Kürdüstan adlı yer var. Yəqin ki, hər xalq dövlət qura bilmir. Dövlət qurmaq fitri işdir. Dövlətçilik yevreylərdə heç yoxdur. İnanmıram ki, İsraildə dövlətləri həmişəlik olsun.
Hər halda kürdlər səpələniblər ölkələrə, dünyaya – Türkiyəyə, İrana, İraqa… Azərbaycanda kürdlər əsasən Qubadlı, Laçın, Kəlbəcər zonasında yayılıblar. Lakin yevreylərdən fərqli olaraq, kürdlər özlərinin milli özümlüyünü saxlaya bilməyiblər. Məsələn, Türkiyə kürdlərinin çoxu türkləşib, İran türklərinin çoxu farslaşıb. İraq kürdlərinin çoxu ərəbləşib. Mən bilmirəm, görəsən, Azərbaycanda öz dilində danışan kürdlər çoxdurmu? İnanmıram. O da aydındır ki, kürd özünə dövlət qurmaq istəyib. Əbdülhəmidin dövründə ermənilərə birinci divanı kürdlər tutub. Əbdülhəmid onları ermənilərə qarşı çevirib. Bəli, erməniləri ilk dəfə qıran kürdlər olub – gənc türklər dövründə. Mən bilmirəm, bəlkə də kürdlərin ədəbiyyatı var – söhbət böyük ədəbiyyatdan gedir. Bəlkə də musiqisi var, fəlsəfəsi var – təki olsun.
– Kürdlərin xarakteri haqqında Ata fikri necədir?
– Kürdlərin xarakteri haqqında bir-birinə zidd fikirlər var. Bəziləri kürdü mərdin mərdi sayırlar. Bəzilərisə bunu istehza ilə deyirlər. Mənim fikrim budur ki, kürddə bunun ikisi də var. Elə ki bir etnos başqasına qarışdı, onda onun xarakteri də pozulur. Elə ki kürd İranla, İraqla qarışdı, xarakteri pozuldu və indi də belədir. Adətən, kürd bir az ibtidai düşünən, köhnə xalq təsiri bağışlayır – yalandan uzaq, siyasətdən uzaq. Qədim əsrlərdə kürdə qarşı ikili münasibət olub: xələf-naxələf, qəddar, amansız və əksinə.
Bir məsələ var ki, bu xalq hələ yetkinləşməyib. “Yetkinləşmək” deyəndə özünə çatmağı nəzərdə tuturuq. Bəlkə də dövlətsizlik ona mane olub. Ziddiyyətli xalqdır. Ancaq erməni deyil. Erməni bütövdür məkrliyində. Bəs necə oldu ki, kürdlər ermənilərlə birləşdilər bu PKK məsələsində? Kürd heç vaxt ermənini sevməyib. Kürd pisdir-yaxşıdır, ancaq erməni deyil. O, erməniylə siyasət xatirinə birləşib. Məsələ burasındadır ki, kürd təbii xalqdır, erməni sərmayəçi. Biz kürdə qarşı deyilik. Amma biz ağlımızı itirməmişik ki, Türkiyəyə qarşı olan azğınlığı deməyək. Kürd Qərbə yalmanmaq yolu ilə Türkiyəni sarsıtmaq istəyirsə, bu, murdarlıqdır. Bu məsələdə erməniylə birləşirsə, o, üç dəfə murdarlıqdır, on dəfə murdarlıqdır!
