QAZAXLI RÜSTƏM


31_nUşaqlıqla vidalaşdım,
Gəncliyimdən uzaqlaşdım.
Mən hər yerdən soraqlaşdım
Keçən günlər gəlməyəcək.

Gəzdim ətirli bağlarda,
Bülbül ötdü budaqlarda.
Pıçıldadı yarpaqlar da
Keçən günlər gəlməyəcək.

İnanmadım hər deyənə
Ümidim qalmışdı yenə.
Bir səs gəldi dönə – dönə
Keçən günlər gəlməyəcək.

Bu dünya ağlı – qaralı,
Üzü açıq, gözü bağlı.
Arxayın ol ay Qazaxlı
Keçən günlər gəlməyəcək.