Qıraq Kəsəmənli Çoban Əfqanın Daş Salahlı Mirzə Səmədə yazdığı bağlama:


imagesBizdən salam olsun İmirzəcana,

Əvvəl çobanlığın binası kimdi

Söz verdi, söz aldı Turi-Sinada,

Cəmi çobanların anası kimdi?

 

 

Getdi Tur dağına söylədi kəlam
Haqdan nida gəldi verdilər salam
Elə kimsənənin mən qulu olam
Behişt evlərinin sonası kimdi?

Cəbrayıl vəhy gətdi, bağışla, Musa,
Dedi çox qovmuşam əlimdə hasa.
Çəkildi çarmıxa Həzrəti İsa,
Götdülər qeybidən xilası kimdi?

Harun da vermədi xumsu-zəkatı,
Gətdilər başına olmaz həkəti.
Yer çəkdi kamına bir məmləkəti,
Cəhənnəm oduna yanası kimdi?

Şair, pənah gəti o peyğəmbərə,
Döndər xiyalını məscid-minbərə.
Şahi-mərdan ağa-qulu Qəmbərə
Gör,Çoban Əfqanın ağası kimdi?