ERMƏNİLƏRİN YƏHUDİLƏRƏ OLAN NİFRƏTİ


13864Ermənilərin yəhudilərə qarşı nifrətinin kökündə duran əsas səbəblərdən biri onların yəhudilərlə tarix boyu eyni xasiyyətə malik olmasına dair yazılan fikirlərdir. Erməni tarixçisi İ.Axverdiyev ermənilərin yəhudilərlə müqayisə edilməsinə heç cür razı deyildi və bunu müəlliflərin ermənilərin tarixini, erməni xalqını yaxından tanımaması ilə əlaqələndirirdi. Onun fikrincə ermənilərin yəhudilərlə müqayisə edilməsi ermənilərin ticalətdən başqa bir şeyə yaramadıqları təsəvvürünü formalaşdıra bilərdi:“ Erməni xalqı ilə və onun tarixi ilə yaxşı tanış olmayan bir sıra cəhalətpərəstlər və cahil fanatiklər bir çox hallarda erməniləri yəhudilərlə müqayisə edirlər və onların hər ikisini ticarətçi adlandırırlar və bununla da onları insan fəaliyyətinin digər sahələrinə, o cümlədən əkinçiliyə, heyvandarlığa tamamilə qabiliyyətsiz sayırlar və onların bütünlüklə döyüşkən ruhu itirdiklərini güman edirlər”
Bir çox erməni müəllifi onların yəhudilərdən daha üstün olmasını iddia edirlər. Erməni müəlliflərindən birinin yəhudiləri özlərindən fərqləndirmək üçün yazdığı sözlərə fikir verək;
«Dünyada yalnız iki xalq vardır ki, onların nə milli dili, nə də vətənləri mövcuddur. Bu yəhudilər və qaraçılardır. Nə Asiyaya məxsus istibdad, nə də orta əs lərə aid amansız təqiblər, nə də müasir humanist mədəniyyət onları başqa xalqlarla assimilyasiya edə bildi və beləliklə, bütün bu nəhəng amillər bir xalqın maddi ehtiraslarının söndürülməsi, digərinin isə sərsəriliyə sonsuz meylinin aradan qaldırılması üçün təsirsiz oldu. Asiyada və ya Avropada, köhnə və ya yeni dünyada, hər yerdə qaraçı-qaraçıdır, yəhudi də yəhudi”.
Qeyd edək ki, ermənilərin yəhdui düşmənçiliyinin arxasında tarixən bir çox səbəblər durur və bunlara misal olaraq 25 sentyabr 1936-cı il “Hairenik” qəzetində yazılırdı: “Fələstinə idxal edilmiş yəhudilərin növü haqqında iftixar hissi keçirməyə dəyməz. Onlar pis əxlaqı olan şər qüvvələridir. Və hər şeydən əvvəl ərəb böhranının ən başlıca səbəbi yəhudilərin kommunist fəaliyyətinin nəticəsidir”. Ermənilərin yəhudilərə olan nifrəti 138Amerikada erməni diasporunun əsas media orqanlarından biri olan “Azbares” qəzetində (http://asbarez.com) 1915-ci ildə, birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin guya sistemli şəkildə məhv edilməsində türklərdən çox yəhudilərin rolu böyük olub. Birinci Dünya Müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı dövləti 27 may 1915-ci ildə “Köç” qərarın məhz yəhudilər təşkil ediblər və onlar Osmanlıları erməniləri qırmağa inandırıblar.
Tarixə bir daha nəzər salsaq 1918-ci ildə ermənilərin Quba qəzasında törətdikləri dəhşətli qətliamda öldürülən dinc insanların çoxunun milliyyəti Quba rayon sakinləri olan yəhudilər olublar. Aparılan analizlərdən məlum olub ki, ermənilər yəhudiləri xüsusi amansızlıqla öldürüblər. Bu barədə müsahibələrinin birində ABŞ-dakı İsrail səfirliyinin müşaviri Lenin Ben-David «The Jerusalem Post» qəzetində deyib: “Ermənilər 1918-ci ildə Azərbaycanda 3 mindən çox yəhudini qətl ediblər”
1942-ci ildə çoxsaylı erməni gənci səfərbər edilərək faşistlərin müharibə cəhdlərinin fəal müdafiəçilərinə çevrildi. Suren Bez-zadyan Paykar Hoassank (“işıqlı” mənasını verir) adlanan Erməni Milli Sosialist Hərəkatmı yaradaraq ona başçılıq etdi. Bu təşkilat bütün Avropada və Türkiyədə yaşayan gənc ermənilər arasında məşhurlaşdı.
