YURDUN ADINI UCALDANLAR.


1909756_549SƏMƏD AĞA AĞAMALOĞLU. Səmədağa Həsən oğlu 1867-ci ildə Qazax qəzasısının Qıraq Kəsəmən kəndində anadan olmuşdur.1887-ci ildə Vladiqafqaz hərbi progimnaziyasını bitirmişdir.1905-07 illər inqilabında iştirak etmişdir. 1917 ilin aprelindən RSDFP-ini birləşmiş Komitəsi İcrayyə komitəsinin və Yelizavetpol Sovetinin üzvü olmuşdur. 1918-ci ilin fevralında Tiflisə köçmüş, yerli menşevik “Hümmət” təşkilatının görkəmli xadimlərindən, həmin təşkilatın orqanı “Gələcək” və “Pobujdeniye” Qəzetlərin redakotoru olmuşdur. 1918-ci ilin sonunda Bakiya gəlmişdir.

1920-ci ildən Sovet İKP üzvü olmuşdur. Musavat parlamentində sosalist fraksiyasının üzvü olan Bolşeviklərin xəttinə tərafdar çıxmış və İngilislərinin Bakıdan çıxarılmasını Azərbaycan ilə sovet Rusiyası arasında ittifaq tələb etmişdir Azərbaycanda Sovet hakimiyyətinin qələbəsin dən sonra respublikanın ilk xalq torpaq komisarı 1921-ci ildə Azərbaycan SSR MİK sədri, habelə Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra respublikanın ilk xalq torpaq komisarı, 1921 ildə Azərbaycan SSR MİK sədrinin müavini, 1922-1929-cu illərdə Azərbaycan SSR MİK sədri, habelə ZSFSR MİK sədrlərindən biri olmuşdur.
1930-cu ildə Moskvada vəfat edən Səməd ağa Ağamalıoğlu orada da dəfn olunmuş, sonradan cənazəsinin qalıqları Bakıya Fəxri Xiyabana köçürülmüşdür.
Azərbaycan SSR-də Ağamalıoğlunun adına kənd, ali məktəb, küçələr və s. vardı.
Səməd ağa Ağamalıoğlu siyasi fəaliyyəti aşağıdakı kimidir. Belə ki, o,SSRİ-nin 1-ci Sovetlər qurultayında (1922) SSRİ MİK üzvü, sonra SSRİ MİK Rəyasət heyətinin üzvü. həmçinin dəfələrlə AK(b)P MK, ÜİK(b)P Zaqafqaziya Ölkə Komitəsi tərkibinə seçilmişdir. 1922 il avqustun 11-də V.İ.Leninlə görüşmüş, yeni əlifbaya keçmək sahəsində körülən tədbirlər, respublikanın ictimai, siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermişdir. 1921 ildə yaradılmış Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin sədri olan Ağamalıoğlu. Azərbaycanda və Sovet Şərqinin digər respublikalarında yeni latın əlifbasına keçilməsinə rəhbərlik etmişdir. Ağamalıoğlu geniş publisist fəaliyyət göstərmişdir və onun əsərləri bunlardır. “Azərbaycanın siyasi vəziyyəti”, “Bizim yolumuz hayanadır?”, “Türk aləmində mədəni məsələlər”, “Türk-tatar xalqlarının təxirəsalınmaz mədəni ehtiyacları”, “Elmdən və tarixdən”; “Yeni türk əlifbasının müdafiəsində” , “Oktyabr inqilabı və yeni əlifba”, “İki mədəniyyət”, “Namus”.
Amma bir məqamı qeyd etmək istəyirəm. Böyük ictimai-siyasi və dövlət xadimi Səməd ağa Ağamalıoğlu minlərcə ziyalılarımızdan biri kimi bolşeviklərin “xoş” üzünə aldanmış, qandırılmışdır. Bütün bunlara rəğmən o, xalqı üçün daima yaxşı işlər görmüşdür. Ancaq keşkə belə bir böyük şəxsiyyət bolşeviklərlə yox, cumhuriyyətçilərlə bir cəbhədə olaydı…