TELERADİO İSTEHSALAT BİRLİYİNDƏ NƏLƏR BAŞ VERİR?


DSC03342Teymur Kəsəmənli

Məmmədzadə Teymur Məmməd oğlu 4 saylı secki məntəqəsinin üzvü olduğu üçün 12 avqust 2013-cü il tarixində Secki Məcəlləsinə uyğun olaraq 9 oktyabr 2013-cü il prezident seckiləri ilə əlaqədar əmək haqqı saxlanmaq şərti ilə müvəqqəti olaraq işdən azad olunması barədə Teleradio İstehsalat Birliyinin Bakı Radio-Televiziya Yayım (BRTY) filialının rəisi Namiq Şirinova məktub təqdim edib.

Bir necə gündən sonra Birliyin baş direktoru Əflatun Şərifov məktubu alaraq, 23 saylı Səbael – Nəsimi secki dairəsinə qaytarmış, Azərbaycan Respublikasının Konstitusiyaya, qanunlarımıza qarşı cıxımaqla seckiləri baykot etməyə cəhd göstərmişdir. Bundan sonra seckinin baykot olunması da, TİB-də baş verən korrupsiya, rüşvətxorluq halları, külli miqdarda yeyinti, qohumbazlıq, belə hallara qarşı çıxanların şantaj edilməsi qəzetmizdə işıqlandırıldı. Ə.Şərifovun seçkiləri baykot etməsini 24.08.2013-cü il tarixdə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun ünvanına göndərdik. Amma Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1 maddəsinə uyğun olaraq, prezident seçkisinin keçirilməsi barədə 9 oktyabr 2013-cü il tarixli qərara qarşı çıxan baş direktor Ə.Şərifov barəsində görüləcək tədbirlər haqqında indiyə qədər də məlumat verilməyib, məktub cavabsız qalıb.

Qeyri-etik cavab, yaxud “Xoruzun quyruğu görünür”

3663Qeyd edək ki, Ə.Şərifov Nazirlər Kabinetində yüksək səlahiyyətlərə sahib olan əmisi Abid Şərifov tərəfindən TİB-nə baş direktor təyin edilib. O, əmisinin səlahiyyətlərindən istifadə edərək, dövlətə qarşı cıxmaqdan belə çəkinmir, korrupsiyaya, rüşvətxorluğa qurşanır, tabeliyində işləyən qohumlarını yüksək əmək haqqı ilə təmin edir, vəzifəyə gətirir. Amma nazir Ə. Abbasov A. Şərifovun səlahiyyətindən ehtiyatlanaraq, Ə.Şərifovun qanunsuz əməllərinə göz yummaqda davam edir. Teymur Məmmədzadəyə isə dərcəsinin artırılmasından ötrü Attestasiya komissiyasına müraciət etməsi tövsiyə olunur. Təəssüf edirik ki, Birliyin baş direktoru Ə.Şərifovun dövlətə qarşı cıxmasını və qohumlarının attestasiya edilərək, onların verilən dərəcələrə layiq olub olmadıqlarını yoxlamaq üçün nazir Ə. Abbasova müraciətimiz də nəticəsiz qalıb. Görünür, nazir bununla A. Şərifova görə onun qardaşı oğlunun dövlətin qanunlarından üstün olduğunu nümayiş etdirmək istəyir. Necə ola bilər ki, Ə.Şərifov vəzifəsindən istifadə edərək, dövlət müəssisəsini öz şəxsi mülkiyyəti kimi idarə edir, qohumlarının bütün istəklərini yerinə yetirir, amma mümkün olduğu halda T. Məmmədzadənin haqlı şikayətinə baxılmır, hüquqları bərpa olunmur? Maraqlıdır ki, nazirə ünvanlanan məktuba cavab verilməməsi barədə nazirliyin məsul işçisi Qulam Abdullayevə müraciətimiz zamanı dövlət qulluqçusuna yaraşan cavab almadıq. Belə ki, Q. Abdullayev etik qaydalardan kənara çıxaraq məktuba hec vaxt cavab verilməyəcəyini bildirib telefonun dəstəyini qoydu.
Nazirliyin məsul işçisinin sorğumuza kobud münasibətindən sonra araşdırmalarımızı davam etdirməyə məcbur olduq. Nəticədə məlum oldu ki, Q.Abdullayev vaxtilə Ə.Şərifovun rəhbərliyi altında Bakı Teleqüllə Yayım Filialında calışıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində vəzifəyə təyin edildiyi vaxtdan bir müddət sonra öz qardaşını Ə.Şərifovun vastəsilə TİB-də işə qəbul etdirib. Belə məlum olur ki, nazirə ünvanlanmış məktubun cavabsız qalmasının və beləliklə, Ə.Şərifovun dövlətə qarşı cıxmasının dəstəkləməsinin səbəbi də məhz bu imiş. Amma bütün bunlara baxmayaraq nazir Ə. Abbasov Abdullayev Qulam Nadir oğlunu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edir. Baxın, bu da vətəndaşların müraciətinə etikadan kənar münasibət bildirən Qulam müəllimin dövlət qulluğunda başqalarından fərqli fəaliyyətinin qiyməti.
İndi isə yüksək instansiyalara edilən müraciətlərdən sonra verilən vədlərə keçək. Məlum olduğu kimi, televiziya kanallarında, mətbuatda dərc edilən cıxışlarda qanunların aliliyindən, rüşvətxorluğa, korrupsiyaya, məmur ordusunun dövlət əmlakının mənimsəməsinə qarşı mübarizədən, qəti tədbirlərin görüləcəyindən çox danışılır. Bu vədlər aylardır ki, müraciəti cavabsız qalan Teymur Məmmədzadədə inam yaratmışdı. Amma necə deyərlər, sən saydığını say…