1942-ci ilin sonlarında bu təşkilat Erməni Milli Şurası ilə birləşdi. Nəticədə II dünya müharibəsində erməni batalyonları çoxsaylı yəhudilərin qırılmasında əsas rollardan birini oynamışlar. Bu batalyonun əsgərləri keçmiş erməni hərbi vərdişlərini özündə saxlayan xüsusi tapşırıqları yerinə yetirirdi. Erməni əsgərlərinin çoxundan yenicə tutulmuş və istila edilmiş torpaqlarda polis birləşmələri kimi istifadə olunurdu. Erməni əsgərlərinə casusluq edərək almanların siyahısında olan bütün yəhudiləri tutmaq tapşırığı verilmişdi. Bir dəfə çoxsaylı adamlar ələ keçirilmişdi, ermənilər onları bir yerə toplayaraq milyonlarla yəhudinin kütləvi surətdə qətlə yetirildiyi bədnam konslagerə icra etdilər.
Müharibə bitdi. Dünya yəhudilərin soyqrımını tanısada ermənilər faşist ideologiyasından əl çəkmədilər və onların terror qruplarının hədəfinə türklərlə yanaşı yəhudilər də dururdu.
1988-ci ilin 28 aprelində Yunanıstanın paytaxı Afina şəhərində iki güllə ilə vurulmuş şəxsin üzərində tapılan passportlarda Yəmən Xalq Demokratik Respublikasının vətəndaşı Əbdül Məhəmməd Qassimin və Henri Titsian adları yazılmış idi. Polisin ilkin versiyasına görə öldürülən şəxs evinin qarşısndan aeroporta sifariş verərək taksini gözləyən zaman güllələnib. Daha sonra polisin açıqlaması dünya mətbuatında bomba kimi partladı. Öldürülən şəxs Miqran Miqranyan və Harutyun Takoşyan adları ilə də tanınan ASALA təşkilatının qurucusu və ərəblərlə birgə yəhudilərə cihad elan etmiş Hakob Hakobyan adlı erməni terorçusu imiş. Cinayət işi üzrə başlanmış araşdırma sonuncsuz nəticələnir. Qatillər tapılmır. Bəzi məlumatlara görə onu türk milliyyətçiləri (bozqurdlar) aradan götürmüşdü. Lakin sonra mediada gedən yazılarda Hakob Hakobyanı 1973-cü ildə İsrail Beyrutda MOSSAD-ın və SAXAL-ın (İsrail Müdafiə Ordusu) qüvvələri hesabına “Gənclik baharı” adlı əməliyyat qrupu tərəfindən öldürülməsi xəbəri yayıldı və bir söz bütün yazıların sonuncu cümləsi idi:
“1972-ci ildə Almaniyanın Münhen şəhərində keçirilən Olimpiada zamanı yəhudi idmançılarına qarşı terrorun qisası alındı!!
Özlərinə “Qara Sentyabr” adını verdikləri qruplaşmanın rəhbərlərindən olan Hakob Hakobyan, Kamal Ədvan, Kamal Nasir, Məhəmməd Yusif əl-Nacar və digərləri aralarında 2 məşqçi və 7 idmançı olmaqla 9 nəfəri də əsir götürmüşdü. Həmin şəxslərin tələbi isə 1386403198_c13vq_uf38qİsrail həbsxanalarında həbsdə olan 200 fələstinlinin buraxılması idi.
