KƏSƏMƏN


10390Tarixlərin süzgəcindən süzülən
bir qədim türk obasıdır Kəsəmən
cərgələnib Kür boyunca düzülən
neçə kəndin mayasıdır Kəsəmən

Ana Kürüm qübarlanar, yaz daşar
məclis qurar aşıqlar da saz coşar
bu yerlərdə qarılar da söz qoşar
nənəmin söz boxçasıdır Kəsəmən

 

bu yerlərin xoşdu suyu, havası
ər igidlər, qəhrəmanlar yuvası
İsrafilin, qoç Kərəmin obası
Nüsrətin söz dünyasıdır Kəsəmən

balasıdır Çaylı, Qobu, Zəlimxan
sorağını al Yenigün, Poyludan
keçsə min il deyilik ki, unudan
tarixlərdə qalasıdır Kəsəmən

şair oğlun Həsənzadə Nəriman
xidmətində dayanmışdır hər zaman
oğulların ad-sanından güc alan
min evli türk obasıdır Kəsəmən

Mənbə: http://mediaxeberleri.com