Qazax Cümə məscidi…


598– Bir vaxtlar Qazax şəhərində məscid çox olub, hər məhəllənin öz ibadət yeri olub. Lakin zamanəmizə yalnız biri gəlib çatıb.

Şəhərin mərkəzi hissəsində yerləşən Cümə məscidi 1899-ci ildə Kəsəmən kəndindən olan İsrafil ağa Kərbəlayevin təşəbbüsü ilə memar Müzəffər Hüseynovun layihəsi əsasında inşa edilib. Qırmızı bişmiş kərpicdən ucaldılan məscid 17,2 m x 17,2 m ölçülü kvadrat quruluşlu zaldan ibarətdir. Sivri tağlar ilə yaranan səkkizbucaqlı formanın üzərində daxili diametri 13,4 m olan günbəz inşa edilmişdir. Məscidin ümumi hündürlüyü 15 m, divarların qalınlığı isə 1,9 m-dir. Məscidin giriş hissəsini baştağ bəzəyir. Baş fasadın hər iki tərəfindən qoşa minarələr ucalır.
Sovet hakimiyyəti dövründə məscid öz fəaliyyətini dayandırılmışdır və yalnız 1990-cı ildən yenidən ibadət yeri kimi fəaliyyətə başlamışdır. Bu Allah evi özünün əzəməti, yaraşıqlı minarələri, həyətindəki köməkçi binaları ilə diqqəti cəlb edir