RÖVŞƏN ƏLİYEV


853_nƏliyev Rövşən Ədalət oğlu 1955-ci ildə Ağstafada anadan olmuşdur. (Onun əsli-nəsli Qıraq Kəsəmən elindən idi və ailəsi də Ağstafaya bu kənddən köçmüşdür.) 1972-ci ildə orta təhsilini Ağstafada başa vuran Rövşən elə həmin il Azərbaycan Dövlət Unverstitetinin hüquq fakultəsinə qəbul olur və 1977-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirib Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğunda müstəntiq kimi əmək fəaliyyətinə başlayır. Sonralar Bakı şəhəri və respublika prokurorluqlarında prokuror-kriminalist, respublika prokurorluqlarında istintaq idarəsinin rəisinin və Bakı şəhər prokurorunun birinci müavini, Azərbaycan Respublikası Baş Prokurorunun müavini və Azərbaycan Respublikası Hərbi Prokuroru vəzifələrinə qədər yüksəlmişdir. R. Əliyevin bu qədər yüksək vəzifələrə irəliləməsinin əsas səbəbi təbii ki, onun yüksək bilik, dərin zəka və işguzar fəaliyyətə dayanan zəngin təcrübə sahibi olan bir kadır olması idi. O, həm də Azərbaycan Respublikasının ilk Hərbi Prokuroru kimi bu qurumun formalaşdırılmasında müstəsna xidmətlər göstərmiş biri idi (1992-93). R.Əliyev 1995-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası Baş Prokurorluğunda ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini vəzifələrində çalışmışdır. Onun yorulmaz və səmərəli fəaliyyəti respublika prokurorluğu rəhbərliyi tərəfindən də daima yüksək qiymətləndirimişdir. Belə ki, o “Əməkdə igidliyə görə” medalı və “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif edilmişdir. R.Əliyev 2002-ci il 13 martda müəmmalı bir sui-qəsd nəticəsinə qətlə yetirilmiş və Bakıda dəfn edilmişdir.