Şikayətçiyə qarşı terror hədəsi

террорQeyd edək ki, “Vətəndaş həmrəyliyi” qəzetinin redaksiyası məktubla 04 oktyabr 2013-cü il (№ 26/14) tarixli sayında və “Teleqüllədə özbaşınalıq”, “Ə.Şərifovla bağlı Baş Prokurorluğa müraciət olunacaq”, “Teleradio İstehsalat Birliyində qiyam ab-havası” başlıqlı məqalələrdə göstərilən faktların araşdırılması və görülən tədbirlər haqqında redaksiyamıza məlumat verilməsi barədə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova müraciət etdmişdi. Bildiyiniz kimi, vətəndaşların hüquqlarının qorunması, dövlətin təhlükəsizlyinin təmin edilməsi, hüquq pozuntularının, dövlətə qarşı cinayətlərin qarşısının alınması birbaşa Azərbaycan Respublikası Baş Prokuroluğunun səlahiyyətindədir. Təəssüflər olsun ki, məqalələrdə göstərilən cinayət xarakterli faktların araşdırılıb tədbir görülməsi barədə məlumat hələ də nəticəsiz qalmaqdadır. Hətta “Teleqüllədə özbaşınalıq” başlıqlı məqaləyə görə Teymur Məmmədzadənin mobil telefonuna (012) 498-72-98 nömrəsi ilə Təsərüfat və texniki təhcizat şöbəsinin rəisi M.Qarayev tərəfindən zəng edilərək, ona hədə-qorxu gəlinib. Buna görə vətəndaşın təhlükəsizliyinin təmin olunması ilə bağlı Baş Prokurorluğa rəsmi müraciət olunub. Amma indiyə qədər ortada heç bir nəticə yoxdur. Şöbə rəisi M. Qarayev isə sərbəst iş başındadır.

