YURDUN ADINI UCALDANLAR.


5_nQAÇAQ KƏRƏM. Qaçaq Kәrəm 1860-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndindә anadan olmuşdur. Onun atası Molla Zal oğlu İsgəndәr kәndlilәrin һaqqını müdafiә etdiyi üçün Sibirә sürgün edilsə də bir müddət sonra oradan qaçaraq yenidən öz doğma yurduna dönmüşdür. Molla Zal oğlu İsgәndәr öldürüldükdən sonra onun yarağını oğlu Kərәm götürmüş və bir xalq intiqamçısı kimi nәinki Qazax qəzası, bütün Şimali Azərbaycan, Gürcüstan və Dağıstanda qaçaqlıq fəaliyyəti ilə məşğul olmuşdur. XIX əsrin sonu XX əsrin əvvəllərində bütün Qafqazda Çarizim əlehinə mübarizənin bir forması da qaçaqçılıq hərəkatı idi və bu zaman ölkəmizdə onlarla qaçaq fəaliyyət göstərirdi. Amma bunların içərisində Kərəm qədər geniş coğrafiyada mübarizə aparan bir igid yox idi. Digərlərinin mübarizəsi yalnız yaşadığı qəzada məhdudlaşanda Kərəmin mübarizəsi bütün Qafqazı əhatə etmişdir. Kərəm şücaəti, mərdliyi, sadə xalqla ədalətli, vicdanlı və son dərəcə əxlaqlı (Hətta bir dəfə onun dəstəsindəki qaçaqlardan biri Daş Salahlı kəndində bulağın başında bir evli qadına sataşdığı üçün Kərəm tərəfindən yerindəcə güllələnərək öldürülmüşdür.) davrandığı üçün bütün Zaqafqaziyada ümumxalq mәһəbbəti qazanmişdır. Kərəmin igidliyi həm də onda idi ki, o haqsızlıq və zülüm olan yerdə qəfil dəstəsi ilə peydah olub, zərbə endirib, tozlu-dumanlı yollarla yoxa çıxardı. Onun bu cür manevrləri və xalq arasında dildən-dilə gəzən qəhrəmanlıq hekayələri xırda çinovniklərdən tutmuş, pristava qədər bütün çar məmurlarını qorxuya salmışdır. Bunun üçün çarizim onu aradan götürmək üçün min bir fitnə, fəsadlara əl atsa da istədiyinə nail olmamışdır. Qazax qəza rəisi İosif Qançeli, Gəncə qubernatoru Nakaşıdze, Polis dəstəsinin rəisi Hüseynbəy İsrafilbəyov, Ağstafa pristavı Aleksandr Yüzbaşov, Dağıstan süvari alayının komandiri Arçil Cavçavadze, kazak dəstələri və yerli satqınlarla birləşərək dəfələrlə Kərəmi tutmağa və öldürməyə cəht göstərsə də buna nail olmamışdılar. Qardaş qədər yaxın olduğu can dostu İsrafil ağa ilə aralarında düşmənçiliyin yaranması da məhz elə Kərəmin düşmənlərinin əl işi idi. O zaman bütün Rusiya imperiyasında nəşr olunan “Narodnaya Volya” jurnalının 1895-ci ildə işıq üzü görmüş bir nömrəsində Qaçaq Kərəmdən “Dəhşətli Bir Tufan, Calı Tufan” deyə heyrətlə bəhs edilmişdir. XX əsrin əvvəllərində artıq Kərəmin bu ərazidə mübarizə aparması olduqca təhlükəli bir mərhələyə qədəm qoymuşdur və bu səbəbdən o, İrana qaçmaq məcburiyyətidən qalmışdır. Kərəm Arazın o tayında da daim haqqı taptalanan Güneyli soydaşlarımızın yanında olmuşdur. Naxçıvandan, Təbrizə qədər xalq onun tərəfində idi. Qaçaq Kərəm 1910-cu ildə Tehranda vəfat etmişdir. 

Hətta Kəsəməndə belə bir rəvayət vardı ki, Kərəmin ölüm xəbərini eşidən yerli çar məmurları bu xəbərdən çox sevinirlər və bu “sevincli xəbəri” İsrafil ağa ilə bölüşmək üçün onun yanına gəlirlər. Amma Ağa bu xəbəri alan kimi çox sarsılır və çar məmurlarının bu cür hərəkətlərindən də bərk əsəbləşərək onları atın qabağında xeyli bir məsafədə qovur. Sonra isə sakit bir yerə çəkilib hönkür-hönkür ağlayır.
M. Qorki һaqlı olaraq yazırdı; “Eşitdiyim külli miqdarda һekayәlәrdə Kərәm insanpərvәr vә özünә yaxın һesab etdiyi şәxslәrə bacardığı qədər kömәk göstərmәk istəyәn bir adam kimi verilir”. Zaqafqazyanın müxtəlif guşələrində Kərəmin igidliyi ilə bağlı xalq arasında bir sıra yer adları vardır; «Kərəm körpüsü», «Kərәm payası», «Kərəm bazarı»; «Kərәm çalası», «Kərәm yolu», «Kərәm payı», «Kərəm bulağı», «Kərəm meydanı» və s.