BUDDA — GÖYDƏ ALLAH YARATMIŞ AZƏRİ BƏGİDİR — 2 YAZI


gilarbegQədim Misir mənbələrində, Bəqa səviyyəsinə yüksəlmə və Allahla vəhdət – Abidos şəhərində baş vermiş “Allahla söhbət” adlanırdı. Qədim Misirin “Ölülər kitabın”da (22) deyilir ki, Allah qurbankəsmə mərasimi keçirərək, öz qurbanlarını Abidosda yerləşdirir və taxtı üçün sular yaradır. “Torpaq əmələ gəldikdə” isə, O artıq Abidosda peyğəmbər olmuşdur. Qədim Misir mənbələrində Abidos rəmzi Abtu [BT] kimi də yazılır və Beyt [BT], yəni Ev mənasını daşıyır. Belə çıxır ki, teurqlar, qurbankəsmə vasitəsi ilə Abidosda Ev yaratmışlar. Abidos [BD-S] rəmzi və Abtu [BT] rəmzi sufizmdə Budda [BDD] rəmzi ilə eyni mənalıdır. Deməli, Buddanın obrazı – insan formasında olan Allahların göydəki Evinin obrazıdır.
Kanişka sikkələrində Buddanın şəkli ilə bərabər “Baqo Boddo” sözləri də yazılır ki, bu da Bəqa səviyyəsinə çatmış Budda deməkdir (23). Deməli, Budda — türk bəgləri ilə bağlıdır və həqiqəti bilmək üçün qədim mənbələri diqqətlə araşdırmaq lazımdır.
Mənbələrə görə Budda – Şakyamuni (Sakyamuni) nəslindəndir. Qədim mənbələrdə bu rəmzi Şukamun kimi də məlumdur ki, Şukamun — Yerin Allahı və kass/kassit şah nəslinin himayədarı hesab olunur. Sufizmdə sak [SK] və kass [KSS] rəmzləri eyni mənalıdır və bu da o deməkdir ki, saklar elə kass/kassitlərdir. Mətnlərdə Şukamun Allahı Babilin Nerqal Allahı ilə eyniləşdirilir və Marduk Allahının təcəssümü sayılır. Şumer-akkadlarda yeraltı dünyanın Allahı olan Nerqal, qədim mənbələrdə İrkalla kimi də yazılırdı. Marduk adı bizə deyir ki, yeraltı İrkalla şahlığı, Mardukun tikdiyi “Göy və Yerin təməl Evi” olan Esagillə bağlıdır.
Mənbələrə görə, Marduk Allahı — Tiamata, yəni Göy okeanı mənasında olan ilkin materiyaya qalib gələndən sonra, onun bir hissəsini Allahlar vilayətindən ayırır. Bu okean, ondan su axmasın deyə, siyirtmə ilə bağlanmışdır. Dərya sularında Marduk, Etemenanki adlı “Göy və Yerin təməl Evi”ni cəhənnəmin sinəsində elə tikir ki, onun başı Göylərə çatır. Belə çıxır ki,  Budda obrazı, Abidos göylərində yaradılmış “Göy və Yerin təməl Evi” olan Beyt rəmzidir.
Sakyamuni rəmzi mənbələrdən bizə, Səlcuq türk əmirlərindən birinin nəvəsi olan Sukman və ya Sökmən kimi də tanışdır. Tarixçi Vardanın yazdığına görə, Sökmən (Sukman) [SK-MN], yəni saxu-Amon [SX-MN] — «Xelat və digər çoxlu şəhərləri aldı… on iki şəhərə yiyələnəndən sonra özünü Şahi-Ərman adlandırdı ki, bu da onların dilində erməni şahı deməkdir…» (24). Tanınmış Azərbaycan tarixçisi Ziya Bünyadov isə bildirir ki, Xilatın, Ərzincanın sahibi şah-Ərmən II Nəsir əd-din Məhəmməd Sökmən, atabəg Cahan Pəhləvanın qızı ilə evləndi və onun ölümündən sonra Xilat, Azərbaycan atabəglər ailəsinin malikanəsinə çevrildi (25). Bu isə o deməkdir ki, Budda — Azərbaycan atabəglərinin nəslindəndir.
