NÜSRƏT KƏSƏMƏNLİ


gokyuzu_bulut_gunes_2Getmək istəyirsən bəhanəsiz get,
Oyatma mürgülü xatirələri,…!!
Səsin həmən səsdir,baxışın ögey,
Gedirsən səsində yad olsun barı!!

 

 

Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır,
Saxta məhəbbətin saxta sənət tək,
nəvaxtsa hüsnünlə puç olacaqdır,…??

Demirəm sən uca bir dağsan əyil,
Demirəm əlacım qalıbdır sənə,…!!
Nə səndə məhəbbət qarapul deyil
Nə mən dilənçiyəm əl açım sənə!!

Yollar tək döşənim ayaqlarına,…??
Sənə yalvarımmı.?-bu mümkün deyil,…!!
Qoymaram qəlbim tək vüqarım sına,
Alçalıb yaşamaq ömür gün deyil,…!!

Getmək istəyirsən nə danış,nə din,
Yox ol uzaqlar tək dumanda çəndə,
Nəyimi sevmişdin deyə bilmədin,…?!
İndisə yüz eyib görürsən məndə,…!!