Heç kəs kürddən ötrü dünyanı yenidən bölməyəcək. Çətin məsələdir bu. Cənubi Azərbaycan ayrı məsələdir. Cənubi Azərbaycanın Şimali Azərbaycanı var. Cənubun haqqı var döyüşməyə. O, döyüşməlidir. Ocaq bu işdə ona əlindən gələn köməyi eləyəcək ki, səhv eləməsinlər, amma ki, döyüşsünlər. Bir əsrdə üç dəfə döyüşüb, məğlub olub: Səttarxan, Xiyabani, Pişəvəri dövründə. O, bir də məğlub olsa, özünə gələ bilməyəcək. Gəlmirlər bura ki, deyim ki, onlar təmkinlə hazırlaşmalıdırlar. Orada-burada qırıq-qırıq döyüş əvəzinə təmkinlə hazırlaşmalıdırlar. Hay-küysüz, həşirsiz. Xalqı ayağa qaldırmadan, yetirmədən bu işi eləmək olmaz. Şimali Azərbaycanın siyasətinə arxalanmamalı. Siyasət aləminə, xüsusilə Qərbə yalmanmamalı. Mollalar bundan istifadə edərlər, deyərlər ki, islamçı olan Qərbə yön alır. Silahdan əvvəl Ruhla döyüşsünlər şərlə. Amma elə eləsinlər ki, ümumi dalğa olmasın. Bilmirəm, indi onların kimləri var. Onların bir zaman güclü adamları olub. Bir zaman orada Pişəvəri olub. O, ağıllı adam idi. Onu Beriya burada avtomobil qəzasına salıb öldürdü.
Bu söhbət kürd söhbəti olmasa da, çox narahatam İran məsələsindən. Çox narahatam. Asif Ataları yoxdur onların. Beş kitabı da axıra qədər oxumayıblar mənə elə gəlir. Narahatam mən. Orada müdrik adam görmürəm. Hay-həşirlidirlər.
Kürdün də arzuları var. Amma indiki ağılla heç nə eləyə bilməyəcəklər. Özlərinə nifrət qazanacaqlar. Amerika kimin arxasında durdu ki, sənin də arxanda dursun? Ona kürd adında alət lazımdır ki, yeri gələndə Türkiyənin belini əysin. Həmçinin İsraildə də vəziyyət belədir. Heç Amerika balaca bir çeçenlə bağlı bir bəyanat da vermədi.
– Kürdlərin musiqisi haqqında nə deyə bilərsiniz? Muğamda kürdlərin rolu, xüsusilə də “Bayatı-Kürd”də.
– “Bayatı-Kürd” muğamı, “Bayatı-Şiraz” muğamı – bunların adları Ataya görə sonradan dəyişilmiş muğamlardır. Bunlar məğzlə uymur. “Bayatı-Şiraz” adında məzmuna uyğun heç nə yoxdur. Məsələn, ümumi adlar qoyurlar musiqidə “Altıncı simfoniya”, “Yeddinci simfoniya” və s.
Mənə elə gəlir ki, bu muğamlar kürdlər yaşayan yerlərdə daha çox yayılıb. Ona görə də muğamlardan biri “Bayatı-Kürd” adlanıb.
Mən “Bayatı-Kürd”ün mahiyyətini belə açmışam: hara gedirəmsə, qəm evinə düşürəm, çıxa bilmirəm.
Başqa muğamların da adı məğzlə uyğun gəlmir. Məsələn, “Humayun” quş adıdır. “Huma” sözündəndir. Məğzlə, məzmunla uyuşan muğam “Çahargahdır” – ən düz ad. “Dörd səs” deməkdir. “Segah” – “Üç səs” deməkdir. “Rast” – “hamar yol”, “Şur” – “İlham”…
İkinci bir tərəfdən, əgər bunlar kürdündürsə, niyə onlar özləri bundan istifadə eləmirlər? Belə bir zənginliyi onlar əldən verərdilərmi, bu muğam kürdlərin olsaydı? Mən bu muğamı hər çalanda (Ata pianoda muğamları ifa edirdi – müəllif) ruhum yuyulur.
Ona görə də mən bu məsələdə çox ehtiyatlıyam. O ki qaldı, kürdün musiqisi – onların musiqisi çox kaldı hələ, bəsitdir. Mənə elə gəlir ki, kürd hər şeyi yenidən başlamalıdır.
