GÖTÜRMÜŞƏM


1_nSənəm Səbayel Şairə

Bizim də dağlara qar yağıb dostum,
Mən də qar altında iz itirmişəm.
Baxışdan söz salma qurbanın olum,
Mən də od baxışdan köz götürmüşəm.

Mınim dı can evim dağım-dağımdı,
Qüssə həmdəmimdi,qəm oylağımdı,
Onda yar dediyim indi yağımdı,
Bir səhvin cəzasın yüz götürmüşəm.

Səbayeləm dolu bulud kimiyəm,
Məqam gözləyirəm yağam kiriyəm,
Əhli-həla möhtac tənha biriyəm,
Hərcayı dillərdən söz götürmüşəm…