ABİDƏLƏR TARİXIMİZDİR.


10Bu gördüyünüz abidə Qıraq Kəsəmən elində yerləşmir, amma fəxrlə deyə bilərik ki, bizimdir. Qoşa günbəzli hamam Qazax şəhərin mərkəzində, məscidin qarşısında yerləşir.

Hamamı Qıraq Kəsəmənin kəndxudası, Qazax diyarında tanınmış sahibkar İsrafil Ağa Kərbəlayev XIX əsrin axırlarında tikdirib, buna görə də hamam onun adı ilə tanınır. Bina memar Müzəffər Hüseynovun layihəsi əsasında qırmızı kərpicdən kirəclə hörülüb. Hamamın ümumi zalı, otaqları, diqqət çəkən hovuzu və çayxanası var. Böyük ölçülü (30m x 20m) hamamın plan quruluşu iki hissəyə bölünür: ənənəvi Azərbaycan və Şərq hamamlarına xas olan dəhliz ilə birləşən iki günbəzli hissə və kabinələrdən ibarət hissə. Hamamın küçəyə çıxan hissəsində kiçik dükanlar yerləşir. Plan quruluşuna görə Şərq və Avropa tələblərini özündə cəmləşdirən bu tikili tipinə Azərbaycanın digər bölgələrində rast gəlinmir.