Bayaq kürdün xarakterindən danışdıq. Bir əlavə də edək. Kürdün bir cəhəti də var: kürd yaşadığı ölkələrdən nəsə qoparmaq istəyir. Məsələn, S.Rəhimova mən dəfələrlə demişdim ki, niyə “Şamo” Azərbaycan xalqının epopeyası olsun? Niyə Şamo Azərbaycan xalqının qəhrəmanı olsun? Məgər kürdlər Azərbaycan xalqının tarixində böyük rol oynayıb? Qulu Xəlilov, filan, o birilər bu məsələdə canfəşanlıq eləyirdilər. Mən Yazıçılar
İttifaqında bir dəfə çıxış etdim, bunlara dedim ki, “Şamo” bizim epopeyamız necə ola bilər? O necə türk xalqıdır ki, onun epopeyası kürdə həsr olunur? Elə o vaxtdan məni “millətçi” adlandırıb günahlandırırdılar.
Yaxud da Qaçaq Nəbidən elə Babək düzəldirdilər ki… Qaçaq – qaçaqdır. Həcər xanımdan elə ideal düzəldirdilər ki… Nə eləyib görəsən, bu Həcər xanım? Həcər xanımı bu saat Tomrisdən yaxşı tanıyırlar.
Bununla da Ocaq məşğul olmalıdır? Bunlar adi işdir. Məgər bizim işimiz azdır? Bilmək olmur ki, bu ziyalılar nəylə məşğul olurlar? Adi türk məsələsini də qaldıra bilmirlər.
Bax, bu dediyimiz cəhət kürdlərin pis cəhətidir. Qaçaqçılığın milli hərakata dəxli yoxdur. Xanlara, bəylərə qarşı olub. Lakin qaçaq ən çox camaatı soyub. Qaçağın əli ən çox yoxsula çatıb. Qaçağın əli xana, bəyə çox gec çatıb. Onların – yoxsulların səbəbinə yaşayıblar. Deyəndə ki, mənim qəhrəmanım qaçaq olub, deməli, biz quldur xalqıq – belə çıxır.
Bəs necə oldu ki, Zərdüştü verən xalq gəldi yedddinci əsrdə ərəbə qul oldu? Günah xalqın özündədir. Necə oldu ki, Nəimini, Nəsimini xalqın gözü qarşısında o cür öldürdülər?
– Bugünkü kürd halı və PKK.
– PKK yarandı SSRİ dövründə. Bu məsələləri mən diqqətlə öyrənmişəm və burada mənim biliyim də rol oynayır, fəhmim də. O dövrdə və xüsusilə son illərdə SSRİ-nin bir nömrəli problemi Türkiyəni zəiflətmək idi. Türkiyə SSRİ-ni eşitmirdi, Qərblə yaxınlaşmışdı. SSRİ özü də həyasızcasına cənfəşanlıq elədi, bir neçə zavod açdı Türkiyədə. Türkiyə başa düşdü, qorxdu ki, Qərbə yaxınlaşmasa, SSRİ onu yeyəcək, məhv eləyəcək – İran kimi. İrana kömək edən SSRİ idi, onu məhv edən də SSRİ oldu. Türkiyə NATO-ya üzv oldu və bu SSRİ-ni lap dəli elədi. SSRİ fikirləşdi, Kürd Fəhlə Partiyasını (PKK) yaratdı. PKK-nın əsas məqsədi Türkiyəni parçalamaq idi. Ayrı-ayrı marksist şüarlar indi də var. Kreml üçün idi o. Məqsəd təkcə müstəqil Kürdüstün yox, sosialist Kürdüstanı yaratmaq idi. Bəli, əsas məqsəd Türkiyəni parçalamaq idi. “Bəlkə heç sosializm də lazım deyil orada. Sonra baxarıq”. Bunun tarixi budur.
Kürd Fəhlə Partiyası SSRİ-nin partiyası oldu. Türk kommunistləriylə yaxınlaşdılar. Türk kommunistlər də razılaşdılar bunlarla – təki hakimiyyətə gəlsinlər.
SSRİ dağıldıqdan sonra kürdlər məcbur oldular ki, terrora keçsinlər. Ümidləri kəsildi və fanatizmi alışdırdılar. Cavan-cavan qızları, oğlanları meyidə çevirdilər. Mənim sevmədiyim bir şey! Yeri gələndə, mən özümdən tərəddüdsüz keçməyə hazıram. Lakin buna xüsusi hazırlaşmaq lazım deyil. Biz yaşamalıyıq.