Kitab və məqalələrimdə mən göstərmişəm ki, qədim dünyanın bütün sirləri bir məkanla və bu məkanda yaşayan nəsillə bağlıdır. Bu yer mənbələrdə Hel, Gel, Gileya, Gilar, Qalliya, Qalaad, Xilat, Xaldeya və s. adlanır. Burada yaşayanlar isə bizlərə gellər, qallar, xaldeylər, qulyardlar və s. kimi tanışdır. Qədim mənbələrdə bu insanlar Allahların törəmələri, yarım Allahlar, mələklər, əjdahadan (ilandan) doğulmuşlar və müqəddəslər hesab edilirdilər. Bütün şahlar, çarlar, imperatorlar, sultanlar bu nəslin nümayəndəsidir. Mənbələrdə Allah onları öz xalqı adlandırır və özü idarə edir. Onların torpaqlarını isə Allah — “Mənim torpağım” adlandırır. Deməli, Budda adlandırılan Sakyamuni/Sökmən də Xelatdan olmuşdur və Azərbaycan atabəgidir, yəni bütün bəglərin (kamilləşmişlərin) atasıdır. Bu türk şahının “on iki şəhərə yiyələndikdən” sonra özünü Şahi-Ərmən adlandırması da o deməkdir ki, Sökmən — on iki hissədən ibarət olan göy bədənində oyanandan sonra Ərmən şahına, yəni Ra-Amon  Allahına çevrilmişdir. Çünki Ərmən [RMN] rəmzi sufizmdə, qədim Misirin günəş Allahı mənasında olan Ra-Amon (İslamda Rəhman) [R-MN] rəmzi ilə eyni mənalıdır. Belə çıxır ki, firon (pir) Amon məhz Xelatda Ra-Amon Allahına çevrilmiş və göydə ölümsüzlük qazanmışdır.
Bütün bunlardan çıxan nəticə odur ki, mənbələrdə Ermənistan deyəndə, kosmik insan olan Adəmin (Rac) bədənində yerləşən, Ra-Amon Allahının göydəki şahlığı nəzərdə tutulmalıdır. II əsrin 60-cı və 115-117-ci illərinin Roma sikkələrində Erməni dövləti alleqorik olaraq Roma imperatorunun ayaqları altında oturmuş qadın simasında göstərilir (26). M. Xorenatsi “Ermənistan tarixi” kitabında, Murasenin əjdaha nəslindən danışarkən, Aranın bədənini ölkə kimi göstərir və qeyd edir ki, Aran nəsli elə Sisaka, yəni Sak/Saxu nəslidir (27). Deməli, Aran obrazı, kosmik Adəmin və Buddanın obrazları ilə eynidir.
Aran [RN] rəmzi qədim Misir mənbələrində, Osiris (Asar) Allahının ruhu mənasında olan Orion [RN] ulduzu kimi qeyd olunur. Orion ulduzunun şəxsləndirilmiş variantı isə, Yuxarı Misirin tacında göstərilən ulduz şahı Saxudur. Hind mifologiyasında bənzər rəmz olan Aruna rəmzi sübhün Allahının rəmzidir. Homer və Sofoklın yazılarında Orion/Aran rəmzi Uran kimi qeyd olunur və Efirlə eyniləşdirilir. Efir isə Yunan mifologiyasında Allahların yaşadığı məkan sayılır. Bu isə o deməkdir ki, Aran/Orion — Efirdə yaradılmış qədim Misirin Atum Allahıdır (Adəm).
Mənbələrdə Aran rəmzi şahlar nəsli olan Aranşaha aid edilir və məlumdur ki, Sisaka nəsli, sülalə adı olaraq Aranşah, yəni Aran/İran şahı adını daşıyırdılar (28). “Aran-şah” titulu, bu nəslin, Alban şahı Aranın — Sünik şahzadələrinin sülaləsinə aid olmasını bildirir. Lakin Aran rəmzi mənbələrdə, digər adı Arran (Xarran) olan Albaniya kimi də yazılır və bu ölkə Sisaka nəslindən kiməsə əbədi verilmişdir (29). Sisaka, yəni sak nəsli deyəndə isə Böyük və məşhur Gel – Gelarküni nəsli nəzərə tutulur. Deməli, Hind şahlarının Sak nəsli elə Sisaka nəslidir və Budda da – Bəqa səviyyəsinə yüksəlmiş Gilar bəgidir.