“Burda mənəm, Bağdadda kor xəlifə”

1335954917_femida-2Teleradio İstehsalat Birliyini qohumbazlar birliyinə cevirən Ə.Şərifovun külli miqdarda dövlət vəsaitini mənimsəməsi barədə qəzetin 31 oktyabr 2013-cü il tarixli sayında Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə məktubla müraciət edilsə də, obyektivlik naminə heç bir cavab ala bilməmişik. Acnacaqlı hal isə odur ki, məqalədə rəsmi faktların görsədilməsinə baxmayaraq, nə araşdırmaların, nə də cinayətkara qarşı mübarizənin aparılması hiss edilmir. Əksinə, adı çəkilən dövlət orqanlarına ünvanlanan məktub karusel üsulu ilə TİB-nin baş direktoru Əflatun Şərifova göndərilərək cavab verilməsi tövsiyə edilir.
Ə. Şərifov “Vətəndaş həmrəyli” qəzeti redaksiyasına ünvanladığı məktubda bildirir: “Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərmiş olduğunuz məktuba əsasən bildirirəm ki, birliyin və mənim haqqımda göstərilən məlumatlar yalandır. Əgər bir də mənim və birlik haqqında qərəzli məqalələr dərc edilərsə “Vətəndaş həmrəyliyi” qəzeti və Teymur Məmmədzadə məhkəməyə veriləcək”. Yəni necə deyərlər, əl əli yuyar, əl də qayıdıb üzü yuyar.
Bəli, əli hər yerdən üzülən T. Məmmədzadənin 15.02.2013, 09.08.2013, 19.08.2013 və 25.11.2013-cü il tarixlərində bir neçə dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti də nəticəsiz qalmışdır. Nəhayət sonda ümid bəslədiyi Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya 15.08.2013- cü il tarixində ünvanladığı məktub da bəhrəsiz qalır. Və bütün bunların nəticəsi olaraq, TİB-nin baş direktoru Ə.Şərifov vəzifəsində əyləşməklə mənimsəmələrini davam etdirir. Dövlət başçısı İlham Əliyev prezident seçkiləri ərəfəsində maaşların artırılması ilə bağlı sərancam imzalasa da, Birliyin baş direktoru həmin 10 faiz artımı əmək haqqına əlavə etmir. Əvəzində isə bəzi işçiləri ixtisara salıb qohum-əqrəbalarına yüksək maaş verir. Qeyd edək ki, TİB ölkənin əsas strateji obyektlərindən hesab edilməsinə baxmayaraq, Ə.Şərifov özbaşına buraxılmış, quraşdırılan yanğın mühafizə qurğuları yararlılıq müddətini başa vurmuş, yenisi ilə əvəz edilməmişdir.

Həmkarları təşkilatının sədri təşvişə düşdü

T.Məmmədzadənin bildirdiyinə görə, calışdığı müəssisədə teleqüllənin, vaxtilə quraşdırılmış yanğın mühafizə avadanlıqlarında istifadə edilən azot qaz balonuna bağlanmış tənzimləyici reduktorlar belə həmin qazın tələbinə uyğun deyil. Belə məlum olur ki, strateji əhəmiyyətli teleqüllənin avtomat yanğın söndürmə avadanlıqları qurğusu yarasız vəziyyətdədir. Və təhlükəli alovlanma baş verərsə qarşısını almaq olmayacaq. T. Məmmədzadə bir məqamı da xatırlatdı ki, Birliyin Həmkarlar Təşkilatının sədri Əliverdi Əliyev baş verən neqativ hallarla bağlı “Vətəndaş həmrəyliyi” qəzetində dərc olunan məqalələrdən təşvişə düşərək, onunla (T.Məmmədzadə ilə – red.) görüşmüş, haqlı və hətta müdafiə edilməli olduğunu bildirmişdir. Lakin T. Məmmədzadə məzuniyyətə çıxan zaman sənədlərə imza atılması məsələsində süründürməçilik baş verir. O, bunu Ə. Əliyevə bildirsə də, tədbir görülmür və nəticədə əslində müdafiəsiz olduğunu bir daha başa düşür.