NUSRƏT KƏSƏMƏNLI


gokyuzu_bulut_gunes_2Qayidıb gəlmişəm yanına yenə
Nə olar bu dəfə qəlbimə dəymə.
Deyəsən gülursən acizliyimə,
Neyləyim küsülu qala bilmirəm.

Sevənlər həmişə yesir düşübdür
Axı aramızda nə sirr düşübdür
Iradəm sevgimə əsir düşübdür
Neyləyim küsülü qala bilmirəm.

Zaman gözləməyir ömür gün axır,
Soyuqluğun məni yandırıb yaxır.
Gözüm gözlərinə yalvarıb baxır,
Neyləyim küsülü qala bilmirəm.

Ucub buludlara qona bilərəm
Bu dərdin əlindən sola bilərəm.
Ömürlük ac-susuz qala bilərəm
Neyləyim küsülü qala bilmirəm.