Ərmən [RMN] rəmzi mənbələrdə “Dünya” mənasında olan Raman [RMN] kimi də yazılır ki, arilər (ər/ərənlər) məhz bu “Dünya”nın hesabına qüdrətli hesab olunurlar (30). Hind mənbələrində Raman rəmzi Ramayana kimi qeyd olunur və bu eposda ölkənin fəth edilməsindən danışılır. Bu ölkə, kainatın ruhunun dincəldiyi kainat ilanı ilə bağlıdır (31). Mifologiyada, qəhrəman ilanı öldürür və göy əhalisinin möcüzəvi silahını əldə edir. Bu isə onu göstərir ki, Ramayana eposunda, Ermənistan tarixindəki kimi, Ra-Amon (Budda) Allahının göydə yaratdığı ölkədən danışılır.
Xüsusi olaraq qeyd etmək istərdim ki, indi özlərini erməni adlandıran insanların, Ermənistana və Qafqaza qətiyyən aidiyyəti yoxdur. Tarixçi M. Xorenatsiyə görə, bütün müqəddəs yazılar seçilmişlər nəslinə aiddir. Adi insanlar nifrətə layiq olduqları üçün yazılarda qeyd olunmağa layiq deyillər (32). “Mahabharata” əsərində adi insanlar «ev heyvanı» siyahısında öküz və keçidən sonra, qoyun, at, qatır, uzunqulaqdan isə əvvəl qeyd olunan yeddiliyə daxildirlər (33). Bu isə o deməkdir ki, adi insanların Ermənistan tarixinə heç bir aidiyyəti ola bilməz. 18-əsrə qədər Qafqazda “erməni” adında millət olmamışdır. Onları bura son əsrlərdə Rus imperiyası köçürmüşdür. Qədim mənbələrdə “erməni” rəmzi “Böyük səhra qardaşlığı” mənasında, göy şahlığında ömrünü davam etdirəm ruhlara aid edilir.
Qədim Ermənistanda dörd sərhəd ərazisinin başçılarının titulları “bdeaşx” və ya “bdeşx” adlanırdı. Bu rəmz “bde/bodi/budda” və “şx/şax” rəmzlərindən ibarətdir. Sufizmdə “bodi” rəmzi — tam kamilliyə çatmış, dərk olunmayan şeyləri dərk edən, ekstaz vəziyyətində «görən» deməkdir. Bu rəmzin Beyt rəmzi ilə də eyniliyini nəzərə alsaq, razılaşarıq ki, “bdeaşx” rəmzini – “ekstatik durumda göydə Beyt yaradan şah (sak)” və ya “nurlanmışların şahı” kimi tərcümə etmək düzgün olar. Mənbələrdə deyilir ki, Ermənistanın qərb əyalətinin bdeaşxı – Angelea ləqəbi verilmiş Tork təyin olundu (34). Tork rəmzi, yazdığımız kimi teurq, yəni Allah yaratma zamanı teurqiya ritualı keçirən deməkdir. Angelea rəmzi isə onu göstərir ki, teurqiya mərasimi keçirən şahlar nəsli eyni zamanda Gel elindən ilan mələklər nəslidir.
Mən “Batini-Quran” kitabında göstərmişəm ki, bütün Ermənistan tarixi, Ra-Amon Allahının (Şahi-Ərmənin), göylərində ruhlar dünyası yaratdığı Sünik şəhərindən başlanır. Burada ilkin materiyadan, Hind mənbələrində “sahə” adlandırılan “səhra” tikilmişdir (35). Qədim mənbələrdə bu ilkin materiya əsasən KS/KZ/KŞ, QS/QZ/QŞ və s. bənzər rəmzlərlə qeyd olunur.