Ermənilərin yəhudilərə olan nifrətiİsrail dövləti bu tələblə razılaşmadığı üçün Almaniyanın Daxili İşlər Naziri Hans-Dietric Qenşer silahlılarla danışıqlara başlayır. Silahlıların əsirlərlə birlikdə Misirə uçmalarına icazə verilir. Onlar üçün 2 helikopter ayrılır. Onlar helikopterə minən zaman birdən atışma çıxır. Atışma zamanı silahlılardan 5-i öldürülür, 2 nəfər sağ, 1 nəfər isə yaralı olaraq ələ keçirilir, 3-ü isə qaçır. Silahlılar da əsirlərin hamısını və 1 polisi öldürür. Ümumilikdə hadisələr zamanı 11 israilli idmançı və məşçqi;
1) Yusif Qutfroynd, hakim
2) Moşe Vaynberğin, məşqçi
3) Yusif Romano, ştanqçı
4) David Berqerin, ştanqçı
5) Zeev Fridmanın, ştanqçı
6) Eliezer Xalfin, pəhləvan
7) Amisur Şapira, yüngül atletika üzrə məşqçi
8) Kexat Şor, məşqçi
9) Mark Slavinaları, pəhləvan
10) Andre Şpitser, məşqçi
11) Yaakov Şprinqer- hakim və 5 silahlı qruplaşma üzvü ölür
Ərəb və ermənilərin birgə yaratdığı və əsas hədəfləri yəhudilər olan “Qara Sentyabr” təşkilatı ərəbcə “Munaẓẓamat Aylūl al-aswad” (Qara Sentyabrın əli) adlanır. FƏTH təşkilatının maliyyə dəstəyi ilə yaradılan bu qruplaşmada əsas söz sahiblərindən biri Hakob Hakobyan idi. Onun varlı erməni və ərəb biznesmenlərindən maliyyə yardımı alması, türk və yəhudilərə olan hədsiz nifrəti FƏTH liderlərinin diqqət mərkəzində idi.
1386403203_cwhy_nmcmmiErmənilərin yəhudilərə olan nifrəti məhz buna görə də müasir sionizm ideoloqları ermənilər yəhudilərin ideoloji düşmənləri olduqların qeyd edirlər. Belə ki, sionist Aviqdor Eskinin sözlərinə görə, yəhudilər erməniləri 2006-cı il müharibəsinə görə bağışlamayacaqlar. Xatırladaq ki, həmin ildə baş verən Livan müharibəsində dünya erməniliyi ermənilərə aid Kilikiya kilsəsinin çağırışı ilə “Hizbullah” tərəfdə olublar. Sionistlər erməniləri həm də farsların bir qolu sayırlar. Erməni xalqının xristian olmasına baxmayaraq, bu yaxınlıq konfensional yox, etnikdir.
Livanın paytaxtı Beyrut şəhərinin inzibati vahidlərindən biri olan Burc Hamod ermənilərinin Livanda ən çox yaşadığı yer hesab olunur. Livan vətəndaş müharibəsi zamanı, müharibədə aktiv iştirak etmiş Daşnaksütun partiyası və digər erməni terrorçuları, Burc Hamoddan qərargah kimi istifadə etmişdilər. 2011-ci ilə olan məlumata əsasən səmtdə 150.000 insan yaşayır. Burc Hamodda ermənilərə məxsus bir neçə orta məktəb və kilsələr fəaliyyət göstərir. 1927-ci ildən nəşr olunan gündəlik Aztaq qəzeti, Livanda erməni dilində nəşr olunan ən önəmli qəzetdir. Bir neçə il bundan əvvəl “Vanın Səsi” adlı erməni radiosu fəaliyyətə başlamışdır. Burada ermənilər yəhudilər əleyhinə hazırlaşdırılır və ərəb-yəhudi müharibəsində İsrailə qarşı düşmən mövqe tuturlar. ASALA, ESƏD və Yeni erməni müqaviməti kimi birliklərin döyüşçüləri Livanda aparılan döyüşlərdə iştirak etmişlər.
Zaur Əliyev AMEA-nın əməkdaşı, Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri, Siyasi fəlsəfə doktoru