YURDUN ADINI UCALDANLAR.


10329214_546XANMƏMMƏD KAVI OĞLU MİRZƏYEV. Xanməmməd Mirzəyev 1911-ci il 21 martda Qazax rayonu Qıraq Kəsəmən kəndində sənətkar ailəsində anadan olmuşdur. O, 1926-cı ildə Qıraq Kəsəmən kənd bir dərəcəli orta məktəbini, 1930-cu ildə isə Bakı Pedoqoji Texnikumunu bitirərək Qazax rayonu Daş Salahlı və Zəlimxan kəndlərində müəllim, Zəlimxan kəndində məktəb müdiri işləmişdir. 1932-ci ildə X. Mirzəyev Lenin adına Azərbaycan Pedoqoji İnstitunun riyaziyyat-fizika fakultəsinə daxil olmuşdur. 1936-cı ildə I dərəcəli diplomla buranı bitirdikdən sonra institutda qalıb əvvəl riyaziyyat-fizika kafedrasında müəllim, sonra həmin fakultənin dekanı işləmişdir. O, 1941-ci ildə Kirov adına Azərbaycan Dövlət Unverstitetinin asbiranturasını bitirmişdir. Böyük Vətən müharibəsi başlayanda isə cəbhəyə yollanmış və 1941-43 cü illərdə Krım, Mazdok cəbhələrdə döyüşmüşdür. Müharibədən qayıtdıqdan sonra qısa müddət Kirov adına Azərbaycan Dövlət Unverstitetində riyaziyyat-fizika fakultəsinin dekanı işliyir. 1943-cü ilin sonları onu yeni açılmış Qazax Müəllimlər İnstitutuna direktor təyin edirlər. 1950-ci ilədək bu müəssəyə rəhbərlik edən Xanməmməd Mirzəyev demək olar ki, Azərbaycanın qərb bölgəsi üçün yüksək əhəmiyyət kəsb edən bu ali təhsil ocağının qurucularından olmuşdur. Belə ki, məktəb binasının inşasından tutmuş, maddi-texniki bazanın yaradılmasına, habeə müəllim kadrlarının instituta cəlb edilməsindən, tələbə qəbuluna qədər olan işlərin hamısı məhz onun yorulmaz əməyi nəticəsində ərsəyə gəlmişdir. Xanməmməd Mirzəyev 1948-ci ildə riyaziyyat-fizika elmlər namizədi kimi alimlik dərəcəsi almışdır. O, “Hips kristalının deformasiyasının rentgenoqrafik öyrənilməsi” mövzusunda dissertasiya müdafiə etmişdir. Xanməmməd Mirzəyev 1950-52-ci illərdə Gəncə Pedoqoji İnstitutunda direktoru kimi fəaliyyət göstərmişdir. 1952-ci ildən 1964-cü ilə kimi Kirov adına Azərbaycan Dövlət Unverstitetində riyaziyyat-fizika kofedrasında dossent, fakultənin dekanı və direktor müavini, mexanika kofedrasının müdiri vəzifələrində çalışmışdır. Onun son fəaliyyət göstərdiyi müəssə isə Azərbaycan Politexnik İstitutu olmuşdur. O, burada 1964-84-cü illərdə fizika kofedrasının müdiri kimi fəaliyyət göstərmişdir. Böyük maarifçi, görkəmli elm xadimi, ömrünü xalqının savadlanmasına sərf etmiş Xanməmməd Mirzəyev 1984-cü il 24 mayda Bakıda vəfat etmişdir.

Onun ali məktəblər üçün yazılmış “Optika”, “Mayelər mexanikası”, “Atomun quruluşu” kimi dərsliklərin müəllifidir. Onun fədakar əməyi dövlət tərəfindən də daim yüksək qiymətləndirilmişdir. Belə ki, o, “Rəşadətli əməyə görə”, “Faşizim üzərində qələbənin 20 illiyinə görə”, “Qabaqçıl marif xadimi” orden və nişanları ilə təltif olmuşdur. Xanməmməd Mirzəyev S. Vurğun, M.Vəkilov, O.Sarıvəllli, A.Biləndərli, M.Poladov, H. Arif, Ə. Seyidov, A. Abbaszadə, M.Tahirli kimi görkəmli ziyalılarla yaxından dostluq etmişdir. Bir zamanlar özünün təhsil aldığı Ağstafa rayonu Qıraq Kəsəmən kənd tam orta məktəbi 1992-ci ildən bu günə kimi onun adını daşıyır.