İndi o partiya – PKK terrorçudur. Bu partiyanın məqsədi odur ki, gərginlik daima artsın və Türkiyə məcbur olub onlara torpaq versin. Lakin məsələnin mürəkkəbliyi bunda deyil. Əsas məsələ odur ki, kürdlər ermənilərlə birləşiblər. Ömrü boyu ermənilərlə döyüşən kürd indi nə qazanacaq onunla birləşməkdən? Erməni kimə nə verib? Kimə nə yaxşılıq edib? Onların partiyalarının başçılarından biri ermənidir. Onlar belə bir siyasət yeridirlər: birgə döyüşürük, qələbə qazanırıq, sonra da bölürük Türkiyəni.
Ata və Ocaq Türkiyədə kürdlərə qarşı döyüşü qəbul eləyir. Bəs türk insan deyil? O boyda tarixi olan bir xalq. Niyə sən özünü düşünürsən, o boyda xalqı düşünmürsən? Sən nəsən onun yanında? Bəs sən nə vermisən dünyaya?
Biz kürdlərə qarşı deyilik, kürdlərin bədxahı deyilik, amma onların strategiyası və taktikası yalnız və yalnız məğlubiyyət yarada bilər özləri üçün. Vəziyyət belədir.
– Atanın PKK məsələsinə münasibəti necədir?
– Qəribə bir vəziyyətdir: kommunizmin qəddar düşməni olan Qərb PKK-nı müdafiə eləyir. PKK-dan başqa İraqda olan iki partiyanı da Qərb çox incə üsullarla müdafiə eləyir, onları alışdırır. O tərəfdən də Türkiyəni göyə qaldırıblar. Bu yaxınlarda respublikaçılardan prezidentliyə namizəd Doul çıxış eləyib deyir ki, biz Türkiyəni tamam unutmuşuq, ona yaxşı kömək eləmirik. O, nə dediyini çox gözəl bilir.
İrana da bu hadisələr toxuna bilər. Orada da kürdlər var. Sonra da bu hadisələr İrana keçə bilər. Ən ikiüzlü siyasəti Rusiya aparır: bir tərəfdən Türkiyəylə yaxınlıq, o biri tərəfdən kürdlərlə yaxınlıq. Moskva da kürdləri lap belə xüsusilə himayə eləyir. Bir də Almaniya ikiüzlü siyasət aparır. Həmin o köhnə Avropa siaysəti. Türkiyə bütün dünyanın gözündə bir iynədir. Lakin onunla açıq döyüşmək olmaz – siyasətdə hərtərəflidir. Amma kürd kartından istifadə etməyən ölkə yoxdur. Türkiyəyə qarşı münasibət belədir: inkişaf elə, amma güclənmə. Art, amma böyümə.
O tərəfdən də islamçılar başlayıblar. Onu da deyim ki, bizimkilərin İranla oynadığı oyun çox riskli oyundur. Bizimkilər boylarından uca tullanırlar, sonra da cumurlar İranın üstünə ki, dərdin alım, sən mənim canımsan, qardaşımsan, mənim səninlə heç bir qalım yoxdur. Bununla da siyasətçiləri böyük sayırlar.
Elm sübut eləyir ki, insanda milyardlarla hüceyrə var. Nəyə lazımdır o milyardlarla heceyrə ki, anlamırlar ki, siyasətdə müqəddəslik yoxdur. Niyə bilmirlər ki, siyasi xadim heç vaxt böyük ola bilməz!
Dünyanın qarmaqarışıq halı var. Bunda Qərb uduzacaq. Qərbin sonunu görürəm. Qərb indi arxayınlaşıb. Qərbi möhkəmlədən SSRİ idi. Qərbə düşmən lazım idi.
– İraq-kürd məsələsi necə olacaq?
– İran-İraq yağılığı həmişəlikdir. İran islam aləminin lideri olmaq istəyir. Dinin aləmi yoxdur. Dinin bu dünyası yoxdur, o dünyası var. İslam aləmi nə deyən şeydir? İtaətdən də mədəniyyət olar? Niyə Qərb özünü xristian dünyası adlandırmır, sənsə özünü islam dünyası adlandırırsan? İslam aləmi deyəndə fanatik dünya nəzərdə tutulur. Haradasa sivilizasiyadan uzaq düşmüş aləm. İran hələ də əl çəkməyib ümumbəşəri islamçılığından.
