ŞİRİN BƏY KƏSƏMƏNLİ


ni_painterKəsəmənli Şirin bəy Cəfər oğlu 1887-ci ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndndə anadan olmuşdur. Tiflisdə hərbi gimnaziyada təhsil almışdır. Gimnaziyanı bitirdikdən (1905) sonra Qusar alayında qulluq etmiş, Kiyevdə ikinci Konstantin topçu məktəbində hərbi təhsilini davam etdirmişdir. Birinci dünya müharibəsində (1914-18) “Dikaya diviziya”nın tərkibində vuruşmuş, “İgidliyə görə” medal və 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Şirin bəy Kəsəmənli Milli orduda xidmətə başlamışdır. O, ölkəmizə soxulmuş ingilis generalı Tomsonun və erməni daşnaklarının işğalçı qüvvələrinə Qarabağda, Zəngəzurda və Qazaxda qarşı bir sıra uğurlu əməliyyatlarda iştirak etmiş və türk hərbi qüvvələri Azərbaycanı tərk etdikdən sonra Praporşiklər məktəbinin ilk azərbaycanlı rəisi olmuşdur. Hərbi nazirin 1919 il 8 aprel tarixli əmri ilə 2-ci Bakı piyada alayımn (sonralar 4-cü Quba piyada alayı adlandırılmışdı) komandiri təyin edilmişdi. şimal sərhədlərinin müdafıəsi üçün yaradılmış Xaçmaz dəstəsinə rəhbərlik də Şirin bəy Kəsəmənliyə həvalə olunmuşdu. Vəzifə başında ağır xəstəliyə tutulan Şirin bəy Kəsəmənli 1919 il sentyabnn 29-da müalicə üçün Tiflisə göndərilmiş, hələ müalicədə ikən hərbi nazirin 1919 il 7 dekabr tarixli əmri ilə 2-ci piyada diviziyası komandirinin müavini təyin edilmişdi. Polkovnik Şirin bəy Kəsəmənski 1920-ci il 4 yanvarda Tiflisdə müalicə aldığı xəstəxanada vəfat etmiş və Qazaxda dəfn olunmuşdur.