“S U R Ə T P Ə R Ə S T Ə M ” (ƏHMƏD CAVAD)


8419_n

BİR ŞER QOŞMUŞAM DİLLƏRDƏ GƏZİR,
UÇUB OBA-OBA ELLƏRDƏ GƏZİR.
KÖNLÜM MƏCNUN KİMİ ÇÖLLƏRDƏ GƏZİR,
O MƏNİM ŞƏRQİMDİR, O MƏNİM BƏSTƏM,
MƏN ŞER AŞİQİ, MƏN SÖZPƏRƏSTƏM!

CANANIN BUXAĞI DÜMAĞ, AĞ OLA,
EŞQİ BULUDLARDA, KEFİ ÇAĞ OLA,
DƏRDİ NAZÜ-QƏMZƏ, CANI SAĞ OLA,
MƏN ÇOXDAN SƏRXOŞAM, MƏN ÇOXDAN MƏSTƏM,
GÖZƏLLİK VURĞUNU, GÖZƏLPƏRƏSTƏM!

BİR ŞƏKİL ÇƏKMİŞƏM, DÜNYADA TƏKDİR,
CANLANIB İLK DAĞI SİNƏMƏ ÇƏKDİ.
BURDAN GƏLİB KEÇƏN O QIZ MƏLƏKDİR,
MƏN SÖZ OVÇUSUYAM, ŞÖHRƏTPƏRƏSTƏM!
MƏN ÜZ DƏLİSİYƏM, SURƏTPƏRƏSTƏM!

MƏNİM GÖRDÜYÜMÜ, VAQİF GÖRMƏYİV,
MƏNİM HÖRDÜYÜMÜ, VAQİF HÖRMƏYİB,
MƏNİM DƏRDİYİMİ, VAQİF DƏRMƏYİB,
İNCİ ZƏRGƏRİYƏM, NAXIŞPƏRƏSTƏM!
MƏN GÖZ XƏSTƏSİYƏM, BAXIŞPƏRƏSTƏM!

KİM DEYİR “DÜZ GƏZİR”, “ƏYİLMƏZƏM MƏN”?
DOSTA DOST, YADA YAD “DEYİLMƏZƏM MƏN”!
DEMİRƏM, POLADAM, “YİYİLMƏZƏM MƏN”!
YARIN QABAĞINDA LALAM, ŞİKƏSTƏM,
MƏHƏBBƏT ƏSİRİ, SEVGİPƏRƏSTƏM!

SİNƏMDƏ YER TUTUB GÖZƏLLƏR BİR-BİR,
SİNƏMDƏ BAĞ SALIB GƏZƏRLƏR BİR-BİR
SİNƏMİ TAPDALAR, ƏZƏRLƏR BİR-BİR,
ÇİNARAM, PALIDAM, SƏRV KİMİ ŞƏSTƏM,
AŞİQƏM, MƏŞUQLA SEVDAPƏRƏSTƏM!

ÖMRÜMÜ ETMİŞƏM BU YOLDA FƏDA,
QOY GƏLSİN ONLARDAN CANIMA QADA!
NEYLƏYİM BİRİSİ ÇATMAYIR DADA,
ÖZÜMƏ YAĞIYAM, ÖZÜMƏ QƏSDƏM,
LEYLİSİZ MƏCNUNAM, LEYLİPƏRƏSTƏM!

ONUN DODAĞINDA GÜLÜŞ GÖRÜRƏM,
ONUN GÖZLƏRİNDƏ ÖPÜŞ GÖRÜRƏM,
ONUN YERİŞİNDƏ GÖRÜŞ GÖRÜRƏM,
ONLARIN ÖNÜNDƏ ACİZƏM, PƏSTƏM,
GÜLÜŞ, ÖPÜŞ, GÖRÜŞ, DURUŞPƏRƏSTƏM!

BİR GÖZƏL SEVMİŞƏM ALTI YAŞIMDAN,
ŞƏKLİ GETMƏYİB HƏLƏ BAŞIMDAN!
O, MƏNDƏN UTANDI, MƏN GÖZ YAŞIMDAN…
FARS DEMİŞ, ƏZƏLDƏN “NİSTƏM Kİ, NİSTƏM”!
MƏN ÜRKƏK, MƏN DƏLİ CEYRANPƏRƏSTƏM!

SEVGİ İŞIĞINDA GÖZÜM QAMAŞIR,
XƏYALIM TİTRƏYİR, FİKRİM DOLAŞIR.
TANRIM, O GÖZƏLƏ C A V A D YARAŞIR,
BU İLAHİ ZİYA, QÜDRƏTPƏRƏSTƏM!
GÖZƏL ÜZ, GÖZƏL GÖZ, SURƏTPƏRƏSTƏM!