Sufizmdə sak/şak [SK/ŞK] və kass/kaşşu/kiş [KSS/KŞŞ/KŞ] rəmzləri eyni mənalıdır. Kass rəmzi mənbələrdə Quzz kimi də qeyd olunur və Oğuz mənasını verir. Məlumdur ki, Oğuz xaqan, yəhudilərin Musa peyğəmbəri kimi göydən İlahi od gətirmiş və ondan ruhlar dünyası yaratmışdır. Qədim Misirdə bənzər rəmz olan “KZ” rəmzi – “həyat enerjisi”, yəni ilkin materiya mənasını verirdi (36). Digər oxşar rəmz olan Xaos rəmzi də Yunan mifologiyasında ilkin materiyanı bildirirdi. Belə çıxır ki, insanın saxu [SX] (sak/şak) ruhu, Xaos [XS] (kass/kaşşu) ilkin materiyasından insan bədəninə düşmüş hissəcikdir.
Hind fəlsəfəsində kaşi/akaşa rəmzləri Sankhi sistemində (Prakritini) fəzanın rəmzidir və bu termin əsasən “efir”, yəni ilkin materiya kimi tərcümə olunur (37). Kaş rəmzi Kşatra nəsli ilə bağlıdır ki, induizmdə Kşatriya “qüdrətləndirilmiş” deməkdir. Deməli, Kşatra nəslinin bu qüdrətlənməsi, Kaş/Kas/Oğuz/Xaos ilkin materiyası ilə bağlılığı hesabına baş vermişdir. Q. Bonqard-Levin yazır ki, “Kşatra – təkcə titul deyil, “sahənin sahibidir”. Rəvayətlərdə xüsusən qeyd olunur ki, Budda ancaq şah nəslində, yəni “iki dəfə doğumlular” nəsli olan kşatra ali təbəqəli nəsildə doğula bilər (38). “Maxabodxivamse” salnaməsində kşatra şahlarının nəsli Morilər/Muaryelər nəsli adlandırılır ki, biz bu nəsli Azərbaycan ərazisində mövcud olmuş ilandan (əjdahadan) doğulmuş marlar (amoreylər), yəni midiyalılar kimi tanıyırıq. Mənbələrə əsasən, “ilandan doğulmuşlar” – Heraklın, yarıilan, yarıqadın Yexidna ilə cütləşməsindən yaranmışlar ki, mənbələrdə bunlar saklar (skif/şak) nəsli adlandırılır.
İlan rəmzi qədim fəlsəfədə ilkin materiyanın rəmzi sayılır. Hind mifologiyasında bir və ya bir neçə başlı yarıilan, yarıallahlar — naqalar adlandırılır. Naqa rəmzi Kitabi-Dədə Qorqudda türk bəglərinə aid edilərək – “inaq bəgləri” kimi qeyd olunur. Erməni mənbələrində, bənzər rəmz “inoq” rəmzidir və “Böyük səhra qardaşlığı”nın, yəni göydəki şahlığın üzvlərinin rütbəsi mənasındadır. İnduizm bu ölümsüz müdrikləri və maqları – “müdriklik ilanı” kimi qeyd edir və onlar yeraltı dünyanın əhalisi hesab olunurlar. Deməli, kşatra nəsli — öləndən sonra ikinci həyat qazanan, ilkin materiyadan yaradılmış İlahi nəsildir.
Qədim iranlıların dinlərində Xşatra (kşatra) – yüksək göyün sahibi hesab olunur. Tarixçi Dyakonova görə, Kaştariti, yəni Kşatriti — Kar-Kaşşi yaşayış məskəninin hökmdarıdır və bu qala Midiyadakı babillərin Silxazi qalası sayılır (39). Silxazi rəmzi sufizmdə Esagil rəmzi ilə eynidir ki, bu rəmz altında da Babildə tikilmiş Eridu məbədi nəzərdə tutulur. Bu o deməkdir ki, kşatralar – İran mənbələrində eyni zamanda Asuristan, yəni Asur ölkəsi adlandırılan Babil qülləsi ilə  bağlıdırlar (40). Asurlar hind mifologiyasında müsbət keyfiyyətlərə malik, nursaçan, yarıallah varlıqlar sayılırlar. Əgər nəzərə alsaq ki, Asur elə qədim Misirin Böyük Allahı olan Asar, yəni Osiris Allahıdır, razılaşarıq ki, bu Allahlar Babil qülləsi ilə bağlıdır (41).