Kürd məsələsi belədir: İraq əlindən gələni eləyir ki, kürdü İrana qarşı salsın, İran da əlindən gələni eləyir ki, kürdü İraqa qarşı salsın. Hər ikisi də kürdü sevmir. Məqsəd odur ki, kürd məhv olsun.
Həm də İran türkün rəqibidir, düşmənidir. İraq da İranın rəqibidir. İraqla İran arasında birləşmək ehtimalı vardı, Küveyt məsələsi bunu aradan qaldırdı. Küveyt döyüşündə NATO-ya qarşı çıxdı Türkiyə.
– Mütləqimiz, bu gedişlə kürdlər özlərinə dövlət qura biləcəklərmi?
– Hələ ki indiki gedişatda yox. Tutalım, hansısa bir vaxtda ola bilər. Ancaq hələ ki, indiki dövrdə mümkün olmayan şeydir. Ümumən gerçəklik səviyyəsində kürd çox təhlükəli bir yol tutub. İnanmıram ki, hansısa möhkəm bir dövlət ona pay versin. Qəribə bir vəziyyətdir: indi bizdəki kürdlər türkçüdürlər. Bütün bunlar məni inandırmır. Yəni türkü o qədər sevdi bunlar?
– İndi Türkiyə qəti qərara gəlib ki, PKK-çıları qırsın…
– Türkiyənin başqa əlacı yoxdur. O, geri çəkilən kimi terrorçu kürdlər gəlib camaatı qırır. Onların öz Xocalısı var. Neyləsin bəs Türkiyə? Əgər kürd deyənə Türkiyə baxsa, onda o, batdı. Onda Türkiyə olacaq federal bir dövlət. Onda erməni də deyəcək ki, mənə də Kilikiyanı, Anadolunu ver. Mən də torpaq istəyirəm, necə ki kürdə verirsən. Ona görə də Türkün əlacı yoxdur. Başqa cür eləyə bilməzdi. Vəziyyət belədir ki, Türkün yüzünü qırırlar, heç kəs heç nə demir, kürdün altısını qırırlar, o saat dünya bağırır. Bu da siyasətdir: mənfəət və fürsət.
– Müqəddəs Ata, kürd öz sabahını necə qursun?
– Kürdlər gərək özlərinin müstəqilliyə layiq olduqlarını sübut eləsinlər bəşəriyyətə. Axı sən öz dilinin unuda-unuda nə haqla dövlət tələb eləyirsən? Nəyin qalıb sənin? Sən necə dövlət qurmaq istəyirsən ki, öz adətlərini unudursan? Elə bayraq üçün dövlət qurmaq istəyirsən? Dövlət o zaman qurulur ki, milli şüur, millətçilik baş qaldırsın. Necə sən dövlət qurmaq istəyirsən ki, özünü tamam unutmusan? Uzun müddət bununla məşğul olsunlar. Hansı dövlətin içində olur-olsun, özlərini axtarsınlar tapsınlar. Özünü pasporta “kürd” yazdırmırsan, özündən əl çəkirsən. Bu dediyim çıxış yolundan başqa əlac görmürəm kürdlər üçün. O fikir ki, əvvəl dövlət quracam, sonra millət olacam – o, səhv fikirdir. Azərbaycanın haqqı var müstəqil olmağa. Yerə-göyə sığmayan ruhaniyyatı var, dili var, musiqisi var, dövlətçiliyi var… Gərək müstəqilliyinə tam mənada sahib olasan. Bundan başqa heç nə deyə bilmərəm.
– Atamız var olsun!
– Qaranlıqlar yarılsın! Yükümüzdən böyük fərəhimiz yoxdur.
Asif Atayla təmasda oldular: İşıqlı və Yolruh Atalılar.
20 Uyum günü, Çiçək ayı 17-ci il. Bakı. (Aprel 1995).