ƏCƏM TÜRKÜ


xaqaniƏ.Xəqani
Bir Əcəm türküyəm, dəricə deyən,
Yalvac tanıyanam, Tanrı istəyən.

Çoxdan öyrənmişəm büt qırmağı mən.
Qaçmışam atəşə baş əyənlərdən.
O büt gorünsə də müqəddəs pəri,
Sındırmaq lazımdır elə bütləri.

Bir möhnət odudur cana simü-zər,
Düz olar, qızıla deyilsə “azər”.

Zərdüştün adının əvvəlidir zər,
Zərə səcdə edir atəşpərəstlər.

Zər nədir? Sönmüş bir atəşdir, ancaq,
Ona demək olar: bir ölü torpaq.

Pars odu püskürür dodaqlarımdan,
Edib hind xəncəri qəlbimi şan-şan.

Dünyanın beşiyi olmuş bu torpaq,
Torpaqdan doğulmuş mənalar ancaq.

Uca Qaf dağını məskən etmişkən,
Bu alçaq yerlərə necə endin sən?

Sirlər yuvasından uçan bir quşam,
Səslə, qəfəsinə gəlib qonmuşam.

Bir tavus yarandım haqqın bağında,
Simurğam mən dinin o Qaf dağında.

Mənalar kişisi o qoca anam,
İkinci Rabiə kimiydi tamam.

Nəsturi qızıydı, nəsli, möbədi,
O, sonra İslama “dinimdir” dedi.

Myastu yolunda əyləşərdi şad,
Siyruni dilini bilirdi azad.