David Rohla görə, Babilin müqəddəs məhəlləsində Marduk Allahına həsr olunmuş Eridu məbədi var idi. Bu məbədin digər adı Esagil məbədgahı idi ki, mənbələrdə o eyni zamanda “Yerin və Göyün Evi” mənasında Etemenanki zikkuratı adlanırdı. Onu Mesopotamiya Allahı olan Marduk tikmişdi və D. Rohl bu Allahı Asar Allahı ilə eyniləşdirir (42). Deməli, Asar elə Marduk Allahıdır ki, Babildə “Yer və Göyün təməl Evi”ni tikmişdir. Əgər nəzərə alsaq ki, Babil sözü – “Allahın qapısı” mənasını verir, razılaşarıq ki, Babil qülləsi elə göydəki ruhlar dünyasının, yəni Asuristan — Asur/Asar şahlığının qapısıdır.
Asar adı mənbələrdə “qüdrətli” mənasını verərək, şah taxtı və hər şeyi görən göz ieroqlifi ilə qeyd olunurdu. D. Rohla görə, Misir rəmzinin özü – “Asardan (yaranmış) doğulmuş” mənasını verir. O xüsusi qeyd edir ki, Xuş (Kuş) və Misraim (Masri) tayfaları Nil vadilərini fəth etmək üçün Mesopotamiyanın Eridu şəhərindən yola çıxmışlar. D. Rohl bu Misir fatehlərini “Qor yoluyla gedənlər” adlandırır və bildirir ki, onlar öz əslini Mesopotamiyanın Böyük qəhrəmanlarından götürür. O nəzərə çatdırır ki, Eridu şəhərində yaşayan şumerlilər, ölümlü Enmer-Kar şahını – Enki oğlu Asar İlahi statusu ilə adlandırdılar (43). Bu isə o deməkdir ki, Asar adı – ölümlü Enmer-Kar şaha verilən addır. Enmer-Kar [NMR-K] isə Ra-Amon [R-MN] Allahının ruhudur ki, Qor/Kor [QR/KR] qızılquşuna çevrilmiş və bu metamorfoza Mesopotamiyanın Midiya ərazisində baş vermişdir.
Asar/Asur rəmzləri mənbələrdə Aşşur [ŞŞR] kimi də yazılır və bu rəmz hind mənbələrində Şri [ŞR] kimi Krişna Allahına aid edilir. Krişna rəmzi Xristos rəmzi kimi – Xoris/Koriş, yəni Xor/Qor/Kor rəmzindən yaranmışdır. Qədim Misir yazılarında Xor/Qor Allahı Asar/Osiris Allahının oğlu hesab edilirdi. Deməli, Şri Krişna rəmzi – Asar-Qor (Osiris-Qor) deməkdir.
Xor/Qor rəmzi Əflatun fəlsəfəsində Xora kimi, induizmdə isə Kuru kimi qeyd edilir və ilkin materiyanı bildirir. Bxaqavad-Qita kitabının ilk cümlələrindən aydın olur ki, döyüş — Dxarmo sahəsində, Dxarmakşetrada, Kuru sahələrində baş verir ki, burada Allahlar qurban mərasimi keçirirlər. Burada söhbət firon Amonun qurban kəsmə vasitəsi ilə, ilkin materiya sahələrində “dünya” yaratmasından gedir. Firon Amon meditasiya vasitəsi ilə Bəqa səviyyəsinə qalxaraq, ilk dəfə ilkin materiyanı dərk edir. Mətnlərdə “sahəni dərk etmiş” (kşatrecna) dedikdə də firon Amonun bu “aydınlaşması” (bəqa səviyyəsi) nəzərdə tutulur (44). Hind mənbələrində xüsusi qeyd olunur ki, “sahəni dərk etmiş” — dünyanı və Allahları yaradır. Bu “sahəni dərk edənlər” yalnız kşatra kastasından ola bilər və inama görə axırıncı Budda da bu ali nəsildən olacaqdır.