DÜNYAYA İKİ DƏFƏ HÖKÜM EDƏN TÜRKLƏR


71_nHədisi Şərifdə – “Türklər dünyaya iki dəfə hökm edəcəklər” dedikdə nəzərdə Azərbaycan türk bəgləri tutulmalıdır. Çünki mənbələrdə Allahın dediyi – “Mənim Şərqdə türk adlanan ordum var: Mənim hansı xalqa qəzəbim tutursa, bu ordunu onların üzərinə göndərirəm” deyimi məhz Şərqdəki türklərə aiddir. Şərq dedikdə isə mənbələrdə Qafqaz Albaniyası nəzərdə tutulur ki, bu da Azərbaycanla və qədim Azərbaycandakı türk-teurqların teurqiya vasitəsi ilə göydə yaratdığı dünyaya aiddir (http://gilarbek.blogspot.com/2013/11/allahn-srqdki-turk-ordusu.html). Tərikə yolunu gedən Azəri türk bəglərinin qədim ölkəsi mətnlərdə Assur ölkəsi adlandırılır ki, Assur əhalisi də mənbələrdə “Ümman-Manda”, yəni dəniz xalqı adlandırılır (http://gilarbek.blogspot.com/2013/11/allahn-srqdki-turk-ordusu.html). Bunları biz – ölümsüz Asar/Azər, yəni Osiris Allahları kimi tanıyırıq. Bu türklər, Allahın ilk yaratdığı Asar/Osiris Allahlarıdır ki, adi insanları onlar öz əlləri ilə yaratmışlar (http://gilarbek.blogspot.com/2013/12/allah-turklri-nlar-is-insan-yaratdlar.html). Qədim yazılara görə, axirətə qədər də dünyanı bu Allahlar nəsli idarə edəcəkdir. Azərdən sonra yaradılmış qardaşı Set öz 72 dostu ilə (digər 72 xalq) paxıllıq edib, onu öldürür. Lakin axirətdə Asar/Osiris Allahının oğlu Qor, atasını dirildir və o yenidən dünyanı idarə etməyə başlayır. Bu o deməkdir ki, hədisdə türkərin dünyanı iki dəfə hökm etməsi, “dünya”nın yaradılması və axirətlə bağlıdır. Bunun birinci dəfəsi artıq baş vermişdir və indi növbə axirətdə Azəri türklərinin yenidən dünyaya hökm etməsinə çatmışdır. İnşaallah Allah Lövhi-Məhfuzda yazdığını həyata keçirərək, bu əmrini doğruldar. Allah – verdiyi sözə əməl edən Allahdır.