SSRİ Ali Sovetin Rəyasət Heyətnin Sədri və Azərbaycan Sovet Respublikası Kənd Təsərrüfatı Naziri(1950-1954) İlyas Abdullayev


1043İlyas Kərim oğlu Abdullayev 23 mart 1913 -cü ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dünyaya gəlmişdir. 1921-1926-cı illərdə Ağstafa beşillik dəmiryolu məktəbində oxuyub. 1926-1930-cu illərdə isə Zaqatala kənd təsərrüfatı texnikumunda təhsilini davam etdirib [1] .1934 -cü ildə Azərbaycan Kənd Təssərüfatı İnstitutunu bitirmiş və eyni zamanda 1932-1934-cü illərdə “İpəkçilik” kafedrasında laborant işləmişdir.  1939- cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1934-1938-ci illərdə AKTİ-nin aspirantı olmuş və eyni zamanda ipəkçilik şöbəsində tutçuluq kursundan mühazirələr oxumuşdur. İ.K Abdullayevin böyük istedadını nəzərə alaraq 1934-cü ilin avqust ayında Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi onu eyni zamanda Azərbaycan elmi-tədqiqat ipəkçilik stansiyasına işə göndərmişdir. Beləliklə də o, 1934-1935-ci illərdə Tutçuluq şöbəsində elmi işçi, 1936-1940-cı illərdə isə müdir vəzifəsində işləmişdir. O, qısa zamanda özünü bacarıqlı təşkilatçı kimi göstərmiş və 1941-1942-ci illərdə eyni zamanda Azərbaycan elmi- tədqiqat İpəkçilik Stansiyasının direktoru vəzifəsində çalışmışdır [2] . 1955 -ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, 1959 -cu ildən Azərbaycan SSR EA-nın Genetika və Seleksiya İnstitutunun tut bitkisinin genetika və seleksiyası şöbəsinin müdiri olmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin müdir müavini və müdiri (1942-1948), Azərbaycan SSR Nazirlər Soveti Sədrinin müavini (1948-1950), Azərbaycan SSR kənd təsərrüfatı naziri (1950-1954), Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1954-1958), habelə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1958-1959) vəzifələrində çalışmışdır. SSRİ Ali Soveti və Azərbaycan SSR Ali Sovetinin bir neçə çağırışlarının deputatı, Ümumittifaq kommunist (bolşeviklər) partiyası, SovİKP, və Azərbaycan Kommunist Partiyası və Kommunist Partiyasının bir sıra qurultaylarının deputatı, Azərbaycan KP (b) və KP-nın Mərkəzi Komitəsi habelə Azərbaycan KP-nın Bürosunun üzvü, SovİKP Mərkəzi Komitəsi Plenumlarının iştirakçısı olmuşdur. «Qırmızı Əmək Bayrağı», «Şərəf Nişanı», SSRİ medalları və SSRİ XTNS-nin qızıl medalları ilə təltif edilmişdir. SSRİ EA-nın akademiki Nikolay Dubinin onun fəaliyyətini belə qiymətləndirmişdir: «Akademik İ.K. Abdullayevin işləri, genetika, sitologiya, və seleksiya ittifaqının ən gözəl nümunələrindən biridir. Onun əməyi, genetika və eksperimental poliploidiya metodları ilə bir çox seleksionerlərə bitkilərin təbiətini dəyişdirilməsi işlərində yol göstərir». İlyas Abdullayev 30 aprel 1985 -ci ildə Bakı şəhərində vəfat etmişdir.