İSRAFİL AĞANIN EVİ


10 Bu bina Qıraq Kəsəmən elinin kəndxudası olmuş İsrafil Ağanın malikanəsidir. XIX əsrin sonlarında, Tiflis və Sankt Peterburqdan gətirilmiş memarların verdiyi layihə əsasında inşa edimiş və bina əsasən özündə həm klassik Avropa, həm də Şərq arnamentlərini biləşdirir.

Ev çöldən qırmızı kərpic, içdən isə çay daşı ilə hörülmüş, dam örtüyü isə kiramitlə örtülmüşdür. Deyilənə görə tikiliş zamanı binanın dözümlülüyünü artırmaq üçün onun palçığını su ilə deyil südlə və yumurtanın sarısı ilə yoğurmuşlar. Malikanəni daha da əzəmətli edən onun o dövrün yüksək dəbdəbəsi ilə inşa edilməsi ilə bərabər yerləşdiyi yüksəklidir. Bura köhnə kəndin həm girişi idi, həm də ən yüksək nöqtəsi. Evdən kəndə, onun əkin və örüş sahələrinə, habelə bura gəlib gedənlərə asanlıqla nəzarət etmək olurdu. Malikanə 8 otaq, 1 dəhliz və 2 eyvandan (ön, arxa) ibarətdir. Amma təssüflə bildirməliyik ki, 100 ildən artıqdır ki, Qıraq Kəsəmən elinin rəmzlərindən sayılan və bölgə əhəmiyyətli, yüksək arxitekturalı bu ev artıq yox olmaq təhlükəsindədir və şəkildə göründüyündən də çox fərqlidir. Səhifəmizdə hazırki vəziyyəti əks etdirən yox, əvvəlki şəkili paylamaqda məqsədimiz sadəcə evi əvvəl belə gördüyümüz və gələcəkdə də bu cür görmək istədiyimizdən irəli gəlir…