YURDUN ADINI UCALDANLAR


10502193_5447İsrafil Ağa Oruc oğlu Kərbəlayev 1866-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində varlı bəy ailəsində anadan olmuşdur. Yeniyetmə vaxtlarından qorxmaz, cəngavər bir bəy oğlu böyük hörmət qazanmışdır. Qıraq Kəsəmən kəndinin ağası olduqdan sonra isə gördüyü işlərlə nəinki öz kəndində, hətta bütün Qazax qəzası, Borçalı? Göyçə mahalarlı, Gəncə və İrəvan quberniyalarında böyük nüfuz qazanmışdır. İsrafil Ağa Qıraq Kəsəmən kəndinin sakinlərinin malına və canından həmişə muğayat olar, kənddə çoxlu xeyriyyəçilik və abadlıq işləri görərdi. Bu mənada o, kəndə ara sıra basqınlar edən erməni və gürcü oğuru dəstələrini əzib bura basqınlarının qarşısını almışdır. Onun xəbəri və icazəsi olmadan hətta bir çar məmuru belə kəndə gələ bilməzdi. Kovxası olduğu kəndin vergisini həmişə özü ödəyərdi. Əvizində isə kənd sakinlərindən mal-pul yox bir-biri ilə mehriban dolanmağı və oğurluq etməməyi tələb edərdi. Buna riayət etməyənləri isə cəzalandırardı. Onun gənc vaxtlarda gücünə güc qatan qardaşdığı Molla Zal oğlu İsgəndərin oğlu Kərəm igidliyi idi. Amma onların necə möhkəm dost olmalarına baxmayaraq sonra biriləri tərəfindən bir-birinə düşmən olmuşdurlar. Ancaq onlar düşmən olsalar da mərdanə düşmənçilik etdilər. Onların dostluğu da düşmənçiliyi də qeyrət və mərdlik baxımından sadə xalq üçün daim nümunə olmuşdur. İsrafil Ağa 1917-ci ildə Qaçaq Kərəmin yaxın qohumları tərəfindən qətlə yetirilmişdir. İsrafil Ağa və Qaçaq Kərəmin mərdliyi, namusu, qeyrəti, igidlik və şücaəti bu gün nəinki Qıraq Kəsəmən elinində hətta bütün Azərbaycanda gənc nəsillərə örnək kimi dəyərləndirilir.