KƏSƏMƏN


1044573_1411548Şirin Namazov.
Məndən Kəsəməni soruşan alim,
Dəli Kürdü. coşqun seldi Kəsəmən.
Tarixdə görk olub öz qeyrətiylə,
Ad cıxarıb düz min ildi Kəsəmən,
Qazaxda ağır bir eldi Kəsəmən.

Yaxşı saxla yaddaşında bu adı.
“Min öylü Kəsəmən” başqa dünyadı.
Hər gədiyi bir alınmaz qaladı.
“Bəzz”,”Əlincə”,”Cənlibeldi” Kəsəmən.
Qazaxda ağır bir eldi Kəsəmən.

Türk dünyası yaxşı bilir bu yurdu,
Ər oğullar,qəhrəmanlar yurdudu.
Hər igidi bir basılmaz ordudu,
Savaş meydanında fildi Kəsəmən,
Qazaxda ağır bir eldi Kəsəmən.

Ora bir məkandır uludan ulu,
Hər daşı, kəsəyi tarixlə dolu.
Dostluq ilə düşmənçilik simvolu,
Qoç Kərəmdi, İsrafildi Kəsəmən,
Qazaxda ağır bir eldi Kəsəmən.

Mərdlik nişanıdı hər ev,hər döngə,
Kəsəmənli ilə çox vermə əngə.
Nə sözdə,nə zorda girişmə cəngə.
Deyən dildi,vuran əldi Kəsəmən,
Qazaxda ağır bir eldi Kəsəmən.